26
üzərinə mühüm vəzifələr düşür. Nəqliyyat sektorunda Şərq-Qərb və Şimal-Cənub
dəhlizlərinin yaradılması istiqamətində işlər gedir.
Qərb-Şərq dəhlizinin yaradılması üçün Azərbaycanın qonşu ölkələrlə vahid
tarif siyasəti hazırlamağı məqsədəuyğun hesab edilir. Həm Türkiyə, həm də
Gürcüstanlı həmkarlar bu məsələdə vahid mövqedən çıxış etsələr yaxşı olar. Biz
elə düzgün və razılaşdırılmış tarif siyasəti aparmalıyıq ki, bütün yüklər Azərbaycan
üzərindən keçməklə Qərb və Şərq istiqamətində öz müştərilərinə çatdırılmalıdır.
Xarici sərmayələrin ölkəmizə cəlb edilməsində Ələt Beynəlxalq dəniz
Limanının rolu daha da artır. Bunun üçün burada əlavə işlər görülməli, beynəlxalq
təcrübədən istifadə etməklə yüklərin qəbulu və yola salınmasında gecikdirmələrə
yol verilməməlidir. Ələt limanı Xəzərdə ən böyük ticarət limanı olacaqdır. Burada
Azad İqtisadi Zona yaradılacaqdır.
Azərbaycana əlavə sərmayənin gətirilməsində kənd təsərrüfatı sahələrinin –
xüsusilə pambıq, üzüm, barama və s. inkişafına diqqət artırılmalıdır. 1990-cı illərin
əvvəlində Azərbaycanda ildə orta hesabla 800-900 min ton pambıq, 2,0 milyon ton
üzüm və kifayət qədər barama istehsal edilirsə, indi bu sahələr demək olar ki,
unudulub. Bu sahələrin inkişafı, kənd yerlərində işsizliyin aradan qaldırılmasına
kömək etməklə, həyat səviyyəsinin də yüksəldilməsinə şərait yaradacaqdır.
Əlbəttə, burada qiymət məsələləri önəmli rol oynayır. Məlum olduğu kimi bu ildən
pambığın zəhmətkeşlərdən qəbulu qiymətləri əhəmiyyətli dərəcədə artırılmışdır.
Lazım gələrsə yenə də artırılması mümkündür ki, zəhmətkeşlərin mənafeyi
gözlənilsin.
Üzümçülük dövlətin dəstəyi ilə inkişaf etdirilməkdədir. Yeni üzüm bağları
salınır və genişləndirilir. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd
təsərrüfatı məhsulları çıxaran – ixrac edən ölkə kimi tanınmalıdır.
Xarici sərmayənin ölkəyə gətirilməsini stimullaşdırmaq məqsədilə qeyri-neft
məhsullarının ixracının təşviqinin stimullaşdırılmasına hesablanan müvafiq
sərəncam və tapşırıqların vaxtında yerinə yetirilməsi böyük əhəmiyyətə malikdir.
Bu baxımdan Vergi Məcəlləsində və «Gömrük tarif haqqında» qanunlarda
investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə
27
idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisi və
gömrük rüsumlarından azad olunur.
2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının
ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan
gömrük dəyərinin 3 faizi büdcədən sahibkarın hesabına köçürülür.
Ölkəmizdə həyata keçirilən idxal-ixrac əməliyyatlarının aparılmasında
şəffaflığın tam təmin olunması, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə
ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi asanlaşdırılmalı, məmur-
vətəndaş təmasının minimuma endirilməsi, bütün bəyannamələrin gömrük
orqanlarında elektron formada qəbulu, gömrük sistemində müasir texnologiya və
avadanlıqlardan istifadə etməklə, gömrük sisteminin təkmilləşdirilməsi, malların
və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün «Yaşıl dəhliz»
sisteminin yaradılması həm vətəndaşların, həm də nəqliyyat vasitələrinin ölkəyə
giriş-çıxışı asanlaşdırmaqla, daha çox sərmayə gətirilməsinə şərait yaradacaqdır.
Nəzərə almaq lazımdır ki, bu il aprelin 4-dən etibarən malların və nəqliyyat
vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsinin pilot layihəsinə
başlanılıb, may ayının əvvəlində isə bütün gömrük orqanlarında bəyannamənin
elektron formada qəbuluna keçiləcək.
İslam bankçılığı təcrübəsinin Azərbaycanda yayılması da xarici sərmayənin
ölkəyə gətirilməsində öz müsbət rolunu oynaya bilər.
28
FƏSİL 2. KOMMERSİYA BANKLARI, ÖLKƏ İQTİSADİYYATININ İNKİŞAFINDA
ONUN ROLU
2.1. Kommersiya banklarının yaradılması, funksiyaları və fəaliyyətinin
hüquqi əsasları
Kommersiya bankı fiziki və hüquqi şəxslərdən vəsaitlərin qaytarmaq və
ödəmək şərti ilə cəlb edilməsi və yerləşdirilməsi üçün yaradılmış, eləcə də digər
çoxsaylı bank əməliyyatlarını həyata keçirən universal kredit təşkilatıdır.
Müxtəlif ölkələrin bank qanunlarında «bank» və «kredit təşkilatı» anlayışları
öz izahlarını həmin ölkələrdəki bank sistemindən və ölkənin iqtisadi və hüquqi
quruluşunun özünəməxsus xüsusiyyətlərindən asılı olaraq tapmışdır. Azərbaycan
Respublikasında banklar və bank fəaliyyəti haqqında qanunda kommersiya
banklarının yaranmasına aşağıdakı izah verilir:
- kredit təşkilatı – öz fəaliyyətinin əsas məqsədi kimi mənfəət götürmək
üçün Mərkəzi Bankın lisenziyası əsasında bank əməliyyatlarını aparmaq hüququna
malik olan hüquqi şəxsdir;
- bank fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə qəbul etmək, həmin
vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına
yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesablarını açmaq və bu hesablarla
əməliyyatlar aparmaq hüququna malik kredit təşkilatıdır.
Bankların təsisçiləri kimi müxtəlif firmalar, banklar, şirkətlər, ayrı-ayrı fiziki
şəxslər, eyni zamanda ölkənin daimi sakinləri və xarici vətəndaşlar da iştirak edə
bilər.
Kommersiya banklarının fəaliyyəti ikili səciyyə daşıyır. Onlar kommersiya
təşkilatı olmaqla yanaşı, həm də cəmiyyətin ictimai təsisatları kimi çıxış edir.
Kommersiya təşkilatı kimi onlar maksimum mənfəət əldə etmək istiqamətində
fəaliyyət göstərir. İctimai təsisat kimi onlar maliyyə infrastrukturunun əsas qanadı
kimi çıxış edir, büdcə sistemi ilə yanaşı ölkənin sabit iqtisadi inkişafının təmin
edilməsinə və əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edir.