8
1694-cü ildə, Fransada – 1880-ci ildə, Almaniyada Reysbank – 1875-ci ildə,
İtaliyada – 1893-cü ildə, Norveçdə – 1816-cı ildə, ABŞ-da Federal Ehtiyat Sistemi
– 1913-cü ildə, Rusiya Dövlət Bankı – 1860-cı ildə, Azərbaycan Milli Bankı 1992-
ci ildə yaranmışdır.
Əsasən inkişaf etmiş ölkələrdə mərkəzi bankların funksiya və vəzifələrini
təsbit edən ayrı-ayrı qanunlar mövcuddur. Eyni zamanda bu qanunların işləmə
mexanizmi və tətbiqi metodları işlənib hazırlanmışdır. Bəzi ölkələrdə isə Mərkəzi
Bankların vəzifələri ölkə konstitutsiyası ilə müəyyənləşdirilir. Azərbaycan
Respublikasında Milli Bankın əsas funksiya və vəzifələri «Azərbaycan
Respublikasının Milli Bankı haqqında» qanunla müəyyənləşmişdir. Hazırda
fəaliyyətdə olan bu qanun 10 iyun 1996-cı ildə qüvvəyə minmişdir. Bir qayda
olaraq ölkələrin çoxunda mərkəzi bankların fəaliyyətini tənzimləyən hüquqi akt
rolunda ölkənin Mərkəzi Bankı haqqında qanun çıxış edir.
Mərkəzi bankların bank sistemi ilə qarşılıqlı münasibətlərini Mərkəzi Bank
fəaliyyəti haqqındakı qanunla yanaşı bank fəaliyyəti haqqında qanunla tənzimlənir.
Bu qanun mərkəzi banklara münasibətdə ölkədə mövcud kredit institutlarının
hüquq və vəzifələrini müəyyənləşdirir.
İnkişaf etmiş ölkələrin mərkəzi bankları pul-kredit siyasətinin həyata
keçirilməsində müstəqillik səviyyəsinə görə təsnifləşdirilir. Bir çox hallarda
Mərkəzi Bankla hökumət arasında qarşılıqlı münasibətlər onların rəhbərlərinin
qeyri-formal əlaqələri əsasında formalaşır.
Mərkəzi Bankların müstəqilliyinin qiymətlənədirilməsinin çoxsaylı obyektiv
amilləri içərisində mühüm əhəmiyyət kəsb edənlər aşağıdakılardır:
- Mərkəzi Bankın kapitalında və mənfəətin bölgüsündə dövlətin iştirakı;
- bankın rəhbərliyinin təyinatı (seçkisi) qaydası;
- qanunvericilikdə mərkəzi bankın məqsəd və vəzifələrinin əks olunması
səviyyəsi;
- pul-kredit siyasətinə dövlətin müdaxilə hüququ;
- dövlətin xərclərinin ölkənin Mərkəzi Bankı tərəfindən birbaşa
maliyyələşmə imkanlarının tənzimlənməsi qaydaları və s.
9
XVII əsrin sonlarında bankların yaranması ilə paralel bank tipli səhmdar
cəmiyyətləri də meydana gəlməyə başlayır. Bankların cari fəaliyyəti ölkə
konstitusiyası, Mülki Məcəllə və bank fəaliyyəti ilə əlaqədar qanunlarla
tənzimlənir.
Bazar iqtisadiyyatı şəraitində ikipilləli bank sistemi fəaliyyət göstərir və
banklar üzərində müxtəlif mülkiyyət formaları mövcud olur. Bankların
yaranmasında dövlət inhisarı yoxdur, istənilən hüquqi və fiziki şəxslər qanun
çərçivəsində bank yarada bilərlər. Bankların təşkilati və idarəetmə strukturları bank
şuraları tərəfindən müəyyənləşdirilir, eyni zamanda bank şuranın qərarı ilə ləğv
edilə bilər. Bu sistem şəraitində çoxsaylı banklar siyasəti həyata keçirir və qeyri-
mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Bu səbəbdən də dövlət
bankların öhdəliklərinə görə cavabdeh deyil, eyni zamanda banklar da dövlətin
öhdəlikləri üzrə məsuliyyət daşımır. Bazar yönümlü bank sistemi şəraitində
Mərkəzi Bank rəhbəri prezident tərəfindən, kommersiya banklarının rəhbərləri isə
təsisçilər şurası tərəfindən təyin edilir.
Azərbaycan bank sisteminin birinci pilləsini Mərkəzi Bank, ikinci pilləsini
müəssisə və şirkətlərə, eləcə də əhaliyə müxtəlif növ xidmətlər – kreditləşmə,
hesablaşma kassa, valyuta və s. əməliyyatları göstərən çoxsaylı, müxtəlif formalı
kredit təşkilatları və kommersiya bankları aid edilir.
Bank sistemi dedikdə – bir məqsədə xidmət edən müxtəlif hissələrin,
elementlərin vəhdəti başa düşülür. Bu sistemdə, lazım gəldikdə elementlər bir-
birini əvəz edə bilər. Əgər hər hansı səbəbdən banklardan biri öz fəaliyyətini
dayandırarsa və ya ləğv edilərsə, sistem öz fəaliyyət qabiliyyətini dayandırmır.
Onun funksiyalarını digər banklar yerinə yetirir, zərurət yarandıqda yenisi
yaradılır. Beləliklə sistemin bütövlüyü pozulmur.
Bank sisteminin özünəməxsus xüsusiyyətlərindən biri də ondan ibarətdir ki,
o həmişə dinamik vəziyyətdədir. Burada iki məqam diqqəti cəlb edir:
- bank sistemi daim hərəkətdədir, o inkişaf edir, təkmilləşir, yeni struktur
elementləri və komponentlərlə genişlənir;
10
- bank sistemi daxilində daim əlaqələr qaçılmazdır. Bu əlaqələr həm Mərkəzi
Bankla kommersiya bankları arasında, həm də kommersiya bankları arasında
yarana bilər. Banklar bir-birinə müxtəlif xidmətlər göstərə bilər, banklararası
bazarda birgə layihələrin maliyyələşdirilməsində iştirak edə bilər və s.
Bütövlükdə bank sisteminin aşağıdakı özünəməxsus əlamətləri qeyd olunur:
- bank sistemi eyni məqsədə xidmət edən elementlər məcmusudur;
- bank sistemi elementlərin qarşılıqlı dəyişdirilməsi imkanlarına malikdir;
- bank sistemi qapalı tipli sistemdir;
- bank sistemi özünütənzimləyən sistemdir;
- bank sistemi idarəedilən sistemdir;
- bank sistemi dinamik sistemdir.
Mülkiyyət formalarına görə banklar – dövlət, səhmdar, kooperativ, qarışıq
kapitallı banklar kimi fərqləndirilə bilər. Bankların dövlət forması bazar
iqtisadiyyatı şəraitində daha çox Mərkəzi Banklara aiddir.
Azərbaycan Mərkəzi Bankı, həmçinin Rusiya, Belçika, Böyük Britaniya,
Fransa və Almaniya kimi ölkələrin Mərkəzi Banklarının vəsaiti bütövlükdə dövlətə
məxsusdur. Yaponiya Mərkəzi Bankın vəsaitinin 50%-i dövlətə, qalan 50%-i ayrı-
ayrı banklara, İsveçrədə 47%-i dövlətə, qalan 53%-i kantonlara, Avstriyada 50%-i
dövlətə, qalan 50%-i fiziki şəxslərə məxsusdur. Azərbaycan Respublikasında
banklar və bank fəaliyyəti haqqında qanunun tələblərinə görə bank sistemində
xarici kapitalın iştirak limitini müəyyən etmişdir. Bu ümumi kapitalın 15%-dən
çox olmamalı idi. Sonralar Mərkəzi Bank bu limiti 30%-dək artırdı. Kanada və
Rusiyada da belə məhdudiyyətlər mövcuddur. Fransada isə bu sahədə heç bir
məhdudiyyət qoyulmur.
İqtisadiyyatın tənzimlənməsinin bazar iqtisadiyyatı şəraitində həyata
keçirilməsini təbliğ edən mühüm məktəblərdən biri monetar konsepsiya
tərəfdarlarıdır. Bu təlimin yaradıcıları (M.Fridmen, F.Hayek və b.) belə hesab
edirdilər ki, dövlətin idarəedilmə sistemi bürokratiyadır, səmərəsizdir. Şəxsi
təşəbbüskarlığa qarşı çıxmaqla, iqtisadiyyatın qeyri sabitliyinə səbəb olur.
Dostları ilə paylaş: |