29
Əli Kərim isə deyirdi:
Ömür tənhalıqda bada gedərdi,
Əgər olmasaydı gözəl insanlar.
Mənimdir onların sevinci, dərdi,
Mənə özüm kimi əzizdir onlar.
«Əgər olmasaydı gözəl insanlar…»Bəli, onlarsız, doğrudan da, ömür
tənhalıqda bada gedərdi.Belə adamlar bütün əsrlərin və bütün nəsillərin yaraşığı
olub.Onlar insanlara ölümlərindən sonra da lazım olurlar.Kim deyir ki, vəfat edən
adamın təsəlliyə ehtiyacı yoxdur.Məni yaxşı mənada heyrətləndirən odur ki, bizim
indi Əli Kərim haqqında ehtiyatla işlətdiyimiz ifadələri Altay Məmmədov çoxdan
deyib.Bəzilərimiz indi, Əli Kərimin vəfa-tından neçə il sonra oyanmışıq və deyirik
ki, Əliyə vaxtında lazımi qayğı göstərilsəydi, yaxşı olardı.Altay Məmmədov isə Əli
Kərim sağlığında bunu de-yirdi.Özü də Əlidən xəbərsiz!
Örnək olası cəhət odur ki, Altay Məmmədov Əlinin qayğısına yalnız bir dost
kimi qalmırmış.Onu xalqının oğlu kimi sevirmiş.İndi də sevir.Buna oxşar sözləri
Elza xanım da bir dəfə mənə dedi.Göz yaşlarını ürəyində boğmağa çalışsa da
bacarmadı…
Bir dəfə tibb işçisi olan bir nəfər qadınla onun arasında belə bir söhbət olub:
- Ay Elza bacı, deyirlər, Əli içirmiş.Düzdürmü?
- Sən Məhəmməd Füzulini sevirsənmi? - deyə Elza xanım soruşur.
- Sevirəm.
- Bilirsənmi onun neçə arvadı, neçə uşağı varmış? Bilirsənmi, o içirmiş, ya
içmirmiş? Sənə şairin şeiri lazımdır, yoxsa?..Mən Əli Kərimə xalqımın oğlu kimi
baxıram, qiymətləndirirəm.Sonra uşaqlarımın atası kimi.Daha sonra həyat
yoldaşım kimi.Necə istəyirsən, elə də başa düş…
Əli Kərimin söhbətləri adama maraqlı əsər təsiri bağışlayırdı.O,
danışdıqlarını, həyatda rast gəldiklərini nə vaxtsa bu və ya digər şəkildə yazıb
oxuculara da təqdim edəcəkdi.Sizi bilmirəm, mənə elə gəlir,Əli Kərimin danış-dığı
bu hadisələr adama ən təsirli səhnə əsərini xatırladır:
- Mənim bir dostum var.Bir qədər içkiyə meyl edəndir.Demək olar hər gün
çaxır köşkündə meyli çəkdiyi qədər içir.Yəqin ki, vərdiş eləyib.Bu da çox pis
bəladır! Pulu olmayanda köşkdə işləyəndən nisyə çaxır alır.Bunu onun dostu hiss
edir.Müxtəlif vasitələrdən istifadə edib köşkü…tamam bağlatdı-rır!Bağlatdırır ki,
bir tərəfdən dostu içməsin, o biri tərəfdən də çaxır köşkündə işləyən Karapet onu
aldatmasın.Bilirsən, necə? Karapet görürmüş ki, filankəs çaxırı nisyə içir, ona görə
də bir neçə həftədən sonra pulunu hesablayanda onu aldadaırmış…
Sən təsəvvürünə gətirirsənmi, içkiyə meyl edən həmin adam iştahla çaxır
köşkünə gəlir və görür…nə
Karapet var, nə də çaxır! Şeirdə bu, bəlkə də yaxşı
səslənməz, amma səhnə əsəri üçün pis mövzu deyil.
30
Əli Kərim bu hadisəni elə danışdı ki, səhnə gözümün önündə canlan-
dı.Amma burada məni düşündürən içən adamın vəziyyəti yox, köşkü bağlatdı-ran
dostun sədaqəti oldu.Yəqin ki, o bunu asnlıqla etməyib!
Bu söhbətin üstündən təxminən on il keçmişdi.Həmin hadisəni mənə Əli
Kərimin dostu Arif Sultanov da danışdı…Hiss elədim, Arif Sultanov nəinki bu
hadisə haqqında bilirmiş, hətta…onun iştirakçılarından biriymiş.
Əli Kərim danışırdı ki:
- Bir kişi öz qadınını yaxın qohumlarından birinə qısqanır.Dərdini heç kəsə
deyə bilmir, məcbur olur, haqlı olub - olmadığını özü yoxlasın.Bir gün qadınına
deyir: «Mən indi filankəsgilin nömrəsini yığacağam.Sən ona deyəcək-sən ki, bəs,
dur bizə gəl, ərim də evdə yoxdur.Görüm o sənə nə cavab verəcək.Artıq - əskik
danışmayacaqsan: filankəs, salam, necəsiz? Dur bizə gəl, filankəs də evdə
yoxdur.Vəssalam».
Arvad deyir: - dəli olmusan, nədir?
- Mən deyəni eləməsən, deməli, səni qısqanmaqda haqlıymışam.
Kişi telefon nömrəsini yığıb dəstəyi qadına verir və gedib dəhlizdəki o biri
telefonun dəstəyini götürür.Qadın telefonla qohumlarına deyir:
- Hidayət, salam. «Bu Əbdül dəli olub, nədir, deyir ki, bizə gələsən...
Fikir verirsənmi qadının sözünə: «Bu Əbdül dəli olub, nədir».Deməli, Əbdül
evdədir.Xəttin o tərəfindəki adam hər şeyi başa düşməlidir.
***
Bir dəfə Yazıçılar İttifaqının katiblərindən biri Əli Kərimi yanına çağırıb
deyir:
- Əli, bala, sənə Montin qəsəbəsində ev vermək istəyirik.Oraya avtobus da
işləyir, tramvay da, traleybus da.Səninçün yaxşı olar, razısanmı?
Əli Kərim deyir:
- Ona qalsa, Moskvaya da təyyarə işləyir.
- Yaxşı, get, başa düşdüm.
Bəziləri şöhrətləndikcə elə bil yerdən uzaqlaşır, başqaları üçün əlçatmaz
olurlar.Əli Kərim şöhrətləndikcə özünü daha sadə aparırdı.
Sağlığında ondan çox şeyi soruşmadım. «Vaxt var», - deyə az şey
öyrəndim.Dünyanın bir çox böyük yazıçılarının nə
vaxt və necə öldüyünü bili-
rəm.Bilirəm, Nazim Hikmət qapısındakı poçt qutusundan qəzetləri götürmək
istərkən, demək olar, ayaq üstəcə ölüb.Bilirəm, Taqor ölərkən deyib: «Ah, həyat,
həyat! Mübarizədən başlayır, mübarizə ilə də qurtarır».Və yaxud: Puşkin,
Lermontov, Heminquey…Mən hələ də bilmirəm, Əli Kərim adlı bir şair necə
ölüb.Bəlkə də bilsəydim, bu, kədərimi yüngülləşdirərdi.Bu haqda bir dəfə mənə
danışmaq istəyiblər.Əsəblərim dözməyib…qulaq asmamışam.
Əli Kərim həmişə sevdiyi şairlərin gözəl misralarını yadda saxlamağa
çalışardı.İstəyirdi bu misraları hamı eşitsin.Öz şeirlərini əzbər bilmirdi.Həmişə