Gültəkin-əmin Abid



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix25.08.2018
ölçüsü0,55 Mb.
#64091
1   2   3   4   5   6   7   8   9   ...   19

Şer kitablarda belə nəşr olunub: 

 

Ve Siz, ey ölümün korkunc yolunda 



Demir addımlarla yürüyən genclər! 

Siz, ey bir-bir taleyin gizli qolunda 

Yürürken bahtı da çürüyen genclər. 

 

H.Baykaranın kitabında verilmiş çoban şəkli Ə.Abidin oxumağa 



getdikdən sonra gözlüksüz çəkdirdiyi tək şəklidir. 

ox  təəssüf  ki,  H.Bayqaranın  “Azərbaycan  istiqlal    mübarizəsi 



tarixi”  kitabı  1994-cü  ildə  Bakıda  çap  olunanda  həmin  səhifəni 

verməyə  ehtiyac  duymayıblar).  Ə.Abidi  yaxından  tanıyan 

H.Bayqaranın əsəri bizim şübhələrimizə son qoydu.  

“Buzlu  cəhənnəm”i  yenidən  nəşr  etmək,  ədəbi  ictimaiyyətin 

diqqətini unudulmuş şairimizə yönəltmək istədik. Bu günün gözüylə 

baxsaq, dili oxucu üçün ağır, vəzni bir qədər pozuq, bədii dəyəri o 

qədər də yüksək görünməyən şerləri çap etməyə ilk baxışda ehtiyac 

yoxdur.  Düşündük  ki,  bu  şerlərdəki  coşğun  yurdsevərlik,  döyüşkən 

ruh, milli şüurun oyanmasına və formalaşmasına güclü təsir göstərə 

bilər.  “Sovet  ədəbiyyatı”  adlandırdığımız  dövrün  şerlərindəki 

pafosla,  tərənnümlə,  mədhiyyə  ilə,  hətta,  “Günəşin  şimaldan 

doğduğunu”  söyləyən  misralarla  tanış  olan  oxucu  qoy  keçmişinə 

nifrət  və  qəzəblə  baxmasın.  Həmin  dövrdə  millətinə  və  xalqına 

üzaqlığı gətirən şerin olduğunu görüb qürur duysun.  

Kitabı  nəşrə  hazırlayarkən  üç  bölümə  ayırdıq.  Birinci  bölümə 

“Buzlu cəhənnəm”  kitabında, ikinci bölümə qəzet və jurnallarda çap 

olunan, üçüncü bölümə isə əlyazmalar Institutunda əliabbas Müznib 

fondunda  (fond  23)  olan  şerləri  daxil  etdik.  M.B.Məmmədzadənin 

xatirəsinə hörmət əlaməti olaraq onun çap etdirmiş olduğu kitabların 

bir  çox  texniki  cəhətlərini  də  saxladıq.  İstər  “İstiqlal    uğrunda”, 

istərsə  “Buzlu  cəhənnəm”  kitabının  öz  qabığında  müəllifini 

müəyyənləşdirə  bilmədiyimiz  rəssamın  gözəl  bir  əsəri  verilib

8



Şəkildə  bir  əlində  qolundakı  buxovların  qırıqlarını,  o  biri  əlində 



8

 

1990-



cı  ildən  sonra    “Ulduz”  jurnalının,  eləcə  də  Hacı  Hacıyevin  nəşr 

etdirdiyi    “İstiqlalın  əzablı  yolları”  kitabının  üz  qabığında  da  həmin  şəkil 

heç bir qeyd verilm

ədən çap olunub. 

 

20 

                                                           




Azərbaycanın  üç  rəngli,  ay-ulduzlu  bayrağını  tutmuş  gənc  təsvir 

olunub. Arxa fonda da 

Azərbaycan bayraqları əzəmətlə dalğalanır. 

“Məktəb”,  “Dirilik”  jurnallarında  və  “İqbal”  qəzetində  çap 

olunmuş  şerlərin  əksəriyyətini  Ə.Abidnə  məqsədləsə  köçürərək 

“Dördlüklər” adı altında toplayıb. Bunları daha bitkin saydıq. Şerləri 

ərəb  qrafikasından  əlyazmalar  İnstitutunun  əməkdaşı,  Bakı  və 

Abşeron  şairlərinin  həyat  və  yaradıcılığını  öyrənən  Sona  Xəyal 

çevirdi. 

 U

niversitetdə  oxuduğumuz  illərdə  tələbə  yoldaşım  Müştəba  



Əliyev “Babayi-əmir” jurnalında “Şapalaq”, “Şapalaqmı-çomaqmı?”, 

“Zorba çomaq” və s. rubrikası altında “Qozqurab bəy”  imzası ilə çap 

olunmuş şerləri köçürüb mənə bağışlamışdı. Imkandan yararlanaraq, 

onu  da  kitaba  daxil  etdik.  Beləliklə,  Əmin  Abidin    bizə  bəlli 

şerlərindən  ibarət  bir  toplu  yaratdıq.  Türkiyədə  çıxan  “Şebab”, 

“Inci”, “Syus”, 

“Yarın  İstanbul”  jurnallarının  əldə  olmadığından, 

“Kəlniyyət”, “Məzəli”, “Leylək”, “Molla Nəsrəddin” jurnallarındakı 

gizli imzaları müəyyənləşdirə bilmədiyimizdən orada çap olan şerləri 

kitaba daxil etdə bilmədik. 

Kitabda və əlyazmada ətək yazıları ərəb rəqəmləri ilə verilmişdir. 

Onu  olduğu  kimi  saxladıq.  Yeni  əlavə  etdiyimiz  qeyd  və  şərhləri* 

işarəsi ilə verdik. 

“Buzlu cəhənnəm” kitabında olduğu kimi əksər şerlərin sonunda 

yazılma  tarixini  göstərdik.  Sonunda  yazılma  tarixi  olmayan  şerlərə 

qəzet  və jurnallarda    çap olunan  şerlərin  sonuna  isə  dərc  olunduğu 

tarixi qoyduq. 1916—1919-

cu  illərdə  yazıldığını  güman  etdiyimiz 

şerlərin  isə  dəqiq  yazılma  tarixini  bilmədiyimizdən  tarixsiz  verdik. 

Ə.Abidin  başlıqsız  və  tarixsiz  bir  məqaləsindən  seçilmiş  “Turan 

elləri”, “Arxasız vətənə döşmən yaraşır”, “Bu gün  Qərbin göylərin-

də”…, “Şərqə irəli”, “Şərqin səmasından qanlar damlayor” şerlərinə 

başlıqları  mətnlərdən  seçərək  kitabın  ümumi  ruhuna  uyğunlaş-

dırmağa çalışdıq. Bu günkü oxucu üçün anlaşılmaz hesab etdiyimiz 

zlərin izahını son səhifədəki lüğətdə verdik. 



Kitab elmi-

tənqidi  nəşr  kimi  nəzərdə  tutulmasa  da,  dövrün  ab-

havası haqqında təsəvvür yaratmaq üçün şerlərin dilini olduğu kimi 

saxladıq.  M.Hadinin,  H.Cavidin  Ə.A.Müznibin  və  b.  yaradıcılı-

ğından təsirlənən Ə.Abidin şer dilində ortaq Türk dilinə bir meyililik 

 

21 




var.  Yəni  onun  şer  dili  XX  yüzilin  önlərinədək  işlədilən  Osmanlı 

ədəbi dili adlandırılan dil deyil. 

Əbdülhəq    Hamidə,  Tofiq  Fikrətə  şerlər  həsr  edən  Abid  yalnız 

onların  yaradıcılığından  deyil,  Namik  Kamalın,  Mehmet  Akif 

Ersoyun,  Mehmet Emin Yurdaqulunun, Ziya G

ögalpın  və  b. 

yaradıcılığından da təsirləndiyi şerlərindən aydın görünür. 

Ə.Abidin  hələ  Türkiyədə  oxumağa  getməmişdən  yazıb  çap 

etdirdiyi və çap etdirmədiyi şerlər İsmayıl bəy Qaspıralının, Əlibəy 

seynzadənin ideologiyasının poetik formasıdır. 



“Buzlu  cəhənnəm”  kitabının  yeni  nəşrini  Azərbaycan  Xalq  

Cümhuriyyətinin  81-ci  illiyinə  hədiyyə  kimi  nəzərdə  tutmuşduq. 

Heyf ki, maliyyə çətinliyi ucbatından bunu gerçəkləşdirə bilmədik. 

Yaranmış  çətinliyi  Bakıda  doğulub  boya-başa  çatan,  bakılı 

təəssübkeşliyi  ilə  seçilən  Tənzilə  xanım  aradan  qaldıraraq,  kitabın 

nəşrini öz üzərinə götürdü. Ona və bu kitabın hazırlanmasında bizə 

yardımçı olmuş adını çəkdiyimiz və çəkmədiyimiz bütün soydaşlara 

təşəkkürümü bildirirəm. Kitabın hazırlanmasında vəzifə bölgüsünün 

sərhəddi  olmadı.  Burada  əməyi  olan  hər  bir  şəxs  redaktə  işindən 

tutmuş, şərhlərin yazılmasınadək iştirak etdi. Kitab kollektiv əməyin 

məhsuludur. 

Ə.Abidin gənclik illərində yazdıqlarının bir qismi, yəni ilk qələm 

təcrübəsinin məhsulu olan şerləri bir xeyirxah insanın sayəsində işıq 

üzü gördü. Bəs onu məşhurlaşdıran elmi araşdırmaları necə? Onların 

da işıq üzü görməsinə yardımçı olan tapılacaqmı? 

 

                                              



Əli Şamil 

 

 



 

 

 



 

 

 



 

 

 



22 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə