Windows 7 əməliyyat sisteminin standart proqramları. Paint rəsm redaktoru



Yüklə 65,31 Kb.
səhifə2/11
tarix29.01.2022
ölçüsü65,31 Kb.
#83240
1   2   3   4   5   6   7   8   9   10   11
Movzu 3. ƏS.Windows 7, fayl ve qovluq. ve standart proqram kopyası

Kəsmək (Cut, Вырезать) əmri seçilmiş fraqmenti öz yerindən götürərək Mübadilə buferinə göndərir.

Surətini almaq (Copy, Копировать) əmri Mübadilə buferində seçilmiş fraqmentin surətini yaradır.



Daxil etmək (Paste, Вставить) əmri Mübadilə buferində olan fraqmenti təsvirə daxil edir. Fraqment təsvirin bir növ üzərinə daxil edilir və onu lazımi yerə yerləşdirmək lazımdır. Mübadilə buferindən daxil edilmiş fraqment təsvirin sol yuxarı küncündə seçilmiş olaraq əmələ gəlir, bu da onu lazımi yerə aparmağa imkan verir. Mouse göstəricisini kənarda vurduqda seçilmə rejimindən çıxılır.

Mübadilə buferi Windows-da xüsusi yer - yaddaş olub təsvirin hər hansı hissəsinin və mətnin müəyyən müddətə yazılması üçündür. Mübadilə buferi bütün Windows əlavələri üçün ümumidir. Beləliklə, siz buferə bir proqramda nəsə yazaraq ondan başqa proqramda istifadə edə bilərsiniz. Məsələn, Paint proqramında çəkilmiş rəsmin bir fraqmentini Mübadilə buferinə göndərib Microsoft Word mətn prosessorunda (bu proqram haqqında sonra məlumat verəcəyik) buferdən çıxararaq mətnə illüstrasiya kimi istifadə edə bilərik.

Mətn fraqmentini seçdikdən sonra onunla əlavə əməliyyatlar da edə bilərik. Məsələn, fraqmenti müəyyən bucaq altında fırlada bilərik. Bunun üçün Təsvir (Image, Изображение) düyməsi üzərində Mouse göstəricisini vuraraq açılan menyudan obyekti müxtəlif istiqamətlərdə döndərmək olar.

Təsvirin daha dəqiq və rahat yaradılması üçün Paint pəncərəsinə əlavə elementlər daxil etmək mümkündür. Bunun üçün Görünüş (View, Вид) bölməsindən istifadə etmək lazımdır. Burada Xətkeşlər (Rulers, Линейки)Tor xətlərini (Gridlines, Линии сетки) aktivləşdirmək mümkündür. Xətkeşlər (Rulers, Линейки) əmrinin yanına bayraq qoyduqda şaquli və üfiqi xətkeşlər əks olunur və bununla da Mouse göstəricisini dəqiq mövqeləndirmək mümkündür. Tor xətlərinin (Gridlines, Линии сетки) aktivləşdirilməsi kiçik təsvirlərin yaradılmasına kömək edir. Bunun üçün bayrağı bu əmrin yanına qoyub təsvirin miqyasını Paint pəncərəsinin sağ aşağı küncündəki şkaladan artıra bilərik.

Əvvəlcədən yaradılmış və kompüterdə saxlanmış faylı açmaq üçün Əsas (Home, Главная) bölməsi yarlığlndan solda yerləşən düyməsini aktivləşdirmək lazımdır. Bu zaman menyu açılır. Bu menyudan Açmaq (Open, Открыть) əmrini seçmək lazımdır. Açılmış dialoq pəncərəsindən sizə lazım olan faylın yerləşdiyi qovluğu açmaq və faylı seçmək lazımdır, daha sonra Açmaq (Open, Открыть) əmrini vermək lazımdır.

Əgər rəsmi yeni vərəqə çəkməklə başlamaq istəyirsinizsə, o zaman düyməsini aktivləşdirdikdən sonra açılan menyudan Yeni (New, Создать) əmrini seçmək lazımdır. Faylı düyməsi ilə saxladıqdan sonra növbəti dəfə bu düyməyə müraciət etdikdə dialoq pəncərəsi gəlməyəcəkdir. Əgər biz faylı saxlayan zaman müəyyən dəyişikliklər, məsələn, faylı başqa adla saxlamaq istəyiriksə, o zaman düyməsini aktivləşdirdikdə açılan menyudan Necə saxlamaq (Save as, Сохранить как) əmrini seçmək lazımdır. Bu zaman dialoq pəncərəsi əmələ gələcək və faylı başqa adla saxlamaq mümkün olacaqdır.

Faylı kağız üzərində çap etmək üçün ilk növbədə kompüterə printer qurğusu qoşulmalıdır. Təsvirin çapının sazlanması üçün düyməsini aktivləşdirdikdə açılan menyudan Çap (Print, Печать) alt menyusundakı əmrlərdən istifadə etmək lazımdır. Sahə parametrləri (Page Setup, Параметры страницы) əmrini seçdikdə dialoq pəncərəsi açılır. Bu pəncərədən müxtəlif çap paramerlərini: istifadə edilən çap kağızının ölçüsü, onun möveyi, vərəqin qıraqlarından təsvirə qədər olan məsafəni tənzimləmək olar. Kitab mövqeyi seçildikdə vərəq şaquli, albom mövqeyi seçildikdə isə üfiqi vəziyyətdə olur.

Bütün parametrlər təyin edildikdən sonra ОК düyməsi basılmalıdır. Təsviri printerdə çap etməzdən əvvəl onun vərəqdə necə görünəcəyinə ekrandan baxmaq mümkündür. Bunun üçün düyməsini aktivləşdirdikdə açılan menyudan Çap (Print, Печать) alt menyusundakı Çapdan öncə baxış (Print Preview, Предварительный просмотр) əmrini seçmək lazımdır. Pəncərənin əsas hissəsində təsvir çap edildiyi zaman necə görünəcəksə elə əks olunacadır. Təsviri düymələri vasitəsilə yaxınlaşdırıb uzaqlaşdırmaq mümkündür. Bu rejimdən cıxmaq üçün cari pəncərədə Bağlamaq (Close print preview) düyməsini vurmaq lazımdır.

Təsviri printerdə çap etmək qərarına gəldikdə isə düyməsini aktivləşdirdikdə açılan menyudan Çap (Print, Печать) alt menyusundakı Çap (Print, Печать) əmrini seçmək lazımdır. Əgər siz təsviri tam olaraq deyil, yalnız müəyyən hissəsini çap etmək istəyirsinizsə, əvvəlcədən təsvir fraqmentini seçmək lazımdır.

Əgər siz son dəyişiklikləri saxladıqdan sonra rəsm faylı üzərində redaktə işləri aparmisinizsa, bu zaman yeni dəyişikliklərin saxlanmasını təklif edən dialoq pəncərəsi açılacaqdır. Yeni daxil edilmiş dəyişiklikləri saxlamaq tələb olunursa Saxlamaq (Save, Сохранить) düyməsinə basmaq lazımdır; əgər dəyişiklikləri saxlamaq tələb olunmursa Saxlamamaq (Don’t Save, Не сохранять) düyməsinə basmaq lazımdır. Əgər yenidən təsvirin redaktəsini yerinə yetirmək tələb olunursa İmtina (Cancel, Отменить) düyməsinə basmaq lazımdır.




Yüklə 65,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə