4
əgər siz ondan da artıq bu «şəmin pərvanələrisinizsə», yenə nə gözəl! Elə Feyzinin
istədiyi də bu deyilmi?!
Kitab əvvəldən - axıracan ancaq xatirələrdən hörülməyib.Xatırlamaların bir
çoxu müəllifə bir növ Əli Kərimli düşüncələrini çözələmək üçün «bəha-
nədir».Onun şairlə bağlı lirik düşüncələri bir çox hallarda sentimental axara düşür;
bunlar o qədər şirin, o qədər ürəkdən gəlmədir ki, bu axara bir redaktor kimi əl
gəzdirməyə ürəyim gəlmədi.
Elə bu yerdə Əli Kərim ömrünə kövrək bir ürəklə bədənnüma güzgü tutub
onu bütün əzəmətiylə göstərməyə can atan müəllifin özü haqqında bir - iki kəlmə
söz söyləmək insafdan olardı (Ömürlər gəlib keçir, öyülməli adamlar barədə söz
söyləməyə çox vaxt imkan tapmırıq, bəzən də gecikirik).
İstedad utanacaq olur.Bənövşə həyalanıb kol dibinə qısılan kimi.Xalis bal
sahibinin bazarda boğazına zor verdiyini, səsini başına götürdüyünü
görməmişik.Ola bilər ki, bənövşənin ayağına bir az yubanırıq…ola bilər ki,
hərlənib bu xalis balı bir qədər gec tapırıq…Biz ona tuş gəlincəyədək nə bu
hörmətdən düşər, nə o qiymətini itirər! Əlbəttə, bu düşüncələrin canında bir az da
təsəlli payı var.Hər halda, çörəyi çörəkçiyə tapşırmaq lazımdır.Bunsuz yaxşı - pisin
sərhədini doğru - dürüst ayırd eləyə bilmərik.
Feyzi Mustafayev bədii publisistikamızın son dərəcə təvazökar, haqqı
olduğu halda iddiasız, səssiz - küysüz şəkildə bir kənara çəkilib qəlbinin bütün
hərarətini yazılarına hopduran qələm sahiblərindəndir.Təvazökarlıq isə insani
xüsusiyyətlərin başında gələn mənəvi xüsusiyyətlərdəndir…
Publisistika bədii yaradıcılığın qədir - qiyməti bilinməli, inkişaf etdiril-məli
bir qoludur.Bu qolu yaşatmağa, irəli aparmağa hünəri çatan Feyzi kimi qələm
sahiblərini öz təqdirimizlə həmişə kökdə saxlamağa çalışmalıyıq.
Məmməd ASLAN
5
HƏR KƏSİN ÖZ ƏLİ KƏRİMİ
Hər birimizin öz Əlisi, həm də hamımızın bir Əli Kərimi var.Biz həm öz
Əlimizin, həm də bir Əli Kərimimizin heyranıyıq.Mənim öz Əlimin məğrurlu-
ğunda sadəlik, sadəliyində məğrurluq vardı.Yəqin elə sizin də Əli Kəriminiz
beləydi.O, heç vaxt özünü səndən yüksək tutmurdu; səni özü bərabərinə qaldı-
rırdı.Yüz yaşına çatası olsam, mənim 38 yaşlı Əli Kərimim onda qapımdan girsə,
ayağa qalxıb deyərəm: «Buyurun, Əli müəllim, buyurun, ustad!..»
Onun haqqında xatirə yazarkən istər - istəməz öz adımı da çəkməli oluram -
başqa çarəm yoxdur; xatirə yazırsansa, o xatirəli günlərin iştirakçısı olursan axı.Elə
bilməyin, özümü onun yüksək mərtəbəsinin adamı kimi apar-maq
iddiasındayam.Xeyr, xeyr…
Şairlik ayrıca bir qəhərəmanlıqdır.Əli Kərim həm də öz ədəbi qəhrəman-
larının ömrünü təkrar edən adam idi.
Onun bütün əsərlərini sevirəm.Amma bəzən bir oxucu naşılığı ilə deyirəm:
«Bunu Əli Kərim yazsa da, bu nə «Gəl, Azərim» dir, nə «İki sevgi», nə də
«Qaytar ana borcunu»…
Əli Kərim mənimçün kimdir? Sizinçün kimdirsə - mənimçün də odur.Nə
bilim, bəlkə də bəzilərindən artıq sevirəm onu.Doğrusu, mən öz Əli Kərimimdən
sonra yaşamağa utanıram.Lakin «onun haqqında nə isə bir söz deyə bilərəm və
deməliyəm» ümidi mənə təsəllidir.
Əli Kərim elə adamdır ki, onun haqqında kim danışsa, səsini hamı eşidəcək!
Sizə qəribə görünə bilərəm, indi iki adam olmuşam: birində Əli Kərim özüylə məni
də aparıb; ikincidə o da mənimlə birgə yaşayır.Çox vaxt işimi dəyişmək istəmişəm:
axı işim Əli Kərimlə gündəlik «görüşlərimə» mane olur.Bəli, gündəlik
«görüşlərimə!»
Bu yazıda öz Əli Kərimimi sizə təqdim etmək fikrində deyiləm.Sizi ona
təqdim etmək istəyirəm.
Əli Kərim yaradıcılığına olan maraq getdikcə artır.Bu, onu tanıyanların və
tanıtmaq istəyənlərin üzərinə böyük məsuliyyət qoyur: Əli haqqında ancaq həqiqəti
dilə gətirməliyik.Yazı ilə əlaqədar, əlbəttə, Əlini tanıyanların hamısı ilə görüşmək
fikrində olmamışam.Təbiidir, bu yol təkrarçılığa aparıb çıxarar-dı.Əli
heyranlarından bir nəfər mənə dedi: «Onun haqqında elə şeylər bilirəm, onu sənə
heç kəs deyə bilməz». «Beləsi üçün göydə gəzirdim,yerdə düşüb əlimə» - deyə
sevindim.Həmin adam,doğrudan da, Əlini uşaq yaşlarından tanıyırdı.Bununla belə,
dediklərini aradım ki, yadında heç nə qalmayıb, demək olar, heç nə.Dönə - dönə
onu sübuta çalışırdı ki, Əlinin pulu olanda xərcləmyə bəhanə axtarırmış…Belə
şeylər, əlbəttə, şair təbiətindən doğan kiçik xüsusiy-yətdir.
Buradakı fəsillər müxtəlif illərdə yazılıb.Çalışmışam, hər yeni fəsli yazdıqca,
Əli Kərimi daha
dərindən öyrəndikcə, əvvəlkilərə toxunmayım, düzəliş
etməyim.Belə çıxardı ki, guya mən elə bütün bunları əvvəlcədən bilirmişəm,
oxuduqlarınızı biroturuma yazmışam.Sözün kəsəsi, hər şeyi öyrənib qurtarandan
sonra yazıya başlamamışam.Bu, xatirələrə sünilik gətirərdi.Məsələn, birinci fəsli
6
yazanda Əlinin oğlanları kiçik yaşlı uşaqlar idi.İndi - böyük oğlu Paşa elmi işçi,
Azər - aspirant, Orxan- institut tələbəsidir.Sonrakı yazıları yazanda… Səbr edin.
«Haşiyə» adlandırmadığım haşiyələr xronoloci ardıcıllıqla yazılma-
yıb.Məqsəd hansı sözün nə vaxt deyildiyini yada salmaq olmayıb.Bu qısa
haşiyələri «səpələməkdə» məqsədim yorğunluğu azaltmaq, bir növ oxucuya dinclik
verməkdir.Burada siz Əli Kərimin həyatı haqqında çox şeyi öyrənəcəksiniz…
Hə, mənim əzizlərim, indi siz mənimlə deyil, Əli Kərimlə üz -üzə, göz -
gözə dayanmısınız.Sadəcə olaraq onun nəfəsi ilə qızışan bir otağın qapısını
açmaqda sizə bələdçilik edirəm.
İşdir, burada sizə nə tanış gəlsə, təəccüblənməyin -axı dedim ki, hamı-mızın
bir Əli Kərimi var.Əgər bəzi şeyləri ilk dəfə eşidirsinizsə, buna da heyrətlənməyin
- axı mən «öz» Əli Kərimim haqqında danışıram.Mən öz Əlimi, təbii ki, sizdən
yaxşı tanıyıram.
SƏSİNİ EŞİDİRƏM,ƏLİ
Heç kim məni başa düşməz,
Bəlkə aydınlığımdandır.
Əli Kərim
Onun haqqında mütləq yazmalıydım.Bu, mənim imzamın tanınması üçün
yox, onun ömrünün bir dəqiqəsinin belə unudulmaması üçün gərək idi.
Yenicə oturub qeydlərimi sahmana salmaq istəyirdim.Qapımız döyül-dü.Ürəyim
sancdı.Bəlkə bütün deyilənlər yalandır? Bəlkə bu gələn Əli Kərim-dir? Mən nə
etmək istəyirəm? Əli haqqında xatirə? İlahi, o məni bu vəziyyətdə görsə nə
deyərdi?..
Bütün bu «bəlkələri» və qeydlərimi yığışdırıb gizlətdikdən sonra qapını
açıram.Qonşu qızı Bəsirədir.Bu gözəl qız məndən nə istəyir? - Əli Kərimin «İki
sevgi»sini.Qonşu qız «İki sevgi» ni və ürəyində şair Əli Kərimə olan oxucu
məhəbbətini aparır.Tək qalıram.Yazımmı?
Xatirə yazanda cəngavər əsəbi lazımmış.Adam çox yerdə qələmi yerə qoyub
kədərə təslim olur.Adam çox yerdə öz -özünə deyir: «Yox, bacarmı-ram, danışa
bilmirəm.Yaza bilmirəm…»
Deyirlər, ölüm insanları bərabərləşdirir, eyniləşdirir.Gərək xatirə yazan
adam bu fikirlə razılaşmasın.O, var səsiylə qışıqırmalıdır: «Yox, ölüm də insanları
bərabərləşdirə bilməz!» Əli Kərim haqqında xatirə yazarkən bu fikirdə olmuşam:
Əli Kərim heç kimə bənzəmirdi, vəssalam!
Əli Kərimin səsi yazılmış bir lent yazısı qalıb.O lent yazısı mənim «güna-
hım» üzündən yazılıb.Bu lent yazısının unudulmaz tarixi var.
…Əli Kərimlə üçüncü görüşümüz idi.1967 - ci il, aprel ayının 28 - i.Əlini
Sumqayıt alüminium zavodunun komsomolçuları «Orbita» kafesində görüşə dəvət
etmişdilər.Görüş axşam saat 8 - də başlanmalı idi.Görüşə üç saat qalmış