çəkilmişdir.
Onun təhlili göstərir ki, müəllif topoqrafiyanı əla bildiyindən iri
yaşayış məntəqələri ətrafinda, ayrı-ayrı sahələrdə bağları, şorluqları, bataqlıqları da
göstərmişdir. Xüsusilə, Xocavənd, Lənbəran, Kvartaboyəhmədli ərazilərində
bağlıq sahələr daha çox qeyd olunmuşdur.
- Malik müəllim, bəs, təbii yer adları necə işlənmişdir? Onlar rus xəritə
və mənbələrindəki kimi dəyişdirilmiş, yoxsa türkcəsi saxlanılmışdır?
- General İbrahim ağanın xəritəsinin ən böyük dəyəri yer adlarının türkcə
işlənməsidir. Məsələn, Kür-Araz ovalığında Muğan bozqırı, Mil bozqırı, Şirvan
bozqırı kimi adlar saxlanılmışdır. Təbii coğrafi yer adları isə indikilərdən az
fərqlənir. Məsələn: Dəli Məhəmmədi.
Xəritədən kifayət qədər maraqlı məlumatlar almaq olar. Xüsusilə, tarixi
adların verilməsi onun dəyərini daha da artırır (Qarabulaq, Əbdəllər, Korusu,
Tərtər, İrəvan, Tiflis). Salyan və Sabirabad ərazisində bir çox qalaların adları
(Mahmud qala, Cavad qala, Şin qala, Əbul qala) tarixi məna kəsb edir.
Xəritədə bu
qalaları yaradan Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkilməsi, göstərilməsi də
elmi cəhətdən çox maraqlıdır. Xəzər dənizi boyu - Dərbənddən Astaraya qədər
çoxlu burunların və ətəkələrin hamısı türk - Azərbaycan adı ilə göstərilmişdir.
Müəllifin silsiləni sıralar, aşırımı aşma, çölü bozqır, kəndi köy kimi yazması da
dilçilik baxımından çox maraqlıdır.
Son illər erməni millətçiləri bir çox coğrafi adları əsassız olaraq dəyişdirmiş
və təhrif etmişlər. Həmin başabəla “tədqiqatçılara” İ.Vəkilovun xəritəsi tutarlı
cavabdır. Oxçu, Ağstafa, Alagöl, Qaragöl, Bazarçay və s. türk
mənşəli adlar
bunlara əyani misaldır. Xəritədə coğrafi adların düzgün verilməsi (oronimlər,
hidronimlər, oykenimlər) hazırda böyük elmi əhəmiyyətə malikdir. Saxtakar
erməni tədqiqatçılarını ifşa etmək üçün bu xəritə tutarlı mənbə hesab oluna bilər.
İbrahim ağa Vəkilovun xəritəsi onun əlimizdə olan yeganə kartoqrafik
əsəridir. Xəritənin tarixçi, dilçi, coqrafiyaçı alimlər və siyasətçilərin dərindən
təhlilinə ehtiyacı var. İndiki dövrdə bəzi mübahisəli məsələlərin (ad, sərhəd)
aydınlaşdırılmasında ondan istıfadə etmək vacibdir. Xəritədə göstərilmiş,
indi isə
unudulmuş türk mənşəli adların bərpa olunmasında bu xəritənin çox böyük rolu ola
bilər.
Azərbaycan Respublikasının qonşu dövlətlərlə sərhədlərinin xəritədə
göstərilməsi (xüsusən, Ermənistan, Dağıstan) müəllifin Qafqazı yaxından
tanınmasından irəli gəlir.
İbrahim ağa Vəkilovun “Azərbaycan Respublikasının siyasi və təbii xəritəsi”
adlı məzmunlu kartoqrafık əsəri qəza sərhədlərini (siyasi vəziyyəti) çox əyani
göstərən bir xəritədir.
İstedadlı topoqrafik-xəritəçi İbrahim ağa Vəkilovun bu xəritəsinin üzərində
kiçik əl gəzdirınəklə yenidən çap olunması vacibdir.
Mənə belə gəlir ki,
İ.Vəkilovun əlimizə gəlib çatmayan çoxlu əsəri hələ də müxtəlif arxivlərdə öz
tədqiqatçısını gözləyir.
Azərbaycan Respublikasının müstəqillik yolunda atdığı addımlar bizi
unutdurulmuş məşhurlarımızla daha yaxından tanış olmağa, onların əsərlərinin
toplanıb çap olunmasına köməklik göstərəcəkdir.
İbrahim ağa Vəkilovun topoqrafiya və kartoqrafiya sahəsində apardığı işlər
onun həmvətənlərinə layiqincə çatdırılmalıdır. Bunun üçün gənclərə Vətən
təəssübkeşliyi, milli hiss, keçmişimizə qayğı kimi mənəvi keyfiyyətlər
aşılanmalıdır.
Təəssüf ki, belə bir görkəmli alim-general haqqında Azərbaycan
Ensiklopediyasında bir sətir belə yoxdur.
AİLƏNİN BƏXT ULDUZU
Arvadla kişini bağlayır kəbin
Bu işə yol verir şəriət, ayin.
Mənimsə kəbinim bir rübaidir,
Varmı bu kəbinə yol verən bir din?
Məhsəti Gəncəvi.
Arxiv sənədlərində general İbrahim ağa Vəkilovun hərbi topoqrafiya
sahəsində qeyrət və vicdanla çalışmasına aid maraqlı sənədlər, rəylər vardır. Bir
şəhadətnamə də diqqətimi cəlb edir. O, 1928-ci il iyulun 30-da Azərbaycan SSR
Xalq İctimai Təminat komissarı Muxtar Hacıyev tərəfindən verilib: “Bununla
təsdiq
edirəm ki, hərbi topoqraf İbrahim ağa Vəkilov, mən Azərbaycan MİK-nin
sədri olarkən, bir neçə dəfə müxtəlif komissiyalara üzv seçilib, eləcə də
Azərbaycan və Ermənistan respublikalarının sərhəddi təyin ediləndə və
ümumiyyətlə, Azərbaycan MIK yanında müxtəlif işlərdə iştirak etmişdir. Yoldaş
Vəkilov ixtisasını qəlbən sevir, üzərinə düşən vəzifəni vicdanla, ləyaqətlə və
səliqəli yerinə yetirirdi”.
Şair Mənsur Vəkilovun yaddaşından:
1952-ci ildə Azərbaycan Respublikasın Səhiyyə Nazirinin
müavini işləyən
atam Fəxri Məmmədrza ağa oğlu Vəkilovla bağlı maraqlı bir hadisəni indi də
unuda bilmirəm. Gecə yarısı qəfildən qəbuluna çağıran Stalinin qəddar silahdaşı
Mircəfər Bağırov elə qapının astanasında sərt səslə atamdan soruşmuşdur:
“General Vəkilov sənin qohumundur?” Bu qəfil çağrışdan yaxşı heç nə
gözləməyən rəngi saralmış atam “Bəli” cavabını verir. Bir az mülayimləşən
Bagırov səsinin ahəngini yumşaldıb demişdir: “Niyə həyəcan keçirirsən? Belə
qohumla ancaq fəxr etmək olar. Bu yaxınlarda bizim sərhədlərimiz haqqında mən
ermənilərlə mübahisə edirdim. Vəkilovun xəritəsini tapıb əyani olaraq onlara sübut
etdim ki, sizin mübahisə etdiyiniz torpaqlar bizimdir.”
Bu əlbəttə o dövrün dəhşətli möcüzəsi idi: bunları o adam deyirdi ki, general
İbrahim ağa Vəkilovun iki oğlundan birini-polkovnik
Qalib bəyi güllələtmişdi,
mühəndis Faris bəyi isə on səkkiz illik sürgünə göndərmişdi.
1933-cü il noyabrın 29-da qocaman generala Azərbaycan SSR Xalq
Komissarlığı fərdi təqaüd kəsmişdir.
Ömrünün çoxunu Tiflisdə yaşayan və işləyən İ.Vəkilov 1884-cü ildə rus qızı
Yelena Yefiraovna Yermolayeva ilə ailə həyatı qurmuşdur. Bir-birini sevərək