bilmişdi. ən yaxşı bəzi şerləri bəstələnib İstanbul əhalisi arasında
bu gün də tərənnüm edilməkdədir”
4
.
M.Ə.Rəsulzadə nin və Ə.Cəfəroğlu Əmin Abidin yaradıcılığı ilə
yaxından tanışlığına şübhəmiz yoxdur. Amma onlar da Ə.Abidin
Gültəkin imzası olduğuna dair kiçik işarə belə verməmişdilər.
Odur ki, yazılanlarla kifayətlənmir, Gültəkinin kitabını axtarır-
dım. İstanbulda Azərbaycan Respublikasının Baş konsulu işləyən
şair Abbas Abdulla, Gültəkinin “Buzlu cəhənnəm” kitabını 1990-cı
illərdə Türkiyədən Bakıya apardığını, kitabın özqabığındakı şəkli
“Ulduz” jurnalında çap etdirdiyini söylədi. İpucu tapsam da, kitabın
əlimə keçməsi Abbas Abdullanın konsulluqdan çıxıb Bakıya qayıt-
masınadək uzandı
5
.
Türkiyə radiosunun “Azərbaycanın səsi” redaksiyasının müdiri,
ədəbiyyatımızın gözəl bilicisi və təbliğatçısı Seyfəddin Altaylı da
Gültəkinin “Buzlu cəhənnəm” kitabını axtardığımı bilirdi. O, 1997-ci
ildə “İstiqlal uğrunda” adlı bir kitabın surətini mənə bağışladı. 1928-
ci ildə İstanbulun Orxaniyyə mətbəəsində ərəb qrafikası ilə basılmış
kitabı mühacirətdə olan Azərbaycan siyasi xadimləri hazırlamışdılar.
“Milli Azərbaycan nəşriyyatı” seriyasından buraxılan səkkizinci
kitab “İstiqlal uğrunda”dır. Şerlər toplusuna geniş müqəddimə
yazılmış, sonunda isə “Yeni Kafkasya” dərgisindən alınmış “İnqilab
nəğmələri” və “Azəri-Türk” dərgisindən alınmış “Usta Əli və şerləri”
məqaləsi verilmişdi.
Bu nüsxənin dəyərini artıran oradakı avtoqrafdır. Müsavat Par-
tiya
sının qurucularından olan Abbas Kazımzadə 18 dekabr 1932-ci
ildə avtoqrafla “İstiqlal uğrunda”nı Muxtar bəyə bağışlayıb.
“İstiqlal uğrunda” kitabına Kamal imzalı müəllif geniş
müqəddimə yazıb. Tərtibçi, şerləri haradan aldığı, müəlliflərin
şəxsiyyətləri haqqında heç bir bilgi verməmişdir. Müqəddimədə və
“İnqilab nəğmələri” məqaləsində Gültəkinin yaradıcılığına geniş yer
ayırılıb. Şerlər doqquz bölümdədir. Altı bölümün hər birinin
4
Ə.Cəfəroğlu. Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsi izləri
“Az
ərbaycan yurd bilgisi” dərgisi, 1932, N 8-9.
5
Gült
əkinin “Buzlu cəhənnəm” kitabını geniş ürək və böyük
m
əmnuniyyətlə mənə verən Abbas Abdullaya minnətdaram — Ə.Şamil.
11
başlanğıcında Gültəkinin şerlərindən alınmış bənd və misralar var.
Şerlər yazarlara görə deyil, mövzuya görə qruplaşdırılıb.
Kit
abda Gültəkinin 20, Əhməd Cavadın 9, Sənanın 6, Azəriza-
dənin 2, Məs’ud Səfvətin 2, Ə.Yusifin, İsmayıl Zühutinin, Usta
əlinin, Gülsərənin, H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin 1 şeri
var. 2 şerin altına “… xanım”, bir şerin altına “B” imzası, üç şerin
altına isə üç nöqtə və ya * * * işarəsi qoyulub.
“Buzlu cəhənnəm” kitabında çap olunan şerlər (“Buzlu
cəhənnəm” şerinin önə çıxarılmasını, “Sevimli Bakı” şerinin əlavə
edilməsini nəzərə almasaq) “İstiqlal uğrunda”da Gültəkin imzası ilə
çap olunan şerlərlə (hətta sıra ardıcıllığı da) eynidir. “Buzlu
cəhənnəm”ə ön söz kimi yazılmış “Gültəkin” məqaləsindəki fikir və
mülahizələr “İstiqlal uğrunda” kitabının müqəddiməsində Gültəkin
haqqında deyilənlərlə üst-üstə düşür. Yoxsa “İstiqlal uğrunda”ya
müqəddimə yazan Kamal “Buzlu cəhənnəm”i toplayıb nəşrə
hazırlayan, “Gültəkin” başlıqlı ön söz yazan Mirzə Baladır.
Bəs Gültəkin kimdirə Gültəkin Əmin Abiddirmi?
Suallara cavab tapmaq üçün Gültəkin imzası ilə çap olunan
şerlərlə Əmin Abidin əlimizdə olan şerlərini və faktları
tutuşdurmağa başladıq. Ə.Abidin həbsindən (1938) sonra yalnız bir
dəfə onun şairliyindən söz açılıb və şerlərindən nümunələr verilib.
Cəfər Rəmzi İsmayılzadə Bakı və Abşeron şairlərinin şerlərini
topladığı “Deyilən söz yadigardır” kitabında (1981) Ə.Abidin adına
“Ayrılarkən”, “Nişansız nişanlıya”, “Vərəmli qız” və iki dördlük çap
etdirib. Şerlərin haradan alınması haqda heç bir qaynaq göstərməyib.
“Ayrılarkən”ın “İstanbuldan” qeydilə “Kommunist” qəzetinin 1923-
cü il 12 oktyabr sayında,”Nişansız nişanlıya” şerinin isə “Şərq
qadını” jurnalının 1923-cü il N 2, s. 18-də çap olunduğundan,
“Vərəmli qız” şerinin əlyazmasının isə əlyazmalar Institutunda
əliabbas Müznibin fondunda (fond 23) saxlandığından xəbərdardıq.
Sonda verilmiş iki dördlüyü isə Ə.Abidin böyük qardaşı
Ə.A.Müznibin yazdığını nəinki qohumları, ədəbiyyat həvəskarlarının
çoxu bilirdi. Qohumlarının evində Ə.A.Müznibin bir şəklinin
arxasındakı aftoqrafı görmüşdüm. Orada yazılmışdı:
Ayinədə öz surətü simamı görəndə,
Yarəb, utanıb qərq oluram bəhri-həyayə.
12
Sən nəiysə həya eyləməyib xəlqə deyirsən:
Bəndə yaradıb yollamışam dari-fənayə.
Şəkli Ə.A.Müznib Sibir sürgünöndə olarkən (1911-13) çəkdirib-
miş. Görünür, diqqətsizlikdən C.Rəmzi bu dördlükləri Ə.Abidin
hesab edib.
1990-
cı illərdən sonra çap olunan kitablarda
6
Gültəkindən sonra
ya mö’tərizədə, ya da səhifənin ətək yazısında Əmin Abid
yazılmaqla kifayətlənilirdi.
Əlimdə bu qədər qaynaq və bilgi olmasına baxmayaraq, Gültəkin
imzasının Əmin Abidə aid olduğuna şübhə ilə yanaşırdım.
Şübhələrim isə əsassız deyildi:
1.
20-30-
cu illər Ə.Cavad Türkiyədə çap olunan şerlərinə görə
Azərbaycan mətbuatında kəskin tənqid edilirdi. Amma bu
məsələdə Əmin Abidə gözün üstə qaşın var” — deyən yox
idi.
2.
Ə.Abidin öz əlilə doldurduğu anketlərdə və yaradıcılıq
tərcümeyi-halında Gültəkin imzası ilə şerlər yazdığını və ya
şer, hekayə, tərcümə və məqalələri çap olunan qəzet-jurnallar
arasında “Yeni Kafkasya” dərgisini göstərmirdi.
3.
Əmin Abidin əlyazmalarının, xüsusən də bədii yaradıcılıq
nümunələrinin — şer, mənsur şer, hekayə və tərcümələrinin
qorunub saxlandığı Respublika EA əlyazmalar İnstitutunun
əliabbas Müznib fondunda “Buzlu cəhənnəm” kitabındakı
şerlərdən birinin də əlyazması yoxdur.
4.
“Buzlu cəhənnəm”dəki şerlərdən birinin altında “Qəzvin 28
Mayıs 1924”, ikisinin altında isə “Ərzurum 1925”, “Ərzurum
1926” qeydləri var. Ə.Abid Vyanada, Budapeştdə elmi
ezamiyyətdə olduğunu yazır. Amma Qəzvin və Ərzurumda
olduğu haqda isə heç bir qaynaq yoxdur.
5.
Ə.Abid1938-ci ildə tutulub, güllələnib. Gültəkinin son şeri isə
1926-
cı il tarixi ilə çap olunub. Gültəkin Ə.Abiddirsə niyə
1926-38-
ci illərdə bir dənə də olsun şer yazmayıb?
6
Almas İldırım. Qara dastan. Şer və poemalar. Tərtib edən və ön söz
mü
əllifi Maarif Teymurov. Bakı, 1994, s. 10., Nəsiman Yaqublu. Müsavat
Partiyasının tarixi. Bakı, 1997, s. 154 və s.
13
Dostları ilə paylaş: |