1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və Hərbi Dənız
Donanmasının əmrində oxuyuruq:
“Hərbi topoqrafiya şöbəsinin rəisi İbrahim ağa
Vəkilov yoldaş hərbi
topoqrafiya kurslarının təşkili və rəhbərliyi sayəsində misilsiz xidmətlərinə, eləcə
də yeni topoqrafların yetişdirilməsinə səmimi və vicdanla yanaşmasına görə,
topoqrafçıların birinci buraxılışının təntənəsi günü, ümümi iclasın qərarlarına
əsasən hərbi topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir.
Hərbi Dəniz Donanmasının Xalq komissarı
Qərargah rəisi”.
Yeni gələn şura hökuməti onu “müsavat generalı” kimi gözümçıxdıya salsa
da, İbrahim ağa hərbi-elmi, pedaqoji fəaliyyətini dayandarmayıb. Ehtiyac içində
yaşayan general ömrünün son günlərində hökumətə yazdığı ərizəsində bildirirdi:
“Dulam. Bir çarpayıdan, bir mizdən və bir arakəsmədən savayı heç nəyim yoxdur.
Oğlumun darısqal evinin kiçik bir küncündə yaşayıram...”
Ədalətsizliyə bax ki, arxivdə saxlanan “Hərbi xidmət kitabçası”nın “rütbəsi”
yazılan qrafasında Sovet hökumətinin hansısa
xəbis ürəkli bir nümayəndəsi
general-mayor sözlərinin üstündən tuşla qara xətt çəkib.
Onun çox böyük topoqraf təcrübəsi inqilabdan sonra yalnız milli
diviziyalarda deyil, həm də Respublika Xalq Torpaq Komissarlığı Topoqrafiyaya-
Geodeziya İdarəsinin rəisi vəzifəsində, Azərbaycanın Qədim Dövr İncəsənət
Abidələrini və Təbiəti Müafizə Komitəsində işləyəndə karına gəlmişdi.
General İbrahim ağa Vəkilovun zəngin arxivi ilə tanış olduqca şəkil və
sənədlərdə fədakar, vicdanlı, xalqını, millətini sevən bir insanın dolğun obrazını
açıq-aydın görmək olur.
İstər hərbi topoqrafiya, istərsə də tariximizin ayrı-ayrı ziddiyyətli, mürəkkəb
dövrünü öyrənmək üçün generalın məqalələri kifayət qədər material verir. Onun
Azərbaycan Dövlət Tarix Muzeyinin arxivində mühafizə olunan əlyazmasında
sovet dövründəki məqalə və məruzələri qeydə alınıb. Əlbəttə, bu, general İbrahim
ağa Vəkilovun inqilabdan əvvəlki, həmçinin 1918-20-ci
illərdə Milli Azərbaycan
ordusundakı misilsiz xidmətinin yalnız bir hissəsidir. Hətta, onun sovetlər
dövründəki elmi-tədqiqi xidmətinin də tam əksi deyil:
1) Hərbi idarə üzrə 3 dekabr 1922-ci il 373-a nömrəli əmrin surəti, 4-cü §
təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurslarının fəxri kursant seçilmişdim.
2) Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi İcra Komitəsinə
8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamışam.
3) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 23/XI-1922-ci il tarixli jurnal
qərarının çıxarışını yazmışam.
4) Azərbaycan Hərbi Komissarlığının 8 may 1923-cü il tarixli 1347
nömrəli
vəsiqəsini tərtib etmişəm.
5) Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1 aprel 1922-ci il tarixli
qətnaməsinin çıxarışını yazmışam.
6) Köçərilər haqqında məqaləm “Azərbaycanı Tədqiq Edən və Öyrənən
Cəmiyyətin Xəbərləri” jurnalının 3-cü nömrəsində dərc edilib.
7) “Yeni kənd” jurnalında Ağamalı oğlu adına Torpaq Ölçmə
Texnikumunun yaradıcısı kimi mənim fotoşəklim verilib.
8) T.Q.Sultanovun “Naxçıvan Diyarı və onun iqtisadiyyatı” kitabı mənim
tərtib etdiyim xəritə ilə birlikdə nəşr olunub.
9) a) Azərbaycanın, b) Bütün Qafqazın, v) Avropanın, q) Asiyanın, d)
Amerikanın (Şimali və Cənubi), i) türk xalqlarının Asiya və Avropada
məskunlaşmasının xəritələrini tərtib etmişəm.
ALİM SÖZÜ
Qoca tarix ilham almış,
mərd əllərin yazısından.
Səməd Vurğun
General İbrahim ağa Vəkilovun sərkərdlik fəaliyyətindən başqa ayrı-ayrı
sahələrdə də xalqımız qarşısında xidmətləri çox olmuşdur. Azərbaycan
Respublikasının siyasi və təbii xəritəsinin ilk tərtibçisi də İbrahim ağadır.
Bu dəyərli xəritənin taleyi necə olmuşdur? Bu milli xəritə nə az, nə də çox,
yetmiş ildən artıq xalqımızdan gizlədilmiş, sovet
dövründə ondan istifadə
olunmamışdır. Yaddaşlardan qeyb olunan xəritənin yeganə nüsxəni qeyrətli alim,
coğrafiya elmləri namizədi, dosent Malik Mirzəyev qoruyub bu günümüzə qədər
saxlaya bilmişdir.
- Malik müəllim, general İbrahim ağa Vəkilovun kartoqrafik xəritəsi
sovet xəritələrindən hansı keyfiyyətlərinə görə fərqlənir?
- Generalın tərtib etdiyi “Azərbaycan Respublikasının siyasi və təbii
xəritəsi” kartoqrafik bir əsərdir. O, məşhur dünya alimlərinin və kartoqraflarının
tərtib etdikləri xəritələrlə müqayisədə nəinki onlardan geri qalmır, hətta onlardan
çox-çox üstündür. Adətən, xəritə tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi,
fiziki və s.) əks etdirınəklə kifayətlənirlər. Bir xəritədə iki sahəni birləşdirmək
ideyası ilk dəfə general İbrahim ağa Vəkilova müyəssər olmuşdur. O,
bir xəritədə
həm siyasi, həm də təbii məkanları birləşdirmiş və nəticədə dərin məzmunlu,
zəngin təfsilatlı, asan oxuna bılən orijinal kartoqrafık əsər yaratmışdır. Xəritənin
təhlilindən aydın olur ki, müəllif onu tərtib etmək üçün gərgin elmi axtarışlar
aparmış, topoqrafiya, toponimika, tarix, onamistika, eləcə də coğrafiya
elmlərinin
öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Xəritə qırmızı rəng çaları ilə işlənmiş, ay-
ulduz bayrağı ilə birgə çap olunmuşdur. Onun üçün l:420000 miqyas seçilmişdir. O
dövr üçün hər yerdə-ölkədə ondan asanlıqla istifadə etmək üçün ingilislərin
işlətdiyi miqyasın da (verst) verilməsi onun praktiki əhəmiyyətini xeyli artırmışdır.
Xəritədə verilən marşrut işarələrinin yığcamlığı xüsusi əhəmiyyət kəsb edir.
Bunların sayı indiki xəritələrlə müqayisidə xeyli azdır. İnşa olunmuş, inşa olunan,
ensiz dəmir yolları, araba, şosse yolları və axan çay aydın nəzərə çarpan şəkildə