Harold Pinter Viktoriya stansiyası (pyes) İngilis dilindən tərcümə edəni Xəyalə



Yüklə 146,33 Kb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü146,33 Kb.
#72731


 

 

 



Harold Pinter 

Viktoriya stansiyası  

(pyes) 


 

İngilis dilindən tərcümə edəni Xəyalə 

Məmmədova 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

          

            

 

 



 

 

Ofisdə işıqlar yanır. Nəzarətçi mikrofonun önündə əyləşir. 

 

Nəzarətçi. 274? Haradasan? 274? Haradasan? 

 

Sükut. 



 

Sürücü. Məni eşidirsiniz? 

Nəzarətçi. 274? 

Sürücü. Məni eşidirsiniz?  

Nəzarətçi. Danışan 274-dür? 

Sürücü. Hə, mənəm. 

Nəzarətçi. Haradasan? 

Sürücü. Nə? 

 

Sükut. 



 

Nəzarətçi. 274-lə danışıram, elə deyil? 

Sürücü. Hə. 274 mənəm. Siz kimsiniz? 

 

Sükut. 



 

Nəzarətçi. Mən kiməm? 

Sürücü. Hə. 

Nəzarətçi. Səncə kim ola bilərəm? Ofisdənəm.  

Sürücü. Buyurun. 

Nəzarətçi. Haradasan?  

Sürücü. Şəhərdə maşınla gəzirəm. 

Nəzarətçi. Necə yəni gəzirsən? (Sükut). Qulaq as. Sənin üçün bir iş var. Əlbəttə ki, 

əgər yaxınlıqdasansa. İndi haradasan?  



Sürücü. Sadəcə şəhərboyu maşınla gəzirəm.  

Nəzarətçi. Bəsdir gəzdin. Heç kim sənə deməyib ki gəzəsən. Başqa işin yoxdur ki, 

gəzirsən? (Sükut). 274?  



Sürücü. Hə, buradayam. Eşidirəm. 


Nəzarətçi. Get Viktoriya stansiyasına. Boloniyadan gələn sərnişini götürməlisən. Məni 

anlaya bildin? İndi haradasan? Demə ki, sadəcə şəhərboyu gəzirsən. De görüm, 

Viktoriya stansiyasina yaxın yerdəsən? 

Sürücü. Viktoriya nə? 

 

Sükut. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Nəzarətçi. Viktoriya stansiyası. (Sükut). Bu məsələdə mənə kömək edə bilərsən? 



Sürücü. Necə? 

Nəzarətçi. Bu məsələdə mənə kömək edə bilərsən? Kömək edə bilərsən? (Sükut). 

Səndən başqa ərazidə heç kim yoxdur. Ancaq səni tapa bildim. Məni anlaya bilirsən? 



Sürücü. Hə, anladım.  

Nəzarətçi. Yaxşı işdir, 274. O istəyir ki, onu Kokfildə aparasan.  

Sürücü. Nə?  

Nəzarətçi. O istəyir ki, onu Kokfildə aparasan. Siz 10:22-də görüşməlisiniz. Adı 

MakRunidir. Onu uzun illərdir tanıyıram. Saatın altında dayanacaq. Oradan onu 

götürərsən. Onu papağından tanıyacaqsan. Onun papağının üstündə böyük lələk, əlində 

isə balıq tutmaq üçün qarmaq olacaq. 274? 



Sürücü. Eşidirəm.  

Nəzarətçi. Məni eşidirsən? 

Sürücü. Hə. 

 

Sükut. 



 

Nəzarətçi. İndi nə edirsən? 

Sürücü. Hal hazırda heç nə.  

Nəzarətçi. Mühərrik necədir? İşləyir?  

Sürücü. Əlbəttə. 

Nəzarətçi. Mühərikdə heç bir problem yoxdur ki?  

Sürücü. Yox.  

Nəzarətçi. Deməli, maşın tam hazırdır? 

Sürücü. Hə, hər şey əladır. 

Nəzarətçi. İndi maşında oturmusan? (Sükut). Başa düşdün məni? (Sükut). Əlavə 

təkərin var? (Sükut). Məndə yoxdur. Burada oturub bütün problemləri yerindəcə həll 

etməyə çalışıram. Bu mənim vəzifəmdir. Tanrı mənə bu işi qismət edib. Burada sənin 

rahibinəm, 274. Rahibəm. Məni anlaya bilirsən? Çox qapalı həyat sürürəm. Mənim nə 

təzyiqi qaydaya salan qurğum, nə də ki, digər mexanizmim var. Həmçinin sərinləşdirici 

sistem və əlavə təkərlər də yoxdur. (Sükut). Qulaq as, 274. Mənə elə gəlir ki, sən indi 

Ford Kortinadasan. Çox istərdim ki, Viktoriya stansiyasına gedəsən. İstəmirəm ki, 

oralarda boş-boşuna gəzəsən. İstərdim ki, dediyim yerə gedəsən. Yaxşı? 



Sürücü. Dediklərinizin hamısı düzdür. İndi Ford Kortinadayam.  

Nəzarətçi. Elə də bilirdim. İndi biz danışan müddətdə oturmusan, elə deyil? 

Sürücü. Düzdür.  

Nəzarətçi. Harada oturmusan? 


Sürücü. Parkın kənarında.  

Nəzarətçi. Parkın kənarında? 

Sürücü. Hə. 

Nəzarətçi. Hansı parkın? 

Sürücü. Qaranlıq parkın.  

Nəzarətçi. Niyə qaranlıqdır? 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sükut. 



 

Sürücü. Bir az çətin sualdır.  

Sükut.  


 

Nəzarətçi. Doğrudan? 

Sürücü. Xeyr. 

 

Sükut. 



 

Nəzarətçi. Sənə dediyim sərnişin yadındadır? Viktoriya stansiyasına gələn adamı 

deyirəm. O, çox istəyir ki, onu Kokfildə aparasan. Onun orada qoca xalası yaşayır. 

Mənə elə gəlir ki, o qoca qadın ölmək üzrədir. Həmin kişi isə son vəzifə borcunu yerinə 

yetirməyə gedir. Onun keyfi yaxşı olmalıdır. (Sükut). 274?  



Sürücü. Buradayam.  

Nəzarətçi. Viktoriya stansiyasına get.  

Sürücü. Oranı tanımıram.  

Nəzarətçi. Tanımırsan? 

Sürücü. Xeyr. Nə olub ki? 

 

Sükut. 



 

Nəzarətçi. Ora stansiyadır, 274. (Sükut). Bu haqda eşitməmisən? 

Sürücü. Xeyr. Heç vaxt. Ora necə yerdir? 

 

Sükut. 



 

Nəzarətçi. Viktoriya stansiyası haqqında heç vaxt eşitməmisən?  

Sürücü. Xeyr. Heç vaxt. 

Nəzarətçi. Ora çox məşhur stansiyadır.  

Sürücü. Düzünü desəm, heç vaxt bilməmişəm ki, bu illərdə nə etmişəm.  

Nəzarətçi. Bu illərdə nə etdiyini bilməmisən?  

Sürücü. Düzünü desəm, bilməmişəm.  

 

Sükut. 



 


Nəzartəçi. Yaxşı, 274. Səhər ofisə məlumat verərsən. 135? Haradasan? 135? İndi 

haradasan?  



Sürücü. Məni yaddan çıxarma.  

Nəzarətçi. Nə? Kimdir?  

Sürücü. Mənəm 274-dür. Xahiş edirəm, mənimlə danışın.  

Nəzarətçi. 135? Haradasan?  

 

 

 

   

         4

 

   



 

 

Sürücü. 135-lə işin olmasın. O sənlik deyil. O, səni qaranlıq küçələrlə aparacaq. 

Onların hamısı elədir. Mənimlə danış. Sənin adamın mənəm. Yeganə adamam ki, etibar 

edə bilərsən.  

 

Sükut.  


 

Nəzarətçi. Səni tanıyıram, 274? Heç görüşmüşük? (Sükut). Səhər səni görmək istərdim. 

Doğrudan da, bunu çox istəyirəm. Burada öz pişiyimlə olacağam. Bilirsən nə 

edəcəyəm? Kristal Palasa gedən yolda bütün günü səninlə olacağam. Zəhləni 

tökəcəyəm.  



Sürücü. İndi bildim haradayam! Həmin yeri tapdım, tapdım. (Sükut). Kristal Palasın 

aşağısındakı qaranlıq parkda oturmuşam. Oranı görə bilirəm. Ora çox gözəl binadır, elə 

deyil? (Sükut). Arvadım indi yataqdadır. Yəqin yatıb. Həmçinin balaca qızım var.  

Nəzarətçi. Balaca qızın var?  

 

Sükut. 



 

Sürücü. Hə, o balacadır.  

Nəzarətçi. Ofisə səhər saat doqquzda məlumat verərsən. 135? Haradasan? Lənətə 

gəlmiş 135 haradadır? 135? 246? 178? 101? Kimsə mənə kömək edəcək? Sizin üçün 

yaxşı iş var. Məni kimsə eşidir?  

Sürücü. Mən səni eşidə bilirəm.  

Nəzarətçi. Kimdir? 

Sürücü. 274. Buradayam. Gözləyirəm. Nə istəyirsən, edim?  

Nəzarətçi. Bilmək istəyirsən, mən nə istəyirəm?  

Sürücü. Yeri gəlmişkən, bir şey var ki, sənə deməyə unutmuşam.  

Nəzarətçi. Nədir? 

Sürücü. Məndə M.S. var. 

Nəzarətçi. M.S. var? 

Sürücü. Hə. Yəni maşında sərnişin var.  

Nəzarətçi. Bilirəm bu nə deməkdir, 274. Yəni maşınında sərnişin var.  

Sürücü. Düzdür. 

Nəzarətçi. Maşındakı sərnişin park istiqamətinə baxır?  

Sürücü. Düzdür. 

Nəzarətçi. Bu işi sənə mən sifariş etmişəm?  



Sürücü. Xeyr. Bu tamam başqa sərnişindir.  

Nəzarətçi. Yaxşı, bəs o hara getmək istəyir?  

Sürücü. Heç yerə getmək istəmir. Biz sadəcə şəhərboyu gəzirdik və indi dincəlirik.  

Nəzarətçi. Kristal Palasda?  

Sürücü. Xeyr. Onun içərisində yox.  

Nəzarətçi. İçərisində deyilsiz? 

Sürücü. Xeyr. Tam içəridə deyilik. 

Nəzarətçi. Oranı illər əvvəl yanmış şəkildə görəcəkdin.  

 

 



   

 



Sükut. 

 

                       



Sürücü. Doğrudan?  

Nəzarətçi. 274, cavab ver. 

Sürücü. Hə, buradayam. 

Nəzarətçi. O sərnişini həmin yerdə düşürt və Viktoriya stansiyasına doğru get. Yoxsa 

səni məhv edəcəyəm. Sənin boğazını öz əllərimlə üzəcəyəm. Bütün bədənini 

doğrayacağam. Aydın oldu? (Sükut). 274? (Sükut). Artıq mənə əziyyət verməyə 

başlayırsan. Deyəsən öləcəyəm. Bu ofisdə tənha qalmışam və heç kim də məni sevmir. 

Məni eşidirsən? 

Sürücü. Hə, eşidirəm. 

 

Sükut. 



 

Nəzarətçi. 135? 135 cavab ver. Haradasan? 

Sürücü. Axı dedim ki, 135-lə işin olmasın. Onların hamısı qaniçəndir. Yeganə adamam 

ki, mənə etibar edə bilərsən. 

 

Sükut. 


 

Nəzarətçi. Bilirsən həmişə nə etmək istəmişəm? Həmişə istəmişəm ki, istirahətimi 

günəşli Barabadosda keçirim. Bu istirahətə ilin axırında getməyi düşünürəm, 274. 

İstərdim ki, mənimlə Barbadosa gedəsən. Ancaq ikimiz. Səni üzməyə aparacağam. 

Birlikdə Karib dənizində üzərik. (Sükut). Yeri gəlmişkən, niyə indi ofisə gəlmirsən, 

sənə yaxşı çay hazırlayaram.  

Sürücü. Axı maşınımda sərnişin var.  

Nəzarətçi. İcazə ver, həmin sərnişinlə danışım.  

Sürücü. Mümkün deyil. O arxa oturacaqda yatıb.  

Nəzarətçi. Qadındır? 

Sürücü. Sənə bir sirr açım? 

Nəzarətçi. Buyur.  

Sürücü. Deyəsən mən sevirəm. Həyatımda ilk dəfə.  

Nəzarətçi. Kimi sevirsən?  



Sürücü. Arxa oturacaqda oturan qızı. Mənə elə gəlir ki, onu heç vaxt unuda 

bilməyəcəyəm. Ömrümboyu maşında bu qızla qalacağam. Onunla bu maşında 

evlənəcəyəm. Həmçinin bu maşında da onunla öləcəyəm. 

 

Sükut. 



 

Nəzarətçi. Deyəsən axır ki, əsl məhəbbətini tapdın, 274? 

Sürücü. Hə. Nəhayət ki, əsl sevgimi tapdım. 

Nəzarətçi. Deməli, indi xöşbəxtsən, elə deyil?  

Sürücü. İndi çox xöşbəxtəm. Heç vaxt bu cür xöşbəxt olmamışdım.  

 

 

   

 



Nəzarətçi. Onda səni təbrik edən ilk adam mənəm, 274. Sənə ən xoş arzularımı 

diləyirəm.  

Sürücü. Çox sağ ol.  

Nəzarətçi. Dəyməz. Gərək gündəliyimdə bu tarixi qeyd edim ki, sizin qızıl toyunuzu 

unutmayım. Özümlə bir neçə nəfər də gətirəcəyəm ki, sənin sağlığına içsin. Hə, özümlə 

bir neçə nəfər gətirəcəyəm. Bir az içərik və mahnı oxuyarıq. (Sükut). 274? (Sükut).  

Sürücü. Eşidirəm.  

Nəzarətçi. Bilirsən, bir az fikirləşdim və indi istədiyim bir şey var. Gəlib sənin əlini 

sıxmaq. Ofisi bağlayıb, köhnə maşınıma oturub sənin yanına gələcəyəm. Gərək sənin 

əlini sıxım. Yaxşı? 

Sürücü. Əla. Bəs Boloniyadan Viktoriya stansiyasına gələn adam necə olacaq?  

Nəzarətçi. O lənətə gəlmiş adamın özü də gedə bilər.  

Sürücü. Anladım.  

Nəzarətçi. Sənin qız dostunu görmək istərdim. Çox gözəl mərasim təşkil edə bilərik. 

Elə deyil? Onda olduğun yerdə qal. Oldu? (Sükut). Yaxşı? (Sükut). 274?  



Sürücü. Eşidirəm.  

Nəzarətçi. Olduğun yerdə qal. Bir azdan orada olacağam.  

Sürücü. Heç yerə gedəsi deyiləm. (Sükut). Burada olacağam.  

 

Ofisdə işıqlar sönür. Sürücü sakitcə oturur. Maşında işıqlar sönür.  



 

                                                



                                             Son 

   

 

 



 

Yüklə 146,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə