www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
29
Kitabın giriĢ sözündə mütərcimlər bu qiymətli əsərin ingilis
dilində iĢıq üzü görməsində professor Əhməd Temirə, Cahid
Öztelliyə, Ġstanbul Universitetinin professoru Velidi Toqana,
Kaliforniya
Universitetinin
professoru
Tələt
Tekinə
təĢəkkürlərini bildirir, onları məĢhur qorqudĢünaslar kimi
təqdim edirlər. Yazıçı və folklorçu alim Barbara K.Uolkerə də
təĢəkkür izhar olunmuĢdur.
Göründüyü kimi, kitab sanballı bir kollektivin müĢtərək
yaradıcılıq iĢidir və bəlkə də buna görədir ki, verilmiĢ elmi
izahlar ən adi boĢluqları belə doldurmuĢdur. Ön sözdən, 16
səhifəlik giriĢdən, proloqdan, 12 boydan, qeydlər və
biblioqrafiyadan ibarət olan bu tərcümə üzərində iĢ 8 il davam
etmiĢ, kitab Texas Universitetində hazırlanmıĢ, qeyd
olunduğu kimi, 1972-ci ildə çapdan çıxmıĢdır. Axırda verilmiĢ
biblioqrafiyadan aydın görünür ki, kitabın çapına məsul olan
Ģəxslər dünya qorqudĢünaslığını diqqətlə izləmiĢ, zəngin
materiallardan istifadə etmiĢlər.
Ön sözdə deyilir ki, tərcümədə iki əsr ərzində ortaya çıxmıĢ
bütün tədqiqatlara istinad olunmuĢdur. Dastanın Drezden və
Vatikan nüsxələrinə baxıldığı, əvvəlki tədqiqatçıların
əməyindən bəhrələnildiyi də vurğulanmıĢdır.
"Kitabi-Dədə Qorqud"u müxtəlif illərdə tədqiq etmiĢ
F.Köprülünün, H.Araslının, Ə.Dəmirçizadənin, E.Rossinin,
M.Erkinin adları çəkiimiĢ, dastanın 1958-ci ildə Sürixdə
alman dilində nəĢri, V.Bartoldun epos üzərində iĢi barədə
söhbət açılmıĢdır. Bütün bunlar tərcümə üzərində gərgin iĢ
aparıldığından xəbər verir. Tərcüməçilər bu kitabı dastanın
ingiliscəyə ilk tam nəĢri kimi təqdim etmiĢlər.
Qeyd etmək yerinə düĢər ki, 1971-ci ildə Moskvanın
"Proqres" nəĢriyyatının ingilis dilində buraxdığı "Azərbaycan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
30
30
poeziyası antalogiyası"nda "Kitabi-Dədə Qorqud" dastanından
da nümunələr verilmiĢdir (70, 535-539).
Dastanın "Müqəddimə" və "Qanlı Qoca oğlu Qanturalı
boyunu bəyan edər" hissələrini L.Zelikov bütövlükdə ingilis
dilinə çevirmiĢdir. Bu tərcümə də tədqiqat baxımından
maraqlıdır.
Dastanın tam Ģəkildə ingilis dilinə ikinci tərcüməsi Cefri
Lyuisə məxsusdur. Mütəxəssislərin rəyinə görə, 1974-cü ildə
Londonda "Penguin Books" kompaniyası tərəfindən nəĢr
olunmuĢ tərcümənin orijinalla müqayisəsi göstərir ki, C.Lyuis
dastanların dilini və üslubunu diqqətlə tədqiq etmiĢ, əsərdə
cərəyan edən orta əsrlər tarixini öyrənmiĢ, dastan haqqında
elmi-tədqiqat iĢlərinin bir çoxunu gözdən keçirmiĢ və tərcümə
iĢinə böyük məhəbbətlə giriĢmiĢdir. Digər həmkarları kimi
C.Lyuis də tərcüməsinə ön söz və izahlar yazmıĢdır (78).
Azərbaycan-ingilis ədəbi əlaqələrini araĢdıran tanınmıĢ alim
ġahin Xəlilli qeyd etmiĢdir ki, C.Lyuisin ön sözündə qədim
oğuzların mənĢəyi, VIII və IX əsrlərdə bu böyük elatın ictimai
və siyasi həyatında tarixi hadisələrə alim mövqeyi fakt
zənginliyi ilə diqqəti cəlb edir (33, 101).
Tədqiqatçı Seyran Əliyev "Kitabi-Dədə Qorqud" dastanının
ingilis dilindəki hər iki mətnini akademik H.Araslının tərtib
etdiyi 1977-ci il Bakı və Məhərrəm Erkinin tərtib etdiyi 1971-
ci il Istanbul nəĢrləri ilə müqayisə edərək bu qənaətə gəlmiĢdir
ki, Lyuisin tərcüməsi istər dəqiqlik, istərsə də dastanın dilini
və ruhunu saxlamaq baxımmdan daha müvəffəqiyyətli və
orijinala daha yaxındır (22).
Müəllifin yazdığına görə, professor Vaqif Aslanov da dastanın
ingilis dilinə bu tərcüməsini öz bədii keyfiyyətinə, fikir və
hadisələrin verilməsinin dəqiqliyinə görə indiyə qədər olan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
31
bütün tərcümələrdən üstün hesab etmiĢdir. Dastanın hər iki
əlyazmasından məharətlə istifadə edən və özünün dediyi kimi
daha "mükəmməl hesab etdiyi hissəni" həssaslıqla seçməyə
çalıĢan Lyuis tərcümə zamanı nə ifrat sərbəstliyə varmıĢ, nə
də lüğətin köməyinə arxalanaraq quru bir tərcüməyə nail
olmuĢdur. Ġngilis dilinin zənginliklərinə arxalanan tərcüməçi
xalqımızın bu böyük mənəvi sərvətini beynəlxalq bir dildə
böyük oxucu auditoriyasına təqdim etməklə əvəzsiz zəhmət
çəkmiĢdir.
C.Lyuisin tərcüməsinin uğurlu alınması təsadüfi deyildir.
Onun bioqrafiyası ġərqlə bağlı olmuĢdur. Tədqiqatçı 1920-ci
ildə Londonda anadan olmuĢ, Oksford universitetində təhsil
almıĢdır. C.Lyuis təhsilini baĢa vurduqdan sonra bir sıra Ģərq
ölkələrində olmuĢ, Ģərq xalqlarının mədəniyyətini, Ģərq
dillərinin öyrənməyə həvəs göstərmiĢdir. O, Oksforda
qayıdandan sonra ərəb və fars dillərini daha mükəmməl
öyrənməyi qarĢısına məqsəd qoymuĢdur. "Türkiyə" (1955),
"Həqiqətin müvazinəti" (1957), "Türk qrammatikası" (1967)
kimi əsərlər yazmıĢ doktor C.Lyuis türk dilinə və ədəbiyyatına
yaxından bələd olan erudisiyalı və səriĢtəli türkĢünas kimi
tanınmıĢ, bir müddət Oksford Universitetində türk dili və
ədəbiyyatı üzrə mühazirə oxumuĢdur. ġahin Xəlillinin
qənaətinə görə, "ingilis C.Lyuisin poetik tərcüməsi F.Sümer,
A.E.Uysal və U.S.Uolkerin tərcüməsi ilə müqayisədə həm
fikir, ideya, həm də orijinal mətnə yaxınlıq" baxımından
xüsusilə dəyərlidir. O, dastandakı poetik parçaların C.Lyuisin
tərcüməsində daha uğurlu verildiyini xüsusi vurğulamıĢdır
(32, 135).
ġ.Xəlilli tarixi həqiqətlərə ―söykənən‖ C.Lyuisin Oğuz tarixi
və onların mövqeyi haqqındakı fikirlərini yüksək
Dostları ilə paylaş: |