7
Əli Kərim bizə gəldi.Bir az dincəldikdən sonra komsomolçuların görüşünə
getdik.Məclis gec başlandı.Nə isə məclisdə plansızlıq, başsızlıq hiss olunurdu.
Elə bil məclisi başlamağa heç kəs cürət etmirdi.Biz 1 nömrəli stolda
oturmuşduq.Hamı diqqətlə, intizarla Əliyə baxırdı.Düzdür, burada onu
tanımayanlar da vardı.Əli bu sükutu pozmaq üçün zarafatla bizə dedi:
- Doldurun qədəhləri ölümlə.
Doldurduq qədəhləri.
Əli: - Gecəni «nizama» salmaq üçün! - deyə qədəhi yuxarı qaldırıb
gülümsündü.Hamı Əlinin işarəsini izləyirdi.Gecə nizama düşdü.Görüşün so-nunda
Əliyə hədiyyə olaraq qiymətli əqiq daşı verdilər.Daş rəssam tərəfindən xüsusi
hazırlanmış, üstündə Əlinin adı yazılmışdı.Əli bu yaraşıqlı daşı alarkən güldü və
dedi:
- Belə gözəl hədiyyədən sonra pis yazmaq cinayətdir.Yaxşı hədiyyədir,
həmişə saxlayacağam.
Biz görüş qurtarmamış üzr istəyib çıxdıq.Şair bir az narahat idi.Böyrünü
tutub durmuşdu.Məyusluğumu görüb:
- Keçib gedəcək, - dedi. - Bələdəm bu ağrılara.
Gecə bizdə qaldı.
Nazim Hikmət və Rəsul Rzanın səsi yazılmış lent yazısına qulaq asmaq üçün
səhər saat 10 - da Əlini qonaq otağına çağırdım.Birlikdə bu iki böyük şairin səsini
dinlədikdən sonra dedim ki, Əli müəllim, yaxşı olardı, sizin də səsinizi yazaq.Əli
Kərim əvvəlcə razılıq vermək istəmədi.Mütləq onun səsini yazmalıydım.Niyə?
Bilmirəm.Sonra razılaşdı.Əli o gün üç şeir oxudu: «İki sevgi», «Qayıt», «Atamın
xatirəsi».Şeirləri oxuyub qurtardıqdan sonra zarafatla:
- Diqqətinizə görə çox sağ olun, - dedi.
Bu sözlər də lent yazısında qalır.Əli Kərim vəfat etdikdən sonra həmin lent
yazısını bir təsəlli olar deyə onun doğma ocağına göndərmişəm.Lent sonra həqiqi
qiymətini tapdı.İki dəfə televiziya ilə verildi.Birini eşitmişəm.24 iyul 1976 - cı
ildəkini.Burada Əli Kərim «İki sevgi» şeirini oxuyur.Əlinin sözlərinə qulaq
asmaqdan doymuram.Bu sözlərdən doymaq olmaz.Onun canlı səsində Əli Kərim
mehribanlığı,Əli Kərim dostluğu və ən nəhayət, həqiqi Əli Kərim var!
Niyə məhz bu görüşdən danışmağa başladım? Ona görə ki, ancaq bu
görüşdən sonra Əli haqqında danışmağa haqqım çatır.
…Həmin il may ayının 13 - ü idi.İsti bir yaz günüydü.
İşdən yenicə gəlmişdim.Kitabxana müdiri mənə zəng çaldı.Əli Kərimlə
görüş keçirmək üçün onlara kömək göstərməyimi xahiş edirdi.Daha doğrusu,
Əlinin razılığı lazımdı.Söz verdim ki, bu arzunu gerçəkləşdirə bilərəm.Telefon
danışığını yenicə qurtarmışdım.Qapımız döyüldü.Əli Kərim idi.Necə də xoş
təsadüf! Bu,Əli Kərimin bizim evə ikinci gəlişi idi.Görüş arzumuzu, oxucuların
istəyini, kitabxana müdirinin telefon danışığını ona çatdırdım.Etiraz etmə-
di.Amma dedi ki, «axı nə yazmışam ki, məni görüşə də çağırırlar».
Bir az söhbətdən sonra gəzməyə çıxdıq.Dəniz kənarına gəldik.Əli dedi ki,
avqustda ailəsi ilə birlikdə bir həftəliyə Sumqayıta dincəlməyə gələ-cək.Sonralar
Əli buna vaxt tapa bilmədi…
8
Ən çox söhbətini etdiyimiz yazıçılar Heminqueylə Rəsul Rza idi.Kitab-
xanamda Heminquey haqqında çoxlu material vardı.Əli istəyirdi həmin
materialların hamısını birdən aparıb oxusun.Amma təkcə birini götürdü: İvan
Kaşkinin Heminquey haqqındakı kitabın içində R. Kiplinqin bu sözlərini yazdım:
- «Ən nəhayət sən nə edəcəksən?
- Ən nəhayət mən öləcəyəm.
- Bəs sonra?..»
Özüm də bilmirəm: Əliyə yadigar verdiyim kitabda axı niyə bu sözləri
yazdım.O, yanımdaca bu sözləri oxudu.Gülümsündü.Heç bir söz demədi.
Evə qayıdanda mənə Rəsul Rzanın yenicə çapdan çıxmış «Mənim
fikrimcə» kitabını verdilər.Dedilər, qonşu qız Bakıdan gətirib.Bu, həmin qız idi ki,
Əli Kərimin «İki sevgi»sini aparmışdı.Qızın bu hədiyyəsinə çox sevin-dim.Kitabı
tələsik vərəqlədik.Bizim tanış olmadığımız məqalələr də var-dı.Kitabda Əli
haqqındı da söhbət gedirdi.Həmin məqaləni əvvəllər qəzetdə oxumuşduq.Kitabı elə
bir yerdəcə oxumaq istəyirdik.Amma gec idi, gecə əriyirdi.Mən başqa otağa
keçdim.Əli dedi ki, gecə Rəsul Rzanı oxuyacaq.
Gecə saat 3 olardı.Əli yatan otağa keçdim. «Mənim fikrimcə»ni başının
altından ustalıqla «oğurladım».Bir neçə dəqiqə Əli Kərimə baxdım.Elə sıxılıb
yatmışdı ki…Elə bil… balacalaşmışdı.Deyirələr, insanın xasiyyətini, xarakte-rini
bilmək istəyirsənsə, yatdığı zaman üzünə diqqətlə bax.Doyunca Əliyə tamaşa
elədim.Xasiyyətini bilmək üçün yox, bu sevimli çöhrədən kamımı götürmək
üçün…
Səhər saat 7 olardı.Əli mən olan otağa gəldi.Qollarını sinəsində çarpazla-
mışdı.Köynəkcək idi.
- Hə, hələ yatırsan? - deyə Əli mənə yaxınlaşdı.
- Bəs siz niyə tezdən durmusunuz, Əli müəllim?
- Adət etmişəm, həmişə tezdən dururam.Paşanı məktəbə ötürəndə durub
nahar edirik.
Elə bildim, Əli yemək istəyir.Tələsik durub çay qoydum.Əli dedi: «Heç nə
lazım deyil.Çıxaq gəzməyə».
Yağış yağırdı.Bir az gəzdikdən sonra yenə də dəniz kənarına getdik.Dü-nən
gəzdiyimiz yerlərə.Bəli, bu dənizin sahilində Əli Kərimin ayaq izləri var.Ən güclü
külək, ən quduz dalğa Əlinin ayaq izlərini bu sahildən yuyub apara bilməz.
Biz təzə qəzetləri alıb bəzi materialları ayaq üstəcə tələsik gözdən
keçirirdik.Şair qəzetlərdən hansındansa bir şeirdən dörd - beş misra oxu-du.Orada
belə bir misra var idi: «Yağışa bax, yağışa». Bu misranı oxuyan kimi Əli Kərim
əsəbi halda dedi: «Baxmıram.Zor deyil ki, baxmıram yağışa!» Sonra da qəzeti
bükkələyib yolun kənarındakı yeşiyə atdı.Gülüşdük.Şeirin zəifliyinə yox.Təsadüfə
bir bax: yağış yağan vaxt Əli Kərim yağış haqqında şeir
oxuyurdu.Deyəsən,qəzetdəki qondarma yağışla əsl yağış arasında oxşarlıq əvəzinə
fərq görürdü.Əli bununçün əsəbiləşirdi.
Əli Kərimlə ikinci görüşüm Zuğulbadakı gənclik düşərgəsində oldu.Burada
Azərbaycan ədəbiyyatı və incəsənəti gənc ədəbi qüvvələrinin seminar - müşavirəsi
keçirilirdi.1966 - cı il noyabr ayının 29 - u.Seminar - müşavirənin ədəbiyyat