Windows 7 əməliyyat sisteminin standart proqramları. Paint rəsm redaktoru



Yüklə 65,31 Kb.
səhifə4/11
tarix29.01.2022
ölçüsü65,31 Kb.
#83240
1   2   3   4   5   6   7   8   9   10   11
Movzu 3. ƏS.Windows 7, fayl ve qovluq. ve standart proqram kopyası

Fayl (File, Файл) menyusunun əmrlərinə baxaq.

Yeni (New, Создать) – yeni sənəd yaradır. Bu əmri seçdikdə əvvəl işlədiyiniz sənəddə edilən dəyişikliklərin saxlanması barədə dialoq pəncərəsi əmələ gələcəkdir.

Açmaq (Open, Открыть) – bu proqramda yaradılmış mətn faylının açılması üçün dialoq pəncərəsini açır.

Saxlamaq (Save, Сохранить) – sənədə daxil edilmiş dəyişiklikləri saxlayır. Əmrin seçilməsi zamanı sənəd açıq qalır və sənəd üzərində işi davam etmək mümkündür.

Necə saxlamaq (Save as, Сохранить как) – yeni sənədi və yaxud artlq mövcud olan sənədi yeni adla və ya yeni yerdə saxlayır. Əmrin seçilməsi zamanı sənəd açıq qalır və sənəd üzərində işi davam etmək mümkündür.

Səhifə parametrləri (Page Setup, Параметры страницы) – çap zamanı səhifə parametrlərinin sazlanmasını təmin edən pəncərəni açır. Bu zaman aşağıdakı əməliyyatları yerinə yetirmək mümkündür:

  • kağızın formatının və onun printerə göndərilmə qaydasının seçilməsi;

  • vərəqin mövqeyinin təyin edilməsi (kitab və ya albom);

  • sahə parametrlərinin verilməsi;

  • çap edilən sənədə yuxarı və aşağı kolontitulların əlavə edilməsi. Kolontitul - əsas mətndən yuxarıda və aşağıda yerləşən mətn sahəsi olub bütün səhifələrdə təkrarlanan xüsusi avtomatik rejimdir.

Çap (Print, Печать) – sənədin çap parametrlərinin seçilməsi üçün dialoq pəncərəsini açır. Əgər kompüterə bir neçə printer qoşulmuşsa, bu zaman lazım olan printer seçilməlidir.


Yüklə 65,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə