ağlınızla həyatımızın hazırkı şəraitində bunun nə ilə nəticələnəcəyini duya
bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər.
Ancaq bu, mənə dəhşətli
əzablar verir.
Lev Nikolayeviç, Siz bizə, biz balaca adamlara heç vaxt ürəkdən gələn
dəyərli məsləhətlərinizi əsirgəməmisiniz. Bunu bildiyim üçün cəsarət edib Sizi öz
xahişimlə narahat etdim. Məni təsəlli oduna atın.
Çox-çox üzr istəyirəm ki, Sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa
məni məcbur edən dəlicisinə analıq sevgisidir.
Bütün qəlblə Sizə sadiq olan
Yelena Yefimovna Vəkilova.
Tiflis şəhəri,
Uçebnıy Pereulok 1, ev 8.
* * *
1909-cu il martın on beşində Yasnaya Polyanadan göndərdiyi cavab
məktubunda dahi sənətkar yazırdı:
Yelena Yefimovna (Vəkilova)
Sizin oğullarınızın tatar xalqının maariflənməsinə kömək
etmək arzusunu
təqdir etməyə bilmərəm. Belə olduğu halda Məhəmmədin dinini qəbul etməyin nə
dərəcədə lazım olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, Sizə deməliyəm ki,
hökuməti etiraf etmədən, adamın hansı dinə mənsub olması barədə kimə olursa-
olsun, məlumat verməsini artıq hesab edirəm. Elə buna görə də Sizin oğullarınızın
dinini pravoslavdan üstün tutaraq qəbul etmələri, yəni bir dindən başqa dinə
keçmələri barədə kiməsə məlumat vermələri gərək deyildir. Bəlkə bu, zəruridir,
lakin mən bu haqda bir şey deyə bilmərəm, ona görə də Sizin övladlarınız
bu haqda
lazımı hökumət orqanlarına xəbər verib-verməmələri barədə özləri qərar qəbul
etməlidirlər.
Müsəlmançılığın pravoslavlıq qarşısındakı üstünlüyünə və xüsusilə Sizin
övladlarınızın xidmət etdikləri məqsədin alicənablığına gəlincə, bu hərəkətə bütün
qəlbimlə rəğbət bəsləyirəm.
Xristian idealı və təlimini onun həqiqi mənasında hər şeydən üstün tutan bir
adam üçün bunu demək nə qədər qəribə olsa da deməliyəm ki, müsəlmançılığın öz
xarici formasına görə kilsə pravoslavlığından müqayisəolunmaz dərəcədə
yüksəkdə durması məndə heç bir şübhə doğurmur. Belə ki, əgər bir kəsin
qarşısında kilsə pravoslavlığına, yoxsa ki, islam dininə sitayiş etmək yollarından
hansını seçmək məsələsi qoyularsa, onda hər bir ağıllı adam,
mürəkkəb və
anlaşılmaz ilahiyyatın - üçsifətli allahın, günahın bağışlanması mərasiminin, dini
ayinlərin, İsanın anasına yalvarışının, müqqəddəslər və onların şəkillərinə saysız-
hesabsız ibadətlərin əvəzinə bir ehkamı vahid Allahı və peyğəmbəri olan islam
dinini, şühbəsiz ki, üstün tutar. Bu, başqa cür ola da bilməz, çünki xristian
təliminin mahiyyətini qaranlıqlaşdıran və kilsəyə daxil olan bir çox mövhumi
mərasimlərin olmaması baxımından və xristianlıqdan 600 il sonra meydana
çıxması baxımından müsəlmançılıq xristianlıqdan üstün durmaya bilməz. Ayrıayrı
fərdlərin, bütün insanlığın və bütün insanların həyatının əsasını-təşkil edən dini
şüurun təkmilləşdiyi kimi, həyatda hər şey inkişaf edir və təkmilləşir. Dinin
təkmilləşməsi isə onun sadələşməsindən, aydınlaşmasından və onu müəmmalı edən
hər şeydən azad olmasından ibarətdir. Dini həqiqətin onu əmmalı edən hər
vasitədən azad edilməsi ən
qədim zamanlardan bəri, bütün böyük dinlərin əsasını
qoyan bəşər mütəfəkkirləri tərəfindən həyata keçirilmişdir. Beləliklə, bizə məlum
olan bütün dinlərin hamısından əvvəl belə yüksək, uca din anlayışı Vedının
(Hianistanda) ktablarında sonralar Moiseyin, Buddanın, Konfutsyanın, Lao-Tsenin,
Xristianın və Məhəmmədin təlimlərində verildir. Dini onun köhnə, kobud
mənasından azad edib, daha dərin: sadə və ağıllı həqiqətlərlə əvəz edən bütün bu
təzə din xadimləri
böyük adamlar olublar, lakin məhz böyük adam
olduqlarındandır ki, həqiqəti olduğu kimi, bütün aydınlığı, dərinliyi və saflığı ilə
keçmiş yanlış fikirlərindən azad şəkildə ifadə edə bilməyiblər. Bu adamların səhv
edə bilməyəcəkləri, onların bütün dediklərinin təkzibolunmaz əsl həqiqət olduğu
güman edilsə də, onların özlərindən çox-çox aşağıda duran şagirdləri həqiqəti
bütün dərinliyi ilə dərk etmədən, təbiidir ki, onu daha dəbdəbəli və hamı üçün
mütləq etmək arzusu ilə ona çoxlu lazımsız əlavələr, ələlxüsus əcaib ünsürlər daxil
etdiklərindən, əksəriyyət üçün həqiqəti vacibliyi ilə görmək çətin olur. Həqiqətm
din tərəfindən belə təhrifi nə qədər
çox etiraf edilmişdirsə, bu təhrifiər o qədər də
çox artmış, nəticədə din xadimləri tərəfindən kəşf olunmuş əsl həqiqət
qaranlıqlaşmışdır. Elə buna görə də ən qədim dinlərdə həqiqəti gizləyən möcüzə və
mövhumatlar hər şeydən çoxdur: bu, ən çox, ən qədim dində, oramin dinində,
ondan az yəhudi dinində, ondan da az budda, konfuksiya, taosist dinlərində, daha
az
xristian dinində, nəhayət, lap az və axırıncı böyük din olan islam dinindədir.
Odur ki, müsəlmanlıq bu baxımdan ən əlverişli şəraitdədir.
İslam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və öz bünövrəsinə
Məhəmmədin dini - mənəvi təliminin əsaslarını qoysa, təbiidir ki, bütün böyük
dinlərin əsasları, ələlxüsus, həqiqəti etiraf edən xristian təliminin əsasları ilə
birləşir. Sizə belə uzunuzadı ona görə yazıram ki, siz mənim fikirlərimi
oğullarınıza çatdıracaqsınız və bu fikirlər onların gözəl məramlarının həyata
keçməsinə yaraya bilərlər. Dinin mahiyyətmi təşkil edən həqiqətlərin böyük onu
qaranlıqlaşdıran hər şeydən təmizlənməsinə təsir etmək insan fəaliyyətinin ən yaxşı
növlərindən biridir. Əgər Sizin övladlarınız bu fəaliyyəti
həyat məqsədləri hesab
etsələr, onda onların həyatı dolu və tam olacaq.
Bilmirəm, müsəlmançılıqda mənə məlum olan, ali əsas həqiqətləri gizlədən
yanlış fikrlərdən və mövhumatından azad edilməsinə xidmət edən iki təlim Sizə və
Sizin övladlarınıza məlumdur, ya yox. Buna görə, hər iki təlim təqibə məruz qalıb,
indi də məruz qalır. Bu təlimlərdən biri İranda yaranmış, sonra Türkiyəyə keçmiş
və orada təqibə məruz qalan babistlər təlimi indiki Akkedə yaşayan Baqo-Ullanın
oğlunda səfərbər olub.
Ancaq bütün insanlıq üçün vahid olan məhəbbət dinini qəbul edən bu təlim,
ibadətin heç bir xarici formasını qəbul etmir.