14
Bu gün Azərbaycan bank sistemində xeyli irəliləyişlər nəzərə çarpır. Bu
inkişaf, dinamika özünü bütün bank xidməti sahələrində, bank məhsullarının
istehsalında, istifadə qaydalarında, bank xidmətlərindən istifadədə ETT-nin yüksək
səviyyədə tətbiqində, bunun dünya standartlarına uyğunlaşdırılmasında, müştəri
rahatlığının təmin edilməsi üçün internet-bankinq xidmətinin tətbiqində,
hesablaşma-köçürmə əməliyyatlarının təcili həyata keçirilməsində və s. sahələrdə
göstərir.
Məsələn, Mərkəzi Bankın 2014-cü ilin sonu 2015-ci ilin əvvəlinə olan
maliyyə sabitliyi icmalına istinad etsək görərik ki, 2014-cü ildə bank sektorunun
inkişaf trendi saxlanılmış, bankların ölkə iqtisadiyyatında rolunu xarakterizə edən
makro göstəricilərin müsbət dinamikası davam etmişdir.
2014-cü ildə mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan
iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam etmişdir. Qeyri-
neft sektoru iqtisadi artımın əsas mənbəyi olmuş, investisiya fəallığı yüksək
səviyyədə qalmışdır. Tədiyə balansının profisiti strateji valyuta ehtiyatlarının
artımını təmin etmişdir. Azərbaycan dünya ölkələri arasında makroiqtisadi sabitlik
üzrə onluqdakı yerini qorumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin uğurla həyata keçirdiyi iqtisadi artım və şaxələnmə siyasətinə,
«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında öz əksini tapmış
strateji inkişaf prioritetlərinə uyğun olaraq Mərkəzi Bank 2014-cü ildə də ölkədə
makroiqtisadi sabitliyin təmin olunmasında fəal iştirak etmişdir. Mərkəzi Bank öz
fəaliyyətini inflyasiyanın aşağı təkrəqəmli səviyyədə saxlanılması, manatın
məzənnəsinin və bank sektorunda maliyyə sabitliyinin qorunması, bankların
iqtisadi inkişafda rolunun artırılmasına yönəltmişdir. Qlobal iqtisadi mühitdən irəli
gələn risklərə baxmayaraq, bütün bu məqsədlərə nail olunmuşdur. Makroiqtisadi
sabitlik qorunmuş, manat bir daha özünü sabit valyuta kimi təsdiq etmişdir. İl
ərzində dayanıqlı maliyyə sabitliyi təmin olunmuş, bank sektorunun iqtisadi
artımda və investisiya fəallığının dəstəklənməsində rolu daha da artmış, maliyyə
xidmətlərinə və resurslarına çıxış imkanları genişlənmişdir. Ölkə iqtisadiyyatının
şaxələndirilməsi siyasətinə uyğun olaraq Mərkəzi Bank 2016-cı ildə makroiqtisadi
15
və maliyyə sabitliyinin qorunmasına, bank sektorunun maliyyə dərinliyinin
artırılmasına, maliyyə-bank infrastrukturunun inkişafına yönəlmiş fəaliyyətini
davam etdirəcəkdir.
2014-cü ildə ölkədə qiymətlərin sabitliyi təmin edilmiş, inflyasiya aşağı
təkrəqəmli səviyyədə təmin olunmuşdur. Dünya İqtisadi Forumunun son
hesabatına görə Azərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən
biridir. Cari ilin 11 ayında orta illik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə
0,8 faiz bəndi azalaraq 1,5% təşkil etmişdir. Bu, ticarət tərəfdaşı ölkələrindəki orta
inflyasiyadan (5,2%) əhəmiyyətli səviyyədə aşağıdır. Mərkəzi Bank il ərzində
inflyasiyaya təsir edən amilləri daim nəzarətdə saxlamışdır. Məqsədyönlü monetar
tənzimləmə, daxili tələblə müqayisədə təklifin daha çox genişlnəməsi, dünya
bazarlarında ərzağın ucuzlaşması inflyasiyaya azaldıcı təsir etmişdir.
Bank sektorunun aktivləri il ərzində 4 797 mln.manat (24%) artaraq 25 183
mln.manat səviyyəsinə çatmışdır. Bank sektorunun maliyyə vasitəçiliyini
xarakterizə edən göstəricilərdən biri olan aktivlərin qeyri-neft ÜDM-ə nisbətən il
ərzində 8 f.b. artaraq 76%-ə yüksəlmişdir.
Aktivlərin uzunmüddətli dinamikası bank sektorunun sürətli artım fazasının
daha təmkinli artımla əvəz olunmasını əks etdirir. Bank sektorunun artım tempinin
iqtisadiyyatın artım tempi ilə uzlaşması, bank ekspansiyasının stabilləşməsi
Mərkəzi Bankın bu sahədə apardığı tədbirlərin nəticəsidir. Belə ki, bank xidmətləri
bazarında hərarətlənmə və risklərin akkumulyasiyasının preventiv qaydada
qarşısının alınması məqsədilə Mərkəzi Bank bir sıra «soyuducu» tədbirlər həyata
keçirmiş, banklarla mövcud və potensial risklər barədə daimi dialoq aparmış,
banklar üzərində nəzarət rejimini sərtləşdirmişdir. Əhalinin müxtəlif növ bank
xidmətlərindən istifadə səviyyəsi artmışdır. Əhalinin əmanətlərinin artım
dinamikası davam etmiş, qeyri-neft ÜDM-ə nisbəti 20,8%-ə çatmışdır. Bank
xidmətlərindən istifadənin genişləndirilməsi, həmçinin əhalinin və korporativ
sektorun banklara etimadının artırılması məqsədilə AMB tərəfindən bank
xidmətləri istehlakçılarının maraqlarının müdafiəsi sisteminin gücləndirilməsi
istiqamətində nəzarət tədbirləri görülmüşdür. Maliyyə maarifləndirilməsi sahəsində
16
AMB banklar, beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birgə silsilə tədbirləri
davam etdirmişdir.
2014-cü ildə Mərkəzi Bank əlverişli xarici iqtisadi mövqeyə əsaslanan
məqsədyönlü məzənnə siyasəti həyata keçirərək milli valyutanın – manatın
sabitliyini qorumuşdur. Mərkəzi Bank valyuta bazarındakı proseslərə çevik
reaksiya verərək burada tarazlığı təmin etmişdir. Məzənnə siyasəti makroiqtisadi
və maliyyə sabitliyi, habelə qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunması
hədəfləri nəzərə alınmaqla həyata keçirilmişdir. Məzənnə siyasətinin həyata
keçirilməsi mexanizmi dəyişməz saxlanılmış, ABŞ dolları/manat ikitərəfli
məzənnəsi bu siyasətin əməliyyat hədəfini təşkil etmişdir. Bir sıra xarici ticarət
tərəfdaşı ölkələrində milli valyutaların əhəmiyyətli devalvasiyaya uğraması
şəraitində 2014-cü ildə manatın ABŞ dollarına qarşı məzənnəsi demək olar ki,
dəyişməmişdir. Daxili inflyasiyanın partnyor ölkələrdəki inflyasiyadan əhəmiyyətli
aşağı olması isə real effektiv məzənnəyə azaldıcı təsir etmişdir. Valyutaya tələb,
nağd və qeyri-nağd bazarda xarici valyutanın alışı mənbələri və motivləri, təklif
mənbələri, bəzi tərəfdaş ölkələrin valyutalarının dəyərsizləşməsi ilə bağlı psixoloji
amillər Mərkəzi Bank tərəfindən operativ tənzimlənmişdir. Bu əsasda müvafiq
tənzimləmə tədbirləri görülmüş, nəticədə valyuta bazarında sabitlik qorunmuş və
manatın məzənnəsində tərəddüdlər baş verməmişdir. Azərbaycan iqtisadiyyatının
mövcud xüsusiyyətləri şəraitində manatın məzənnəsinin sabitliyi bir daha öz
makroiqtisadi əhəmiyyətini təsdiq edir. Sabit məzənnə inflyasiya və inflyasiya
gözləntilərinin idarə olunmasında, əhalinin və real sektorun aktivlərinin dəyərinin
qorunmasında, bank sektorunun maliyyə sabitliyində əhəmiyyətli amildir.
İstehlak kreditləşməsi seqmentində ixtisaslaşan banklarda kreditləşmə daha
çox azalmışdır. Belə ki, bu qrup banklarda il ərzində avtomobil, kredit kartları və
«Digər istehlak kreditləri» müvafiq olaraq 39%, 107% və 92% azalmışdır. Bununla
yanaşı daha uzunmüddətli olan yaşayış tikintisi və təmirinə ayrılan kreditləri 114%
artmışdır.
İqtisadi artımın daxili və xarici amillərin, ümumən, iqtisadi tsikldəki
meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasətini yumşaltmışdır. Qeyri-neft
Dostları ilə paylaş: |