"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə212/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   208   209   210   211   212   213   214   215   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

839 


 

Sən Ahura verdin yeni həyatı, 

Sən doğusan tanrılıqda, o, batı, 

Dünya nədir, həm doğudur, həm batı, 

Qadağalar güclü edir adamı. 

 

                  *** 



 

Turq Sərtüzlə yenə gəldi Başevə, 

Şagird gərək ustasından zor ola. 

-Mən Sərtüzün şagirdiyəm Turq-dedi,  

Şagird gərək ustasından zor ola. 

 

Sərtüz dedi:-Həm şagirdsən, həm usta, 



Yarıtanrı bir ustasan bu yaşda, 

Ölsəm, sənə çatacaqdır “Avesta”, 

Şagird gərək ustasından zor ola. 

 

Dedi:-Turqər bilir yazı sirrimi, 



Təkcə odur bilən mənim yerimi, 

O istəyir, gəzir mənim xeyrimi

Ölsəm, Turan qazsın mənim görumu, 

Şagird gərək ustasından zor ola. 

 

Bəzən məni anlamıllar, küsürəm, 



Acığımdan yolu, çölü gəzirəm, 

Tək qalmaqdan, tənhalıqdan bezirəm, 

Bu əzaba Turqa görə dözürəm, 

Şagird gərək ustasından zor ola. 

 

Dua, üztut eli bizə bağlayır, 



O dualar bizi diri saxlayır, 

Pislər üzdə gülür, içdən ağlayır, 

Şagird gərək ustasından zor ola. 

 

Küsüşmələr, küsmək qalsın bir yana, 



Xeyir-dua gəlsin doğma Turana, 

Sən inansan, hamı sənə inanar, 

Şagird gərək ustasından zor ola. 

 

Ağüz gəldi, öpdü onun əlindən, 



Batdı Sərtüz göz yaşının gölündə, 

Bir neçə söz eşidildi dilindən

Şagird gərək ustasından zor ola. 

 

Dedi:-Türkəm, Turanlıyam, Muğam mən, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

840 


 

Bu torpağa göndərişəm, sağam mən, 

Bura vətən, vətənimə tağam mən, 

Məni gəzin, meyvə dolu bağam mən, 

Şagird gərək ustasından zor ola. 

 

Harda ölsəm, məni burda basdırın, 



Bu torpaqda sonevimi qazdırın, 

Qancılları burdan qovun, azdırın, 

“Avestamı” qızıl pulda yazdırın, 

Şagird gərək ustasından zor ola. 

 

Ya da mənim sonevimi itirin, 



Qazın, məni sonevimdən götürün

Məni böyük yaradana yetirin, 

Şagird gərək ustasından zor ola. 

 

 



Ağsaqqalım-oğlum olsun Turq ata, 

O qaytara bilər məni həyata, 

Tək yazıma, harayıma o çatar, 

Şagird gərək ustasından zor ola. 

 

Başev susdu, sanki batdı kədərə, 



Dönüb baxdı hamı böyük Turqərə, 

Dua etdi ona-buna min kərə, 

Şagird gərək ustasından zor ola. 

 

                 *** 



 

Turqla Sərtüz gəzdi neçə ölkəni, 

Niyə yaşam çətin, ölmək asandır? 

Hara getdi, “oddan qorxuram” dedi 

Niyə yaşam çətin, ölmək asandır? 

 

Yaranmışam oddan, oddan qorxuram, 



Oda niyə düşmən kimi baxıram, 

Onun üstə yağış olub yağıram, 

Niyə yaşam çətin, ölmək asandır? 

 

Mən od-ocaq Sərtüzüyəm, kahinəm, 



Bu dünyaya təzə gələn bir dinəm

Axır odda yanacağam, əminəm, 

Niyə yaşam çətin, ölmək asandır? 

 

                *** 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

841 


 

 

Od tanrısı, niyə oddan qorxuram, 



Yaxşı baxsan ölümüdür su odun. 

Sevgililər, bacı-qardaş olanlar, 

Yaxşı baxsan gəlinidir su odun

Tərsə baxsan ölüsüdür od suyun. 

 

Yuxu gördüm, göydən quşlar endilər, 



Oda düşüb, yanıb, oda döndülər, 

“Yandım” deyib külləşdilər, söndülər, 

Yaxşı baxsan gəlinidir su odun, 

Tərsə baxsan ölüsüdür od suyun. 

 

Yandırırlar ölüləri Hindlilər, 



Toyda odla oynayırlar kəndlilər, 

Onlar oda, suya, yerə bənddilər, 

Yaxşı baxsan gəlinidir su odun, 

Tərsə baxsan ölüsüdür od suyun. 

 

Danış görüm, oddan qalan daş kömür, 



Hamı niyə oddan qorxur, baş əyir, 

Hamı niyə oda qoyun, at kəsir, 

Yaxşı baxsan gəlinidir su odun, 

Tərsə baxsan ölüsüdür od suyun. 

 

Hamı qorxur, qorxu vardır hamıda, 



Onun üçün hamı qorxur tanrıdan, 

Hamı qorxur öz günahı sarıdan, 

Yaxşı baxsan gəlinidir su odun, 

Tərsə baxsan ölüsüdür od suyun. 

 

Aman, ocaq, yandır pisin damını, 



Aman, ocaq, isit, yaşat hamını, 

Aman, tanrı, yandır evin şamını, 

Yaxşı baxsan gəlinidir su odun, 

Tərsə baxsan ölüsüdür od suyun. 

 

                *** 



 

Turqər getdi Sərtüz ilə Muğelə, 

Çəkir səni təməl daşın özünə. 

-Nə dağınıq, nə gözəldir vətənim

Çəkir səni təməl daşın özünə. 

 

Hamı gəlib tamaşaya durdular, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

842 


 

Axşam olcaq od bayramı qurdular, 

Oynadılar, özlərini yordular, 

Çəkir səni təməl daşın özünə. 

 

Turq: 


-Ey yenilməz, qoçaq, güclü Mindəbir, 

Burda hər şey gülməlidir, tərsədir, 

Gül kolları burda hörmə-hörmədir, 

Yollar dolu peyin, təzək, gərmədir, 

Çəkir səni təməl daşın özünə. 

 

Sərtüz: 



-Buradadır, dədəm, babam, əcdadım, 

Muğel, sənsiz keçib mənim həyatım, 

Yoluq olub sənsiz qolum, qanadım, 

Çəkir səni təməl daşın özünə. 

 

Doğulmuşam Subölündə anadan, 



Anam mənə çox danışıb buradan, 

Tək sayıldım elə əzəl binadan, 

Yetim qaldım uşaqlıqda anadan, 

Çəkir səni təməl daşın özünə. 

 

                 *** 



 

Mindəbiri qocaltmışdı ağır iş,  

Yaxşı işlə, işdən adam qocalmaz. 

Yoxdur rəsmi oturumu, Başevi, 

Yaxşı işlə, işdən adam qocalmaz. 

 

Sərtüz: 



-Parsayerdə türklər farsdan çoxdular, 

Başçıları, işçiləri muğdular, 

Oturumda, başçılıqda sıxdılar, 

Işdə muğlar farslardan da çoxdular, 

Yaxşı işlə, işdən adam qocalmaz. 

 

Parsa Başev, Parsel İran olubdur, 



Muğ tərəzi, Farssa batman olubdur, 

Balasq yandan İran talan olubdur

Yaxşı işlə, işdən adam qocalmaz. 

 

Başev muğdan alır fərman, gösdəriş, 



Muğdur burda işdə-gücdə tərpəniş, 

Asılıdır muğdan sanki hər bir iş, 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə