www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
14
14
Mütəxəssislərin əksəriyyəti bu fikirdədir ki, Azərbaycan
ədəbiyyatının Amerikada, ümumən ingilisdilli ölkələrdə ən
tanınmıĢ nümayəndəsi Nizami Gəncəvidir. Mütəfəkkir Ģairin
ayrı-ayrı əsərlərindən parçalar, eləcə də bütöv əsərləri
müxtəlif illərdə ingilis dilinə çevrilmiĢdir. Nizaminin
yaradıcılığına ingilisdilli mütərcimlərdən Ceyms Atkinson da
müraciət etmiĢ, Ģairin "Leyli və Məcnun" poemasını birbaĢa
farscadan ingilis dilinə çevirmiĢdir. Azərbaycan Ģairinin incə,
romantik əhvallı əsəri romantizmin Avropa və Amerikada
çiçəkləndiyi bir dövrdə - 1836-cı ildə çapdan çıxmıĢ, həmin
ölkələrdə yüzlərlə oxucunun böyük marağına səbəb olmuĢdur.
Bu marağın nəticəsidir ki, C.Atkinsonun eyni tərcüməsi 1894-
cü ildə təkrar nəĢr edilmiĢdir.
Tədqiqatçı X.Hüseynov XIX əsr ingilis nizamiĢünaslığından
bəhs edərək 1844-cü ildə ingilis alimi N.Blandın ―Sirlər
xəzinəsi‖nin elmi-tənqidi mətnini hazırlamaqla yeni
istiqamətli bir tədqiqatın əsasını qoyduğunu vurğulamıĢdır
(31, 29).
1881-ci ildə Nizaminin daha bir poeması - "Ġskəndərnamə"
ingilis dilinə çevrilərək Londonda çapdan çıxmıĢdır. Bu əsər
ingilis dilinə nəsrlə tərcümə olunmuĢdur. Kitab izahlar və
mətnə tənqidi Ģərhlərlə müĢayiət olunur."Leyli və Məcnun"
Qərbdə Nizami yaradıcılığınm vizit vərəqi kimi xidmət
göstərmiĢ, sonralar dahi Ģairin digər poemaları da ingilis
dilinə
tərcümə edilmiĢdir. Lakin "Leyi və Məcnun"a maraq
azalmamıĢ, əsər 1966-cı ildə Ġsveçrəli Doktor R. Qelpkenin
tərcümə və redaktəsilə yenidən çap edilmiĢdir. Nizaminin fikir
dünyasını daha dolğun çatdırmaq üçün mütərcim əsərin nəsrlə
tərcüməsini yeganə mümkün variant hesab etmiĢdir.
Maraqlıdır ki, üçüncü tərcümədə də "Leyli" sözünün
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
15
transliterasiyası dəyiĢikliyə uğramıĢ və bu söz "Layla" kimi
verilmiĢdir.
Poemanın ingiliscə olan nəsr variantı 53 fəslə bölünmüĢ, hər
fəslə əsərin məzmunundan götürülmüĢ yığcam və maraqlı ad
qoyulmuĢdur: "Qeys və Leyli görüĢürlər", "Qeys Məcnuna
dönür", "Ġbn Salam Leylinin razılığını istəyir", "Çöhrə və
rübənd" və s. Z.Ağayevin fikrincə, poemanın nəsr variantının
dili sadə və oxunaqlıdır, həmçinin tərcümə orijinalın ruhunu
yaxĢı ifadə edir.
Doktor R.Qelpkenin kitabın axırında verilmiĢ son sözü də
maraqlıdır. O, qeyd
edir ki, "əfsanəvi məhəbbət sərgüzəĢtləri arasında "Leyli və
Məcnun" Ġslam ġərqində bəlkə də ən yaxĢı tanınır. Ġki sevgili
bu gün də Qafqazdan Afrikaya qədər, Atlantik okeanından
Hind okeanınacan ərazilərdə yaĢayan çoxlu xalqların və etnik
qrupların Ģeirlərində, nəğmələrində və epik əsərlərində
yaĢayır".
Müəllif ərəb alimi
M.Q.Hilalın "ġərq ədəbiyyatında Məcnun - Leyla
mövzusunun inkiĢafı" (Qahirə,
1954) kitabından belə bir fikri sitat gətirir ki, "adi əfsanəni
ədəbi əsərə çevirərək ona ümumbəĢəri və əbədi vəsiqəni
Nizami Gəncəvi vermiĢdir". 1941-ci ildə poemanın nəsr
variantını Tehranda nəĢr etdirən A.A.Hekmat bu əsəri Vilyam
ġekspirin "Romeo və Cülyetta" faciəsi ilə müqayisə etmiĢdir.
Sonra məqalənin müəllifi məĢhur çex ədəbiyyatĢünası Jan
Rıpkanın "Ġran ədəbiyyatının tarixi" kitabından gətirdiyi
"nəticə əsərin böyük dahinin qələmindən çıxdığını göstərir"
fikri ilə tam Ģərik olduğunu bildirir (3, 33-34).
Doktor R.Qelpke təkcə Nizamini deyil, həm də
nizamiĢünaslığı diqqətlə öyrənmiĢ, özündən qabaqkı