Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə91/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   85   86   87   88   89   90   91   92   93

• Bütün türkl
ərin tərcümanı 

293
 ~ 
 
Bakıda  nəşr  olunan  «İqbal»  qəzetinin ortaq ədəbi dilə 
münasib
ətini əks etdirən yazıya İ.Qaspiralı «Tərcüman»ın bir neçə 
nömr
əsində  dərc etdirdiyi məqalələrlə  cavab  vermişdir  (Dil 
ətrafında. № 169, 170, 1913; Yenə dil ətrafında. № 194, Məsələlər-
q
əzetlər. № 227, 1913). «İqbal»da dərc olunmuş məqalə müəllifinin 
fikrinc
ə, tarix və təbiətin özü türk qövmünü bir neçə qola ayırmış və 
onların  hər  birinin  öz  dili  formalaşmışdır.  Hər birinin öz ədəbi 
dilinin vücuda g
ətirmələri də  türk dilinə  nöqsan  sayıla  bilməz, 
əksinə, onun daha da zənginləşməsinə  yardım  edər.  İ.Qaspiralı 
m
əqalə  müəllifinin  timsalında  «İqbal»ın  bu  mövqeyinə  münasibət 
bildir
ərək  yazır  ki,  türk  dilləri  arasında  süni  şəkildə  uçurumlar 
yaradılır,  halbuki  «Əkinçi»,  «Ziyayi-Qafqaziyyə»,  «İqbal», 
«T
ərcüman»,  «Şura»,  «Vakit»,  «Yıldız»  eyni  dildə  yazır,  onları 
Bakıda, Baxçasarayda, Kazanda, Orenburqda da oxuyur, anlayırlar. 
İ.Qaspiralı  üzünü  onunla  dil  mövzusunda  bəhsə  girənlərə  tutub 
yazır:  «Tanrı  salamatlıq  versin!  Yazın,  oxuyun.  Azəricə, Tataricə, 
Kaşğaricə… biz buna müxalif deyilik, lakin türk milləti türkləşmək, 
türkc
ə söyləyib yazışmaq istəyir. Biz bunu inkar edə bilmərik, çünki 
bu bir böyük c
ərəyandır».  «Yenə  lisan  ətrafında»  adlı  yazıda 
İ.Qaspiralı  mövzuya  təkrar  qayıdır,  fikirlərini  əsaslandırmağa 
çalışır:  «…Qafqazda  Mirzə  Fətəli Axundzadə  və  Həsən bəy 
M
əlikovun dillərini «Həyat», «İrşad» və bugünkü «İqbal»ın dilləri 
il
ə  yan-yana qoyub baxsaq, «Tərcüman»ın  xoş  xəyal aləmində 
dolanmadığını qəbul edərik. Şimalda çıxan «Şura»ya, Bakıda çıxan 
«İqbal»a,  İstanbulda  çıxan  «Xalqa  doğru»ya  baxın,  xəyal hesab 
etdiyinizin qism
ən gerçəkləşdiyini  görəcəksiniz». Müəllif bununla 
dem
ək istəyir  ki,  türk  xalqları  harada  yaşamalarından  asılı 
olmayaraq, eyni dil
ə  sahibdirlər, sadəcə  onların  bir-birinə  daha da 
yaxınlaşması istiqamətində işləmək lazımdır. «Xoşbəxt ekizlər» adlı 


• Abid  Tahirli
 

294
 ~ 
 
yazıda  («Tərcüman»,  №  88,  1914)  Bakıda «Bəsirət»,  Daşkənddə 
«S
ədayi Türkistan», Hokantda «Sədayi-Fərqanə»  adlı  qəzetlərin 
n
əşrə başlamasını xoşbəxtlik adlandıran İ.Qaspiralı yazır ki, bu gün 
diqq
ətimizi  ən ziyadə  cəlb edən üç qəzetin dilidir: «Məhəlli  şivə 
olmaqla b
ərabər hər birinin «ədəbi  dil» xadimləri  olduqları 
meydandadır». 
İ.Qaspiralı  Azərbaycan dilində  yeni qəzet və  nəşrlərin  işıq 
üzü görm
əsinə  nə  qədər sevinirdisə,  onların  bağlanması  xəbərini 
üzüntü v
ə hüzn içində qarşılayırdı: «Əgər təəssüflənməkdən fayda 
olsa idi, n
ə qədər çox təəssüf edilsə, rəva görürdük. Çünki Tiflisdə 
n
əşr  olunan  dostumuz  «Kəşkül»ün  çıxmayacağı  xəbəri  ən böyük 
t
əəssüf  doğurur:  lakin  bundan  nə  fayda? Qəzetin  bağlanmasına 
t
əəssüf təsir edərmi?» Müəllifin fikrincə, təəssübdənsə 
hidd
ətlənməyin yeridir. Heç kim bu nəşrlərin  çıxmasına  yardım 
etm
ədi, hər kəs yaxasını kənar çəkdi: «Bu iki qəzeti, iki günəş, iki 
şəms kimi görməli idilər… idilər, idilər, idilər, amma öncə «Ziya», 
sonra «K
əşkül» uçan ulduzlar kimi sönməyə məcbur oldular… Çox 
ayıb,  min  bir  təəssüf, amma nə  fayda? Çox böyük və  dəyərli 
imtiyazları  qeyd  etdik:  iki  maarif  günəşini  qoruya  bilmədik, 
söndürdük, ayıb».  
Görk
əmli professor Xeyrulla Məmmədov  İ.Qaspiralı  haqqında 
t
ədqiqatlarının  birində  haqlı  olaraq  yazır  ki,  «Tərcüman»ın 
redaktoru kimi f
əaliyyət göstərdiyi 31 il ərzində  Azərbaycan 
h
əyatında  elə  bir mühüm hadisə  olmamışdır  ki,  İsmayıl  bəy ona 
münasib
ət bildirməsin və  elə  az-çox  tanınan  ziyalı  yox  idi  ki, 
q
əzetdə  onun  adını  zikr  etməsin. Fədakar tədqiqatçı  «Tərcüman»a 
özün
əməxsus tərzdə  dəyər verirdi: «Tərcüman» (1883-1918) XIX 
əsrin sonu, XX əsrin əvvəlində Rusiya müsəlmanları mühitində nəşr 
edil
ən qəzet və  jurnalların  ən  uzunömürlüsü,  geniş  miqyasda 


• Bütün türkl
ərin tərcümanı 

295
 ~ 
 
yayılanı  və  ən  çox  oxunanı  olmuşdur.  O,  bir  il  iki  ay  «Ziyayi-
Qafqasiy
ə», səkkiz il yarım «Kəşkül», bir il doqquz ay «Şərqi-Rus», 
1905-
ci  il  inqilabından  sonra  Qafqazda,  Krımda,  Volqaboyunda, 
Türkistanda  çıxan  müxtəlif məsləkli dövri mətbuat  orqanları 
(«H
əyat»,  «İrşad»,  «Tanq»,  «Molla  Nəsrəddin», «Vətən xadimi», 
«Nur»,  «Azad  xalq»,  «Yıldız»,  «Əl-əsəri-Əl-cədid»,  «Əl-islah», 
«Fikir»,  «İdil»,  «Dan  yıldızı»,  «Vaxt»  və  s.) ilə  paralel fəaliyyət 
göst
ərmişdir. 1891-ci ilin oktyabrında «Kəşkül»ün bağlanmasından 
1903-
cü  ilin  martında  «Şərqi-Rus»un nəşrə  başlamasına  qədər 
t
əxminən 12 il «Tərcüman»  Rusiya  imperiyasının  müsəlman 
əhalisinə məxsus yeganə qəzet olmuşdur». 
“525-ci q
əzet” 
23 may 2012-ci il 


• Abid  Tahirli
 

296
 ~ 
 
 
BƏKİR ÇOBANZADƏ 
İSMAYIL QASPİRALI HAQQINDA 
 
Krımdan pərvazlanan türk dünyasının iki parlaq simasının – 
İsmayıl Qaspiralı (1851-1914) və Bəkir Çobanzadənin (1893-1937) 
əqidə, məslək və  ideallarında  nə  qədər  yaxınlıq,  doğmalıq  varsa, 
onların  tərcümeyi-halı  və  talelərində  də  bir o qədər bənzərlik, 
oxşarlıq  var.  Dahi  İsmayıl  Qaspiralı  öz  üzərinə  götürdüyü tarixi 
yükün  –  XIX 
əsr  Rusiya  imperiyası  hüdudlarında  yaşayan 
müs
əlman-türk  xalqlarının  həyat və  təfəkkür tərzində  dəyişiklik 
etm
ək, onların dildə, fikirdə və əməldə birliyinə nail olmaq istəyinin 
çox ciddi müqavim
ətlərə, təzyiqlərə  tuş  gələcəyini  anlayır,  onu 
c
əzalandırmaq üçün pusquda duran, fürsət axtaran qara qüvvələrin – 
r
us  şovinistlərinin, məkrli missionerlərin, onlardan heç də  geri 
qalmayan  milli  satqınların  niyyətlərini  yaxşı  başa  düşürdü. 
İ.Qaspiralı bilirdi ki, onu nəinki diri-diri parçalamağa, hətta qəbrini 
yerl
ə-yeksan etməyə  hazır  olan  cəsuslar, xəfiyyələr, nadanlar, 
c
əhalət və  ətalət  bayquşları  məqam gözləyirlər. O, təsadüfən 
yazmırdı ki: 
 
 
«Doğuldum mən Avcıköydə min səkkiz yüz əlli birdə 
 M
əkanımdır Baxçasaray məzarım kim bilir nərədə». 
 
C
əmi 34 il ömür sürən Bəkir Çobanzadə  isə  doğulduğu 
andan sağ qalmağını təsadüflə əlaqələndirirdi: 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə