13
№1 | ИЙУН
2012
növbədə təminat kimi maliyyə qarantiyalarının tətbiqi
tənzimlənməlidir, yəni razılaşmanı pozmuş şəxs
(razılaşma ilə) müəyyən edilmiş cərimə/kompensasiya
ödəməlidir.
Müqavilə azadlığı prinsipinin mövcudluğuna bax-
mayaraq, hazırda Azərbaycan hüququnda yuxarıda
qeyd edilən məsələlərin realizasiyası mümkünsüz
hesab edilir. Qeyd edildiyi kimi, səhmlər üzərində
sərəncam hüququnun məhdudlaşdırılması haqqında
razılaşma qüvvədə olan qanunvericiliklə ziddiyyətdə
ola bilər. İdarəetmə orqanlarının formalaşdırılması
haqqında razılaşmalar korporativ qanunvericiliyə
zidd olsa, mübahisəyə çevrilə bilər. Gəlirlərin xüsu-
si qaydada bölünməsi haqqında (fərqli dividendlər)
müqavilə şərtləri, həmçinin imperativ normalara zidd
olduğu halda mübahisələndirilə bilər və maraqlı şəxslər
öz müqavilə hüquqlarının qorunmasında çətinlik
çəkəcəklər.
”Çıxılmaz
vəziyyətlərin”
(deadlock)
həlli
Azərbaycan hüququ ilə tənzimlənmir, lakin müasir
biznes mühitində belə hadisələr tez-tez baş verir. Bu,
əsasən, idarəetmə orqanlarının səsvermə proseslərində,
səhmlərin və əmlakın alqı-satqı prosesində baş verən
mənfi hallardan biridir. Xarici təcrübədə bu halların
aradan qaldırılması üçün mediasiya prosedurlarından
istifadə olunur, həmçinin səhmlərin məcburi geri
alınması mexanizmi geniş tətbiq olunur.
Müəyyən edilmiş qaydada səsvermə haqqında
razılaşma zənnimcə, hazırkı Azərbaycan hüququnda
istifadə oluna bilər. Bu növ razılaşmanın mahiyyəti on-
dan ibarətdir ki, bir necə səhmdar ümumi yığıncaqda
(müəyyən edilmiş) razılaşdırılmış qaydada səsvermə
öhdəliyi götürür. Lakin bu razılaşmanın pozulmasının
nəticələri sual doğurur. Belə ki, qanunda razılaşmanın
pozulması səbəbindən ümumi yığıncağın qərarının
ləğv edilməsi nəzərdə tutulmayıb.
Dəymiş zərərlərin yaranmasının səbəblərini və
ölçülərini, həmçinin müqavilənin şərtlərinə riayət
edilməməsi və nəticədə yaranmış zərərlər arasındakı
səbəbiyyət əlaqəsini sübut etmək çətin olacaq.
Müqavilədə yüksək cərimənin müəyyən edilməsi
də problemi həll etmir, belə ki, Mülki Məcəllənin 467
maddəsi məhkəmələrə dəbbə pulunun (cərimənin)
azaldılma hüququnu verir.
Bu səbəbləri nəzərə alaraq, daha uğurlu alternativ
bank zəmanəti ola bilər. Bu halda ödəniş səbəbləri kimi
razılaşmada müəyyən edilmiş öhdəliklərin pozulması
haqqında sənədlərin təqdim edilməsi mümkündür.
Bank zəmanətinin istifadə mümkünlüyü və stabil-
liyi onun müstəqilliyidir, yəni bank qarantiyası əsas
öhdəliyin taleyindən asılı deyil.
Artıq qeyd edildiyi kimi, Azərbaycan hüququnun
sadalanan məhdudiyyətlərindən qaçmaq üçün xa-
rici hüququn tətbiqi alternativ kimi qəbul edilə bilər.
Lakin bu məsələyə birmənalı yanaşmaq çətindir. Belə
ki, yerli şirkət Azərbaycan hüququnun subyekti kimi
çıxış edir və onun hüquq statusu ilə əlaqəli məsələlər
Azərbaycan hüququ ilə tənzimlənir. Güman edilir ki,
yerli cəmiyyətin statusunu tənzimləyən səhmdarlar
müqaviləsinə xarici hüququn tətbiq edilməsi onun
etibarsızlığına səbəb ola bilər.
Fərz edilir ki, mübahisə yarandığı halda, məhkəmə
Mülki Məcəllənin 98.7 maddəsinə istinad edərək
səhmdar razılaşmanın qanunvericiliyə zidd olan
şərtlərini etibarsız hesab edə bilər. Lakin ilk növbədə
cəmiyyətin iştirakçısı kimi səhmdarın hüquqları
(səhmdar-cəmiyyət əlaqəli münasibətlər) və səhmlərin
mülkiyyətçisi kimi (hüquqi-əmlak, öhdəlik hüququ
münasibətləri), səlahiyyətlərini fərqləndirmək lazımdır.
Belə ki, hüquqi şəxsin orqanlarının fəaliyyəti onun
hüquqi vəziyyətinin (statusunun) elementidir, an-
caq cəmiyyətin iştirakçılarına məxsus olan səhmlər
üzərində sərəncam hüququnu cəmiyyətin (hüquqi
şəxsin) statusu ilə əlaqələndirmək düzgün olmaz. Bu
məsələyə müqavilə azadlığı prinsipi prizmasından
yanaşmaq lazımdır.
Sonda qeyd etmək lazımdır ki, müqavilə azadlığı
mülki hüququn vacib prinsiplərindən biridir, bu prin-
sip qanunvericilikdə nəzərdə tutulmayan müqavilələrin
bağlanmasına imkan yaradır. Azərbaycan hüququn-
da səhmdar müqaviləsinin bağlanmasına heç bir
qadağa yoxdur və səhmdar cəmiyyətlərdə bir
çox münasibətlərin iştirakçılar arasında müxtəlif
razılaşmalarla tənzimləndiyini nəzərə alaraq, belə bir
qadağanın olması məntiqli sayılmazdı. Mülki Məcəllə
və cəmiyyətin təsis sənədlərinin səhmdarların hüquq
və vəzifələrini nizamlayan alətlər olmasına baxma-
yaraq, qanunda nizamnamə səhmdarların hüquq və
vəzifələrini nizamlayan yeganə vasitə olmalı deyil.
Bu səbəbdən səhmdar razılaşmasının qanunverilici-
yin məcburi tələblərinə zidd olmasını iddia etmək
əsassızdır.
İstənilən şəxs ona məxsus olan mülki hüquqları öz
iradəsinə və maraqlarına uyğun istifadə edir. Subyek-
tiv hüquqları razılaşma ilə müəyyən edilmiş formada
istifadə etmək öhdəlikləri məhz hüquqdan öz iradəsinə
və maraqlarına uyğun istifadə etmənin nümunəsidir.
Aydındır ki, qanunla müəyyən edilmiş hüquqlar
səhmdar razılaşma ilə ləğv edilmir, tərəflər yalnız
müqavilə azadlığı prinsipi və tərəflərin bərabərlik
prinsipindən irəli gələrək öz hüquqlarını müəyyən
şərtlərlə məhdudlaşdırırlar. Razılaşmanın pozulması
nəticəsində şərtləri pozan şəxsə qarşı yalnız müqavilə-
hüquqi məsuliyyət tətbiq edilə bilər.
Qanun tərəfindən qoyulan tələblərlə yanaşı, əlavə
şərtlərin müəyyən edilməsi səbəbindən (hansılar ki qa-
nunun tələblərini tərəflər üçün dəyişə bilər) səhmdar
razılaşmanın etibarsız hesab edilməsi ədalətli görün-
mür. Zənnimcə, əgər öhdəlik (səhmdar razılaşması
çərçivəsində) onun icrası zamanı heç bir qanun po-
zuntusu ilə nəticələnmirsə, onu etibarsız hesab etmək
üçün əsas yoxdur. Ümid edirəm ki, bizim hüquq yaxın
gələcəkdə bu xeyirli institutdan istifadə imkanlarını
genişləndirəcək.