Windows 7 əməliyyat sisteminin standart proqramları. Paint rəsm redaktoru



Yüklə 65,31 Kb.
səhifə1/11
tarix29.01.2022
ölçüsü65,31 Kb.
#83240
  1   2   3   4   5   6   7   8   9   10   11
Movzu 3. ƏS.Windows 7, fayl ve qovluq. ve standart proqram kopyası


Windows 7 əməliyyat sisteminin standart

proqramları. Paint rəsm redaktoru
Windows 7 ƏS-nin yüklənməsi ilə istifadəçi ona gündəlik həyatda lazım ola biləcək proqramlar dəsti ilə rastlaşır. Bu proqramların imkanları xüsusi proqram paketlərinin imkanlarından zəif olmasına baxmayaraq, bir çox hallarda istifadəçiyə kifayət edir.

Istifadəçinin ixtiyarında Paint rəsm redaktoru, sadə mətn sənədləri ilə işləmək üçün Bloknot (Notepad) proqramı, mətn redaktoru WordPad, Kalkulyator, səsin mikrofondan yazılması üçün proqram və başqaları vardır.



Paint rəsm redaktoru sadə rəngli və ağ-qara təsvirlərin yaradılması və emalı üzrə bəzi əməliyyatların aparılmasına imkan verir. Windows ƏS-nin əvvəlki versiyalarının tərkibinə daxil olan Paint proqramından çox fərqli interfeysə malikdir. Aşağıdakı şəkildə Paint rəsm redaktorunun pəncərəsi verilmişdir.
Proqramı yükləmək üçün Baş menyudan Standart proqramlar qovluğundan Paint proqramının adı üzərində Mouse göstəricisini vurmaq lazımdır. Pəncərənin yuxarı hissəsində Paint nişanı əks olunur.

Paint nişanının sağındakı düyməyə Mouse göstəricisini vurduqda təsvirin mövcud vəziyyətini faylda saxlaya bilərik. Faylı ilk dəfə saxladıqda Paint onun hansı qovluqda və hansı adla saxlanmalı olduğunu bilmir. Bunun üçün açılan dialoq pəncərəsində faylı saxlayacağımız qovluğu seçməli və fayla ad verməliyik. Eyni zamanda Faylın tipinin seçilməsi üçün açılan siyahıdan uyğun formatı müəyyənləşdirmək lazımdır. Daha sonra faylı Saxlamaq (Save, Сохранить) mümkündür.

Daha sonra faylda edilən yeni dəyişiklikləri saxlamaq üçün bu pəncərə açılmayacaqdır.

Faylın saxlanması üçün olan düymədən sonra gələn iki düymə əməliyyatların ləğvi və təkrarı üçündür. Bir çox proqramlarda son bir neçə əməliyyatı bəzən ləğv etmək lazım olur. Fərz edk ki, maraqlı təsvir yaratmısız və sonda daxil etdiyiniz detal ümumi harmoniyanı pozur. Bu zaman nə etmək lazımdır? Rəsmi yenidən işləmək lazımdır? Belə hallar üçün əməliyyatın ləğvi əmti nəzərdə tutulmuşdur. Bu əmrin üzərində Mouse göstəricisini vurduqda edilən son əməliyyat yox olacaqdır. Lakin əgər sonra fikrinizi dəyişib həmin detalın rəsmə uyğun olduğu qərarını versəniz bu zaman əməliyyatın təkrarı əmrindən istifadə etmək lazımdır. Bu əmri aktivləşdirdikdə ləğv olunmuş dəyişikliklər bərpa olacaqdır.

Pəncərənin başlıq sətrindən aşağıda lent oblastı yerləşir. Lent üstundə düymələri olan nişanlar və başqa idarəedici elementlərə malik zolağı əks etdirir. Yuxarıda Əsas və Görünüş nişanlarının (Home-Главная; View-Вид) tabları görünür. Ilk olaraq Əsas nişan görünür. Lakin Görünüş nişanının üzərinə Mouse göstəricisini vurduqda ona keçmək mümkündür. Daha sonra eyni qayda ilə təkrar Əsas nişana qayıtmaq olar.

Pəncərənin aşağı hissəsində vəziyyət sətri yerləşmişdir. Onun üzərində müxtəlif köməkçi informasiya əks olunur. Sətrin solunda Mouse göstəricisinin işçi oblastdakı – təsvirdəki vəziyyəti görünür. O yuxarı sol küncdən nöqtələri saymağa başlayaraq əks edilir. Əvvəlcə üfiqi koordinat, sonra isə şaquli koordinat göstərilir.

Paint pəncərəsinin sağ aşağı küncündə miqyas zolağı yerləşmişdir.

Bu zolaq təsvirin miqyasını dəyişmək üçündür. Masştabın cari vəziyyəti zolağin sol tərəində göstərilir. Adi halda o 100 % - ə, ümumiyyətlə isə 12.5%-800 % intervalında dəyişir. Miqyasın dəyişdirilməsi üçün Mouse göstəricisi ilə sürüşkəni sola (azaltmaq) və ya sağa (artırmaq) çəkmək lazımdır. Eləcə də zolaq üzərində dairəvi düymələrə - (azaltmaq) və + (artırmaq) Mouse göstəricisini vurmaqla reallaşdırmaq olar.

Diqqət etmək vacibdir ki, miqyası dəyişdirdikdə siz təsvirin ölçülərini dəyişdirmirsiniz. Təsvir sanki sizə yaxınlaşır və uzaqlaşır. Adətən miqyası təsvirdəki hansısa kiçik fraqmentə yaxından baxmaq və onu redaktə etmək üçün dəyişirlər.

Paint proqramını aktivləşdirdkdə ilk olaraq Karandaş aləti aktiv olur. Siz Mouse göstəricisi ilə kağız üzərində adi karandaşla rəsm çəkdiyiniz kimi işləyə bilərsiniz. Hər hansı bir xətti çəkmək üçün Mouse göstəricisini işçi oblastın ağ vərəq olan hissəsində yerləşdirərək sol düyməsini baslb saxlayaraq xəttin çəkilməsini reallaşdırmaq lazımdır.

Xəttin fərqli rənglə çəkilməsini istəyirsinizsə, əsas nişanların sağ hissəsində yerləşən palitradan istifadə etmək lazımdır. Mouse göstəricisinin sol düyməsi ilə rəngli kvadratların ixtiyari birinə vuraraq cari rəngi seçmək mümkündür. Əgər palitrada sizi qane edən rəng yoxdursa, Rənglərin dəyişdirilməsi (Edit colors, Изменение цветов) əmrini aktivləşdirərək açılan dialoq pəncərəsindəki geniş diapazondan yeni rəngi palitraya əlavə etmək lazımdır.

Rəngdən başqa xəttin qalınlığını da dəyişə bilərik. Bunun üçün Ölçü (Size, Размер) düyməsində Mouse göstəricisini vurmaq lazımdır. Bu zaman müxtəlif xətt nümunələri görünəcəkdir. Lazım olan ölçü nümunəsi üzərində Mouse göstəricisini vurmaq lazımdır.

Xəttin nəinki qalınlığını, eləcə də onun çəkiliş qaydasını dəyişmək olar. Bunun üçün Fırçalar (Brushes, Кисти) düyməsindən istifadə etmək olar.



Xətt parçasının çəkilməsinə şərait yaradır. Bunun üçün Mouse göstəricisini xəttin başlanacağı yerə qoyub sol düyməni basmaqla xəttin bitəcəyi yerə qədər çəkmək lazımdır. Bundan sonra Mouse göstəricisini buraxmaq olar.

Shift düyməsini basmaqla xəttin çəkilməsi şaquli, üfiqi və 45° bucaq altında xəttlərin yaradılmasına imkan verir. Mouse göstəricisinin sağ düyməsi ilə xəttin çəkilməsi onun rəngini fona uyğun edir.

Əyri xəttin çəkilməsi üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:


  • Uyğun alət seçildikdən sonra düz xətt çəkilir.

  • Daha sonra düz xətt üzərində əyilmə nöqtəsi seçilərək başqa istiqamət seçilir. Düz xətt əyri xəttə çevrilir.

  • Əyri xətt üzərində başqa əyilmə nöqtəsi seçilərək başqa istiqamət seçilir. Əyri xətt yenidən əyilir.

Düzbucaqlının çəkilməsi uyğun alətlə həyata keçirilir. Bunun üçün Mouse göstəricisini işçi oblastda düzbucaqlının sol yuxarı küncünün olacağı yerə qoyub sol düyməni basaraq düzbucaqlının sağ aşağı küncünün olacağı yerə sürüşdürmək və düyməni buraxmaq lazımdır. Düzbucaqlı aşağıda verilmiş sxemlərdən birinə uyğun olaraq əks edilir:

  • yalnız kontur;

  • kontur və fon;

  • yalnız fon.

Bu fiqurun Shift düyməsinin basılaraq çəkilməsi kvadratı əmələ gətirir.

Çoxbucaqlının çəkilməsi düz xətt parçalarının ardicilliği ilə əmələ gəlir. Burada növbəti parçanın başlanğıcı ozündən əvvəkəlkinin sonunda, sonuncu parçanın sonu isə birincinin əvvəlində yerləşir. Bu cür ardıcıllıq çoxbucaqlını əmələ gətirir.

Ellips çəkən zaman təsəvvür edin ki, o düzbucaqlının içində yerləşdiriləcəkdir. Daha sonra düzbucaqlının çəkilməsi qaydasına riayət edin. Shift düyməsini basıb saxlamaqla çəkdikdə çevrə alınacaqdır.

Qapalı oblastların seçilmiş rənglə rənglənməsi üçün Mouse göstəricisinin sol düyməsini, fon rəngində olmasını istəyirsinizsə sağ düyməni vurmaq lazımdır. Əgər sahə qapalı deyilsə, bütün işçi sahə rənglə doldurulur. Sizə lazım olmayan sahə rənglənmişsə əməliyyatın ləğv edilməsi əmrini yerinə yetirmək və sahənin xətalı hissəsini tapmaq lazımdır. Bu zaman sizə miqyasın böyüdülməsi kömək edə bilər.

Ə gər xətlərin müəyyən hissəsinin silinməsi gərəkdirsə, bu zaman pozandan istifadə edilir. Pozan Mouse göstəricisinin yolunda olan bütün obyektləri fon rəngi ilə silinir. Pozanın izinin böyüklüyü ölçüdən asılı olaraq dəyişə bilər.



Paint proqramında müxtəlif fiqurlar çəkməklə bərabər yazılar da yazıla bilər. Bunun üçün xüsusi alətdən istifadə edilir. Həmin aləti aktivləşdirib yazının yazılacağı hissədə Mouse göstəricisini vurmaq lazımdır. Bu zaman düzbucaqlı sahə yaranaraq mətn sahəsini müəyyənləşdirir. Eyni zamanda mətnin atributları paneli Şrift (Font, Шрифт) meydana çıxır. Siz buradan şrifti, onun ölçüsünü, yazılış tərzini (qalınlıq, maillik, altından xəttin çəkilməsi) seçə bilərsiniz. Mətn atributları müəyyənləşdirildikdən sonra seçilmiş sahədə Mouse göstəricisini vuraraq mətni yaza bilərsiniz. Mətn sahəsinin seçilmiş çərçivəsi mövcud olduqca mətndə istənilən dəyişiklikləri etmək mümkündür: başqa rəngin seçilməsi, vəziyyət, ölçü, şrift. Işçi sahənin başqa hissəsində Mouse göstəricisini vurduqda mətn təsvirin bir hissəsinə çevrilir.

Palitradan rəngin seçilməsindən başqa bunu bilavasitə təsvirin özündə də seçmək mümkündür. Bunun üçün alətindən istifadə edilir və daha sonra rəngini dəyişmək istədiyiniz təsvir elementinə Mouse göstəricisi tuşlanaraq sol düyməni vurmaq lazımdır.

Təsvirin müxtəlif sahələri üzərində müəyyən faydalı əməliyyatlar etmək mümkündür. Bunun üçün təsvir fraqmenti əvvəlcə seçilməlidir. Düzbucaqlı formalı fraqmentin seçilməsi üçün Mouse göstəricisini alətinin üzərində vurmaq lazımdır. Açılan menyuda Seçmək (Select, Выделить) əmrini Mouse göstəricisini vuraraq altmenyudan Düzbucaqlı oblast (Rectangular selection, Прямоугольная область) seçilir. Daha sonra Mouse göstəricisini seçiləcək oblastın sol yuxarı küncünün olacağı yerə vuraraq sol düymə basılır və göstərici seçiləcək oblastın sağ aşağı küncünün olacağı yerə dartılır, sol düymə buraxılır. Bu zaman künclərində və hər tərəfin ortasında balaca kvadratlar olan punktir çərçivə meydana çıxır ki, onlar da seşilmiş oblastın ölçülərinin dəyişdirilməsinə şərait yaradır.

Seçilmiş fraqmenti təsvirin başqa hissəsinə aparmaq olar. Bu zaman fraqmentin əvvəlki yeri fon rəngi ilə dolur. Əgər sürüşdürməni Ctrl düyməsini basaraq yerinə yetirsək, onda fraqmentin surəti əmələ gələcəkdir.

Seçilmiş fraqmenti Mübadilə buferinə (Clipboard, Буфер обмена) də göndərmək olar.


Yüklə 65,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə