şeydi bilmir. Deynən get qəbiristanda yat, yatajax, eymənmək-zad yoxdu. Bunda
urusca qəzət də var, gündə çıxardıb oxuyur. Məni günortadan gözləyir...
- Qatso, o kimdi, sənnən gələn?
- Paşa ağanın oğludu, İbidi, bu da şəhərə gedir.
- Xeyir ola, bu uşağın Tiflisdə nə işi var?
- Nə bilim, Nikolaz, - deyir gedib oxuyub, voyennidi, əfsərdi, nədi ondan
olajam.
Nikoloz qayğılı-qayğılı:
- Qatso, dəlisən-nəsən, - dedi. - Xalqın uşağını aparıb itirərsən.
- Niyə itir, on dörd yaşında cavan da şəhərdə itərıni? ...İbrahim həmkəndlisi
Mirzə Hüseyn Qayıbzadənin Şeytanbazar yanındakı evini asanlıqla tapa bildi.
Çünki o vaxtlar Tifiisdə çoxlu azərbaycanlı yaşayırdı. Mirzə Hüseyn Əfəndi də çox
hörmətli və məşhur şəxs idi.
O, Tiflisdə rus-tatar məktəbində şərq dilləri müəllimi, Zaqafqaziya müftisi
vəzifələrində işlədiyindən böyük nüfuza malik olmuşdu. Oxumaq istəyən kasıb
balalarına kömək əli uzatmağı, onların bu işıqlı arzularının həyata keçməsinə şərait
yaratmağı Mirzə Hüseyn Əfəndi ən nəcib, ən şərəfli vəzifə hesab edirdi.
Müftmin həyat yoldaşı Səadət xanım İbrahimi görəndə gözlərinə inanmadı.
Bu gözəl və nəcib qadın heyrətdən, təəcübdən az qala qışqıracaqdı. O, İbrahimi
bağrına basıb doğma balası kimi öpdü, oxşadı. Kəndi, gohumları soruşdu. Atası
Paşa ağanın vaxtsız ölümünə heyfsləndi. İbrahimin oxumaq dalınca gəlməsini
eşidəndə ona elə bil dünyanı bağışladılar.
- Səadət xanım, - Hüseyn Əfəndi ağır-ağır soruşdu: - İbrahimin haraya
qəbul olunmaq istədiyindən xəbərin varmı?
- Xeyr!
- Ot kökü üstə bitər. Praporşik Paşa ağanın oğlu hərbi qulluqçu olmaq
istəyir.
- Hə, - qadın xeyli duruxdu, - demək mənim kəndimin, Salahlının ilk savadlı
hərbi qulluqçusu olacaqsan. Çox yaxşı, çox gözəl, oğul, - Səadət xanım onu
yenidən qucaqladı.
- Kadet korpusunda yer yoxdur, bir az gec gəlib, bu gün sentyabrın altısıdır.
Amma Hüseyn əmisi onu məyus qaytarınaz.
Mirzə ipək kimi yumşaq və dumağ saqqalını sığallayıb ani olaraq susdu:
- Bəxtindən üçüncü Mejevoy Hərbi Gimnaziyasında bir yer var. Bu
məktəbin direktorunun mənimlə dostluğunu bilirsən. Mənə belə gəlir ki, burda
İbrahim üçün çətin olmayacağ. Direktor milliyyətcə Kazan tatarıdır. Bizim dilə
yaxşı bələddir. Ona həm rus dilini öyrədər, həm də təhsil verər.
TOPOQRAF-GENERAL İBRAHİMAĞA VƏKİLOV
Şerimiz, sözümüz, elimiz də var,
Arif yaşamışdır bizim babalar.
Lakin xoş olsa da, söz ilə sənət,
Böyük sərkərdələr yetirən millət.
Yalnız qalibiyyət çələngi taxar,
Gələcək günlərə vüqarla baxa
Səməd Vurğun
Xalqımızın yetirdiyi elə şəxsiyyətlər var ki, onların adına ancaq müxtəlif
mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. Yaşadığı dövrdə, illərdə bunların
fəaliyyəti geniş işıqlandırılsa da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub.
Xalqımız üçün gördükləri əvəzsiz işlər ört-basdır edilib. Totalitar rejimin “müsavat
generalı” damğası vurduğu onlarca belə qeyrətli sərkərdəmiz yaddaşlardan qeyb
olub. Böyüməkdə olan gənc nəslin, demək olar ki, adı ara-sıra çəkilən bu
şəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz həyat yolu bu gün
bizim üçün böyük məktəbdir.
Topoqraf-general İbrahim ağa Paşa ağa oğlu Vəkilov da belə unudulmuş
şəxsiyyətlərdən biridir.
1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının
Qırax Salahlı kəndində anadan olan İbrahim ağa Vəkilov on bir yaşında atadan
yetim qalıb. Atası Paşa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə
saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha
çox öyünür, qürrələnirdi.
General İbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv sənədi:
1900-cü mart ayının 15-ci günü! Qazax Qəza Rəisi cənablarının 7 yanvar
1900-cü il tarixli 80 nömrəli yazılı müraciəti əsasında mən Qazax Qəzası II
sahəsinin Pristavı vəzifəsinin icraçısı Poruçik Kolomeytsev bu tarixdə gizir Paşa
Xəlil ağa, mayor Əli Vəkil Qazaxlı və Pənah Bəy Vəkilov Qazaxlının nə vaxt və
hansı valideynlərdən doğulduqlarını aydınlaşdırınaq məqsədilə dindirilmə
aparmaqla Salahlı kəndinin uzunömürlü sakinləri Molla Nəsib Oruc oğlunu,
Mustafa Hacı oğlunu, Molla Əli Malik oğlunu, İbrahim Əfəndi oğlunu, Məmməd
Panbıq Bəşi oğlunu, Əmirxan Hacı oğlunu, Yaqub Hacı Vəli oğlunu, Vəli Umud
oğlunu, yerli ruhanilər Molla Usub Əfəndini, Məmməd Əfəndi oğlunu və Molla
Məmməd Zərif oğlunu dəvət etmişəm. Onların şəhadətləri inandırıcıdır və
qabaqcadan şəhadətlə gətirilərək dindirınişəm və yuxarıda ərz olunan məsələ ilə
əlaqədar onlar bunları demişlər: bizə dürüst məlum olduğu kimi gizir Paşa Ağa
qanuni valideyinləri - atası Xəlil Ağadan və anası Fatma Xanım Əlibəy qızından
doğulmuşdur; gizir Xəlil Ağa, mayor Əli Ağadan və Şəhriyar Xanım Hacı Qasım
Ağa qızından doğulmuşdur; mayor Əli Ağa Pənah Ağadan və Zöhrə xanım
Abdulla Ağa qızından, Pənah bəy isə Məmməd Şərif Ağadan və anası Yetər Xanım
Yolçu qızından doğulmuşlar. Fəqət onların məhz nə vaxt anadan olmalarını
doğulduqları dövrdən xeyli ötüşdüyünə görə bilmirik. Yuxarıda ərz olunanlarla
əlaqədar mən, Pirstavın vəzifələrinin icraçısı qərara aldım: Hazırkı protokolu
tərtibləyərək siz Qazax Qəza Rəisi cənablarına təqdim etmək.
II Sahənin Pristavı Kolomeytsev
1
Hazırkı surəti əsli ilə düzdür, dövlət rüsumu ödənilmiş və hərbi topoqraflar
Korpusunun Kapitanı İbrahim bəy Vəkilova onun xahişi əsasında təhvil
verilmişdir. Bunu da Zaqafqaziya Sünnü Ruhani İdarəsi imza və dövlət möhürü ilə
təsdiq edir. Dekabr ayının 12-ci günü 1901-ci il Tiflis şəhəri.
İdarənin rəisi Zaqafqaziya Müftisi:
Mirzə Hüseyn əfəndi Qayıbzadə
Möhür
katib: imza,
katibin köməkçisi: imza.
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi arxivində saxlanılan əlli altı
nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki
üçüncü Mejavoy Hərbi Gimnazyasına daxil olduğu göstərilir. Orta məktəb
həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə
Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya
məktəbinə daxil olur.
1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib,
praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz
hərbi dairəsinin topoqrafiyaya qərargahı şöbəsində çalışır.
Xidmətmin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan
İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər
dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir.
Belə bir ciddi işi vaxtından əvvəl - iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə,
İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək “Şire-Xorşid”
ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə
rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik
çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov
dörd il rus səfırliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində
yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir.
1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətmin
Rus-Türk sərhədlərində topoqrafiyak çəkilişə rəhbərlik edir və Bosforun hərbi
xəritəsini hazırlayır.
1912-13-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik
İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən
topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən
ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il
inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü
dərəcəli Vladimir ordenlərinə layiq görülür.
1
Sənədin əsli Şöhrət Vəkilovda saxlanılır. – Ş.N.
Dostları ilə paylaş: |