5
№1 | ИЙУН
2012
düşülür. Misal üçün, almanın bazarı dedikdə hər hansı
bir ərazidə (məsələn, Bakı şəhərində) olan almaların
satıcıları və alıcıları nəzərdə tutulur.
Bazarı məhz tələb və təklif formalaşdırır. Bizim
bazarı alıcıların və satıcıların görüşdüyü yer kimi verdi-
yimiz tərifi bir qədər başqa formada da ifadə etmək olar:
bazar hər hansı bir mala və ya xidmətə dair tələblərin və
təkliflərin görüşdüyü yerdir. Tələb dedikdə biz bazarda
olan alıcıların almaq istidikləri və almaq iqtidarında
olduqları hər hansı növ malların və ya xidmətlərin
sayını başa düşürük. Təklif isə bazarda olan satıcıların
sata bildikləri və ya satmaq iqtidarında olduqları hər
hansı növ malların və ya xidmətlərin sayıdır. Tələb və
təklifin qarşılıqlı əlaqəsi nəticəsində qiymət meydana
çıxır
7
.
Sovet Birliyinin iqtisadi ideologiyasına əsasən
kimə, nə və nə qədər lazım olduğu barədə dövlət qərar
verməli idi. Misal üçün, dövlət qərar verirdi ki, bu il
ölkə üçün 1 ton alma lazımdır. Digər formada desək,
Sovet iqtisadiyyatında dövlət tələb və təklifi özü
müəyyən edərək bazarı əvəzləyirdi və bütün iqtisadi
əlaqələri formalaşdırmalı idi. Bazar iqtisadiyyatında
isə tələb və təklif özləri heç bir şəxsin subyektiv
iradəsindən asılı olmayaraq, insanların bir-biri ilə əlaqəsi
nəticəsində formalaşır. Buradan göründüyü kimi, bazar
iqtisadiyyatının əsas xüsusiyyəti iqtisadi əlaqələrin,
ən azından nəzəriyyədə, məhz heç bir konkret şəxsin
müdaxiləsi olmadan azad şəkildə formalaşmasıdır.
Nəticə etibarı ilə bazar tənzimləyici rol oynayır – iqti-
sadi maraqlar, tələb, təklif və onların qarşılıqlı əlaqəsi
əsasında formalaşan qiymət mühüm tənzimləyici
funksiyanı yerinə yetirərək, insanların hərəkətlərini
müəyyən istiqamətə yönəldir. Misal üçün, əgər mən
alma satmaqla məşğulamsa, digər məsələlərlə yanaşı,
almanın harada (məsələn, Bakıda və ya Şəkidə) və hansı
qiymətə (məsələn, 10 və ya 20 AZN) satılması barədə
qərar qəbul etməliyəm. Rəqabətli bazar iqtisadiyyatı
şəraitində mən bu məsələlər barədə qərar verməkdə tam
azad deyiləm: bazar və iqtisadi faktorlar, o cümlədən
bazarda almalara olan tələb məni ən azından müəyyən
qərarlar qəbul etməyə yönləndirir. Nəticədə bazar iqti-
sadi əlaqələrin və ümumiyyətlə cəmiyyətdə insanlar
arasında münasibətlərin müəyyən strukturunu və ya
daxili qaydasını yaradır – və bu halda deyirlər ki, bazar
özü-özünü tənzimləyir. 18-ci əsrdə yaşamış görkəmli
şotland iqtisadçısı Adam Smit özünün Millətlərin
Var-Dövləti (Wealth of Nations, 1776) adlı əsərində
“görünməyən əlin” (invisible hand) bütün iqtisadiyyatı
idarə etdiyini söylədikdə məhz bazarın bu tənzimləyici
funksiyasını nəzərdə tuturdu.
Ticarət məhz bazar şəraiti olduqda mümkündür və
iqtisadçılar əzəldən qəbul etmişlər ki, ticarət hər kəsin
vəziyyətinin iqtisadi cəhətdən yaxşılaşdırılmasına
şərait yaradır. O cümlədən bazar ona imkan verir ki, in-
sanlar (1) dünyada olan məhdud resurslardan səmərəli
istifadə etsinlər, və (2) bu məhdud resurslar insanlar
arasında effektiv paylansın. Bazarın tənzimləyici və
resursların effektiv paylayıcı əhəmiyyətinin illüstrasiya
məqsdi ilə aşağıdakı misalı sizin diqqətinizə çatdırırıq:
Misal: Əgər A və B - ikisi də həm dondurma, həm
də şokolad düzəldə bilərlərlərsə, ancaq A dondurmanı
B-yə nisbətdə daha az xərc çəkməklə, B isə şokoladı
A-ya nisbətdə daha az xərc çəkməklə düzəldə bilərsə, o
zaman bazar şəraitində A dondurma düzəldəcək, B isə
şokolad və onlar bir-biri ilə ticarət əlaqələrinə girməklə
bir-birini dondurma və şokoladla təmin edəcəklər.
Mükəmməl bazar şəraitində dövlətə heç bir ehtiyac
yoxdur
8
, çünki yuxarıda qeyd etdiyimiz kimi, bazar özü
hər şeyi tənzimləyir. Mahiyyət etibarı ilə mükəmməl
bazar iqtisadiyyatı onu ehtiva edir ki, ictimai əlaqələrə
dövlət heç bir müdaxilə etmir və insanlar yalnız iqti-
sadi faktorları rəhbər tutaraq hərəkət edirlər. Bu, çox
gözəldir, deyilmi? – hər halda, harada olmasından asılı
olmayaraq, heç kəs dövlətin və ya digər şəxsin onun
azadlığına (o cümlədən iqtisadi azadlığına) müdaxilə
etməsini istəmir. Ancaq yeganə problem odur ki....
reallıqda mükəmməl bazar mövcud deyildir!
Mükəmməl bazar o bazardır ki, orada:
• kifayət qədər alıcılar və satıcılar var və bazarda
rəqabət mövcuddur,
• yan təsirlər (və ya xarici təsir, İngiliscə: “external-
ity”) yoxdur,
• bütün mallar və xidmətlər haqqında tam infor-
masiya var (xüsusən, informasiya asimmetriyası yox-
dur),
• əqdlə bağlı xərclər (İng.: “transaction costs”) ya
yoxdur və ya çox azdır və s.
Ancaq həqiqətdə bu belə deyil: bazar mükəmməl
deyil və İngilis dilindən birbaşa tərcümə etsək, bazar
da hərdən “işləmir” (İngil: “markets fail”).Yuxarıdakı
bazar haqqında ehtimalları götürsək, biz bilirik ki,
müasir dövrdə bazarda rəqabəti məhdudlaşdıran və
monopoliya şəraiti yaradan tendensiyalar mövcud-
dur. Hər hansı iqtisadi fəaliyyətin adətən mənfi və ya
müsbət yan təsirləri olur. Mallar və xidmətlər haqqında
tam məlumat olmaya da bilər: bir tərəfdə çox məlumat
olduğu üçün, o, üstünlüyündən sui-istifadə edə bilər.
Misal üçün, almanın satıcısında almanın keyfiyyəti
haqda daha çox məlumat var, nəinki alıcıda – bu halda
deyirlər ki, bazarda “asimmetrik informasiya” mövcud-
dur
9
. Digər hallarda, məlumat probleminin digər
forması qeyri-müəyyənlikdir. Bu boşluqları aradan
qaldırmaq üçün bazara qanunla nəzərdə tutulan qay-
7
Baxın, misal üçün, N. Gregory Mankiw, Principles of Macroeconomics (5th Ed)
8
Hüquqi və iqtisadi ədəbiyyatda bəzən dövlət müdaxiləsindən azad şəraiti Fransız sözü olan “laissez-fair” kimi ifadə olunur.
9
George A. Akerlof, The Market for “Lemons”: Quality Uncertainty and the Market Mechanism, The Quarterly Journal of Economics, Vol. 84, No. 3. (Aug., 1970), səh. 488-500