www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
23
haqqında müxtəlif elmi mülahizələr irəli sürmüĢlər.
Azərbaycanda bu abidənin tədqiqinə ötən əsrin 30-cu
illərindən baĢlanılmıĢdır. Son yetmiĢ ildə aparılan elmi
tədqiqatlar nəticəsində sübut olunmuĢdur ki, epos VII əsrdə
Azərbaycanda baĢ verən tarixi hadisələrlə səsləĢir və həmin
dövrün tarixi, mədəni abidəsidir. Dastanın əldə olan
əlyazmalarının yazıya bir neçə əsr sonra köçürüldüyünü də
mütəxəssislər elmi araĢdırmalarla təsdiq etmiĢlər. Ona görə də
ötən əsrin sonlarında Azərbaycanda "Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinin təntənəli surətdə qeyd olunması
zərurəti yaranmıĢ, bu məsələ Azərbaycan dövlətinin diqqət
mərkəzində olmuĢdur. Təsadüfı deyildir ki, Azərbaycan
Respublikasının prezidenti Heydər Əliyev eposun Azərbaycan
mədəniyyəti tarixində xüsusi yer tutduğunu, bu yubileyin
Azərbaycan xalqının, butün türk dünyasının qədim və zəngin
mədəniyyət və ədəbiyyatının təbliğinə
xidmət edən beynəlxalq
əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illiyinin yüksək səviyyədə
keçirilməsi məqsədilə 20 aprel 1997-ci il tarixli fərman
imzalamıĢ, yubileyin keçirilməsi üzrə dövlət komissiyası
yaradılmıĢdır. Komissiya fəaliyyət göstərdiyi bir neçə il
ərzində dastanın yubiley nəĢrlərini hazırlamıĢ, dünyanın
Moskva, Paris, Ankara, Berlin və sair kimi tanınmıĢ
mədəniyyət mərkəzlərində "Kitabi-Dədə Qorqud"un 1300
illiyinə həsr olunmuĢ beynəlxalq elmi simpozium və
konfranslar təĢkil etmiĢ, dastanın öyrənilməsi və təbliği iĢinə
yeni təkan vermiĢdir.
2000-ci ilin aprelində Bakıda təntənəli yubiley tədbirləri
keçirilmiĢ, dünyanın bir çox ölkələrindən gəlmiĢ ĢərqĢünas
alim və mütəxəssislər bu qəhrəmanlıq abidəsinin tarixi, elmi,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
24
24
ədəbi və bədii məziyyətləri barədə məruzələrlə çıxıĢ etmiĢlər.
Yubileylə əlaqədar dastanın tarixi, elmi-ədəbi və bədii
əhəmiyyətinə dair yeni tədqiqatlar nəĢr olunmuĢ, "Kitabi-
Dədə Qorqud"un türk xalqlarının tarix və ədəbiyyatındakı rolu
hərtərəfli araĢdırılmıĢdır.
Bütün bunlar qədim abidəmizə marağın heç vaxt azalmadığını
sübut edir. Bütün bunlar həm də onu sübut edir ki, illər, əsrlər
keçsə də "Kitabi-Dədə Qorqud" nəinki aktuallığını itirmir,
əksinə dastanın öyrənilməsi və tədqiqinə maraq daha da artır.
Dastanın 1300 illiyi ilə əlaqədar aparılan tədqiqat iĢləri, nəĢr
olunan elmi əsərlər bu fikri bir daha təsdiq edir.
"Kitabi-Dədə Qorqud" dastanı haqqında elm aləminə ilk dəfə
alman ĢərqĢünası Fridrix Fon Dits məlumat vermiĢdir. O,
1815-ci ildə Drezden Ģəhərində dastanın əlyazmasını aĢkar
etmiĢ və "Basatın Təpəgözü öldürdüyü boy"unu almancaya
tərcüməsi ilə nəĢr etdirmiĢdir. "Kitabi-Dədə Qorqud"un
görkəmli tədqiqatçılarından olan M.H.Təhmasib yazırdı ki,
"Dits əlyazmasını yaxĢı oxuya bilmədiyi üçün tərcümədə bir
sıra yanlıĢlıqlara yol vermiĢ, bəzən ayrı-ayrı sözləri, bəzən də
bütöv
cümlələri, fikirləri təhrif etmiĢdi" (65, 5).
1859-cu ildə məĢhur alman ĢərqĢünası Teodor Neldeki
əlyazmasının bütünlüklə üzünü köçürmüĢ, onu almancaya
çevirmiĢ, lakin bir sıra çətinliklərlə rastlaĢdığından bu iĢi baĢa
çatdırıb nəĢr etdirə bilməmiĢdir.
1892-ci ildə daha bir tanınmıĢ ĢərqĢünas alim V.V.Bartold
T.Neldekinin yarımçıq qalan iĢi ilə tanıĢ olmuĢ, abidə ilə
maraqlanmıĢ, özü yenidən əlyazmasının üzünü köçürmüĢdür.
1894-cü ildə Bartold əsərin bəzi boylarını rusca tərcüməsi ilə
birlikdə nəĢrə baĢlamıĢdır. Lakin o, bu iĢi baĢa çatdıra
bilməmiĢdir. Bartold vəfat etdikdən sonra əsərin bütün mətni