9
Bu standart təhrif edilmiş şəkildə A. Dümanın əsəri ilə bağlı xatırladılmış, lakin
reallaşdırma mexanizmi barədə konkret sual və tapşırıq, eləcə də, plan tərtibi
haqqında məlumat verilməmişdir.
Həmin standartın esse yazıda (“essenin planını tərtib edir”) xatırladılması
(MMV, səh.122) standartın təhrif edilməsidir.
Standartın təhrif edilməsi dərslik boyu müşahidə edilir. Ayrı-ayrı mövzular üzrə
müəyyənləşdirilmiş məqsədlərdən bunu görmək mümkündür: “Əsərin hissələrinə
başlıq verir, planını tərtib edir, onların ardıcıllığını (?) müəyyən edir” (səh. 158,
160, 168 və s.).
Həmin standartın eynilə məqsəd kimi yazılması (MMV, səh.182) doğru
olmadığı kimi reallaşdırılması yollarının şərhi də doğru deyil.
Bu standart Mir Cəlalın “Dərsimi yaz” və Z. Xəlilin “Zeynalabdin” əsərləri
üzrə dərslərdə təlim məqsədi kimi qeyd edilir. Lakin nə MMV-də (səh.170-173), nə
də dərslikdə (səh.120-130) nağıletmə ilə bağlı standartın reallaşdırılması üçün heç
bir sual, tapşırıq verilməmişdir.
Standart “Çahargah əfsanəsi” üzrə dərsdə təlim məqsədi kimi qeyd edilir.
Lakin nə MMV-də (səh.182-183), nə də dərslikdə (səh.134-136) plan tərtibi və
məzmunun nağıl edilməsi (yığcam, geniş, yaradıcı) ilə bağlı standartın
reallaşdırılması üçün heç bir sual, tapşırıq verilməmişdir. Plan tərtibi əvəzinə
standartın tələblərindən kənara çıxaraq, əsərin “ardıcıllığını, problemi, onun necə
həll edildiyini müəyyənləşdirmək” tapşırığı verilir. Şifahi nağıletmə əvəzinə cədvəl
çəkib “nəqli təşkil etmək”lə bağlı yazılı tapşırıq verilir.
“Tülkü ilə qurd” təmsili üzrə dərsdə də bu standart təlim məqsədi kimi qeyd
edilir. Lakin nə MMV-də (səh.184-185), nə də dərslikdə plan tərtibi, nağıletmə ilə
bağlı standartın reallaşdırılması üçün heç bir sual, tapşırıq verilməmişdir.
Bu standartın “Nəqli essenin yazısına hazırlıq” üzrə dərsdə təlim məqsədi kimi
qeyd edilməsi doğru deyil (MMV, səh.190). Çünki 1.1.3. standartı yazı işinin deyil,
süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayrılması,
planının tərtib edilməsini nəzərdə tutur.
1.1.4. Bədii nümunələrin (əfsanə, nağıl, təmsil, hekayə) janr xüsusiyyətlərini
müəyyənləşdirir.
13. Bu standartın da reallaşdırılması təmin edilməmişdir. MMV-nin 46-48-ci
səhifələrində verilmiş “Standartların reallaşdırma cədvəli”nə görə, bu alt standart
18, 30, 36, 38, 40 və 49-cu dərslərdə formalaşdırmalıdır.
10
- 18-ci dərsin mövzusu Aşıq Ələsgərin “Gərəkdir” qoşması olduğuna görə bu
alt standarta heç bir aidiyyəti yoxdur. Standartda qoşma janrı ilə bağlı tələb yoxdur və
standart təhrif edilib. Qoşma janrına şamil edilməklə məzmunu dəyişdirilib.
- 36-cı dərsin mövzusu “Xan sarayı” əsəridir. Lakin nə dərslikdə (səh.117-119),
nə də MMV-də (səh.168-169) əsərin janr xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə
bağlı heç bir sual, tapşırıq və fəaliyyət verilməmişdir.
- 38-ci dərsin mövzusu İvan Krılovun “Ağac” təmsilidir. Dərslikdə (səh.133)
təmsil haqında belə bir məlumat verilib: “Təmsil – tənqidi-satirik mövzularda
yazılmış təsviri əsərlərə deyilir”. Lakin bu izah doğru deyil və janrın əsas
xüsusiyyətlərini əhatə etmir. Belə ki, təmsildə insanların xüsusiyyətləri heyvanların,
bitkilərin və digər varlıqların dilindən oxuculara çatdırılır. Təmsil haqqında daha
ətraflı məlumatın MMV-nin sonundakı lüğətdə (səh.235) verilməsinin məntiqi
anlaşılmır. Çünki bu izaha ehtiyacı olan müəllim deyil, şagirddir. Janrın
xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı MMV-də (səh.150-151) heç bir sual,
tapşırıq və fəaliyyət yoxdur.
- 40-cı dərsin mövzusu “Tülkü ilə qurd” təmsilidir. Lakin nə dərslikdə
(səh.216-217), nə də MMV-də (səh.184-185) əsərin janr xüsusiyyətlərinin
müəyyənləşdirilməsi ilə bağlı heç bir sual, tapşırıq və fəaliyyət verilməmişdir.
- 49-cu dərsin mövzusu “Koroğlu” dastanından “Düratın itməyi” boyudur.
Dərsliyin 168-ci səhifəsində dastan barədə məlumat verilib. Lakin MMV-də
(səh.200-205) əsərin janr xüsusiyyətləri ilə bağlı sual, tapşırıq və fəaliyyət
verilməmişdir.
Deməli, alt standartda sadalanan janrlardan üçünün (əfsanə, nağıl, hekayə)
xüsusiyyətlərinin müəyyənləşdirilməsi haqqında heç bir məlumat və fəaliyyət yoxdur.
Şagirdin təmsil və dastanın janr xüsusiyyətlərini müəyyənləşdirmə bacarığının
formalaşdırılması ilə bağlı resurslar isə kifayət deyil. Bu, 1.1.4 alt standartının
reallaşdığını deməyə əsas vermir.
Bu standart N.Süleymanovun “Birinci cığır” hekayəsində (MMV, səh.150-151),
“Tülkü ilə qurd” təmsili üzrə dərsdə (MMV, səh.184-185) təlim məqsədi kimi qeyd
edilir. Lakin nə MMV-də, nə də dərslikdə bu standartın reallaşdırılması ilə bağlı heç
bir sual və tapşırıq
verilməmişdir.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə
vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir.
11
Bu standart N.Gəncəvinin “Ovçu ilə itin və tülkünün hekayəti” (MMV,
səh.148-149; dərslikdə isə ümumiyyətlə, bu mövzuya toxunulmayıb), Ə.Səmədlinin
“Qanlı bənövşə” (MMV, səh.192-193) əsərlərində təlim məqsədi kimi qeyd edilir.
Lakin nə MMV-də, nə də dərslikdə bu standartın reallaşdırılması ilə bağlı heç bir sual,
tapşırıq
verilməmişdir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə,
bədii sual) rolunu aydınlaşdırır.
14. Bu standartlardan birincisi (1.1.5.), demək olar, bütün mövzularda, ikincisi
(1.2.3.) doqquz mövzuda xatırladılıb. Standartlar xatırladılsa da, (M. Arazın
“Azərbaycan – dünyam mənim” və H. Ziyanın “Qarabağda” əsərlərinin tədrisi
istisna olmaqla) tövsiyə verilməmişdir. Məhz bu səbəbdəndir ki, bədii təsvir və ifadə
vasitələrinin əsərin təsir gücünün artmasındakı rolu şagird üçün qaranlıq qalır.
Bədii təsvir və ifadə vasitələrinin rolunun aydınlaşdırılması məqsəd kimi
göstərilsə də, əsərdə nümunə verilməmişdir (MMV, səh.102). Yaxud məqsəddə bədii
ifadə vasitələrinin müəyyənləşdirilməsi, rolunun aydınlaşdırılması göstərilsə də
(MMV, səh.120), dərslikdəki tapşırıqlarda və meyar cədvəlində bu, öz əksini
tapmamışdır.
Bu standart N.Gəncəvinin “Ovçu ilə itin və tülkünün hekayəti” (MMV,
səh.148-149; dərslikdə isə ümumiyyətlə, bu mövzuya toxunulmayıb), Ə.Səmədlinin
“Qanlı bənövşə” (MMV, səh.192-193) əsərlərində, C.Novruzun “Mən bizim
anaları Günəşə tən tuturam” şeiri və “Anan rəhmi” əfsanəsi (MMV,
səh.202-205), “Düratın itməyi” qolu (MMV, səh.200-205), “Basatın Təpəgözü
öldürdüyü boy” (MMV, səh.208-209), “Layihə” (MMV, səh.226-227) üzrə
dərslərdə təlim məqsədi kimi qeyd edilir. Lakin nə MMV-də, nə də dərslikdə bədii
təsvir və ifadə vasitələrinin rolunun aydınlaşdırılması ilə bağlı heç bir sual, tapşırıq
verilməmişdir.
1.2.1. Bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr
xüsusiyyətləri baxımından müqayisə edir.
15. Bu standart iki yerdə (K. Turanın “Üç nəfərin imtahanı” əsərində və
“Ağıllı uşaq” nağılında) xatırladılsa da, onun reallaşdırıldığını deməyə əsas yoxdur.
“Üç nəfərin imtahanı” əsərinin tədrisi ilə bağlı materialda (MMV, səh.128-131) bu
barədə danışılmır. Dərslikdə isə (səh.85) belə bir sual qoyulur: “Bu əsərdə sən hansı
janrlara məxsus xüsusiyyətləri müşahidə etdin?”. Bu sual şagird üçün mücərrəddir
və onu qeyri-müəyyən istiqamətə yönəldir.
Dostları ilə paylaş: |