9
lərin düzgün tətbiqi sənədin
praktiki əhəmiyyətini təmin
edən mühüm şərtlərdən biri olmaqla, sənədə məna və
məzmun dəqiqliyi verir. İşgüzar yazışmalar zamanı sənəd-
də ifadə olunan hər bir mülahizə
və fikirlər kifayət qədər
faktlarla zəngin olmalı və bu faktlarla əsaslandırılmalıdır.
Yazışmaların aparılması zamanı sənədlər tərtib olunarkən,
konkret faktları, məlumatları diqqətlə seçmək, yoxlamaq,
onların dəqiq və etibarlı olmasına xüsusi diqqət
yetirmək
lazımdır. Əgər sənəddə əks olunan faktlar qeyd etdiyimiz
pametrlərə uygun olarsa, onu oxuyan şəxs sənədin məz-
mununu başa düşməkdə çətinlik
çəkməz və bunun üçün
əlavə vasitələrə ehtiyac qalmaz.
İşgüzar sənədlərin məqsədi müəllifin öz nöqteyi-
nəzərini və mövqeyini yazışmanın ünvanlandığı şəxsə çat-
dırmaqdan ibarətdir. Savadlı və inandırıcı arqumentlər bu
məqsədə nail olunmasında əsas vasitələrdən biri kimi qiy-
mətləndirilir. Bu yazışmalar qramatik, etik və digər qayda-
lara əməl edilmədən aparıldıqda yaranmış
münasibətlər
nəinki inkişaf edə, əksinə ilk anındaca korlana bilər və
işgüzar əlaqələr pozula bilər. Ona görə də yuxarıda qeyd
olunan qaydalara əməl etməklə tərtib olunan işgüzar mək-
tublar onu tərtib edən şəxsin və təmsil etdiyi idarə, müəs-
sisə və təşkilatın barəsində müsbət təəsürat yarada bilər ki,
bu da görülən işlərdə uğur qazanmağın vacib şərtlərindən
biri kimi qiymətləndirilir.Bunun üçün işgüzar məktubların
quruluşuna (struturuna) xüsusi
diqqət yetirilməlidir
.
1.2. İşgüzar məktubun quruluşu ( strukturu)
İşgüzar məktubun quruluşu ( strukturu)
onun zəruri və
vacib elementlərindən biri kimi onun məna və məzmunu-
10
nun düzgün dərk edilməsi, habelə onun oxunması zamanı
vaxt itkisinin qarşısının alınmasında
mühüm əhəmiyyət
kəsb edir. Ona görə də işgüzar yazışmaların həyata keçiril-
məsi zamanı məktubun strukturuna dair tələblərə ciddi
əməl edilməsi tərəflər arasında
mövcud olan və ya gələ-
cəkdə yaranacaq münasibətlərin pozitiv inkişafı üçün va-
cib şərtlərdən biri kimi qiymətləndirilir.
Dostları ilə paylaş: