11
ifadələrdən
istifadə edilməməlidir ki, onu oxuyan qarşı
tərəf üçün tələb və ya ona təklif olunan məsələlər tam şə-
kildə aydın olsun. Məsələn, «Müqavilə şərtlərinin dəyişdi-
rilməsi», «Yeni qiymətlərin müəyyən edilməsi», «Əmək-
daşlıq məsələlərinin müzakirəsi üçün işgüzar görüşün ke-
çirilməsi barədə təklif» və s.
2. Salamlama
. İşgüzar yazışmaların həyata keçiril-
məsi zamanı hamı tərəfindən qəbul olunmuş, ictimai mü-
nasibətlərin iştirakçılarının mənəvi-əxlaqi
və intellektual
səviyyəsinin göstəricisi sayılan bir sıra etik davranış qay-
dalarına əməl edilməlidir ki, bunlar da qarşı tərəfə müx-
təlif müraciət formalarında özünü biruzə verir.
Bu zaman
«Hörmətli …… müəllim!», «Hörmətli …… xanım!»,
«Hörmətli …….oğlu!», «Hörmətli …..qızı!» kimi ənənə-
vi müraciəit formalarından istifadə olunur. İşgüzar mək-
tubların yazılması zamanı bir qayda olaraq, qarşıtərəfə adı,
soyadı və atasının adı ilə müraciət olunsa da, bəzi hallarda
onun yalnız vəzifəsinin göstərilməsi ilə də kifayətlənmək
olar. Məsələn, «Hörmətli cənab direktor!», «Hörmətli
cənab Baş katib!», «Hörmətli cənab Nazir!» və s.
Qeyd etmək lazımdır ki, qarşı
tərəfə adla müraciət
edilməsi psixoloji nöqteyi-nəzərdən şəxsi münasibətlər-
dəki hörməti, həmin şəxsin nüfuzu və «çəkisini» azalt-
ması, qarşılıqlı münasibətlərin o qədər də dərin olmaması
təəssüratı yaratdığından, imkan
daxilində bu cür müraciət
formalarından istifadə edilməməlidir. Bəzən işgüzar yazış-
malar zamanı bir qrup şəxsə müraciət etmək zərurəti ya-
ranır. Bu zaman «Hörmətli bəylər və xanımlar!», «Hör-
mətli həmkarlar!», «Hörmətli dostlar!» və s.kimi ifadələr-
dən istifadə edilməsi qarşılıqlı münasibətlərin səviyyəsinə
12
təsir etməklə, həyata keçiriləcək fəaliyyət növünün uğurlu
olmasına münbit şərait yaradır.
İşgüzar məktubların hazırlanması zamanı ixtisar
olunmuş söz və ifadələrdən (məsələn, «cənab»
əvəzinə
«c-b», «xanım» əvəzinə «x-m», «direktor» əvəzinə «d-r»
vəsair) istifadə edilməsi də qarşılıqlı münasibətlərdə arzu
olunmaz hal kimi qiymətləndirilə və gələcəkdə qurulması
nəzərdə tutulan işgüzar münasibətlərə mənfi təsir göstərə
bilər. Ona görə də bu tipli müraciət formalarından
imtina
edilməsi məqsədəuyğun hesab olunur.
Dostları ilə paylaş: