Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

• Abid  Tahirli
 

274
 ~ 
 
görm
əmiş,  onunla  heç  bir  zaman  münasibətdə  olmamış,  başqa  bir 
dild
ə  danışmışdır,  onların  arasında  müştərək  bir  şey  varsa,  o  da 
yalnız  dindir»  -  cümlələrini sitat gətirərək opponentini bu 
mövqeyin
ə  görə  sərt  şəkildə  ittiham edir. Müəllif məqalənin 
sonunda  İ.Qaspiralının  ortaq  ədəbi  dil  yaratmaq  ideyasına  uyğun 
olaraq «şivələrin və ləhcələrin üstündə ümumi ədəbi və elmi bir dil» 
uğrunda çalışmağın zəruriliyini vurğulayır. 
«İstiqlal»ın  1933-cü il 15 aprel tarixli 32-ci nömrəsində 
«T
ərcüman»ın  50  illik  yubileyi  münasibəti ilə  Məmməd  Əmin 
R
əsulzadənin irihəcmli  «Ortaqlı  bir  ildönümü»  adlı  məqaləsi dərc 
edilmişdir.  Müəllif mətbuatın  cəmiyyət həyatına  təsirinə, milli 
oyanışdakı  yeri  və  roluna  dair  İ.Qaspiralının  «qəzet nəşrini 
m
ənimsəmiş  bir  millət gec-tez  öz  varlığını  onu  inkar  edənlərə 
göst
ərəcək və haqqını tanıdacaqdır» - kəlamını xatırladır, fəxarətlə 
bildirir ki, Rusiya müs
əlmanları  arasında  ilk qəzeti Həsən bəy 
Z
ərdabi  buraxmışdır:  «Milli  oyanış  toxumlarının  ilk  «Əkinçi»si 
Az
ərbaycanlıdır.  Məlikzadə  Həsən bəy mərhumun  1875-ci ildə 
başlamış  ikən,  davamına  müvəffəq  olmadığı  bu  böyük  işi  sonra  – 
1883-cü ild
ə  Krımlı  İsmayıl  bəy  Qaspiralı  mərhum yeniləmiş  və 
onu çox böyük bir müv
əffəqiyyətlə  bacarmışdır.  «Əkinçi»nin  türk 
torpaqlarına səpdiyi fikir vergili «Tərcüman»ın tükənməz əməyi ilə 
«b
ərəkətli bir əkin  halına  gəldi» və  milli  oyanış  axınının  getdikcə 
d
ərinləşən və  dərinləşdikcə  qüvvətlənən bir ideologiya kimi 
formalaşdı». 
İ.Qaspiralının  «yaşayış  uğrunda  mübarizədə  yenilməmək 
üçün  elm  lazımdır»  -  fikrini onun özü qədər  yayan  başqa  birisi 
olmamışdır  –  qənaətində  olan  istedadlı  publisist  Məmməd  Əmin 
R
əsulzadə  göstərir ki, «Tərcüman»ın  yiyəsi sadəcə  bu fikri 
yaymaqla  qalmamışdır,  türkcə  oxumağı,  yazmağı  asanlaşdırmaq 


• Bütün türkl
ərin tərcümanı 

275
 ~ 
 
üçün «üsuli c
ədid» hərəkatını uğurla həyata keçirmişdir. O dövrdə 
«c
ədidçi»lərin  lideri  İsmayıl  bəy,  orqanları  da  «Tərcüman» idi» - 
dey
ə  yazan müəllif  İ.Qaspiralının  «yaydığı  yeniliklər arasında 
sad
ələşdirilmiş  ortaq  türk  dili»  ideyasının  olduğunu  xüsusi 
vurğulayır:  «Bir  türkcə  ki, türk ellərinin  bütün  oxumuşları 
t
ərəfindən anlaşılırdı». 
İ.Qaspiralı Avropa xalqlarının həyat, təfəkkür tərzinə, orada 
baş  verən ictimai-siyasi proseslərə, milli-siyasi hərəkat və 
c
ərəyanlara, o cümlədən pangermanizm, panitalyanizm kimi milli 
ideologiyalara b
ələd idi və  onların  mahiyyətini dərindən 
m
ənimsəyərək pantürkizmin mədəni əsaslarını hazırlayırdı. «Dildə, 
fikird
ə,  işdə  birlik»  şüarı  bu  ideyanın  –  türklüyün  mayasını, 
nüv
əsini təşkil  edirdi.  Azərbaycan Xalq Cümhuriyyətinin lideri 
M.Ə.Rəsulzadə  İ.Qaspiralının  fikir  və  əməllərinin hədəfinin dəqiq 
ünvanını  və  niyyətini göstərirdi:  «Qoca  rus  imperiyasının 
ruslaşdırma  siyasətinə  qarşı  müvəffəqiyyətlə  çıxa  bilmək  üçün 
müxt
əlif  şivələrdə  danışan  türk  ellərini ortaq türkcə  danışan  bir 
mill
ət halında görmək qədər təbii bir arzu ola bilməzdi!» 
«Ortaqlı  bir  ildönümü»  adlı  yazıda  müəllif  İ.Qaspiralı 
ideyalarının indi – saxta kommunist ideologiyasının tüğyan etdiyi, 
sovet rejiminin, c
əza aparatının insan haqlarına qənim kəsildiyi 30-
cu ill
ərdə də aktual olduğunu xüsusilə diqqətə çatdırır: 50 il əvvəl – 
«T
ərcüman»ın  ilk  nüsxəsi  çıxarkən Rusiya türklərinin vəziyyəti 
bugünkünd
ən fərqlənmirdi. Türk elləri yenə  Rusiyanın 
əsarətindədir. Mücadilə yenə əbədi düşmənə çevrilmişdir. Düşmən 
birdir. Lakin f
ərqlər də var. O vaxt imperiyanın çökəcəyi fikri bəlkə 
İsmayıl  bəyin də  zehnindən keçməmişdi.  Bu  gün  isə  hər saat bu 
fikir t
əkrar edilir. 50 il əvvəl  Osmanlı səltənətində  türk tarixindən 
b
əhs etmək yasaq idi, «türkcə  dil»  yoxdu,  İsmayıl  bəyin təbirincə 


• Abid  Tahirli
 

276
 ~ 
 
deyils
ə,  «Osmanlı  alaca-bulacası»  vardı.  İndi  Türkiyə 
Cümhuriyy
əti, tarixi də, dili də  türkləşdirilir,  milliləşdirilir.  50  il 
əvvəl Rusiya müsəlmanları vardı. İndi orada türklər var, türk elləri, 
türk cümhuriyy
ətləri var. 50 il əvvəl yeni üsullu məktəbdən bəhs 
etm
ək inqilab cəsarətli  addım  idi.  İndi  istiqlalını  qazanmayınca 
silahı  yerə  qoymayacaq nəsillər  yetişir.  M.Ə.Rəsulzadənin qənaəti 
q
ətidir:  bütün  bunlarda  İsmayıl  bəyin və  onun «Tərcüman»ının 
xidm
ətləri şübhəsizdir. 

əllif  İ.Qaspiralını  «böyük  adam»,  «böyük  müəllim»  - 
dey
ə  xarakterizə  edir, onu bütün türklərin  övladı,  «Tərcüman»ı 
bütün türkl
ərin qəzeti, bu bayramın – «Tərcüman»ın nəşri gününü 
d
ə  ortaqlı  bir  gün  hesab  edir.  O,  məqaləni  Krımlı  mücahidlərə 
müraci
ətlə  bitirir: «…Tərcüman»  sizin  olduğu  qədər, bilirsiniz ki, 
bizimdir d
ə, bütün türklərindir, xüsusi ilə əsir türklərindir. Vətənləri 
düşmən  əlində  çeynənən bizlər, təəssüf ki, bu böyük əsərə  layiq 
olduğu hörməti təmin edə bilmirik. Fəqət çıxış yolu var: sıralarımızı 
sıxlaşdıraq,  mücadiləmizi tənzim edək, qüvvətləndirək. Bax, 
«T
ərcüman»a və böyük İsmayıl bəyə layiq ən dəyərli, ən münasib 
xatir
ə bu olar!» 
«İstiqlal»ın elə  həmin nömrəsində Mirzə  Bala Məmmədza-
d
ənin  «V.Nuhoğlu»  imzası  ilə  «Tərcüman»  adlı  məqaləsi dərc 
edilmişdir.  Yazı  dərin məzmunu, zəngin fikirləri,  maraqlı 
kompozisiyası  ilə  yanaşı  obrazlı,  oynaq,  canlı,  təsirli dili ilə  də 
diqq
əti çəkir.  Aprel  ayının  acı  və  dadlı  hadisələrlə, tarixi günlərlə 
z
əngin olduğunu qeyd edən müəllif «Tərcüman»ın da həmin ay işıq 
üzü  gördüyünü  yazır:  «Bu  ilk  türk  qəzeti deyildi. Ondan əvvəl 
Az
ərbaycanda  «Əkinçi»,  «Ziya»,  «Ziyayi  Qafqaziyyə», «Kəşkül» 
kimi türkc
ə qəzetlər çıxmışdır. Fəqət İsmayıl bəyin «Tərcüman»ı ilk 
d
əfə olaraq türklük problemini, türklüyün mədəni bütünlüyünü açıq 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə