16
bilməz. Digər standartlar (3.1.1., 3.2.1., 3.1.3.) yazıya hazırlıq mərhələsində,
ümumiyyətlə, reallaşdırılmır. Bu nöqsan inşa yazılar üçün nəzərdə tutulmuş digər
mövzularda da özünü göstərir.
27. Kurikulumun tələbləri dərsliyə daxil edilmiş əsərlərin seçilməsində də
nəzərə alınmamışdır.
Ədəbiyyat fənn kurikulumu milli və dünya ədəbiyyatından seçilmiş kamil sənət
nümunələri vasitəsilə məktəblilərdə sözə, söz sənətinə həssas, bədii-emosional
münasibətin formalaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Dərsliyə
daxil edilmiş nümunələrin əksəriyyəti bu tələbə cavab vermir. Belə ki, klassik və
müasir ədəbiyyatımızın tanınmış nümayəndələrinin ideya-bədii cəhətdən mükəmməl,
şagirdlərin yaş və bilik səviyyəsinə uyğun əsərlərinə çox az müraciət olunmuşdur.
28. Bir sıra müəlliflərin uzun illər məktəb təcrübəsində uğur qazanmış
əsərlərinin əvəzinə “yenilik” xatirinə bədii cəhətdən zəif əsərlərinin üzərində
dayanılmışdır. Dərsliyə daxil edilmiş əsərlərin bir qismi (məsələn, “Qutadqu bilik”,
“Dəniz kənarıyla qaçan Alabaş”) şagirdlərin qavrama səviyyəsinə uyğun deyildir.
Digər bir qismi (“Elm tükənməz xəzinədir”, “Şah Abbas və iki vəzir”) kiçik yaşlı
məktəblilərin (6-10 yaş) qavrama səviyyəsinə uyğundur.
Dərsliyə daxil edilmiş materialların bəziləri olduqca aşağı səviyyəli və bəsitdir.
Məsələn: “Çahargah əfsanəsi” (səh.134-136) bədii dəyəri olmayan, yarımçıq bir
mətndir. Akademik müzakirədən keçməmiş, pasportlaşdırılmamış halda 1974-cü ildə
Gəncədə Kənd Təsərrüfatı İnstitutunun “Kadr uğrunda” qəzetində şifahi xalq
ədəbiyyatı nümunəsi kimi dərc olunmuşdur.
Dərsliyin 85-ci səhifəsində “Üç nəfərin imtahanı” adlı hekayənin müəllifi
Kamal Turan şagirdlərə belə təqdim olunur: “Azərbaycan oxucuları tərəfindən
maraqla oxunan müasir türk yazıçısı...”. Halbuki bu şəxs yazıçı deyil. Türkiyədə
yeganə bədii kitabı – “Gül kokulu hikayeler” olan müəllifin şagirdlərə “maraqla
oxunan müasir türk yazıçısı” kimi təqdim olunması, əsərinin dərsliyə daxil edilməsi,
dünya şöhrətli türk yazıçılarına müraciət edilməməsi məqsədəuyğun deyildir. Bu həm
də şagirdlərdə türk ədəbiyyatı haqqında fikir formalaşdırır.
Kurikulumda nəzərdə tutulmasa da, dərsliyə memuar ədəbiyyatı nümunəsi
(A. Düma “Qafqaz səfəri”), eləcə də, publisistik səciyyəli əsərlər (“Kimdir əlil”,
“Hamının günəşi”) daxil edilmişdir. Dərsliyə eyni müəllifin bir neçə əsərinin daxil
edilməsi də elmi-metodik baxımdan doğru deyildir.
17
29. Öyrənilməsinə ayrıca saat ayrılmayan “Giriş” nə elmi, nə də metodik
cəhətdən uğurlu hesab edilə bilməz. Əslində,
“Giriş”də
“Bədii ədəbiyyat nədir,
onun məqsəd və vəzifələri, mahiyyəti nədən ibarətdir?” sualına cavab verilməli
idi. Lakin iki səhifəlik “Giriş”də 6-cı sinif şagirdlərinin anlamaqda çətinlik
çəkdikləri yarıelmi, yarıpublisistik məlumatlar verilir. Qeyd edilir ki, “ötən dərs ili
boyu təsviri və nəqli xarakterli mətnlərlə - bədii nümunələrlə tanış oldun, onları
bir-birindən fərqləndirməyi öyrəndin... Ötən il araşdırdığın təsviri və nəqletmə
xarakterli bədii nümunələrlə yanaşı, bu il həm də təsviri-nəqli xarakterli (?)
bədii əsərləri də oxuyacaq, onları bütün incəlikləri baxımından tədqiq
edəcəksən... Dərslikdə verilmiş müxtəlif xarakterli (təsviri, nəqli, nəqli – təsviri
?) bədii nümunələrin quruluşunu, elementlərini müəyyənləşdirəcək və onları
qarşılaşdıracaqsan” (səh.
6).
30. 5-ci sinfin ədəbiyyat kurikulumunda şagirdin təsviri və nəqli xarakterli bədii
mətnləri fərqləndirməsi ilə bağlı standart yoxdur. Deməli, məzmun standartının tələbi
- bədii əsərlərin janr baxımından fərqləndirilməsi əvəzinə tədris ilində təsvir və nəqli
xarakterli mətnlərin fərqləndirilməsi üzrə iş aparılmışdır. 6-cı sinifdə isə bu işin
davam etdirilməsi - təsviri, nəqli, nəqli-təsviri xarakterli mətnlərin fərqləndirilməsi
üzrə işin aparılması nəzərdə tutulub.
31. Dərsliyin əvvəlində janrı göstərilmədən Rəşid bəy Əfəndiyevin “Elm
tükənməz xəzinədir”, “Şah Abbas və iki vəzir” adlı əsərləri daxil edilmişdir.
Şagirdlərə tövsiyə olunmuşdur ki, mətnləri oxuyub hər mətnə aid 10 test tapşırığına
cavab versinlər və bəyəndikləri mövzulardan birini seçib 1. “Bildiklərimin köməyi
ilə çətin vəziyyətdən necə çıxdım” (nəqli esse); 2. “Elmin, biliyin insan
həyatında rolu” (təsviri esse) işləsinlər.
Tədrisinə 1 saat vaxt ayrılmış bu iki mətnin hansı standartlarla tədris olunmasına
aid MMV-də heç bir qeyd verilməmişdir.
Nümunələrin hər ikisi (birinci mətn 12, ikinci mətn 18 cümlədən ibarətdir) 6-cı
sinfin deyil, ibtidai sinif şagirdlərinin (III – IV siniflər) yaş və bilik səviyyəsinə
uyğundur.
32. Məzmun standartlarında nəzərdə tutulmasa da, dərslikdə “Müəlliflə
tanışlıq” mətnləri verilmişdir. Həmin mətnlərin birində (dərslik, səh.12) belə deyilir:
“Rəşid bəy yazdığı dərslikləri böyük zəhmət bahasına İstanbulda çap etdirirdi”.
Bu fikirlə razılaşmaq olmaz. “Uşaq bağçası” və “Bəsirətül-ətfal” R. Əfəndiyevin
yazdığı dərsliklərdir. Birinci dərslik ilk dəfə 1898-ci ildə İstanbulda nəşr olunsa da,