29
- 161.051 olacaqdır. Beş ildən sonra şirkət
stabil 5 faiz artım tempinə düşəcəkdir və bu
illər (stabil inkişaf dövrünə daxil olan) üçün
mənfəət toplandıqda təxminən 200 AZN edir.
Diskont: Sonra bu rəqəmlər diskontla azal-
dılır. Deyək ki, diskont dərəcəsi 15 faizdir. Bu
faiz bir sıra amillərlə yanaşı, risk dərəcəsini
göstərir. Yuxarıda müəyyən edilən bütün
rəqəmlər (100, 121, 133.1.... və 200) sadəcə
təxmini, ümid və ya ehtimal edilən rəqəmlərdir.
Onların əldə olunub-olunmaması dəqiq dey-
ildir - bu qədər mənfəətin əldə olunmaması
riski mövcuddur. Ancaq nə qədər risk vardır?
Biz təxmin etdik ki, risk 15 faizdir.
Tənlik
6
və nəticə: Beləliklə, bütün rəqəmlər
15 faizə bölünür və toplanır: (100/1.15) +
(121/1.15) + (133.1/1.15) + (146.41/1.15) +
(161.051/1.15) + (200/1.15) ≈617.
617 Şirkətin ehtimal olunan bazar qiymətidir. Əgər
biz Şirkətin mühasibat balansına baxsaq güman ki,
orada bu rəqəmi tapa bilməyəcəyik. Ümumiyyətlə,
əgər müəssisə normal fəaliyyətdə olan və gəlir gətirən
müəssisədirsə, o zaman onun bazar dəyəri mühasibat
balansında əks olunan kapitaldan (aktivlərlə passivlərin
arasındakı fərq) çox olacaqdır.
DCF və onun kimi digər qiymətləndirmə metodları
müəssisə İngilis dilində ifadə edilən going con-
cern - yəni tam fəaliyyətdə olan müəssisə - kimi
qiymətləndirilməsində istifadə olunur. Ləğv etmə me-
todu isə onu ehtiva edir ki, müəssisə ləğv olunur (yəni
artıq fəaliyyətini dayandırır). Fərq isə adətən böyük-
dür: bir qayda olaraq, fəaliyyətdə olan müəssisənin
dəyəri daha böyükdür, nəinki ləğv olunan müəssisənin.
Bu işdən yarana biləcək bir problemi aşağıdakı misalda
göstərməyə çalışmışıq:
Misal 2: Misal 1-dəki faktları əsas götürərək
fərz edək ki, “ABC” ASC yaradılarkən onun
nizamnamə kapitalı 1.000 AZN olur (A-70%,
700 AZN; B-25%, 250 AZN; C-5%, 50 AZN).
Fərz edək ki, şirkət planşet kompüterlərin
alınıb-satılması və informasiya texnologiyaları
(“İT”) üzrə məsləhətlərin verilməsi ilə
məşğuldur. Planşet kompüterlər çox dəbdədir.
İT xidmətlərindən istifadə etmək istəyənlərin
də sayı artmaqdadır.Onlar bu kapitaldan
və bankdan götürdükləri kreditdən istifadə
edərək, xeyli miqdarda planşet kompüter
alır və bir sıra savadlı İT üzrə mütəxəssis cəlb
edirlər. Şirkətin balansına baxdıqda onun
kapitalı, deyək ki, elə 1000 AZNolaraq qalır,
ancaq şirkət sürətlə artdığı üçün onun bazar
qiyməti çox yüksək olur - misal üçün, 5.000
AZN. Faiz nisbəti ilə A-nın burada payı 3.500
(mayasından 2.800 çox), B-nin payı - 1.250
(mayasından 1000 çox), C-nin payı isə - 250
(mayasından 200 çox). Yəni əgər onlar öz
paylarını bazarda satmaq istəsələr, onlar bu
qiymətlərə sata bilərlər.
“ABC” ASC sürətlə artan bir dövrdə A digər
səhmdarları şəriklikdən çıxarmaq məqsədi
ilə ümumi yığıncaq çağırır (bunun üçün tək
onun iştirakı yetərlidir) və şirkətin MMC-yə
çevrilməsi haqqında qərar verir. B və C-yə
isə onların paylarının bazar dəyərini deyil,
sadəcə ləğv etmə payını verir - bu isə bazar
dəyərindən güman ki, qat-qat aşağı olacaqdır.
Səbəbləri biz qeyd etdik. Burada alınan
inventarın qısa müddət ərzində satılması
üçün onun daha aşağı qiymətə verilməsi,
şirkətin xidmətləri ilə bağlı əldə edəcəyi
gəlirin və bununla bağlı şirkətin qeyri-maddə
aktivlərinin nəzərə alınmaması (onlar bazar-
da satıla bilməz) və s.
Etiraf edək ki, bizim Məhkəmənin qərarının bu
hissəsini tənqid etmək fikrimiz yoxdur, ilk növbədə ona
görə ki, Məhkəmə burada asan olmayan bir qərar qəbul
edir. Yəqin azlıq səhmdarlar üçün “heç nə olmayan
yerdə” elə ləğv etmə payı da əhəmiyyət kəsb edir. An-
caq hesab edirik ki, qanunverici bu məsələyə yaxından
baxmalı və bizim qeyd etdiyimiz məsələlər kimi bir çox
məsələləridə nəzərə almalıdır. Elə Məhkəmə də bunu
deyir...
№1 | ИЙУН
2012
7
İllər ötdükcə qeyri-müəyyənlik artır və bu da risklərin artırılmasına gətirib çıxarır. Ona görə biz birinci il ehtimal olunan mənfəəti 15 faiz, artıq ikinci il üçün isə
ehtimal olunan gəliri 1.152 qədər azaldırıq, üçüncü il bu rəqəm 1.153 olur. Ancaq sadələşdirmək məqsədi ilə biz bu faktoru hesablamada nəzərə almamışıq.
30
Bakы
HUQUQ
Jurnalы
Şirkətlər inkişaf edərək yeni mərhələlərə çıxdıqca
korporativ idarəetmə standartlarına tələblər də artır.
Artıq bir çox şirkətlər nəzarət orqanlarını sadəcə kağız
üzərində bir nominal qurum kimi deyil, məhz bizne-
sin tələblərinə cavab verə bilən tam funksional bir
orqan kimi görmək istəyirlər. Hesab edirəm ki, son za-
manlar şirkətlərdə səhmdarlar (iştirakçılar) tərəfindən
yaradılan nəzarət orqanlarının fəaliyyətləri güclənir. Bu
tendensiya inkişaf etdikcə, yəni nominal roldan daha
aktiv fəaliyyətə keçdikcə bu orqanların fəaliyyətlərinin
düzgün tənzimlənməsi ilə bağlı suallar yaranır. Maraq
doğuran suallardan biri nəzarət orqanı olan Direktorlar
Şurasının üzvləri ilə münasibətlərin tənzimlənməsidır.
Bildiyiniz kimi, Direktorlar Şurası (müşahidə şurası)
səhmdar cəmiyyətin fəaliyyəti üzrə ümumi nəzarəti
həyata keçirir. Direktorlar Şurası üzvləri ümumi
yığıncaq tərəfindən seçilir, lakin qanunvericilik Di-
rektorlar Şurası və cəmiyyət arasında münasibətlərin
rəsmiləşdirilməsi barədə konkret tələb qoymayıb (Ümu-
mi Yığıncağın müvafiq qərarından başqa). Nəticədə,
bu münasibətlərin təbiəti barədə mübahisələr davam
edir, hüquqşünasların bir qismi bu münasibətləri
mülki-hüquqi sahəyə aid edirlər, digərləri isə əmək
qanunvericiliyi ilə tənzimləndiyini vurğulayırlar.
Direktorlar şurası və cəmiyyət arasında yaranan
münasibətlərin hansı hüquq sahəsinə aid edilməsi ver-
gitutma məsələləri üçün də vacibdir. Şuranın üzvlərinin
gəlirlərinin vergitutma məsələləri məhz hansı hüququn
tətbiq edilməsindən asılı olacaq.
Əmək müqaviləsi – işəgötürən və işçi arasında
razılaşmadır. Bu razılaşmaya əsasən işəgötürən işçiyə
Əmək Məcəlləsi və digər müvafiq normalara əsasən
müəyyən funksiyalar və şərait ilə şərtlənmiş iş təqdim
edir və işçi bu razılaşma ilə müəyyən edilən funksiyaları
şəxsən icra etmək və qüvvədə olan daxili intizam
qaydalarına riayət etmək öhdəliyini qəbul edir.
Beləliklə, əmək müqaviləsinin əsas ixtisaslaşdırıcı
əlamətləri bunlardır: tərəflərin üzərinə düşən müəyyən
edilmiş öhdəliklər, işçi əmək funksiyalarını icra
edir, işçiyə əmək haqqı ödənilir, işçi daxili intizam
qaydalarına riayət etməlidir, müqavilədə iş yeri və iş
rejimi göstərilir.
Direktorlar Şurasının seçilməsi və səlahiyyətlərinə
xitam verilməsi birtərəfli xarakter daşıyır, belə ki, üz-
vün seçilməsi və səlahiyyətlərinə xitam verilməsi tam
olaraq Ümumi Yığıncağın səlahiyyətlərinə aiddir və
Direktorlar Şurasının iradəsindən asılı deyil. Direktor-
lar şurası üzvlərinin mükafatlandırılma məsələsi Mülki
Məcəllə ilə müəyyən edilməyib və Ümumi Yığıncağın
müstəsna səlahiyyətlərinə aid olunmayıb.
Həmçinin şuranın üzvlərinin seçilməsi və azad
edilməsi haqda normaları nəzərdən keçirəndə aydın
olur ki, onlar Əmək Məcəlləsi ilə işçinin işə qəbul və
işdən azad edilmə prosedurlarından fərqlənir. Görünür,
Direktorlar Şurasının üzvlərinə Əmək Məcəlləsi ilə
nəzərdə tutulan işdən çıxarılma proseduru tətbiq edilə
bilməz, çünki bu münasibətlər tam fərqli normalar ilə
tənzimlənir. Beləliklə, zənnimcə, bu münasibətlərin
əmək qanunvericiliyi ilə tənzimlənməsi mümkün deyil
və əmək müqaviləsi hesab etmək olmaz. Nəzərə almaq
lazımdır ki, səhmdar cəmiyyətin icraetmə orqanı Ümu-
mi yığıncağın və Direktorlar Şurasının qərarlarının
icrasını təmin edir və direktorlar şurası icraetmə
orqanının qərarlarına tabe olmurlar, lakin əmək
müqaviləsinə əsasən işçi işəgötürənin tabeliyində olur.
Direktorlar Şurasının səlahiyyətləri cəmiyyətin
gündəlik fəaliyyətini idarə edən icra orqanın
səlahiyyətlərini
əvəz
etməməlidir.
Şuranın
səlahiyyətlərinə aid edilən sualların çoxluğuna baxma-
yaraq, bu orqana həddindən artıq tez-tez iclas keçirməyə
ehtiyac olmur, təcrübədə bir çox cəmiyyətlərin Di-
rektorlar Şurası (DŞ) ayda bir dəfədən çox (fövqəladə
yığıncaqları çıxmaq şərti ilə) yığıncaqlar keçirmir.
Qanunvericilikdə Direktorlar Şurasının səlahiyyətləri
kollegial orqan səlahiyyətləri kimi göstərilib, ayrı-
ayrı üzvlərin səlahiyyəti kimi deyil. Beləliklə, hər bir
üzvün səlahiyyəti müvafiq sənədlərin araşdırılması
və iclas zamanı səsverməsi ilə məhdudlaşır. Əgər DŞ
üzvü cəmiyyət adından müəyyən hərəkətləri etmək
səlahiyyətinə malikdirsə, o halda o şəxs direktorlar
şurasında üzvlüklə yanaşı, çox güman ki, həmçinin kol-
legial idarəetmə orqanın üzvüdür.
Belə nəticəyə gəlmək olar ki, DŞ üzvü funksiyalarının
icrası üçün xüsusi xərclər və səylər tələb olunmur. Bura-
da cəmiyyətin daxili intizam qaydalarına tabelik və
rəhbər şəxsin göstərişlərinin icrası barədə danışmaq ye-
rsiz görünür və beləliklə, səhmdar cəmiyyət və Direk-
torlar Şurası arasında əmək münasibətlərinin olmasını
düşünmək üçün əsas yoxdur.
Mülki Məcəlləyə əsasən Direktorlar Şurası (Müşa-
hidə Şurası) səhmdar cəmiyyətin idarəetmə orqanlarına
aiddir və Ümumi Yığıncağın səlahiyyətinə aid olan
Emin Kяrimov
PAШA Holding MMC, Azerbaijan
LLM. Univesity of Minnesota Law School
Шirkяtin Direktorlar Шurasыnыn
цzvlярi ilя mцnasibяtlяr
Яmяk vя ya mцlki-hцquqi?
31
№1 | ИЙУН
2012
məsələlər istisna olaraq, cəmiyyətin fəaliyyəti üzərində
ümumi rəhbərliyi həyata keçirir. Beləliklə, Direktorlar
Şurasının fəaliyyəti, şura və cəmiyyət arasında olan
münasibətlər mülki qanunvericiliyin normaları ilə
tənzimlənir və bu münasibətlər mülkü-hüquqi xarak-
terli münasibətlər hesab edilir.
MM-in 91.3.2., 91.3.4., 106-1.3.1., 107.1.2.,
maddələrinə əsasən cəmiyyətin idarəetmə və nəzarət
orqanının səlahiyyətlərini əldə etməsi üçün əsas onların
Ümumi Yığıncaq tərəfindən seçilməsidir. Beləliklə, Di-
rektorlar Şurası tərəfindən səlahiyyətlərin əldə edilməsi
üçün əsas onun ümumi yığıncaq tərəfindən seçilmə
faktıdır. Şuranın üzvlərinin vəzifədən uzaqlaşdırılması
öz hüquqi təbiəti, hüquq münasibətlərinin tənzimlənmə
predmeti və hüquqi nəticələri ilə Əmək Məcəlləsinə
əsasən işçinin işdən uzaqlaşdırılmasından fərqlənir.
Zənnimcə, bu səbəbdən Direktorlar Şurası üzvünün
öhdəliklərin icrasından uzaqlaşdırılması məsələsi
mülki qanunvericilik tərəfindən tənzimlənir və əmək
hüququnun tənzimləmə predmetinə aid deyil.
İdarəetmə orqanlarının fəaliyyəti ilə bağlı qərarlara
əmək hüququ çərçivəsində deyil, cəmiyyət və idarəetmə
səlahiyyətləri etibar edilmiş şəxslər arasında yaranan
korporativ münasibətlər çərçivəsində baxmaq lazımdır.
Korporativ münasibətlərin təbiəti tələb edir ki,
səhmdarlar istənilən vaxt cəmiyyətə zərər vuran
şəxsin səlahiyyətlərinə xitam verə bilsinlər. Bu müdafiə
forması korporativ hüquqlar daşıyıcılarının səhmdar
cəmiyyət üzərində müəyyən səlahiyyətlərə malik olan
şəxslərə qarşı xüsusi hərəkəti hesab edilir və əmək
hüququ səthində baxılmamalıdır.
Bununla yanaşı, Direktorlar Şurası və cəmiyyət
arasında olan münasibətləri mülki-hüquqi müna-
sibətlərə aid hesab etmək çətindir. Mülki-hüquqi
müqavilə iki və ya çox şəxslərin hüquq və öhdəliklərinin
əmələ gəlməsi, dəyişməsi və ya bitməsi haqda əqddir.
Müqavilənın bağlanması üçün iki və ya çox şəxsin
iradələrinin razılaşdırılması vacibdir. Bizim nəzərdən
keçirdiyimiz məsələdə yalnız səhmdarların birtərəfli
iradəsi baş verir. Beləliklə, cəmiyyət və şura üzvləri
arasında münasibətlər müqavilədən irəli gəlmir.
Öhdəliklər müqavilədən və həmçinin qanundan əmələ
gələ bilər. Mülki Məcəllənin 91.3.2., 91.3.4., 91-1.2., 106-
1.3.1., 107.1.2., 107.3. maddələrindən irəli gələrək qeyd
etmək olar ki, Direktorlar Şurasının üzvünün hüquq
və öhdəlikləri qanunla müəyyən edilmiş və Direktor-
lar Şurasının səlahiyyətinə aid edilmiş müddəalardan
əmələ gəlir. Qanunvericilikdə şuranın üzvlərinə ödəniş
məsələsi əks olunmasa da, təcrübədə ümumi yığıncaq
Direktorlar Şurasının üzvlərinin mükafatlandırılması
haqda qərarlar qəbul edir. Əsasən, mükafatlandırma
məsələsi ilə əmələ gələn sualların həlli üçün iştirakçılar
bir çox halda münasibətləri əmək və ya mülki-hüquq
qanunvericiliyi ilə tənzimləməyə çalışırlar.
Bəs cəmiyyət Direktorlar Şurasının üzvünə yazılı
müqavilə olmadan mükafat ödəyə bilərmi?
Sözsüz, yazılı müqavilə olduqda ödənilən mükafatı
əsaslandırmaq və məhsulun maya dəyərinə aid etmək
daha asandır. Lakin yazılı müqavilə olmadıqda, qeyd
olunan xərcləri Ümumi Yığıncağın müvafiq qərarı ilə
əsaslandırmaq mümkündür.
Beləliklə, cəmiyyət Direktorlar Şurasının üzvünə
mükafatı heç bir müqavilə bağlamadan ödəyə bilər
və ya müvafiq yazılı müqavilə bağlayır. Belə halda bu
müqavilə daha çox mülki-hüquqi xarakter daşıyacaq.
Lakin belə müqavilənin nə qədər zəruri olması sualı
yaranır. Belə ki, Direktorlar Şurası üzvünün bütün
səlahiyyətləri qanunvericilikdə və səhmdar cəmiyyətin
müvafiq əsasnaməsində (Ümumi Yığıncağın qərarında)
əks edilir. Nəzərə alsaq ki, müqavilədə normativ akt-
lar ilə artıq müəyyən edilmiş şərtlər təkrarlanacaq, o
halda qanunla və müvafiq sənədlərlə müəyyən edilən
səlahiyyətlərin icrası üçün cəmiyyət və Direktorlar
Şurasının üzvləri arasında müqavilənin bağlanmasına
ehtiyac yoxdur.
Cəmiyyətin idarəetmə orqan üzvlərinin seçmək
və təyin etmək yolu ilə korporativ hüquqların icrası,
həmçinin onların vəzifədən kənarlaşdırmaq və
səlahiyyətlərinə xitam vermək məsələsinə aiddir.
Beləliklə, bu qərarlar əmək hüquq çərçivəsində deyil,
korporativ hüquq çərçivəsində baxılmalıdır.
Mülki Məcəllənin 107.1.2 və 107.1.3. maddəsində
qeyd edilən “səlahiyyətlərinə vaxtından əvvəl xitam
vermək” ifadəsi Ümumi Yığıncaq tərəfindən cəmiyyətlə
korporativ münasibətlərdə olan idarəetmə orqanlarının
fəaliyyətinə tez reaksiya vermək üçün nəzərdə tutulub.
Belə normanın zəruriyyəti idarəetmə və nəzarət orqan
üzvünün spesifik statusu ilə bağlıdır.
Korporativ münasibətlərin təbiəti tələb edir ki,
iştirakçılar (səhmdarlar) cəmiyyətin maraqlarına zərər
vuran şəxsin (Direktorlar Şurasının üzvü) fəaliyyətinə
operativ reaksiya verərək onların səlahiyyətlərinə xi-
tam versinlər. Bunu nəzərə alaraq, Mülki Məcəllənin
107.1.2. maddəsində Ümumi Yığıncağın istənilən
vaxt idarəetmə və nəzarət orqanının üzvünü
səlahiyyətlərindən uzaqlaşdırmaq məsələsinə korpora-
tiv hüquq çərçivəsində yanaşmaq lazımdır.
“Bakı Hüquq Jurnalı” növbəti buraxılış üçün məqalə müraciətləri qəbulunu elan edir. Azərbaycanda
hüquqi sahələrin idarəolunmasına yönəlmiş və cari hüquqi təhlilini əks etdirən və tövsiyələr ehti-
va edən məqalələri təqdim edə bilərsiniz. Kommersiya hüququ, o cümlədən müqavilə hüququ,
korporativ hüquq və digər əlaqədar mövzularda olan məqalələrə üstünlük verilir. Məqalələr 30
avqust 2012-ci ilə qədər təqdim edilə bilər. Bütün suallar və məqalə təklifl əri jurnalın baş redak-
toru Emin Kərimova –
editor.journal@aaa.org.az
elektron poçt ünvanına - göndərilməlidir.
Məqalələr elektron versiyada Word fayl formasında təqdim edilməlidir və 6-7 səhifədən çox
olmamalıdır. “Bakı Hüquq Jurnalı”nın nəşrinə təqdim edilən məqalələr Azərbaycan mülki (kor-
porativ, vergi, müqavilə və s.) hüququnun aktual problemlərindən bəhs edən, xarici ölkələrin
təcrübələrini işıqlandıran analitik yöndə olmalıdır. Müəllifl ər nəzərdə saxlamalıdılar ki, “Bakı
Hüquq Jurnalı” elmi nəşrdən çox analitik-praktiki dərgidir və nəzəri məsələləri işıqlandıran
məqalələr Bizim üçün prioritet hesab edilmir. Məqalələr Azərbaycan dilində təqdim edilməlidir
və istifadə olunan ədəbiyyat barədə məlumat və müvafi q istinadlar verilməlidir.
“BAKI HÜQUQ JURNALI”NA MƏQALƏLƏRİN
QƏBUL OLUNMASI HAQQINDA ELAN
Dostları ilə paylaş: |