• Bütün türkl
ərin tərcümanı
~
277
~
bildirm
əklə aktiv türkçülüyün əsasını qoymuşdu». M.Məmməd-
zad
əyə görə, İsmayıl bəyin «dildə birliyi» fikirdə və işdə birliyin
t
əməlini təşkil edir: «Dil sadələşməyincə ümumiləşməz, müştərək
dil formalaşa bilməz. Təlim, tərbiyə, ədəbiyyat, mətbuat və elm bu
doğma dildə olmadıqca türklər xilas ola bilməz». Müəllif
H.Z
ərdabinin dil və elmlə bağlı irəli sürdüyü fikirlərin İ.Qaspiralı
t
ərəfindən daha zənginləşdirdiyini, həyata keçirildiyini və bununla
da «bütün türkl
ərə unudulmaz bir xidmət etdiyini» diqqətə çatdırır.
Mirz
ə Bala yazır ki, «Dildə, fikirdə, işdə birlik» şüarı altında
mücadil
ə etsək, sıralarımızı sıxlaşdırsaq, ölkələrimizi əsarətdən
qurtarsaq, istiqlalımızı əldə etsək, o zaman İsmayıl bəy kimi böyük
türk
ə unudulmaz bir abidə qoymuş olarıq. İstedadlı publisist
m
əqaləsini bu cümlələrlə bitirir: «Təcrübələr göstərdi ki, əsir ikən
milli bir m
ədəniyyət yaradıla bilməz. Fəqət İsmayıl bəylər də
olmasaydı gözlərimiz daim qapalı qalacaq, zəncirlərimizi qırmaq
üçün «milli m
əfkurə» deyilən silahı tapa bilməyəcəkdik».
«İstiqlal»ın haqqında bəhs etdiyimiz bu nömrəsindən söz
açmışkən diqqətdən yayınmayan bir məsələyə təəssüflə də olsa,
toxunmaq ist
ərdik. 20-ci illərdən Azərbaycanlı mühacirlər arasında
başlayan intriqalar 30-cu illərdə də davam etmiş, daha kəskin forma
almışdı. Tarixin bir anını özündə yaşadan Həsən bəy Zərdabi,
İsmayıl bəy Qaspiralı və Əlimərdan bəy Topçubaşovun stol
arxasında məşhur fotosundan yuxarıda qeyd etdiyimiz səbəblərə
gör
ə Əlimərdan bəy Topçubaşovun şəkli kəsilərək çıxarılmış və
q
əzetdə «İki pir bir arada» adı ilə verilmişdir. Çox təəssüf!!! XIX
əsrin sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının liderlərindən,
xalqımızın yetirdiyi parlaq simalardan biri, Azərbaycan Xalq
Cümhuriyy
ətinin qurucularından Əlimərdan bəy Topçubaşovun da
olduğu məşhur tarixi fotonu oxucuların diqqətinə təqdim edirik.
• Abid Tahirli
~
278
~
Krım Xalq Cümhuriyyətinin qurucularından biri, istiqlal
mücahidi, Az
ərbaycan mədəniyyətinin yaxın dostu, istedadlı
publisist, Az
ərbaycan mühacir nəşrlərinin, o cümlədən «İstiqlal»ın
f
əal əməkdaşlarından Cəfər Seyidəhməd Krımlı (1889 – Yalta, 1960
–
İstanbul) qəzetin Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə
h
əsr etdiyi 28 may 1933-cü il tarixli 35-ci nömrəsində dərc etdirdiyi
«Az
ərbaycan istiqlalı» adlı yazısını Şərqdə, türk-islam tarixində ilk
demokratik Respublikanın təşəkkülünün əhəmiyyətini diqqətə
çatdırmaqla başlayır: «Bu tarixi hadisənin Qafqaz millətlərinə,
bütün türkl
ərə, bütün Rusiyadan ayrılmış və ayrılmaq istəyən
mill
ətlərə, bütün məhkumların və məzlumların xilasını istəyən
s
əmimi məfkurəçilərə və nəhayət, haqq və təkamül tarixinə təsiri nə
q
ədər sevincli və ümidli olmuşdu…».
Az
ərbaycanın istiqlalı uğrunda mücadilə tarixinə nəzər salan
mü
əllif keçmişdən ibrət dərsi almağın vacibliyini qeyd edir və
Az
ərbaycanlılara qarşı daim düşmən mövqe tutan ermənilərin
m
əkrli niyyətlərinə işarə vuraraq yazır: «Xaricdən bizləri gəlib
qurtaracaqlarını gözləmək və ya onlara yaxşı görünmək üçün
dondan-dona girm
ək (ermənilərin Qafqaz Konfederasiyası ideyasını
r
ədd etmələrinə işarədir – T.A.) bu günün həqiqi siyasi vəziyyətini
anlamamaq dem
əkdir. Təəssüf, ermənilər hələ də həqiqətə yaxından
baxmırlar. 1895-ci ildə İsmayıl Qaspiralı erməni məsələsinə dair
yazdığı məqalədə ermənilərin satqın hərəkətinin öz mənfəətlərinə də
z
ərbə olacağını bildirərək, Anadolunun təslimi məsələsində xarici
t
əşviqlərə çox qapılmamalarını… bir çox dəlillərlə səmimiyyətlə
tövsiy
ə etmişdi». Nankor ermənilər xəyanətin, arxadan zərbənin
c
əzasını çəkdilər, lakin nəticə çıxarmadılar. Cəfər Seyidəhməd
Krımlı yazır ki, «müsyö Zarevant» (erməni yazar – T.A.) heç bir
əsas olmadan İsmayıl Qaspiralını pantürkizmdə ittiham etməklə
• Bütün türkl
ərin tərcümanı
~
279
~
m
əşğuldur. Müəllif ermənilərin alçaq, satqın mövqeyini Qafqaz
xalqlarının istiqlal mücadiləsinə zərbə hesab edir və eyni zamanda
Türkiy
əyə qarşı ermənilərin düşmən baxışlarının hələ də
d
əyişmədiyini vurğulayır. O, yazır: «Ermənilər «biz rus siyasəti
əlində alət olmağı istiqlaldan üstün tuturuq» – desələr, daha
m
əntiqli və səmimi olardılar».
Göründüyü kimi, «İstiqlal» müraciət etdiyi mövzuların daha
m
əzmunlu, sanballı, tutarlı olması üçün dahi İ.Qaspiralının irsindən
yerli-yerind
ə və məharətlə istifadə etmişdir. Mühacirət mətbuatı
tarixind
ə özünəməxsus yeri və xidməti olan «İstiqlal» həmişəyaşar
ideyaları ilə türk-islam tarixinə parlaq səhifələr yazmış İ.Qaspiralı
şəxsiyyətini, yaradıcılığını təqdir, təbliğ etməklə sələflərinin yolunu
davam etdirmiş, xələflərinə sağlam yol göstərmişdir.
“525-ci q
əzet”
10 aprel 2012
• Abid Tahirli
~
280
~
«TƏRCÜMAN»: TÜRK DÜNYASININ MƏTBUAT VƏ İCTİMAİ
FİKİR TARİXİNDƏ YENİ MƏRHƏLƏ
Tarixin v
ə taleyin hökmü ilə pərən-pərən düşmüş türk xalq-
ları XIX əsrdə çar Rusiyasının ruslaşdırma, «parçala, hökm sür»
kimi m
ənfur siyasəti nəticəsində tənəzzül edir, ətalət və cəhalət ba-
taqlığında boğulurdu. Dar düşüncəli mövhumatçıların, fanatiklərin
islamı özünəməxsus şəkildə şərh, təsvir, təbliğ etməsi, digər tərəf-
d
ən missionerlərin qərəzli, məkrli münasibəti dini dəyərlərə kölgə
salır, Rusiya müsəlmanlarını Avropanın qabaqcıl elmi, mədəni, ədə-
bi, m
ətbu həyatından, tərəqqidən təcrid olunmuş vəziyyətdə saxla-
yırdı.
XIX
əsrin II yarısı XX əsrin əvvəlləri Rusiya müsəl-
manlarının lideri İsmayıl Qaspiralı (1851-1914) yeni üsullu məktəb
yaratmaqla, ortaq
ədəbi dili formalaşdırmağa çalışmaqla və Rusiya
müs
əlmanlarını «dildə, fikirdə, işdə birlik» ideyası ətrafında
birl
əşdirmək missiyası ilə «Tərcüman» qəzetini buraxmaqla türk
xalqlarının dünyagörüşlərində ciddi dəyişikliklərə nail oldu, onların
h
əyat və təfəkkür tərzində dönüş yaratdı. Heç şübhəsiz ki,
«Müs
əlmanların yolunu nurlandıran çırağın» (Əli Mərdan bəy
Topçubaşov) – İsmayıl bəyin tarixi xidmətlərinin ən önəmlisi naşiri,
redaktoru,
ən məhsuldar yazarı olduğu «Tərcüman» qəzetidir və
t
əsadüfi deyil ki, bəzən mətnlərdə «Qaspiralı» və «Tərcüman»
sinonim sözl
ər kimi bir-birini uğurla əvəzləyir. Azərbaycan
ədəbiyyatşünaslıq elminin patriarxı Firudin bəy Köçərli Rusiya
Dostları ilə paylaş: |