29
www.aliyevheritage.org
Hörmətli cənab Solana!
Sizin Azərbaycan Respublikasının və şəxsən mənim ünvanıma söylədiyiniz
səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki,
görkəmli dövlət xadimi olan Sizi Azərbaycanda yaxşı tanıyırlar və Sizin Azərbaycana
səfərinizi ölkəmizdə mühüm hadisə kimi xatırlayır, NATO ilə Azərbaycan arasında
son illər yaranan və durmadan möhkəmlənən əlaqələri həm də Sizin adınızla
bağlayırlar. Mən şəxsən Sizinlə yaranmış şəxsi dostluq münasibətlərimizin bu işdə
mühüm rol oynadığını razılıqla qeyd etmək istəyirəm.
Mən bunu da bildirirəm ki, NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq
Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyulun 8-9-
da Madriddə keçirilmiş zirvə görüşünün nəticələri dünyanın bir sıra qlobal
problemlərinin həllində və bu beynəlxalq təşkilatın ayrı-ayrı strukturları
ilə ölkəmizin əməkdaşlığının daha da möhkəmləndirilməsində mühüm rol
oynayacaqdır.
Nəzərinizə çatdırıram ki, ölkəmizin müstəqilliyi əbədi və sarsılmazdır.
Ölkəmizdə getdikcə sabitləşən ictimai-siyasi vəziyyət və xalqın buna dəstək
verməsi müstəqilliyimizin daha da möhkəmlənməsində başlıca təminat kimi
özünü göstərir. Bütün bunlar bizə imkan verir ki, Azərbaycan üçün ən ağrılı
problem olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama
salınması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi sahəsində daha ci-
ddi addımlar ataq və böyük işlər görək.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç böyük dövlətin - ABŞ-ın,
Rusiyanın, Fransanın prezidentləri Bill Klintonun, Boris Yeltsinin və Jak Şirakın
Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll olunması barədə
Denverdə imzaladıqları bəyanat məmnunluq doğurur və bir daha göstərir
ki, həmsədr ölkələr bu sahədə göstərdikləri səyləri artırmağa başlamışlar və
bunu razılıqla qeyd etmək olar. Mən hərbi münaqişənin 1997-ci ildə aradan
qaldırılacağına böyük ümidlər bəsləyirəm və bu barədə ABŞ prezidenti Bill
Klintonla Ağ evdə keçirəcəyim görüşdə ətrafl ı müzakirələr aparacağam.
Hörmətli Solana, mən Sizi bir daha Azərbaycana səfərə dəvət edirəm. Ümid-
varam ki, bu səfəriniz NATO-Azərbaycan əlaqələrinin güclənməsinə kömək
edəcəkdir. Sağ olun.
27 iyul 1997-ci il
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin NATO-nun baş katibi Xavyer Solana ilə
görüşdə söhbətindən - Nyu-York
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
30
www.aliyevheritage.org
Heydər Əliyev: Hörmətli cənab Xavyer Solana!
Mən Sizi səmimi-qəlbdən salamlayıram və Sizin Bakıya yeni səfərinizdən
məmnun qaldığımı söyləyirəm.
Xavyer Solana: Mən də Azərbaycana təkrar gəlişimdən, görkəmli siyasi
xadim Heydər Əliyev ilə bir daha görüşməkdən, Sizinlə fi kir mübadiləsi apar-
maq imkanından şad olduğumu bildirirəm.
Heydər Əliyev: Mən bundan əvvəl Lissabonda, Madriddə, Bakıda, habelə
mənim Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərim zamanı Nyu-Yorkda
olan görüşlərimizi məmnunluqla xatırlayıram.
Xavyer Solana: Mən də o görüşləri çox məmnunluqla xatırlayıram. Müstəqil
Azərbaycan dövləti ilə Şimali Atlantika İtt ifaqı arasında əməkdaşlığın
yaranması və inkişafında bu görüşlərin böyük əhəmiyyəti var.
Heydər Əliyev: Mən də bu əlaqələrin əhəmiyyətini vurğulayıram. Mən 1994-
cü və 1996-cı illərin mayında Brüsselə olan səfərlərimi yada salaraq demək
istəyirəm ki, ilk səfərdə mən NATO-nun baş qərargahında “Sülh naminə
tərəfdaşlıq” proqramını imzaladım, sonra isə Azərbaycanın həmin proqrama
qoşulması haqqında prezentasiya sənədini Sizə təqdim etdim. O vaxtdan ötən
müddətdə NATO ilə əlaqələrimiz daim genişlənir. Azərbaycan “Sülh naminə
tərəfdaşlıq” proqramında yaxından iştirak edir. Azərbaycan bu əməkdaşlığı
yüksək qiymətləndirir və gələcəkdə də inkişaf etdirmək niyyətində olduğunu
vurğulayır. Mənim fi krimcə, cənab Solananın indiki səfəri bu sahədə bir sıra
məsələləri müzakirə etməyə imkan yaradır.
Xavyer Solana: Sizin qeyd etdiyiniz fi kirlərinizə tamamilə şərik çıxıram.
Mənim Azərbaycanın paytaxtına olan bu səfərim zamanı aparılan danışıqları
əvvəlki görüşlərin davamı və inkişafı kimi qiymətləndirirəm. Əsrimizin so-
nunda dünyada çoxlu hadisələr baş vermişdir. Bizim günlərdə bu hadisələr çox
sürətlə cərəyan edir, qloballaşır, təhlükəsizlik məsələləri xüsusilə gündəlikdə
durur. Bu baxımdan prezident Heydər Əliyev kimi təcrübəli siyasətçi ilə fi kir
mübadiləsindən çox şey əxz etmək mümkündür.
Heydər Əliyev: Məlumunuz olsun ki, cənab Xavyer Solana, hazırda
Azərbaycanda hərtərəfl i inkişaf üçün siyasi, iqtisadi, sosial, mənəvi, psix-
oloji şərait yaranmışdır. Bazarın inkişafına hər cür şərait yaranmışdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin Bakıda səfərdə olan NATO-nun baş katibi
Xavyer Solana ilə təkbətək görüşdəki söhbətindən
30 sentyabr 1998-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
31
www.aliyevheritage.org
Yeni infrastrukturlar yaratmaqla yanaşı, mövcud infrastrukturların nor-
mal fəaliyyət göstərməsinə köməklik edilmişdir. Bir sözlə, geniş islahatlar
aparılmışdır. Bunların hamısı Azərbaycanda hüquqi, demokratik, dünyəvi
dövlət quruculuğuna, bazar iqtisadiyyatına keçməyə, Dünya Birliyinə geniş
inteqrasiyaya yönəldilmişdir. Əsrimizin sonunda dünyada təhlükəsizliyə,
əmin-amanlığa nail olmaq hamı üçün çox vacibdir. Ancaq bu, Azərbaycan
üçün xüsusilə böyük əhəmiyyətə malikdir. Belə ki, xalqımızın ən ağır prob-
lemi olan Ermənistan-Azərbaycan münaqişəsinə hələ də son qoyulmaması
nəinki müstəqil dövlətimizin təhlükəsizliyi üçün maneə törədir, eyni zaman-
da ölkəmizdə quruculuq proseslərinin daha sürətlə getməsinə mane olur.
Bu münaqişənin Azərbaycana hədsiz zərər vurmasına, bir milyondan çox
vətəndaşımızın yerindən-yurdundan didərgin düşməsinə baxmayaraq, biz
məsələnin sülh yolu ilə həllinə çalışırıq. Dörd ildən çoxdur ki, atəşkəsə nail
olmuşuq və ona indi də əməl edilir. Mən Ermənistan-Azərbaycan münaqişəsinin
ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş üç prinsip əsasında
həllinin vacibliyini bir daha vurğulayıram. Bu sahədə Siz ATƏT-in Minsk qru-
punun fəaliyyətindən, onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin
münaqişənin həlli barədə irəli sürdükləri təklifl ərdən xəbərdarsınız. Ümidvar
olduğumu bildirirəm ki, bu problemi danışıqlar, sülh yolu ilə həll etmək müm-
kün olacaqdır.
Xavyer Solana: Cənab prezident, son vaxtlar bütün dünyanın diqqət
mərkəzində olan bir hadisəni - tarixi İpək yolunun bərpası üzrə Bakıda böyük
uğurla keçirilmiş beynəlxalq konfransı mən də böyük diqqətlə izlədim. Bu
konfrans təkcə regional yox, beynəlxalq əhəmiyyətə malik olan yeni, dəyərli
təşəbbüsü reallaşdırdı. Bakıda belə bir konfransın çağırılmasının təşəbbüsçüsü
olan və onun müvəff əqiyyətlə keçməsi üçün bütün imkanları yaradan Sizin,
prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm. 30-dan çox
ölkənin və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin
iştirak etdiyi bu mötəbər tədbir göstərir ki, həmin ölkələr sıx iqtisadi əməkdaşlıq
edərək gələcəyə doğru birlikdə irəliləmək istəyirlər. Bu isə təkcə iqtisadi
məsələ deyil, həm də sabitliyə və təhlükəsizliyə nail olmaq istəyidir. Mən
xüsusi olaraq vurğulamaq istəyirəm ki, prezident Heydər Əliyevin müdrik,
uzaqgörən siyasəti nəticəsində Asiya ilə Avropa arasında əlaqələr, əməkdaşlıq
körpüsü qurulur. Həmin proqramın həyata keçirilməsi İpək yolu üzərində
ən mühüm, başlıca məntəqə olacaq Azərbaycan üçün xüsusilə böyük imkan-
lar açacaq, onun iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşmasını daha da
dərinləşdirəcək, beynəlxalq aləmdə nüfuzunu yüksəldəcəkdir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Dostları ilə paylaş: |