www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
11
Regional sivilizasiyaların dünya sivilizasiyalarına çevrilməsi
ilə xarakterizə olunan XX əsrin sonunda tərcümə doğrudan da
xalqların əsl mənəvi körpüsünə çevrilir. Xalqlar bir – birinin
ədəbi nailiyyətlərindən bəhrələnir, bir-birinin ədəbi-mədəni
dəyərləri ilə zənginləĢirlər.
Mütəxəsislər tərcümənin bir sənət kimi lap qədimlərdən
mövcud olduğunu çoxdan sübut etmiĢlər. Hələ ―eramızdan
əvvəl III–II əsrlərdə Luçiy Liviy Andronik Homerin məĢhur
―Odisseya‖ əsərini latın dilinə tərcümə edərək dünya
ədəbiyyatı tarixində bədii tərcümənin bizə məlum nümunəsini
yaratmıĢdır‖ (71, 555-557).
Bəlkə də bədii tərcümə tarixi daha qədimlərə gedib çıxır.
Hələlik mütəxəsislər həmin tarixi bu əsərin adı ilə bağlayırlar.
Lakin bu da həqiqətdir ki, əksər xalqların ədəbi fikrinə,
ədəbiyyatının formalaĢmasına və inkiĢafına daha çox inkiĢaf
etmiĢ qonĢu xalqların ədəbiyyatından edilən müxtəlif tipli
iqtibaslar da öz təsirini göstərir və bu iqtibasların özlərini də
müəyyən mənada bədii tərcümə nümunələri hesab etmək olar.
Ümumiyyətlə, ədəbi əsərlər bu və ya digər dilə tərcümə
olunaraq həmin xalqın mənəvi sərvətinə çevrilir.
Getdikcə Azərbaycan dünya siyasətinin və dünya
iqtisadiyyatının müstəqil subyektinə çevrilir. Əgər bu
yaxınlara qədər Azərbaycan ədəbiyyatı dünya mədəniyyətinə
vahid sovet ədəbiyyatının tərkib hissəsi kimi qovuĢurdusa və
ideoloji məhduduyyətlər onun bütün potensial imkanlarını üzə
çıxarmağa qoymurdusa, indi bu ədəbiyyat dünya mədəniyyəti
ilə birbaĢa əlaqədədir. Bu cəhətdən Azərbaycan ədəbiyyatı
nümunələrinin xarici dillərə tərcüməsi və bu prosesin elmi–
metodoloji dərki böyük aktuallıq kəsb edir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
12
12
Azərbaycan ədəbiyyatının ayrı-ayrı nümunələrinin xarici
dillərə tərcüməsinin bir neçə əsrlik tarixi vardır.
Hələ 1551-ci ildə fransız səfiri sifəti ilə Ġstanbulda səyahətdə
olan Nikolas Nikoley Türkiyədə mövcud dini təriqətləri, o
cümlədən hürufiliyi xarakterizə edərkən görkəmli Azərbaycan
Ģairi Nəsimi haqqında da söhbət açmıĢdır (82, 185).
Qeyd edək ki, səfirin dini təriqətlərə marağı Nəsimi
poeziyasının tam dərkinə çevrilməmiĢdir. Amma hər halda
Nikolas Nikoleyin bu sənətkarın yaradıcılığı ilə tanıĢ olması
və öz qeydlərində bundan söhbət açması Qərbdə
mədəniyyətimizə böyük maraq yaranmasından xəbər verir.
Füzulinin ingilis ĢərqĢünaslığında öyrənilməsinə dair çoxsaylı
tədqiqatların müəllifi olan Leyli Əliyeva Nikolas Nikoleyin
bu xidmətini qeyd etməklə yanaĢı Azərbaycan ədəbiyyatı
nümunələrinin Qərbi Avropa dillərinə əhatəli tərcüməsinin
XVII, xüsusilə XVIII əsrlərə təsadüf etdiyini vurğulamıĢdır:
―Bu vaxtdan etibarən Xaqani, Nizami, Nəsimi, Füzuli kimi
klassiklərin əsərləri Avropada öyrənilməklə bərabər, eyni
zamanda əcnəbi xalqların dillərinə də tərcümə edilməyə
baĢlanmıĢdır‖ (24, 13).
Doğrudur, tanınmıĢ tədqiqatçı alim ġahin Xəlilli bu mülahizə
ilə razılaĢmır: ―Klassik sənət incilərimizin ərəb, yaxud fars
dillərində yazıldığını nəzərə alsaq, ingilis ĢərqĢünaslığının
mətnlərində daha çox ərəb, yaxud fars nümunələri kimi
tərcümə edilmiĢ sənət varlığımızın tarixinin bir tədqiqatla
aydınlığının
yaradılması
çox
azdır.
Bu
baxımdan
L.Əliyevanın göstərdiyi əsrlərdən əvvəl ədəbiyyatımızdan
edilmiĢ tərcümələrin olmaması həqiqəti ilə heç cür razılaĢmaq
mümkün deyildir‖ (34, 163).
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
13
Bu ehtimalın yaĢamaq hüququ vardır. Lakin o da həqiqətdir
ki, hələlik daha qədim dövrlərə gedib çıxan nümunələr
olmadığı üçün gostərilən tarixlə kifayətlənməli oluruq.
Beləliklə, tədqiqatçıların əksəriyyəti hələlik bu fikirdədir ki,
Azərbaycan ədəbiyyatı nümunələrinin Avropa dillərinə,
xüsusən ingilis dilinə əhatəli tərcüməsi XVII–XVIII əsrlərə
təsadüf edir. Bu dövrdə Avropa tədqiqatçıları, habelə
ingilisdilli tədqiqatçılar ayrı-ayrı Azərbaycan Ģairlərinin
əsərlərini öyrənməklə yanaĢı, onları tərcümə etməyə də meyl
göstərmiĢlər. Lakin Azərbaycan ədəbiyyatı nümunələrinin
tərcüməsi sahəsində XIX əsrdə və XX əsrin əvvəllərində daha
çox iĢ görülmüĢdür.
Təbiidir ki, bütün Avropa ölkələrinin ədəbiyyatında olduğu
kimi ingilisdilli ədəbiyyatda da Nizami Gəncəvi yaradıcılığı
həm oriyentalistlərin yazdığı tədqiqatlarda, həm də tərcümədə
əsas yer tutur (37, 35-36).
1786-cı ildə Vilyam Cons ―Sirlər xəzinəsi‖ poemasını nəsrlə
ingilis dilinə tərcümə etmiĢ və bu tərcümə V.Consun
ölümündən sonra – 1804-cü ildə Londonda nəĢr olunmuĢdur
(34, 163).
Ümumiyyətlə, ingilisdilli ədəbiyyatda Nizami yaradıcılığına
maraq olduqca böyük olmuĢdur. Təsadüfi deyil ki, görkəmli
Azərbaycan Ģairinin ingilis dilində öyrənilməsi və nəĢri
tarixinə xüsusi tədqiqatlar və məqalələr həsr olunmuĢdur.
Müxtəlif illərdə A.Krımski, Y.Bertels, Ə.Seyidzadə,
Ə.Ağayev, S.Devek, V. Destgerdi, S.Nəfisi və baĢqa
tədqiqatçı alimlər Nizaminin ingilis dilində öyrənilməsi
tarixindən söhbət açmaqla bərabər Nizami əsərlərinin ingilis
dilinə tərcüməsinin keyfiyyəti haqqında da müəyyən
mülahizələr yürütmüĢlər.
Dostları ilə paylaş: |