______________________________________________
10
rənin yerinin dəyişdirilməsi barədə mənə bir neçə dəfə müraciət etmişdilər.
Mən bu barədə məktub da almışdım. O məktubu mərhum Rəsul Rza, Qara
Qarayev, İmran Qasımov, Süleyman Rüstəm və bir çox başqaları
imzalamışdılar. Doğrudan da, belə bir narahatçılıq var idi. O vaxt mən özüm
də bir dəfə Gəncədə olanda gedib baxdım. Texnologiyanın aşağı səviyyədə
olması üzündən alüminium zavodundan çıxan tozlar həqiqətən, o vaxt
Gəncənin bu ərazisini bütünlüklə bürüyürdü. Hətta oradakı ağaclar, güllər də
çox pis vəziyyətə düşürdü.
Bu məsələ bir neçə il müzakirə olundu. Mən 70-ci illəri deyirəm. Ancaq
mən düşünürdüm ki, əgər bu qəbir buradadırsa, bütün müharibələrə,
hücumlara, qalibiyyətlərə, məğlubiyyətlərə, dəyişikliklərə baxmayaraq, 800 il
burada qalıbsa, indi onun yerini dəyişdirmək olmaz. Ona görə də mən o vaxt
bu fikrə razı olmadım.
Nizami Gəncəvinin 840 illik yubileyini keçirəndə həmin məqbərənin
yenidən qurulması haqqında qərar qəbul etdik. Bundan sonra Gəncə
alüminium zavodunun istehsal texnologiyasında da bir çox dəyişikliklər
əmələ gəldi, müəssisədən çıxan tozun qarşısı müəyyən miqdarda alındı. İndi
o, modernləşib. Mən Gəncədə olanda gedib baxdım, məqbərə yaxşı
vəziyyətdədir.
Biz Şuşada Molla Pənah Vaqifin qəbri üzərində gözəl bir məqbərə
yaratdıq. Çox cəsarətlə deyirəm ki, bu məqbərə Molla Pənah Vaqifə layiq idi,
gözəl idi. Biz o vaxt gedib onun açılışını böyük bir təntənə ilə keçirdik.
Orada respublika ictimaiyyətinin nümayəndələri, ədəbiyyat, incəsənət,
mədəniyyət xadimləri iştirak edirdilər. Təəssüf ki, indi Şuşa işğal altındadır.
Ancaq mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Molla Pənah Vaqifin
məqbərəsi də öz xalqımıza qayıdacaq. Umumiyyətlə, Şuşada olan tarixi
abidələrimizin hamısı özümüzə qayıdacaq.
Əgər keçmişi götürsək, Naxçıvanda çox böyük bir tarixi məqbərə vardır -
dahi memar Əcəmi Naxçıvaninin əsəri. Q, 800 ildir yaşayır. Bu, Möminə
Xatun məqbərəsidir. Bilirsiniz ki, onun altı qəbirdir. Naxçıvanda belə bir
möhtəşəm məqbərəni bizim əcdadlarımız yaradıblar. Bu, Azərbaycanın
memarlıq tarixində, sənətində ən görkəmli yerlərdən birini tutur. Bəs indiki
nəsillər nə üçün belə abidələr yaratmasın? Ona görə də Hüseyn Cavidin
cənazəsi Sibirdən gətiriləndə mən məhz bu fikrin tərəfdarı oldum ki, onun
qəbri Naxçıvanda olsun, bir tə-
______________________________________________
11
rəfdə Əcəmi Naxçıvaninin yaratdığı Möminə Xatun məqbərəsi, o biri tərəfdə
isə XX əsrdə bizim nəslin yaratdığı Hüseyn Cavid məqbərəsi olsun. Bax,
mən o vaxt həmin qərarın qəbul olunmasına bu məqsədlə imza atmışam və o
fikirlə yaşayıram. Ona görə də istəyirəm ki, indi bizim üçün çətin olsa da,
belə bir möhtəşəm məqbərə yaradaq. Bu həm böyük memarlıq abidəsi, həm
də Hüseyn Cavidin xatirəsinə layiq məqbərə olsun. Hesab edirəm ki,
hazırlanmış layihələrə də bu nöqteyi-nəzərdən baxmaq lazımdır. İndi isə
həmin layihələrə baxaq.
* * *
Düşünürəm ki, belə etmək lazımdır. İndi mən bunların hamısına baxıram,
fikrim bir az dağılır. Yəqin siz də elə bu fikirdəsiniz, ona görə də qəti bir
qərar qəbul etmək mümkün deyil. Belə fikirdəyəm ki, bu layihələri yandakı
salona qoysunlar, iki-üç gün ərzində hərə fərdi qaydada gəlib bu layihələrə
baxsın. Turan xanım özü də bu layihələrə bir daha diqqətlə baxsın. Mən
özüm də vaxt taparam, heç kəs olmayanda bir saat oturub bu layihələrə bir də
baxaram. Üç-dörd gündən sonra bir daha yığışarıq və konkret qərar qəbul
edərik.
Ancaq mən ümumi fikirləri demək istəyirəm. Həmin fikirlər bundan
ibarətdir ki, nəhənglikdən uzaq olmaq, oradakı yeri mütləq nəzərə almaq
lazımdır. Elə olmalıdır ki, məqbərə nə çox böyük, nə də çox kiçik olmasın.
Əsas fikrim belədir: qəbir məqbərənin içində olsun və orada elə bir şərait
yaradılsın ki, insan girib orada ziyarət edə bilsin, qəbrin yanında dursun,
düşünsün. Məqbərənin o tərəfdən, bu tərəfdən açıq olmasının tərəfdarı
deyiləm. Tarixən yaradılan məqbərələrin də hamısı tamam örtülü olmayıb.
Məsələn, Möminə Xatun məqbərəsi tam qapalıdır, ancaq haradansa
yuxarıdan bir balaca işıq düşür. Belə də olmalıdır. Bayaq Molla Pənah
Vaqifin məqbərəsini ona görə yada saldım ki, o həm qapalı idi, həm də hər
yerdən içəri işıq düşürdü. Elə etmək lazımdır ki, bu məqbərənin içində sakit
bir mühit olsun.
Məqbərə gərək çox böyük olmasın. Hüseyn Cavidin əsərlərindən
obrazların təsviri də səmimi olsa yaxşıdır. Mən belə fikirdəyəm ki, bu
məqbərəni xaricdən görəndə də gərək fikir cəmlənsin və onun içərisində
olanda da fikir dağılmasın. Məqbərənin miqyası da buna uyğun olmalıdır.
Gərək bu layihələrin müəllifləri də ciddi fikirləşsinlər və biz də bir az
fikirlə-
______________________________________________
12
şək. Ancaq yaddan çıxarmaq olmaz ki, bu məsələ üç-dörd günün içərisində
həll edilməlidir.
Şübhəsiz ki, biz bu layihələrdə müasirliyi nəzərə almalıyıq. Həm də
burada Azərbaycanın milli memarlıq ənənələri nəzərə alınmalı və orada
bunun nişanələri olmalıdır. Bu mütləq lazımdır. Bax, bu binanı tikəndə də
belə oldu. Binanın layihəsinin müəllifləri, xüsusən Tahir Abdullayev tez-tez
mənim yanıma gəlirdi. Mən dəfələrlə ona demişdim ki, bu binanın tamamilə
milli xarici görkəmi olmalıdır. İndi bu binada gördüyünüz milli elementlər
barədə biz o vaxt dəfələrlə fikir mübadiləsi aparmışdıq. O zaman mən onu
məcbur etdim ki, binanın heç olmasa iki mərtəbəsinin pəncərələri milli
üslubda olsun. Məndən olsaydı, o vaxt bu binanı daha da milli görkəmli
edərdik. Hər halda hesab edirəm ki, bu bina yaxşıdır, xarici görünüşü
gözəldir.
Vaxtilə biz iqamətgah binasını tikərkən (həmin binanın layihəsinin
müəllifi Rasim Əliyevdir) Mikayıl Hüseynovu bir neçə dəfə oraya dəvət
etmişdim. Mən onlara dedim ki, binanın daxilində milli ornamentlər lazımdır.
Bir dəfə rəhmətlik Mikayıl Hüseynova dedim ki, (mən arxitektura
fakültəsində oxuyarkən o mənim müəllimim olmuşdur), vaxtilə sizin
kitablarda milli ornamentlər var idi. Gətirin baxaq. Sonra Mikayıl Hüseynov
və Rasim Əliyev gəldilər, mən kitabdakı həmin ornamentləri onlara
göstərdim və xahiş etdim ki, bax, bunları divara salın. İqamətgahın
divarlarında mərmərin üzərində ornamentlər oymaq çətin idi. Bilirsiniz ki, bu
ornamentləri gipsdən və başqa materialdan düzəldirlər. Lakin Şirvanşahlar
sarayı kompleksində ornamentlərin hamısı daşın üzərində yonulub və çox
gözəldir. İqamətgahın divarları mərmərdən olduğu üçün bu, çox çətin idi.
Lakin onlar bu işi gördülər. İndi iqamətgahın salonlarının divarındakı mərmər
lövhələrin üzərindəki ornamentlər bax, belə hazırlandı.
Demək istəyirəm ki, memarlarımızda mühafizəkarlıq var. Bir tərəfdən
Azərbaycanın milli ornamentlərini təbliğ edirlər, digər tərəfdən isə bunu öz
işlərində tətbiq edəndə nədənsə çətinlik çəkirlər. Bu baxımdan arzu edirəm
ki, bu layihələrin hansınısa seçək, birləşdirək, sintez edək, bir də baxaq.
Amma bu amili də nəzərdə tutaq ki, müasirlik də olsun, ancaq milli memarlıq
ənənələri də unudulmasın. Həm gözəl, həm də sadə olsun. Gözəllik eyni
zamanda sadə olanda daha gözəl görünür.
Dostları ilə paylaş: |