Windows 7 əməliyyat sisteminin standart proqramları. Paint rəsm redaktoru



Yüklə 65,31 Kb.
səhifə3/11
tarix29.01.2022
ölçüsü65,31 Kb.
#83240
1   2   3   4   5   6   7   8   9   10   11
Movzu 3. ƏS.Windows 7, fayl ve qovluq. ve standart proqram kopyası

Notepad (Блокнот) mətn redaktoru

Notepad (Блокнот) proqramı sadə mətn fayllarının yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Bu proqram mətn sənədlərinin yaradılmasında çox az istifadə olunur. Əsasən TXT, HTML və XML formatlı mətn fayllarına baxış üçün nəzərdə tutulmuşdur. Notepad (Блокнот) proqramı vasitəsilə yaradılmış mətn sənədinə cədvəl və şəkillərin daxil edilməsi mümkün deyildir.

Menyu sətrində aşağıdakı menyular vardır: Fayl (File, Файл), Redaktə (Edit, Правка), Format (Format, Формат), Görünüş (View, Вид), Arayış (Help, Справка). Proqram pəncərəsində alətlər paneli yoxdur.

Mətnin daxil edilməsi kursorun mövqeyini müəyyənləşdirməklə klaviatura vasitəsilə reallaşdırılır. Kursorun mövqeyini kursoru idarə edən düymələr vasitəsilə dəyişmək mümkündür. Həmçinin tələb olunan yerdə Mouse göstəricisini vurmaqla da kursoru yerləşdirmək mümkündür.

Mətn sətrin sonunda Enter düyməsinə basılaraq yığılır. Sətirlər uzun ola bilər, lakin 80 simvoldan uzun sətirlərin olması məsləhət deyil. Əgər təsadüfən uzun sətir alınmışsa, kursoru bu sətrin ixtiyari yerində təyin edərək Enter düyməsini basmaq lazımdır. Bu zaman kursordan sağda olan simvollar yeni sətirdə olacaqlar. Əks əməliyyatla iki sətri birləşdirmək mümkündür. Kursoru ikinci sətrin əvvəlində təyin edib Backspace düyməsini basmaq lazımdır.




Yüklə 65,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə