Şer kitablarda belə nəşr olunub:
Ve Siz, ey ölümün korkunc yolunda
Demir addımlarla yürüyən genclər!
Siz, ey bir-bir taleyin gizli qolunda
Yürürken bahtı da çürüyen genclər.
H.Baykaranın kitabında verilmiş çoban şəkli Ə.Abidin oxumağa
getdikdən sonra gözlüksüz çəkdirdiyi tək şəklidir.
(Ç
ox təəssüf ki, H.Bayqaranın “Azərbaycan istiqlal mübarizəsi
tarixi” kitabı 1994-cü ildə Bakıda çap olunanda həmin səhifəni
verməyə ehtiyac duymayıblar). Ə.Abidi yaxından tanıyan
H.Bayqaranın əsəri bizim şübhələrimizə son qoydu.
“Buzlu cəhənnəm”i yenidən nəşr etmək, ədəbi ictimaiyyətin
diqqətini unudulmuş şairimizə yönəltmək istədik. Bu günün gözüylə
baxsaq, dili oxucu üçün ağır, vəzni bir qədər pozuq, bədii dəyəri o
qədər də yüksək görünməyən şerləri çap etməyə ilk baxışda ehtiyac
yoxdur. Düşündük ki, bu şerlərdəki coşğun yurdsevərlik, döyüşkən
ruh, milli şüurun oyanmasına və formalaşmasına güclü təsir göstərə
bilər. “Sovet ədəbiyyatı” adlandırdığımız dövrün şerlərindəki
pafosla, tərənnümlə, mədhiyyə ilə, hətta, “Günəşin şimaldan
doğduğunu” söyləyən misralarla tanış olan oxucu qoy keçmişinə
nifrət və qəzəblə baxmasın. Həmin dövrdə millətinə və xalqına
üzaqlığı gətirən şerin olduğunu görüb qürur duysun.
Kitabı nəşrə hazırlayarkən üç bölümə ayırdıq. Birinci bölümə
“Buzlu cəhənnəm” kitabında, ikinci bölümə qəzet və jurnallarda çap
olunan, üçüncü bölümə isə əlyazmalar Institutunda əliabbas Müznib
fondunda (fond 23) olan şerləri daxil etdik. M.B.Məmmədzadənin
xatirəsinə hörmət əlaməti olaraq onun çap etdirmiş olduğu kitabların
bir çox texniki cəhətlərini də saxladıq. İstər “İstiqlal uğrunda”,
istərsə “Buzlu cəhənnəm” kitabının öz qabığında müəllifini
müəyyənləşdirə bilmədiyimiz rəssamın gözəl bir əsəri verilib
8
.
Şəkildə bir əlində qolundakı buxovların qırıqlarını, o biri əlində
8
1990-
cı ildən sonra “Ulduz” jurnalının, eləcə də Hacı Hacıyevin nəşr
etdirdiyi “İstiqlalın əzablı yolları” kitabının üz qabığında da həmin şəkil
heç bir qeyd verilm
ədən çap olunub.
20
Azərbaycanın üç rəngli, ay-ulduzlu bayrağını tutmuş gənc təsvir
olunub. Arxa fonda da
Azərbaycan bayraqları əzəmətlə dalğalanır.
“Məktəb”, “Dirilik” jurnallarında və “İqbal” qəzetində çap
olunmuş şerlərin əksəriyyətini Ə.Abidnə məqsədləsə köçürərək
“Dördlüklər” adı altında toplayıb. Bunları daha bitkin saydıq. Şerləri
ərəb qrafikasından əlyazmalar İnstitutunun əməkdaşı, Bakı və
Abşeron şairlərinin həyat və yaradıcılığını öyrənən Sona Xəyal
çevirdi.
U
niversitetdə oxuduğumuz illərdə tələbə yoldaşım Müştəba
Əliyev “Babayi-əmir” jurnalında “Şapalaq”, “Şapalaqmı-çomaqmı?”,
“Zorba çomaq” və s. rubrikası altında “Qozqurab bəy” imzası ilə çap
olunmuş şerləri köçürüb mənə bağışlamışdı. Imkandan yararlanaraq,
onu da kitaba daxil etdik. Beləliklə, Əmin Abidin bizə bəlli
şerlərindən ibarət bir toplu yaratdıq. Türkiyədə çıxan “Şebab”,
“Inci”, “Syus”,
“Yarın İstanbul” jurnallarının əldə olmadığından,
“Kəlniyyət”, “Məzəli”, “Leylək”, “Molla Nəsrəddin” jurnallarındakı
gizli imzaları müəyyənləşdirə bilmədiyimizdən orada çap olan şerləri
kitaba daxil etdə bilmədik.
Kitabda və əlyazmada ətək yazıları ərəb rəqəmləri ilə verilmişdir.
Onu olduğu kimi saxladıq. Yeni əlavə etdiyimiz qeyd və şərhləri*
işarəsi ilə verdik.
“Buzlu cəhənnəm” kitabında olduğu kimi əksər şerlərin sonunda
yazılma tarixini göstərdik. Sonunda yazılma tarixi olmayan şerlərə
qəzet və jurnallarda çap olunan şerlərin sonuna isə dərc olunduğu
tarixi qoyduq. 1916—1919-
cu illərdə yazıldığını güman etdiyimiz
şerlərin isə dəqiq yazılma tarixini bilmədiyimizdən tarixsiz verdik.
Ə.Abidin başlıqsız və tarixsiz bir məqaləsindən seçilmiş “Turan
elləri”, “Arxasız vətənə döşmən yaraşır”, “Bu gün Qərbin göylərin-
də”…, “Şərqə irəli”, “Şərqin səmasından qanlar damlayor” şerlərinə
başlıqları mətnlərdən seçərək kitabın ümumi ruhuna uyğunlaş-
dırmağa çalışdıq. Bu günkü oxucu üçün anlaşılmaz hesab etdiyimiz
sö
zlərin izahını son səhifədəki lüğətdə verdik.
Kitab elmi-
tənqidi nəşr kimi nəzərdə tutulmasa da, dövrün ab-
havası haqqında təsəvvür yaratmaq üçün şerlərin dilini olduğu kimi
saxladıq. M.Hadinin, H.Cavidin Ə.A.Müznibin və b. yaradıcılı-
ğından təsirlənən Ə.Abidin şer dilində ortaq Türk dilinə bir meyililik
21
var. Yəni onun şer dili XX yüzilin önlərinədək işlədilən Osmanlı
ədəbi dili adlandırılan dil deyil.
Əbdülhəq Hamidə, Tofiq Fikrətə şerlər həsr edən Abid yalnız
onların yaradıcılığından deyil, Namik Kamalın, Mehmet Akif
Ersoyun, Mehmet Emin Yurdaqulunun, Ziya G
ögalpın və b.
yaradıcılığından da təsirləndiyi şerlərindən aydın görünür.
Ə.Abidin hələ Türkiyədə oxumağa getməmişdən yazıb çap
etdirdiyi və çap etdirmədiyi şerlər İsmayıl bəy Qaspıralının, Əlibəy
Hü
seynzadənin ideologiyasının poetik formasıdır.
“Buzlu cəhənnəm” kitabının yeni nəşrini Azərbaycan Xalq
Cümhuriyyətinin 81-ci illiyinə hədiyyə kimi nəzərdə tutmuşduq.
Heyf ki, maliyyə çətinliyi ucbatından bunu gerçəkləşdirə bilmədik.
Yaranmış çətinliyi Bakıda doğulub boya-başa çatan, bakılı
təəssübkeşliyi ilə seçilən Tənzilə xanım aradan qaldıraraq, kitabın
nəşrini öz üzərinə götürdü. Ona və bu kitabın hazırlanmasında bizə
yardımçı olmuş adını çəkdiyimiz və çəkmədiyimiz bütün soydaşlara
təşəkkürümü bildirirəm. Kitabın hazırlanmasında vəzifə bölgüsünün
sərhəddi olmadı. Burada əməyi olan hər bir şəxs redaktə işindən
tutmuş, şərhlərin yazılmasınadək iştirak etdi. Kitab kollektiv əməyin
məhsuludur.
Ə.Abidin gənclik illərində yazdıqlarının bir qismi, yəni ilk qələm
təcrübəsinin məhsulu olan şerləri bir xeyirxah insanın sayəsində işıq
üzü gördü. Bəs onu məşhurlaşdıran elmi araşdırmaları necə? Onların
da işıq üzü görməsinə yardımçı olan tapılacaqmı?
Əli Şamil
22
Dostları ilə paylaş: |