7
poeziya və dramaturgiya ilə təqdim olunur” (Bax: Н.С.Вальгина. “Теория текста”.
М.: Логос, 2003,
səh.92, 139).
Deməli, standartlarda nəzərdə tutulmayan təsviri, nəqli, nəqli-təsviri xarakterli
əsərlər bölgüsü doğru deyildir. Kurikulumda təsviri, nəqli, nəqli-təsviri xarakterli
bədii əsərlər bölgüsü deyil, bədii yaradıcılığın mahiyyətindən çıxış edilərək ədəbi növ
və janr bölgüsü əks olunmuşdur.
Məhz yanlış metodologiya və metodika əsas götürüldüyü üçün, milli və fənn
kurikulumunun tələblərini dərslikdə reallaşdırmaq mümkün olmamışdır. Məzmun
standartlarına dərslikdəki münasibət bunu təsdiq edir. Belə ki, standartların bir qismi,
ümumiyyətlə,
reallaşdırılmayıb, digər bir qismi
mətn
texnologiyasına
uyğunlaşdırılmaq üçün təhrif edilib, üçüncü bir qismi isə dəyişdirilib.
Aşağıdakı nümunələr deyilənləri təsdiq edir.
1. Ədəbiyyat və həyat həqiqətləri
1.1. Bədii əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri ideya-məzmununa uyğun
ifadəli oxuyur.
5. Həmin standart birinci dəfə Y. Balasaqunlunun “Qutadqu bilik – səadət
gətirən elm” əsərində (MMV, səh.70) xatırladılır, lakin həmin oxunu necə həyata
keçirməyin lazım olması barədə MMV-də heç nə deyilmədiyi kimi, dərslikdə də
bununla bağlı sual, yaxud tapşırıq verilməmişdir.
6. Səhifə 26. M. Rzaquluzadənin “Vurğun baxışlarla” əsəri ilə əlaqədar ikinci
tapşırığın 3-cü bəndi belədir: “Mətndən kiçik bir abzası şərti işarələrdən istifadə
etməklə dəftərinə köçür”. Ardınca üç şərti işarə verilib: səs tonunun qalxması, səs
tonunun enməsi, fasilə. Bu tapşırığın nə məqsədlə verildiyi məlum olmur.
7. Səhifə 29. B. Vahabzadənin “Qocalar” şeiri ilə bağlı MMV-də həmin
standart irəli sürülsə də, dərslikdə şagirdlərin fəaliyyətinə istiqamət verən sual və
tapşırıq verilməmişdir. MMV-dəki cümlə “Əsərin ifadəli oxusu təşkil edilir”
(səh.77)
formal
səciyyə
daşıyır. Standartın tələbinə görə, oxu əsərin
ideya-məzmununa uyğun olmalıdır və bu, əsərin mükəmməl mənimsənilməsindən
sonra reallaşa bilər.
8. Səhifə 32. M.
Dilbazinin “Müəllimim” şeirinin tədrisi ilə bağlı müəllimə
təklif olunur ki, əsərlə ilk tanışlıq mərhələsində
“şagirdlərin ifadəli oxunun
tələblərinə əməl etmələrinə diqqət yetirsinlər” (MMV, səh.78). Lakin bu
mərhələdə standartların tələbləri səviyyəsində ifadəli oxunu təşkil etmək olmaz.
8
9. Səhifə 38-40. Ç. Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” əsərinin
tədrisi zamanı ifadəli oxu ilə bağlı standart göstərilsə də, (MMV, səh.82) onun necə,
hansı mərhələdə həyata keçirilməsi barədə danışılmayıb. Dərslikdə (səh.39) 6-cı
abzasın ilk cümlələrinə ox işarəsini istiqamətləndirməklə belə bir qeyd verilib:
“Məntiqi vurğulu sözləri müəyyənləşdirməklə ifadəli oxu”. Həmin qeyd və o tipli
digər qeydlər mətnlə ilkin tanışlıq prosesi üçün nəzərdə tutulmuşdur. Belə olan halda
ifadəli oxunu MMV-də (səh.83) qiymətləndirmə meyarı kimi təqdim etmək doğru
deyil.
10.
Səhifə 46-47. Ə. Kürçaylının
“Vətən” şeirinin tədrisində də ifadəli oxunun
tətbiqi (MMV, səh.90) irəli sürülmüş, vəsaitdə bu işin yerinə yetirilməsi barədə heç
nə deyilməmiş, dərslikdə də bu istiqamətdə sual və tapşırıq verilməmişdir. Burada da
ifadəli oxu yenə səhvən qiymətləndirmə meyarı kimi nəzərdə tutulmuşdur (MMV,
səh.91).
11. Səhifə 49. M. Arazın “Azərbaycan – dünyam mənim” şeirinin tədrisində
ifadəli oxu üzrə məzmun standartının reallaşdırılması (MMV, səh.94) irəli sürülsə də,
nə vəsaitdə, nə də dərslikdə bu barədə heç nə deyilmir. Bu halı eyni ilə H. Ziyanın
“Qarabağda”, A. Dümanın
“Qafqaz səfəri: Bakı”, K. Turanın
“Üç nəfərin
imtahanı” və
“Ağıllı uşaq” nağılının tədrisində də müşahidə etmək mümkündür.
Bu standart N. Gəncəvinin “Ovçu ilə itin və tülkünün hekayəti” (MMV,
səh.148-149, dərslikdə isə ümumiyyətlə, bu mövzuya toxunulmayıb), Mir Cəlalın
“Dərsimi yaz” və Z. Xəlilin “Zeynalabdin” (MMV, səh.170-173), İ. Krılovun
“Ağac” (MMV, səh.174-181), “Tülkü ilə qurd” (MMV, səh.184-185),
Ə. Səmədlinin “Qanlı bənövşə” (MMV, səh.192-193), “Basatın Təpəgözü
öldürdüyü boy” (MMV, səh.208-209) əsərlərində də,
“Layihə” üzrə dərslərdə
(MMV, səh.226-227) də təlim məqsədi kimi qeyd edilir. Lakin nə MMV-də, nə də
dərslikdə ifadəli oxu ilə bağlı standartın reallaşdırılması üçün heç bir sual, tapşırıq
verilməmişdir.
1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə
ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
12. Bu standart ilk dəfə sinifdənxaric oxu materialı kimi M. Çəmənlinin
“Qurban bayramı” hekayəsinin tədrisi zamanı xatırladılıb (MMV, səh.92) və
təəccüblüdür ki, bir təlim məqsədi müəyyənləşdirilərək qarşısına 5 alt standart yazılıb
(“Müxtəlif məlumat mənbələrindən (kitabxana, internet) verilmiş mövzuya
uyğun bədii nümunə seçir” (1.1.2, 1.1.3, 1.2.3, 1.2.4, 3.1.2)).