19
Əli Kərimi Bakıya yola saldıq.Tələsik qayıdıb qeydlərə baxdım.Onların
bəziləri ilə sizi tanış edirəm: «Axı, Osmanlı niyə Azər onlara gələn kimi
itir.Qonaqdan soruşmur ki, nə işdir». «Nədənsə, elə Azər qapıdan çıxan kimi
Zəriflə rastlaşır»; «Yox, inandırıcı deyil.Axı, Zərifə nə oldu ki, birdən - birə belə
ilahiləşdi?»; «Bəs onun atası niyə axırda unuduldu» - bunlar mənim «tənqidi
qeydlərim» in bir neçəsi idi.İndi də xoşuma gələn yerlərdən ikisi haqqında.Sizi öz
qeydlərimlə yox, Əli Kərimin sözləri ilə tanış edəcəyəm.Curnalda işarə
vurmuşdum ki, bu yerlər xoşuma gəlir: «Əsl dost! Bəzən biz səni görməmiş
ölürük.Səni başqası ilə əvəz edirik. «Başqası» dediyimin isə gözəlliyi bizim öz
təsəvvürümüzdən ibarət olur.Səni tapmaq planet kəşf etməkdən asan deyildir.Bəlkə
mən dostum professor Məhəmmədli öləndən sonra səni axtarmalı idim?
Əsl dost! Sən hər yerdə varsan.Bəlkə indi hansı iclasdasa, məclisdəsə, elmi
müzakirədəsə məni, mənim fikirlərimi qoruyursan…»
Romanın başqa bir yerində «tərifli sözlər» yazmışam.Bu parçanın yanın-da:
«..insan» sözü ilə «dahi» sözü arasında sədd qoymaq lazım deyil.Hər
normal
adamda potensial dahilik vardır…Mənə görə birisinin qaşı çatılanda gərək maşınlar
dayansın, adamlar ayaq saxlasın, hamı ora axışsın.Şəhərə səs - küy düşsün: Tez
olun, tez olun! Deyirlər: haradasa bir adam kədərlənmişdir!..»
Təsadüfən bu parçaları misal gətirmədim.Mənə elə gəlir, hər birimiz bu
parçaları öz dəftərsçəmizə qeyd etməliyik.Mənə elə gəlir…hər birimiz bu
sözlərdən xəbərdar olmalıyıq
…Əgər ömrümü yenidən yaşamaq imkanı verilsəydi, bütün keçmiş
günahlırmla, kədərlərimlə yaşamaqdan imtina etməzdim.Bir şərtlə: Əli Kərimin
ölümü, 30 iyun 1969 - cu il buraya daxil edilməsin.Bu günü yenidən yaşay a
bilmərəm.Ömrümün bundan sonrakı illərindən imtina edərdim.Qan
təzyiqli,müxtəlif xəstəlikli günlərimi, illərimi yenidən yaşayardım. Bircə 30 iyun
1969 - cu ildən başqa…
***
Bir dəfə Yazıçılar İttifaqında yığıncaq zamanı Əli Kərim arxa cərgədə
oturur.Yazıçı yoldaşlarından biri ona deyir ki, ay Əli, özünü niyə çəkirsən, keçib
qabaqda otursana.Əli Kərim deyir:
- Mən özümü çəkmirəm siqaret çəkirəm…
Şair yoldaşlarından bir nəfəri maşın alıbmış.Əli Kərim onun maşın
sürməyindən bərk ehtiyat edərmiş.Elə buna görə də yarızarafat - yarıciddi onun
maşınını «səyyar tabut» adlandırarmış.
Bir dəfə söhbət zamanı Əli Kərim dedi:
- Moskvada oxuyanda bir dəfə heç yerə məni institutdan çıxarmaq
istəyirdilər.Konstantin Simonovun yanına getdim.Ona deyən kimi, dəstəyi götürüb
zəng etdi.İkicə söz dedi: «On poet.Dolcen uçitsya.Vse!» Əli Kərim bu sözləri rus
20
dilində dedi.Özü də çalışırdı ki, Simonov necə deyibsə, o da həmin tərzdə, olduğu
kimi təkrar etsin.
Soruşdum ki, Simonov sizi tanıyırdımı? Əli Kərim yalnız bunu dedi:
- Haqqımda ona demişdilər…
Əli Kərim heç vaxt özünü «gözümüzdə böyütmək» üçün söz deməzdi.
Həssas oxucu üçün Əli Kərim heç kəsə bənzəmirdi.Doğrudur, bəzən onu
«tanımayan» oxucu ilə rastlaşmışam.Amma elə ki, «Qaytar ana borcunu», «İki
sevgi» ni xatırlatmışam, dərhal təəssüflənib: necə yəni, mən bu şeirləin müəllifini
unutmuşam?..
Əli Kərim heç vaxt bu və ya başqa yazıçının əsərini pisləməzdi.Yalnız işarə
ilə, bircə sözlə bildirərdi: «Onun ədəbiyyata dəxli yoxdur!»
Gizli deyil ki, adətən,dostlar bir - birindən üz döndərəndə başlayırlar bir -
birini pisləməyə.Bu, bəlkə də təbiidir.Çünki heç kəs günahı özündə görmək
istəmir.Əli Kərimin də «keçmiş» dostları vardı.Belə dostlarından söz düşəndə, Əli
Kərim onları pisləməzdi.Heç vaxt! Eləcə deyərdi: «Aramız bir az sərindir».Və
başlayırdı həmin adamın yaxşı xüsusiyyətlərindən söhbət açmağa.
Ortaboylu Əli Kərim mənimçün ucalıq rəmzi, dostluq rəmzi idi.O, dostluqda
mənafe güdən adamlara nifrət edirdi.Əli Kərim «mən sənilə dostluq edirəm, ona
görə ki, sənin yaxşı imkanların var» - dey ə fikirləşən adamlara nifrət
edirdi.Çatdırmaq istədyini sözlərilə yox, hərəkətləri ilə deyirdi.
Heç kəsə həsəd aparmırdı.O, istedadlar haqqında danışmağı elə bil özünə
borc bilirdi.Bir dəfə erməni şairi Paruyr Sevaka necə zəng etməsindən
danışırdı.Deyirdi ki, Sevakın telefon nömrəsini bilmirmiş.Yerevana, ATS - ə zəng
edib.Oradan deyiblər ki, sizə Sevakın ev telefonu lazımdır, yoxsa iş yerindəki?
Sonra Əli Kərim heyrətini gizlətmədi:
- Vallah, bizdə lap…- O məşhur bir yazıçının adını çəkdi, - telefon
nömrəsini soruşsan da, bilməzlər…
Bilirdim: Əli Kərim Paruyr Sevakla Moskvadakı Ədəbiyyat İnstitutundan
tanışdır, onunla dostluq edir.Əlbəttə, dediyim kimi, Əli Kərim ona həsəd
aparmırdı.O, oxucuların sənətkara diqqətindən danışırdı.
***
Dostluqda tanışlıqda, adətən, çox işlədilən bir söz olur.Bu söz, necə
deyərlər,
bir növ parola çevrilir.Dostlar görüşəndə hətta bəzən salam əvəzinə həmin sözü
işlədirlər.Bizim aramızda da belə bir söz vardı.Daha doğrusu, bu sözü həmişə Əli
Kərim deyirdi.Bir dəfə hansı münasibətləsə dedim: «İçmək istəyirəm!» Əli bu sözə
güldü.O gündən sonra Əli Kərimlə görüşəndə, zarafatla mənə deyərdi: «İçmək
istəyirəm!» Əli Kərim deyirdi ki, bu sözü o, pyesində İxtiyar obrazının dilində
işlədəcək.Göründüyü kimi, bu sözdə heç bir qeyri - adilik yoxdur.Nə üçün Əli
Kərim onu təkrar etməyi xoşlayırdı? Mənə elə gəlir, sözün deyiliş tərzi Əli Kərimə
xoş gəlmişdi.Daha doğrusu, artıq içə bilmək taqətində olmayan bir adamın «içmək
istəməsi» ona gülməli görünür-dü…İnanın, o, bu iki sözdən bir səhnə yarada
bilirdi…O bu sözdə bir səhnə görürdü…