Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
  1   2   3   4   5   6   7   8   9   ...   32


 
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
MAG STRATURA MƏRKƏZ
 
 
Əlyazması hüququnda 
 
   
 
 
 
 
Ə
liyeva Nuranə Əşrəf qızı
 
(MAG STRANTIN A.S.A)
 
 
 
 

Pul siyasətinin nəzəri və əməli problemləri”  
mövzusunda 
 
 
 
 
MAG STR D SSERTAS YASI 
 
 
 
  xtisasınşifrivəadı060403 “Maliyyə” 
 
 
  xtisaslaşma                    Bank iş
 
   
 
 
 
Elmi rəhbər: 
.e.d.prof. Sadıqov E.M._______ 
 
Magistr proqramının rəhbəri: 
.e.n.prof. Rzayev R.M.________ 
           Kafedra müdiri              .e.d.prof. Məmmədov Z.F.______ 
 
 
 
BAKI  - 2015



 
 
G R Ş 
Mövzunun aktuallığı. Müasir dövrdə hamının maddi, sosial və mədəni 
maraqlarını əks etdirən pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında maddi və 
mədəni münasibətlər həyata keçirilir. Pul siyasəti isə əsasən qiymətlərin 
sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. 
Azərbaycan Respublikasında pul siyasətinin hazırlanması və həyata keçirilməsini 
Mərkəzi Bank həyata keçirir. Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz 
dərəcələrini tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Mərkəzi 
Bankın yürütdüyü pul siyasəti ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına və 
ölkənin əlverişli beynəlxalq rəqabət qabiliyyətinin qorunub saxlanmasına 
yönəldilir.  
Pul sisteminin təkamülü və xüsusiyyətləri, ona təsir edən amillər və bu kimi 
digər  məsələlərə  dair  həm  dünya  iqtisadçılarının,  həmçinin  Azərbaycan 
iqtisadçılarının  və  alimlərin  əhəmiyyətli  elmi  əsərləri  mövcuddur.  Bu  toxunulan 
məsələlərə  Azərbaycan  alimlərindən  Z.F.Məmmədovun,  E.M.Sadıqovun, 
D.A.Bağırovun, 
M.X.Həsənlinin, 
M.X.Meybullayevin, 
R.M.Rzayevin, 
A.M.Kərimovun,  Ş.Ə.Abdullayevin,  R.V.Əsgərovanın  əsərlərində  əhəmiyyətli 
dərəcədə yer verilmişdir.  
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi pul siyasətinin 
mahiyyətini, ölkənin inkişafında pul siyasətinin əsas istiqamətlərini öyrənməkdir. 
qtisadiyyat sahəsində istənilən dövlətin əsas məqsədi möhkəm iqtisadi artımı, 
daxili qiymətlərin sabitliyini, həmçinin xarici iqtisadi tarazlığı təmin etməkdir. Bu 
hədəflər iqtisadi siyasətin hazırlanma və keçirilməsi prosesində reallaşır və pul 
siyasəti çərçivəsində kifayət qədər yavaş həyata keçirilən, illərlə hesablanmış 
tədbirlərin köməyi ilə əldə edilir. Bu göstərilən məqsəd aşağıdakı vəzifələrin 
həllini tələb edir: 



 
- müasir pul sisteminin əsas xüsusiyyətlərinin və ona təsir elementlərinin 
müəyyən edilməsi; 
- pul sisteminin bazar iqtisadiyyatına uyğun, iqtisadi islahatlar dövründə 
formalaşdırılması, onun məqsəd və vəzifələrinin dəqiqləşdirilməsi; 
- dünya iqtisadiyyatında və Azərbaycan iqtisadiyyatında pul və valyuta 
siyasətinin imkanlarından istifadə təcrübəsinin təhlil edilməsi; 
- milli valyuta olan manatın müasir vəziyyətinin araşdırılması; 
- müasir valyuta sistemin problemlərinin təhlili; 
- valyuta – pul sisteminin təkmilləşdirilməsinin iqtisadi proseslərə təsirinin 
müəyyən edilməsi. 
Tədqiqatın predmeti və obyekti. Tədqiqatın predmetini pul siyasətinin əsas 
istiqamətləri  təşkil  edir.  Tədqiqat  işində  pul  kütləsinin  tənzimlənməsi,  pul 
bazarının təkmilləşdirilməsi araşdırılır. 
qtisadi  islahatlar  dövründə,  beynəlxalq  əlaqələrin,  xarici  ticarətin 
genişlənməsi vəziyyətində pul siyasətinin yeri və təsiri, bu sistemin təkmilləşməsi 
tədqiqatın obyektidir. 
Magistr  dissertasiyasının  məqsəd  və  vəzifələri  işin  quruluşunu  müəyyən 
etmişdir.  Bu  məqsəd  və  vəzifələrin  həlli  isə  müasir  pul  siyasətinin  keçdiyi  tarixi 
inkişaf yolunun, onun quruluşunun, mahiyyətinin, səbəblərinin öyrənilməsini tələb 
edir. Məhz bu səbəbdən işin I fəslində bu məsələlərə toxunulmuş, iqtisad elminin  
görkəmli  nümayəndələrinin  pul  sisteminə  təsir  mexanizmi,  müxtəlif 
konsepsiyalarına tez – tez müraciət olunur, onlardan nümunələr gətirilir. 
Növbəti tədqiqat mərhələsi (II fəsil) pul siyasətinin əsas istiqamətlərini əhatə 
edir.  Bu  fəsildə  müəllif  pul  emissiyasının  əsas  xüsusiyyətlərini,  Mərkəzi  Bankın 
pul  emissiyasında  rolunu,  manatın  alıcılıq  qabiliyyətinə  təsir  edən  amilləri 
göstərmişdir.  Müasir  dövrdə  pul  siyasətinin  perspektivləri  isə  III  fəsildə  təklif 
edilmişdir. 



 
Dissertasiya  işi  girişdən,  üç  fəsildən,  nəticə  və  təkliflərdən,  eyni  zamanda 
ə
dəbiyyat siyahısından ibarətdir. 
Tədqiqatın elmi yeniliyi. Pul siyasətinin həyata keçirilməsi üzrə əvvəlki 
illərin təcrübəsindən belə bir nəticəyə gəlmək olar ki, bu siyasətin məqsədyönlü 
olması üçün məqsədli inflyasiya mexanizminin elementlərindən istifadə etmək 
lazımdır. Manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaq, qeyri – neft 
sektorunun rəqabət qabiliyyətinin aşağı düşməsinə və xarici ticarət şəraitinin 
pisləşməsinə, inflyasiya təhlükəsini artıran manat emissiyasına yol verməmək 
məqsədilə Mərkəzi Bankın valyuta bazarına müdaxilələri "üzən" məzənnə 
rejimində zəruri hallarda və həddlərdə davam etdirilməlidir. Manatın sabitliyinin 
və inflyasiyanın cilovlanmasını təmin edən sərt pul-kredit siyasəti elə aparılmalıdır 
ki, bu siyasətin iqtisadiyyata olan mənfi təsirini minimuma endirmək mümkün 
olsun. Bu gün iqtisadi islahatları uğurla aparmaq üçün sabit manat və inflyasiyanın 
aşağı olması vacibdir. Buna nail olmaq üçün möhkəm iqtisadiyyata söykənən əsl 
maliyyə sabitliyi olan mikromaliyyə sabitliyinin yaradılması zəruridir. Bunun üçün 
pul siyasəti iqtisadi siyasətin digər blokları ilə əlaqə aparmalı və bütövlükdə 
iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinə xidmət etməlidir. Makroiqtisadi 
sabitliyin qorunması məqsədi ilə valyuta ehtiyatlarının maksimal dərəcədə 
artırılması pul – kredit siyasəti səmərəliliyi baxımından Mərkəzi Bank üçün əsas 
hədəf olmamalıdır. Valyuta ehtiyatları yalnız məqbul monetar inflyasiya ilə 
müşahidə olunan alışyönlü valyuta müdaxiləsi çərçivəsində artırılmalıdır.  
Beləliklə,  Mərkəzi  Bank  baza  inflyasiyanın  təkrəqəmli  səviyyədə 
saxlanmasına və maliyyə sabitliyinin qorunmasına yönəlmiş pul – valyuta siyasəti 
yeritməli,eyni  zamanda  ölkədə  həyata  keçirilən  sosial  –  iqtisadi  inkişaf 
proqramlarının  realizasiyasına  dəstək  verməli  və  makroiqtisadi  siyasətin 
koordinasiyasında fəal iştirak etməlidir.               
Tədqiqatın aparılması üçün informasiya mənbəyi kimi müəllif pul və valyuta 
sisteminə  və  bu  istiqamətdəki  məsələlərə  aid  Azərbaycanın,  Rusiyanın  və  digər 
ölkə  müəlliflərinin  elmi  əsərləri  və  monoqrafiyalarından,  eyni  zamanda 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə