Yeddinci fəsil
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA
Ey oğul, insan söz anlamağı və söz deməyi bacarmalı, pis
adamlardan isə dilini saxlamalıdır. Ey oğul, sən doğru danışan
ol, özünü doğru danışan tanıt ki, işdir bir gün zərurət üzündən
yalan deməli olsan, doğru qəbul etsinlər. Lakin yalana oxşar
doğru danışma. Doğruya oxşar yalan, yalana oxşar doğrudan
yaxşıdır, çünki o yalana inanarlar, bu doğruya yox. Qəbul
edilməyən doğrulardan qaç ki, rəhmətlik əmir Bus-Suvar
31
Ğazi
Şapur ibn əl-Fəzl ilə mənim başıma gələn əhvalat sənin də
başına gəlməsin.
H e k a y ə t. Ey oğul, bil ki, mən əmir Bus-Suvar
dövründə, həccdən qayıtdığım il Gəncəyə cihad
32
davasına
getmişdim. Mən Hindistan cihadında çox iştirak etmişdim, indi
də Rum
33
cihadında iştirak etmək istəyirdim. Əmir Bus-Suvar
böyuk şah idi, dediyini eyləyən, müdrik, ləyaqətli, ədalətli,
56 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
şücaətli, fəsahətli,
dini sevən, uzaq görən idi, yə'ni şahlara xas
olan bütün müsbət xüsusiyyətlər onda var idi, çox ciddi adam
idi, zarafatı xoşlamazdı.
Məni görəndə çox hörmət etdi, mənimlə söhbətə başlayıb
cürbəcür şeylər danışdı, mən də ona qulaq asırdım, lazım olan
cavablar verirdim, Cavablarım onun çox xoşuna gəldi, mənə
çoxlu kəramətlər göstərdi və geri qayıtmağa qoymadı. Mənə o
qədər lütfkarlıq etdi ki, axırda mən də ürəkdən meylimi ona
saldım, bir neçə il Gəncədə qaldım. Mən həmişə onun
qonaqlıqlarında olurdum, şərab məclisində iştirak edirdim. O
məndən müxtəlif şeylər soruşur, keçmiş şahların tarixi ilə
maraqlanır, dünyanın vəziyyəti haqqında suallar verirdi. Bir gün
bizim vilayət haqqında
söz düşdü, hər yerin əcayib-qərayib
adətlərindən soruşmağa başladı. Mən dedim: "Gürganın
34
yaxınlığında, dağın ətəyində bir kənd, bu kənddən uzaqda isə bir
bulaq vardır. Kəndin arvadları su gətirmək üçün bir yerə
toplanır, sonra həmin bulağa gedərək sərniclərini su ilə
doldurur, başlarına qoyub qayıdırlar. Qadınlardan biri qabaqda
sərnicsiz gəlir, yola diqqətlə baxır. O yerlərdə təsadüf edilən
yaşıl bir qurd (cücü) var, ona rast gələndə götürüb kənara atır ki,
suaparan qadınlar onu tapdalamasınlar. Kim hamin qurdu
tapdalayıb öldürsə, başında olan sərnic suyu dərhal iylənir, ona
görə suyu yerə boşaldıb geri dönmək, sərnici pak eyləyib
yenidən su ilə doldurmaq lazım gəlir".
Mən bu sözü dedikdə əmir Bus-Suvar üz-gözünü turşutdu,
başını yırğaladı, bir neçə gün mənimlə əvvəlki kimi mehriban
olmadı.
Bir dəfə Piruzan
35
Deyləm mənə dedi: "Əmir səndən
gileylənib deyir ki, filankəs ciddi adama oxşayır, ancaq
bilmirəm nə üçün mənə uşaq-uşaq sözlər danışır, onun kimi bir
adam mənim kimi birisinə nə üçün yalan deyir?".
Mən o saat Gəncədən Gürgana bir qasid göndərdim və əmr
etdim ki, belə bir kəndin hamin yerdə olduğu və hamin cücü
əhvalatının düzlüyü haqqında qazi rəis, xətib, üləma və bütün
e'timadlı adamlar tərəfindən imza edilmiş bir arayış gətirsin.
Dörd ay zəhmətdən sonra mən həmin arayışı alıb əmir
BusSuvarın qarşısına qoydum. Oxuyub güldü və dedi: "Mən
özüm bilirəm ki, sənin kimi adamdan yalan çıxmaz, xüsusilə
mənim yanımda, lakin elə də doğru danışmaq lazım deyil ki
inandırmaq üçün dörd ay zəhmət çəkib iki yüz mö'təbər adamın
imzası ilə sənəd hazırlayasan!"
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Onu da bilməlisən ki, söz dörd cürdür: birini nə bilərlər nə
deyərlər, birini həm
bilərlər, həm də deyərlər, birini deyərlər,
lakin bilməzlər, birini bilərlər, lakin deməzlər. Bilinməyən və
deyilməyən sözlər dinə ziyanı olanlardır, bilmək lazım olmayıb
deyiləsi sözlər: haqq-taalanın kitabında, peyğəmbər
əleyhissəlamın hədislərində, elmi kitablarda, üləmanın
əsərlərində olan sözlərdir, çünki belə sözlərin şərhi yalnız
təqliddən ibarət olar, onlardakı ziddiyyət ixtilaf və çətinlikləri
açıb göstərmək vəhydən xəbər vermək və ona bənzər kimi bir
şeydir. Ona görə, kim belə şeyləri şərh etmək həvəsinə düşsə,
xüdavəndi-aləm onun cəzasını verər
həm bilməli, həm deməli
sözlərə gəldikdə, onlar həm dinə, həm dünyaya lazım olan, yə'ni
hər iki dünyada işə yarayan sözlərdir. Belə sözlərin həm
danışana, həm də dinləyənə faydası olar. Bilib deyilməyəsi sözə
misal onu göstərmək olar ki, böyük bir adamın və ya bir dostun
sənin yanında bir eybi ola, ya ehtimal üzündən və ya işin
gedişindən elə güman edəsən ki, o, şəriətə düz gəlmir, desən ya
həmin böyük adamın qəzəbinə səbəb olarsan, ya o dostuna ziyan
vurarsan, ya qara camaatın tə'nəsinə mə'ruz qalarsan. Belə bir
söz bilib deyiləsi mümkün olmayan sözdür. Dediyim bu dörd
növ sözün ən yaxşısı odur ki,
onu həm bilmək olar, həm də
demək.
Lakin bu dörd növ sözün hərəsinin iki üzü vardır: biri
gözəl, biri çirkin. Camaat arasında danışarkən gözəllərini danış
ki xalqın xoşuna gəlsin və qabiliyyətinin dərəcəsi mə'lum olsun.
Böyük və ağıllı adamları sözlərinə görə tanıyarlar, sözləri
adamlara görə yox. Hər adam öz sözünün altında gizlənmişdir.
Əli Əmirəlmö'minin (Allah ondan razı olsun) belə demişdir:
"Hər kəs öz dilinin altında gizlənmişdir". Söz var bir cürə
deyərsən, insanın ruhu təzələnər, başqa cürə deyərsən adamın
qəlbi kədərlənər.
H e k a y ə t. Eşitmişəm, bir dəfə Harun ər-Rəşid
36
yuxuda
görür ki, bütün dişləri tökülübdür. Səhəri yuxuyozanı çağırıb
soruşur: "Bu yuxunun mə'nası nədir?". Yuxuyozan deyir:
"Əmirəlmö'minin ömrü uzun olsun, bütün qohum-əqrəban
səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaqdır". Harun ər-
Rəşid deyir: "Bu yuxuyozana yüz çubuq vurun, o belə bir ağır
xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım
məndən əvvəl öləcəksə, onda mən kimə lazımam?!".
Əmr etdi, başqa yuxuyozanı çağırdılar, yuxunu ona
danışdı. Yuxuyozan dedi: "Əmirəlmö'mininin gördüyü bu yuxu
göstərir ki, Əmirəlmö'minin bütün qohum-əqrabasından çox
58 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
yaşayacaqdır". Harun ər-Rəşid dedi: "Ağlın hökmü eynidir,
tə'bir hamin tə'birdir, lakin ibarələrdə böyük fərq vardır". Əmr
etdi, hamin kişiyə yüz dinar versinlər.
Deməli, sözün dalına-qabağına fikir vermək lazımdır,
dediyin sözü ən gözəl tərzdə demək lazımdır ki, həm söz
anladan olasan, həm söz anlayan. Əgər dediyin sözü anlamasan,
səninlə o tutuquşunun nə fərqi var? O
da söz deyə bilir, lakin
söz anlayan deyil. Söz anlayan ona deyərlər ki, onun da sözünü
başqaları anlasın, belələri ağıllı adamlar hesab edilər, əks halda
insan deyil, heyvan zümrəsindən sayılarlar. Sözü böyük hesab
et, söz göydən enmişdir, onun qədrini bil, yerində deyilməli
sözü saxlama, de, lakin yersiz danışmaqla da onu qiymətdən
salma ki, hikmətə zülm etmiş olmayasan!
Nə desən düzünü de, mə'nasız müddəalarda olma. Hər
müddəa üçün isə çox da sübuta can atma. Bilmədiyin elmdən
dəm vurma, o elmdən çörək gözləmə, çünki sən elə elmdən, elə
minbərdən məqsədinə çata bilməzsən, yalnız bildiyin elmdən
məqsədə çata bilərsən. Bilmədiyin şeydən heç şey də əldə edə
bilməzsən.
Hekayət. Eşitmişəm, deyirlər ki, Xosrov
37
(Ənuşirəvan)
dövründə bir qadın Büzürcmehrin
38
yanına gəlib
bir məsələ
haqqında ondan söz soruşur. Bu zaman Büzürcmehrin başı
qarışıq imiş, deyir: "Ey qadın, sən soruşduğun şeyi mən
bilmirəm". Qadın deyir: "Bunu bilmirsənsə, bəs nəyə görə bizim
hökmdarın çörəyini yeyirsən?". Büzürcmehr deyir: "Bildiyim
şeyə görə, şah yalnız bildiyim şeyə mənə bir şey verir.
Bacarırsansa gəl özün hökmdardan soruş, gör o bilmədiyim şey
üçün mənə bir şey verir, ya yox?!".
Lakin işlərdə həddini aşma, ifratı zərərli hesab et, hər
məsələdə orta olmağa çalış. Bizim şəriət sahibi deyibdir: "İşlərin
xeyirlisi ortada olanıdır". Söz deyib iş görməkdə tələsmə. Mən
ağır oturub yavaş tərpənmək üstə danlanmağı, yüngüllük edib
tələsmək üstə tə'riflənməkdən üstün tuturam. Sənin yaxşı və
pisliyinə dəxli olmayan sirləri öyrənməyə çalışma, özündən
başqa heç kəsə sirr demə, desən, onu artıq sirr hesab etmə. Söz
daxilən yaxşı olsa da, xaricən onu pisə yoza bilərlər, çünki
insanların çoxu bir-birindən bədgüman olar. Hər işdə sözün,
əməlin, vəziyyətin imkanına münasib olmalıdır. Hər nə desən,
elə de ki, hamı sənin sözlərinin doğruluğunu təsdiq etsin.
Söz ustaları yanında doğru adam kimi tanınsan da, özünü
hörmətdən
salmaq istəmirsənsə, heç bir şey haqqında şahid
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib