14
ardınca tələb edilir: ““Oxudan sonra” fəaliyyətindən sonra əsərin ideyası
üzərində düşünməyə sövq edilir” (səh.79).
Bu sövqetmənin necə, hansı məzmunda işlə həyata keçirilməsi aydın olmur.
MMV-də (səh.79) aşağıdakı tövsiyənin nə məqsədlə verildiyi, hansı “sistemdən”
danışıldığı da məlum deyildir: “Biz ailədə dostlarımızı, dostlarımız isə bizə ailə
üzvlərini qiyabi tanıdarkən onları təsvir etmək ehtiyacı yaranır. Bu zaman hər
hansı sistemə (?) əsasən iş aparılsa, təsvir daha mükəmməl olar”. Göründüyü
kimi, bu məzmunda aparılan iş mühüm standartın (1.2.4.) reallaşdığını deməyə əsas
vermir.
Bu mühüm standarta ciddi diqqət yetirilmədiyini bütün mövzularda müşahidə
etmək mümkündür. Məsələn, N. Süleymanovun “Birinci cığır” əsərinin birinci
yarısında (MMV, səh.150) həmin standartın reallaşdırılması məqsədi qarşıya
qoyulmuşdur. Dərs boyu yalnız oxu üzrə iş aparılmış, sonda aşağıdakı qeydlə
kifayətlənilmişdir: “Oxudan sonra fəaliyyəti üzrə iş aparıb şagirdləri əsərin
ideyası üzərində düşündürməyi unutmayın” (MMV, səh.151) .
Şagirdlərin “əsərin ideyası üzərində düşündürülməsi” standartın reallaşdığını
deməyə əsas vermir. Bu istiqamətdə aparılan işin mexanizmini açmaq vacibdir.
2. Şifahi nitq
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı diskussiya və
təqdimatlarda istifadə edir.
20. MMV-də (səh.70, 71, 120, 121, 152, 156, 170, 176 və s.) tez-tez xatırladılan
bu standart üzrə işin necə aparıldığı açıqlanmır. Birinci dəfə Y. Balasaqunlunun
“Qutadqu bilik” əsəri (MMV, səh.70-73), ikinci dəfə Ə. Kürçaylının “Vətən” şeiri
ilə bağlı məlumatlarda (MMV, səh.90) adı çəkilən bu standartın necə yerinə
yetirilməsi barədə MMV-də tövsiyə olmadığı kimi, dərslikdə də sual və tapşırıq
verilməmişdir.
Sinifdənxaric oxu dərsində də (Aşıq Ələsgər “Gərəkdi”) adıçəkilən bu standart
üzrə iş təşkil edilməmişdir (MMV, səh.120-121).
“Kimdir əlil”,
“Üç nəfərin imtahanı” mövzularının tədrisi zamanı standartın
adı çəkilsə də (MMV, səh.130), reallaşdırılması üzrə iş aparılmamış, dərslikdə
bununla bağlı sual və tapşırıqlar verilməmişdir. “Ağıllı uşaq” nağılında isə (MMV,
səh.140) başqa bir standartla yanaşı verilmiş, lakin reallaşdırılması üzrə iş
aparılmamışdır: “Müzakirə zamanı ünsiyyət mədəniyyəti nümayiş etdirir” (2.1.1.,
2.1.2.).
15
Oxşar vəziyyət digər mövzularda da (N. Süleymanov “Birinci cığır”,
N. Gəncəvi
“Yaralı bir uşağın dastanı”, M. Seyidzadə
“Əqrəb və Çanaqlı bağa”,
Mir Cəlal “Dərsimi yaz” və s.) müşahidə olunur.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini obrazlı sözlərdən və ifadələrdən
istifadə etməklə şərh edir.
21. Bu standartın necə reallaşdırılması barədə nə MMV-də, nə də dərslikdə heç
bir qeyd verilməmişdir.
2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir.
22. Bu standartı necə reallaşdırmağın yolları barədə vəsaitdə və dərslikdə qeyd
verilməmişdir. Həmin standartın məqsədi şagirdlərə fərqli fikirlərə dözümlü
münasibət bəsləmək və öz mövqelərini əsaslandırmaq bacarığını aşılamaqdır. Həmin
standart əsasında müəyyənləşdirilmiş məqsəd (MMV, səh.70) yanlışdır: “Nəticələri
yoldaşları ilə müzakirə edir, onların fikirlərindən faydalanaraq təqdimatında
təkmilləşmə işləri aparır”. Standart təhrif olunub.
23. Həmin standart əsasında müəyyənləşdirilən təlim məqsədi bir çox hallarda
(MMV, səh.74, 76, 100, 102, 104, 112, 120, 128, 132, 134) aşağıdakı şəkildə ifadə
olunmuşdur: “Müzakirələrdə yoldaşlarının faydalı fikirlərindən yararlanır”. Bu,
göründüyü kimi, standartın mahiyyətini əks etdirmir.
3. Yazılı nitq məzmun xətti üzrə
24. Bu məzmun xətti üzrə müəyyənləşdirilmiş standartların reallaşdırılması ilə
əlaqədar birinci dəfə Y. Balasaqunlunun əsəri üzrə rəy xarakterli inşada danışılır.
Lakin inşanın yazılması ilə bağlı təklif edilmiş metodik tövsiyədən (MMV,
səh.72-73) onları reallaşdırmağın yolları aydın olmur. Məsələn, “Mətnin təşkili
forması” ifadəsi anlaşılmır. “Mətnin təşkili” hərfi tərcümədir. “Mətni tərtib
etmək”, “mətni yazmaq”, “mətn qurmaq” yazıla bilər. İfadə tərcümə olunduğu
kimi, həyata keçirilməsi nəzərdə tutulan iş də əhəmiyyətsizdir. Ona aid edilən
“anlayışı təyin etmə forması” ilə əlaqədar verilən mürəkkəb cədvəlin 1-1,5 səhifəlik
inşa üçün faydası yoxdur.
25. Yazılı nitqlə bağlı standartın (3.1.2.) şifahi cavablara aid edilməsi
(MMV, səh.74, 76, 78, 92, 94, 102, 104
və s
.
) metodik baxımdan doğru deyil. Bu
məsələ ilə bağlı şifahi cavab üçün ayrıca standart (1.2.4.) müəyyənləşdirilmişdir.
26. Esseyə həsr olunmuş 3 saat dərs üçün nəzərdə tutulan standartların
(MMV, səh.122-125) reallaşdırılması mümkün deyildir. Birinci saat üçün (yazıya
hazırlıq) nəzərdə tutulan standartlar (1.1.3., 1.1.5., 1.2.4.) inşa yazıya aid edilə