Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə13/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   9   10   11   12   13   14   15   16   ...   412

görünə bilər. Siz doxsan üçüncü ili amansız hesab edirsiniz, cənab, lakin sizcə, monarxiya nə 

deməkdir? Kare quldur idi, lakin bəs Monrevelə siz nə ad verərsiniz? Fukye-Tenvil əclafdır, 

lakin bəs Lamuanyon – Bavile haqqında siz nə fikirdəsiniz? Mayyar dəhĢətlidir. Bəs So – 

Tavan? DüĢen ata qan içəndir, lakin bəs Letelye ataya siz nə ləqəb verərdiniz? BaĢkəsən Jurdan 

əjdahadır, lakin necə olsa, markiz de Luvua kimi deyil. Ah, cənab, cənab, mənim ershersoginya 

və kraliça Mariya-Antuanettaya yazığım gəlir, lakin 1685-ci ildə Böyük Lüdovikin padĢahlığı 

zamanında beldən yuxarı lüt halda dirəyə bağlanmıĢ hugenot qadına da eyni dərəcədə yazığım 

gəlir, onun südəmər uĢağını bir qədər kənarda tutmuĢdular. Qadının döĢləri südlə, qəlbi isə əzab 

və iztirabla dolu idi. Ac və solğun uĢaq anasının döĢlərini görür və acından çığırırdı. Cəllad isə 

anaya deyirdi: ―Məsləkindən əl çək!‖. Südəmər uĢağı olan ana iki Ģeydən birini seçməli idi: ya 

uĢağının acından ölməsinə, ya da vicdanının məhv olmasına razı olmalı idi. Anaya verilən bu 

cəhənnəm əzabına siz nə deyə bilərsiniz? Fransa inqilabının öz səbəbləri vardı, cənab, bunu 

unutmayın. Gələcək onun qəzəbinə bəraət verəcəkdir. Onun nəticələri isə dünyanın 

yaxĢılaĢmasıdır. Ġnqilabın ən dəhĢətli zərbələrindən bütün bəĢəriyyət üçün nəvaziĢlər yaranır. 

Yetər! Mən artıq susuram, mənim dəlillərim olduqca möhkəmdir, həm də ki, mən ölürəm. 

Konvent üzvü gözlərini yepiskopun üzündən çəkərək öz fikrini bir neçə kəlmə ilə sakitcə 

tamamladı: 

– Bəli, tərəqqinin kobud təzahürləri inqilab adlanır. Ġnqilab qurtardığı zaman aydın olur ki, 

bəĢəriyyət Ģiddətli qulaqburması almıĢsa da, irəliyə doğru addım atmıĢdır. 

Konvent üzvü yepiskopun daxili aləmini tədricən necə sarsıtdığını duymurdu. Lakin müqavimət 

üçün monsenyor B’envenünün əlində yenə bir dəlil qalmıĢdı və o bu dəlilə istinad edərək 

söhbətə baĢladığı eyni kəskinliklə etiraz etdi: 

– Tərəqqi Allaha inanmalıdır. Xeyrin kafir xidmətçiləri ola bilməz. Allahsız – bəĢəriyyət üçün 

pis rəhbərdir. 

Qoca xalq nümayəndəsi cavab vermədi. Onun bədəninə bir lərzə gəldi. O, göyə baxdı və gözləri 

yaĢla doldu. SaralmıĢ yanaqlarından bir damcı yaĢ aĢağı axmağa baĢladı və can verən bu adam 

gözlərini sonsuz fəzadan ayırmayaraq zorla eĢidilən bir səslə, öz-özü ilə danıĢırmıĢ kimi dedi: 

– Sən! Ey mənim idealım! Yalnız sən varsan! 

Yepiskop təsvir olunmaz bir həyəcan keçirirdi. Konvent üzvü bir az susduqdan sonra əlini 

qaldırdı və göyləri göstərərək: 

– Sonsuzluq mövcuddur. O, oradadır, – dedi. – Sonsuzluğun öz ―mənliyi‖ olmasaydı, mənim 

―mənliyim‖ onun son həddi olardı və o, sonsuzluq olmazdı: baĢqa sözlə – sonsuzluq mövcud 

olmazdı. Lakin o mövcuddur. Deməli, onun öz ―mənliyi‖ vardır. Bu ―mənlik‖ də Allahdır. 

Can verməkdə olan qoca son sözləri ucadan, vəcdlə dedi, sanki, qarĢısında yalnız onun gözlərinə 

görünən naməlum bir adam dayanmıĢdı. O, sözünü qurtardıqda gözləri yumuldu. Gərginlik onun 

gücünü tükəndirmiĢdi. Aydın idi ki, bu bir an içərisində o, qalan bir neçə saatlıq ömrünü baĢa 

vurdu. Bir an onu məzarda gözləyən Ģeyə yaxınlaĢdırdı. Son dəqiqə baĢlanırdı. 

Yepiskop bunu baĢa düĢdü, artıq ləngimək olmazdı, axı o, buraya bir keĢiĢ kimi gəlmiĢdi, o, ifrat 

soyuqluqdan tədricən ifrat həyəcana düĢdü, o, bu qapalı gözlərə baxdı, bu bürüĢmüĢ və solmuĢ 

əli tutdu və can verən adama doğru əyildi. 

– Bu saat Allaha məxsusdur. Bizim görüĢümüz əbəs olsaydı, siz təəssüf etməzdinizmi? 

Konvent üzvü gözlərini açdı. Onun üzünə indi sərt, sanki, kölgəli bir vüqar çökmüĢ idi. 

O, fiziki qüvvələri zəifləĢdiyinə görə deyil, daha doğrusu, daxili ləyaqət hissindən doğan aram 

səslə dedi: 

– Cənab yepiskop, mən ömrümü düĢünməkdə, öyrənməkdə və seyr etməkdə keçirtdim. Vətənim 

məni öz iĢlərində iĢtirak etməyimi əmr etdiyi zaman, mən altmıĢ yaĢında idim. Mən bu əmrə itaət 

etdim. Cinayətlərə rast gəldiyim zaman onlarla mübarizə aparırdım. Ġstibdada rast gəldikdə, onu 

məhv edirdim. Mən inandığım hüquq və prinsipləri elan və təbliğ edirdim. DüĢmən ölkəmizə 

hücum çəkdi, mən vətənimi müdafiə etdim. Fransa, təhlükədə idi mən sinəmlə onu müdafiəyə 

qalxdım. Mən heç bir zaman varlı olmamıĢam, indi isə yoxsulam. Mən dövlət baĢçılarından biri 

idim. Xəzinələr cavahirlə dolu idi, qızıl və gümüĢün ağırlığından divarlar çatlayırdı, onlara dayaq 

vermək lazım gəldi, – mən isə Arbr-Sek küçəsində iyirmi su pula nahar edirdim. Məzlumların 




dadına çatırdım və əzab çəkənlərə təsəlli verirdim. Doğrudur, mən mehrabın örtüyünü 

parçaladım, lakin bundan məqsədim ancaq vətənin yaralarını sarımaq idi. Mən hər zaman 

bəĢəriyyətin irəliyə, iĢığa doğru getməsinə kömək edirdim, lakin bəzən tərəqqi amansız olduqda, 

mən ona mane olurdum. Elə hallar da olurdu ki, mən öz düĢmənlərimə, yəni sizlərə də kömək 

edirdim. Flandriyada, Petegemdə, merovinq krallarının yay iqamətgahı olan yerdə urbanist 

rahiblər monastırı, Bolyedə müqəddəs Klara abbatlığı vardır – 1793-cü ildə mən bu monastırı 

təhlükədən xilas etdim. Mən öz vəzifəmi bacardığım qədər yerinə yetirib, əlimdən gələn 

yaxĢılığı etmiĢəm. Bütün bunlardan sonra məni qovdular, təqib etdilər, mənə əzab verdilər, məni 

ləkələdilər, təhqir etdilər, ələ saldılar, lənətlər yağdırdılar, sürgün etdilər. Budur, neçə ildir ki, 

saçlarımın ağarmasına baxmayaraq, mən, nifrət etməkdə özlərini haqlı bilən bir çox adamlar 

olduğunu hiss edirəm. Yoxsul, avam camaatın nəzərində Mən, Allahın lənətinə gəlmiĢ bir 

caniyəm. Mən də, kimsəni məzəmmət etmədən, nifrətdən doğan yalqızlığımı qəbul edirəm. Artıq 

səksən altı yaĢım var. Lakin ölürəm. Siz məndən nə istəyirsiniz? 

Yepiskop: 

– Xeyir-duanızı, – dedi və onun qarĢısında diz çökdü. 

Yepiskop baĢını qaldırdığı zaman Konvent üzvünün üzü əzəmətli və sakit idi. O, keçinmiĢdi. 

Yepiskop dərin düĢüncələr içərisində evə qayıtdı. Bütün gecəni o ibadətdə keçirtdi. Sabahı günü 

maraqlanan adamlardan bir neçə nəfəri Konvent üzvü J. haqqında onunla söhbət açmağa cürət 

etdisə də, yepiskop cavab əvəzinə yalnız göyləri göstərdi. O gündən sonra yepiskop fəqirlərə, 

kiçik adamlara qarĢı öz məhəbbətini və qardaĢlıq qayğısını daha da artırdı. 

―Qoca kafir J.‖nin adı çəkilən kimi onu qəribə bir dalğınlıq bürüyərdi. Kimsə deyə bilməzdi ki, 

yepiskopun təkamülə yanaĢmasında bu Ģəxsin zəkası və böyük qəlbi ona nə dərəcədə təsir 

göstərmiĢdir. 

Yepiskopun bu ―ruhanilik ziyarəti, əlbəttə, yerli dedi-qodu həvəskarlarının boĢboğazlığına səbəb 

oldu. ―Can verən bu cür adamın baĢı üstündə olmaq heç yepiskopa layiqdirmi? Axı onu dinə 

gətirməyi heç gözləmək də olmazdı. Bu inqilabçıların hamısı islahedilməz dinsizlərdir. Elə isə 

oraya getmək yepiskopun nəyinə lazım idi? Orada nəyin qalmıĢdı? Yəqin, Ģeytanın insan ruhunu 

necə alıb aparmasına tamaĢa etmək çox maraqlı imiĢ‖. 

Bir dəfə özlərini çox ağıllı sayan həyasız adamlar sırasına mənsub olan kübar bir dul qadın 

yepiskopa belə hücum etmiĢdi: 

– Monsenyor, hamı soruĢur ki, zati-əqdəslərinizə nə zaman qırmızı qalpaq bəxĢ ediləcəkdir? 

Yepiskop isə cavabında: 

– Ah! Bu çox qaba rəngdir, – demiĢdi. – XoĢbəxtlikdən, yakobinçi qalpağında bu rəngə nifrət 

bəsləyənlər kardinal Ģlyapasında ona çox hörmət edirlər. 

 

 

ON BĠRĠNCĠ FƏSĠL. 



Qeyd – Ģərt. 

 

Yuxarıda deyilənlərə əsasən monsenyor B’envenünün ―filosof yepiskop‖ və ya ―vətənpərvər 



yepiskop‖ olduğu nəticəsini çıxaranlar çox böyük səhv edə bilərlər. Onun Konvent üzvü J. ilə, 

bəlkə də, iki ulduzun təsadüfünə bənzədilə bilən görüĢü onun qəlbində nə isə bir heyrət hissi 

oyatmıĢ və bu hiss onu daha artıq mülayim etmiĢdi. Vəssalam. 

Monsenyor B’envenü heç siyasət əhli deyildisə də, o zamankı hadisələrə olan münasibətindən, 

əgər monsenyor ―B’envenünun bu hadisələrə bir zamanlar hər hansı bir münasibət bəslədiyi 

ehtimalı varsa, bir neçə kəlmə danıĢmaq yersiz olmazdı. 

Beləliklə, bir neçə il geriyə dönək. 

Cənab Miriel yepiskop vəzifəsinə təyin olunandan bir az sonra imperator ona, bir neçə baĢqa 

yepiskoplarla birlikdə, Ġmperiya baronu rütbəsini vermiĢdi. Məlum olduğu üzrə, papa 1809-cu il 

iyulun 6-cı gecəsi həbs edilmiĢdi, bu hadisə ilə əlaqədar olaraq Napoleon Fransa və Ġtaliya 

yepiskoplarının Parisdə çağırılmıĢ sinoduna Mirieli də dəvət etmiĢdi. Bu sinod Notrdam 

kilsəsində toplaĢmıĢ və birinci iclası 1811-ci il iyun ayının 15-də kardinal FeĢin sədrliyi altında 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə