26
www.aliyevheritage.org
Bütün keçmiş sovet respublikaları kimi, Azərbaycan
da keçid dövrünü
yaşayır və bu dövr bir sıra mürəkkəb problemlərlə müşayiət edilir. Lakin
həyata keçirilən islahatlar mövcud çətinliklərin aradan qaldırılacağına təminat
verir. Bununla belə Ermənistanın Azərbaycana qarşı təcavüzü, bu təcavüz
nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyondan artıq dinc
vətəndaşımızın didərgin düşməsi vəziyyəti olduqca mürəkkəbləşdirmişdir.
Sizə məlumdur ki, 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında
Ermənistanla razılıq əldə etmişik və iki il doqquz aydır ki, atəşkəs şəraitində
yaşayırıq. Bu, şübhəsiz, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün
müsbət haldır. Keçən ilin dekabrında ATƏT-in Lissabonda keçirilmiş Zirvə
toplantısı münaqişənin dinc vasitələrlə tənzimlənməsinin
prinsiplərini
müəyyən etmişdir. Bu prinsiplər əsasında silahlı qarşıdurmaya son qoy-
maq məqsədilə danışıqlar aparırıq. Bildiyiniz kimi Ermənistan - Azərbaycan
münaqişəsinin nizama salınması ilə ATƏT-in Minsk qrupu məşğul olur.
Artıq bu qrupda dəyişikliklər edilib və yaxın vaxtlarda Minsk qrupuna ABŞ,
Fransa və Rusiyanı təmsil edən üç həmsədr rəhbərlik edəcək. Ümidvarıq ki,
həmsədrlərin təyin edilməsi ilə bağlı qərar qəbul edildikdən sonra Minsk qru-
pu daha fəal işləyəcəkdir.
Qeyd etmək istəyirəm ki, NATO Avropada
təhlükəsizlik kimi olduqca
vacib bir məsələ ilə məşğul olan təşkilatdır. Azərbaycan isə Avropanın bir
hissəsidir. Güman edirəm ki, bölgəmizdə sabitliyi təmin etmək üçün siz də
öz səylərinizi göstərəcəksiniz və apardığınız danışıqlar bu məsələnin həllinə
kömək edəcəkdir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
27
www.aliyevheritage.org
Hörmətli cənab sədr!
Xanımlar və cənablar!
Sizi ürəkdən salamlayıram və dünyanın bütün xalqlarının təhlükəsizliyi,
azadlığı və tərəqqisi naminə birgə uğurlu iş arzulayıram.
Biz Varşava Müqaviləsi pozulduqdan sonra yaranmış yeni
müstəqil dövlətlər
ilə NATO arasındakı əməli dialoqa və əməkdaşlığa böyük əhəmiyyət veririk.
Soyuq müharibə, nüvə fəlakəti təhlükəsi, dünyanın iki düşmən cəbhəyə
ayrılması dövrü başa çatdıqdan sonra bəşəriyyət silahlı münaqişələr, təcavüzkar
separatçılıq, silahların, ağır hərbi texnikanın, nüvə və kimyəvi döyüş başlıqları
daşıya bilən raket sistemlərinin nəzarətsiz yayılması kimi yeni təhlükələrlə
qarşılaşmışdır.
Bu mənfi proseslər xalqlarımızın mənafelərinə çox böyük ziyan vurur,
iqtisadiyyatı ifl ic vəziyyətinə salır, yeni müstəqil dövlətlərin
Dünya Birliyi ilə
tez bir zamanda inteqrasiyasına mane olur, milyonlarla dinc əhalinin insan
hüquqlarını kobud surətdə pozur.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfi ndən
təcavüzə məruz qalmışdır və bunun nəticəsində respublikamızın ərazisinin
iyirmi faizi erməni silahlı qüvvələri tərəfi ndən işğal edilmiş, bir milyondan çox
vətəndaşımız doğma yurd-yuvalarından qovulmuşdur və qaçqın olaraq çadır
şəhərciklərində çox ağır şəraitdə yaşayır.
Azərbaycan tərəfi ədalətli və möhkəm sülhə nail olmaq üçün hər şeyi edir,
ATƏT-in Minsk prosesi çərçivəsində ən konstruktiv mövqe tutur.
Üç ildən çox-
dur ki, atəşkəs rejimi saxlanılır və biz münaqişə tam aradan qaldırılanadək
buna əməl etmək niyyətindəyik.
ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan istisna olmaqla bütün
iştirakçı ölkələr Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasının
əsas prinsiplərini müdafi ə etdilər. Bu prinsiplər aşağıdakılardır: Azərbaycanın
və Ermənistanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan
dövləti tərkibində özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün
əhalisinin təhlükəsizliyinə təminat verilməsi.
Avropa - Atlantika Əməkdaşlıq Şurasının üzvü olan
ölkələrin dövlət və hökumət başçılarının iclasında
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin nitqi - Madrid
9 iyul 1997-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
28
www.aliyevheritage.org
Lakin Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi üzündən
ATƏT-in Minsk qrupunun səyləri hələ də istənilən nəticəni verməmişdir.
Biz ümid edirik ki, Minsk konfransının həmsədrliyi - Rusiya, ABŞ, Fransa
Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanmasına
və möhkəm
sülhün bərqərar olmasına nail olacaqdır.
Bu baxımdan biz həmçinin NATO-nun və Avropa - Atlantika Əməkdaşlıq
Şurasının fəal roluna ümid bəsləyirik. Onlar Qafqazdakı silahlı münaqişələri
kənardan müşahidə etməməlidirlər. Nəzərə almaq lazımdır ki, bu münaqişələr
Ümumavropa təhlükəsizliyi üçün də ciddi təhlükə yaradır.
Bugünkü görüşdən istifadə edərək bəyan etmək istəyirəm ki, Azərbaycan
Respublikası Avropa - Atlantika Əməkdaşlıq Şurasının yaradılmasını alqışlayır
və buna NATO ilə tərəfdaş ölkələr arasında siyasi məsləhətləşmələrin, fəal
əməkdaşlığın mühüm mexanizmi kimi baxır.
Biz NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında fəal iştirak edir və
ümid bəsləyirik ki, bu proqram silahlı qüvvələrimizin Avropada
sülhün və
sabitliyin təmin edilməsi məqsədlərinə və vəzifələrinə uyğunlaşdırılması üçün
təkmilləşdirilməsinə kömək edəcəkdir.
Çıxışımın sonunda Polşanın, Macarıstanın və Çexiyanın prezidentlərini
onların ölkələrinin NATO-ya üzv qəbul edilməsi münasibətilə təbrik edirəm.
Mən Rusiyanı NATO ilə əsas aktı imzalaması, Ukraynanın prezidentinin bu
gün NATO ilə xüsusi saziş imzalaması münasibətilə təbrik edirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL