20
əmanətlərini isə xarici valyutaya çevirməyə üstünlük vermişdir. Hazırda Mərkəzi
Bankın və Banklar Assosiasiyasının məlumatlarına görə banklarda olan
əmanətlərin 80%-ə qədəri xarici valyutada saxlanılır.
Bu proseslər bütövlükdə ölkədə bank sektorunda ciddi islahatlar aparılmasını
tələb edir. Elə bu səbəbdən də fəaliyyətdə olan kommersiya banklarından 5-nin
lisenziyası geri çağırılmış, bir neçəsinin birləşdirilməsi üzrə danışıqlar davam
etməkdədir. Belə şəraitdə xarici investorları bank sektoruna cəlb etmək sağlam
rəqabət və bank likvidliyinin artırılması hesabına ola bilər.
Bu gün ölkənin bank sektoru qarşısında duran başlıca vəzifə müştərilər üçün
yeni bank xidmətləri təklif etməklə, faiz siyasətinə yenidən baxaraq, onların
azaldılması üçün təsirli tədbirlər görməkdir. Bunları ümumiləşdirməklə, belə deyə
bilərik ki, bu gün Azərbaycanın bank sektoru ölkə iqtisadiyyatının
modernizasiyasını maliyyələşdirmək, daha çox real sektora yardım etmək
olmalıdır. Çalışmaq lazımdır ki, beynəlxalq reytinq agentləri və ekspertlərinin
Azərbaycan bank sektoruna inamı bərpa edilsin. Belə olarsa, yaxın gələcəkdə
xarici sərmayəli bankların sayı artırılmaqla, ölkə iqtisadiyyatının inkişafına onların
sərmayə yatırımları çoxala bilər. Bu baxımdan yaxın illərdə reallaşdırılması
nəzərdə tutulmuş TANAP və TAP layihələrində xarici sərmayənin payının
artırılması olduqca vacibdir. Azərbaycan dünya birliyi ölkələrinə yalnız
karbohidrogen ehtiyatları vətəni kimi yox, həm də vacib tranzit ölkə kimi
tanıdılmalıdır. Böyük İpək Yolunun bərpası, Azərbaycan üzərindən keçməklə,
Avropanı Çin, Yaponiya, Hindistan və digər Uzaq Şərq ölkələri ilə birləşdirmək,
eyni zamanda ölkədə bank sektorunun canlandırılmasına səbəb olmalıdır.
Beynəlxalq aləmdə baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna, Rusiya-Türkiyə
münasibətləri Azərbaycanın tranzit ölkə kimi inkişafına səbəb olacaqdır.
Xarici investorlar və banklar bu proseslərdən kənarda qalmamaq üçün
Azərbaycan bank sektorunda təmsil olunmaq arzusundadırlar. Bu sahədə bizim
siyasət belə olmalıdır ki, biz hər istəyəni yox, adlı-sanlı, aparıcı bankları bank
bazarına cəlb etməklə, onların qabaqcıl təcrübəsindən, yüksək texnologiyalarından
və idarəçilik təcrübələrindən maksimum istifadə etməliyik.
21
Müasir şəraitdə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına müvəffəqiyyətlə
inteqrasiya
etməsi
yolunda
«kapitalın
hərəkəti»ni
mərhələlər
üzrə
liberallaşdırılması başlıca vəzifə olmalıdır. Azərbaycanın bank sektorunda Avropa
banklarının iştirakı aparıcı yerdədir. Onlar daha çox neft-qaz və energetika
layihələrinin
maliyyələşdirilməsinə
iştiraka
üstünlük
verirlər.
Dünya
iqtisadiyyatında böhranın davam etməsi xarici kapitalın cəlb edilməsini xeyli
çətinləşdirmişdir. Qlobal kredit böhranı bazarın bütün iştirakçılarına – donor
banklara, borc alanlara, borcun qaytarılması prosesinə və s. birbaşa təsir
etdiyindən, necə deyərlər «bekar pul» tapmaq xeyli çətinləşmişdir.
Bazar iqtisadiyyatının dünyada çoxsaylı modellərinin mövcudluğuna
baxmayaraq, ölkəmizdə yaradılmış Azərbaycan modeli sosial və investisiya
yönümlüdür. İstər bazar münasibətlərinin strukturunda, istərsə də onun
tənzimlənməsində maliyyə amilləri böyük rol oynayır. Maliyyə hadisələrinin
iqtisadi hadisələrə və əksinə təsir göstərməsi dövrümüzün başlıca xüsusiyyət-
lərindəndir. Maliyyə hadisələrinin böyük miqyası dərin iqtisadi və sosial nəticələrə
səbəb olur. Ona görə də dövlətin maliyyə hadisələrini düzgün yönəltməsi, iqtisadi
və sosial problemlərin həlli üçün onlardan səmərəli istifadə etməsi günün aktual
məsələlərindəndir.
Bazar iqtisadiyyatlı ölkələrdə beynəlxalq valyuta münasibətlərinin
tənzimlənməsi, ölkələrarası kapital axını bazar mexanizmi vasitəsilə dövlət
nəzarətində baş verir. Bu tənzimləmə dəyər qanunu, eləcə də tələb-təklif
qanununun tələblərinə müvafiq həyata keçirilir.
Bu qanunların işlək olması valyuta mübadiləsində onların nisbi
ekvivalentliyini, mal, kapital, xidmət, kredit hərəkəti vasitəsilə beynəlxalq valyuta
axınları ilə dünya təsərrüfatı sistemində valyutaya olan ehtiyac arasındakı
uyğunluğunu təmin edir. Məlum olduğu kimi valyuta siyasətinin əsasını məzənnə
siyasəti təşkil edir. Bu siyasət özündə aşağıdakıları əks etdirir:
- valyuta intervensiyasını;
- valyuta ehtiyatlarının diversifikasiyasını;
- valyuta məhdudlaşdırmalarını (daxili bazarı qorumaq üçün);
22
- valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsini;
- valyuta məzənnəsi rejimini;
- devalvasiya, revalvasiya və digər məsələləri.
Məzənnə siyasəti Mərkəzi Bankın valyuta bazarına müdaxilə etməklə,
valyutanın alınıb-satılması yolu ilə milli valyutanın məzənnəsinə təsir etmək
üsuludur. Milli valyutanın məzənnəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Bank
xarici valyutanı satır, aşağı salmaq məqsədilə isə milli valyutanı satın alır. Valyuta
müdaxiləsi rəsmi qızıl-valyuta ehtiyatları Mərkəzi Bankın milli valyutada
banklararası razılaşma üzrə qısamüddətli qarşılıqlı kreditlər hesabına həyata
keçirilir.
Valyuta siyasətinin mühüm formalarından biri valyuta ehtiyatlarının
diversifikasiyasının təmin olunmasıdır. Diversifikasiya valyuta ehtiyatlarının
tərkibinə beynəlxalq hesablaşmaları təmin etmək, valyuta ehtiyatlarının
strukturunu tənzimləmək sahəsində dövlətlərin, bankların, transmilli şirkətlərin
yeritdiyi siyasətdir.
Bu siyasət, adətən, qeyri-sabit vaylutaların satılması, sabit valyutaların,
habelə beynəlxalq hesablaşmaların aparılması üçün lazım olan valyutaların
alınması yolu ilə həyata keçirilir. Valyuta pariteti və valyuta məzənnəsi rejimi də
milli və dövlətlərarası tənzimləmə obyektidir.
Mərkəzi Bank ölkədə iqtisadi inkişaf strategiyasının reallaşmasında fəal
iştirak edərək pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə
etməklə öz siyasətini makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına
yönəldib. Mərkəzi Bank tərəfindən faiz dəhlizinin parametrləri və məcburi ehtiyat
normaları endirilib.
Bank sektorunda risklərin artması maliyyə sabitliyinin qorunması vəzifəsini
daha da kəskinləşdirib. Xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə
balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının qorunması, milli
iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank
«üzən məzənnə rejiminə» keçid barədə qərar qəbul edilib. Yeni məzənnə rejiminə
Dostları ilə paylaş: |