Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə23/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   19   20   21   22   23   24   25   26   ...   412

acınmağa layiqsiniz, lakin siz oradan xeyirxahlıq, tərənnüm hissi ilə gəlmiĢsinizsə, o zaman siz 

bizim hamımızdan yaxĢısınız. 

Bunlar söhbət etməkdə ikən madam Maqluar axĢam yeməyi gətirdi. Bu yemək zeytun yağı, 

çörək ovuntusu və duzla biĢirilmiĢ Ģorbadan, bir qədər donuz piyindən, bir parça qoyun ətindən, 

bir neçə əncirdən və Ģordan ibarət idi. Süfrəyə bir böyük çovdar çörəyi də qoyuldu. Madam 

Maqluar yepiskopun həmiĢəki süfrəsinə bir ĢüĢə köhnə Ģərab da əlavə etməyi unutmadı. 

Dərhal yepiskopun üzündə qonaqcıl adamlara məxsus məmnuniyyət əlaməti göründü. O, Ģən bir 

halda: 


– Buyurun süfrəyə, – dedi. 

O, həmiĢə evdə kənar adam olduqda etdiyi kimi, qonağı sağ tərəfində oturtdu. Özünü çox sakit 

və təmkinli saxlayan madmazel Batistina qardaĢının sol tərəfində əyləĢdi. 

Yepiskop dua oxudu, sonra adəti üzrə Ģorbanı özü payladı. Yolçu acgözlüklə yeməyə baĢladı. 

Birdən yepiskop dedi: 

– Deyəsən, süfrəmizdə bir Ģey çatıĢmır. 

Doğrudan da, madam Maqluar süfrəyə yalnız lazım olan üç dəst çəngəl-bıçaq qoymuĢdu. 

Halbuki bu evin qaydasına görə yepiskopun qonaqlarından biri axĢam yeməyi üçün qaldığı 

zaman, altı dəst gümüĢ çəngəl-bıçağın hamısı süfrəyə qoyulmalı idi. Ziyansız bir lovğalıq! Bu 

cür sadəlövhcəsinə zinət iddiası bir uĢaqlıq idi və yoxsulluğu ləyaqət hesab edən bu qonaqpərəst 

və eyni zamanda tələbkar ailədə bunun xüsusi bir cazibəsi vardı. 

Madam Maqluar iĢarəni anladı, dinməzcə otaqdan çıxdı və bir dəqiqədən sonra oturanların 

qabağında simmetriya ilə düzülmüĢ gümüĢ çəngəl-bıçaq parıldadı. 

 

 



DÖRDÜNCÜ FƏSĠL. 

Pontarledəki pendirxanalar haqqında bəzi təfsilat. 

 

Ġndi isə bu süfrənin baĢında vaqe olan əhvalatı anlamaq üçün, madmazel Batistinanın madam 



BuaĢevrona yazmıĢ olduğu məktubun bəzi parçalarını burada qeyd etmək daha yaxĢı olar. Bu 

məktubda katorqalı ilə yepiskop arasında olan bütün söhbət sadədil bir doğruluqla təsvir 

olunmuĢdur: 

―...Qonağımız heç kəsə əhəmiyyət vermirdi. O, çoxdan ac qalmıĢ bir adam kimi böyük bir iĢtahla 

yeyirdi. Lakin yeyib qurtardıqdan sonra dedi: 

– Cənab keĢiĢ, Allah xadimi! Mənə görə bu masanın üstündəkilərin hamısı, hətta həddindən artıq 

yaxĢıdır, lakin etiraf etməliyəm ki, mənə özləri ilə bərabər yeməyə icazə verməyən arabaçılar 

sizdən çox-çox yaxĢı yeyirlər. 

Öz aramızdır, bu söz mənə bir qədər toxundu. 

– Onların iĢi mənimkindən çoxdur, – deyə qardaĢım cavab verdi. 

– Yox, – deyə qonaq etiraz etdi. – Onların pulları çoxdur. Siz yoxsulsunuz. Mən bunu yaxĢı 

görürəm. Bəlkə, siz heç keĢiĢ də deyilsiniz? Siz, doğrudanmı, keĢiĢsiniz? Allah, həqiqətən, 

adildirsə, siz əlbəttə, keĢiĢ olmalısınız. 

– Allahın ədaləti hədsizdir, – deyə qardaĢım cavab verdi və sonra soruĢdu: – Cənab Jan Valjan, 

siz Pontarleyə gedirsiniz, deyilmi? 

– Bəli, oraya getmək məcburiyyətindəyəm. 

Gərək ki, bu adam məhz belə cavab verdi. Sonra sözünə davam edərək: 

– Mən sabah gün çıxar-çıxmaz yola düĢməliyəm, – dedi. – Piyada getmək adamı çox yorur. 

Gecələr soyuq, gündüzlər isə istidir. 

QardaĢım dedi: 

– Siz yaxĢı yerlərə gedirsiniz. Ġnqilab vaxtı ailəmiz dağılmıĢdı, mən də əvvəlcə FranĢ-Kontedə 

sığınacaq tapdım və orada bir müddət əlimin əməyi ilə yaĢadım. ĠĢləməyə böyük həvəsim vardı. 

Odur ki, özümə iĢ tapdım. Orada iĢ çoxdur. Kağız fabrikləri, gön zavodları, Ģərab və yağ 

zavodları, böyük saat fabrikləri, polad və mis əridən zavodlar, azı iyirmi dəmir zavodu vardır: 

bunlardan dördü, yəni Lods, ġatilyon, Odenkur və Berdə olan zavodlar çox böyükdür... 



Gərək ki, yanılmıram, qardaĢım məhz bu yerlərin adını çəkdi. Sonra sözünü kəsərək, üzünü 

mənə çevirdi və dedi: 

– Bacı, mənə elə gəlir ki, oralarda bizim qohumlarımız vardır. 

– Bəli, var idi, – deyə mən cavab verdim. – Köhnə üsuli-idarə zamanı onlardan biri, cənab de 

Lüsene, Pontarl’edə Ģəhər qarovul dəstəsinin rəisi idi. 

– Bəli, belədir, – deyə qardaĢım yenə danıĢmağa baĢladı, – ancaq doxsan üçüncü ildə bizim 

qohumlarımız qalmamıĢdı, yalnız öz əllərimiz vardı. Mən iĢləyirdim. Sizin gedəcəyiniz 

Pontarl’edə, cənab Jan Valjan, çox patriarxal və çox gözəl bir sənaye sahəsi vardır. Bacı, mən 

oradakı pendirxanaları nəzərdə tuturam. 

Bu yerdə qardaĢım həmin adamı yedirtməyi unutmayaraq, Pontarl’enin ictimai pendirçilik 

müəssisələri haqqında ətraflı izahat verirdi. O deyirdi ki, bunlar iki cür olur: varlıların qırx-əlli 

inək saxlanılan və ya yeddi mindən səkkiz min baĢa qədər pendir hazırlanan ―böyük mərəkləri‖ 

və yoxsulların ―pendirçilik artelləri‖, burada dağ kəndliləri öz inəklərini birgə saxlayır və gəliri 

öz aralarında bölüĢdürürlər. Onlar birlikdə pendirtutan taprırlar. Pendirqayıran artel üzvlərindən 

gündə üç dəfə süd qəbul edir və miqdarını ağac üzərinə niĢan vurmaqla qeyd edir; pendirxanalar 

yalnız aprelin sonunda iĢə baĢlayır, iyunun ortalarında isə inəkləri dağlara otarmağa aparırlar. 

Bu adam doyduqca, özünə gəlirdi. QardaĢım hey onun üçün əla Mov Ģərabı tökürdü. Özü isə bu 

Ģərabı çox bahalı hesab edərək içmir. QardaĢım özünəməxsus təbii bir Ģənliklə bütün bu təfsilatı 

nağıl edir, ara-sıra nəvaziĢlə mənə müraciət edirdi. O, ―pendirçilik‖ sənətini dönə-dönə 

tərifləyirdi: sanki, qonağımıza bu fikri təlqin etmək istəyirdi ki, bu məĢğələ onun üçün münasib 

bir peĢədir, lakin bunu doğrudan-doğruya və qaba bir Ģəkildə o adama məsləhət görmürdü. Mən 

bir Ģeyə heyrət etdim. Mən sizə dedim ki, bu adam kim idi. QardaĢım isə bütün yemək, hətta 

bütün axĢam ərzində, yolçu içəri girdiyi zaman Ġsa haqqında söylədiyi bir neçə sözdən baĢqa, 

qonağın kim olduğuna, nəçi olduğuna, ya qardaĢımın özünün kim olduğuna dair bir dəfə belə, bir 

sözlə də iĢarə etmədi. Halbuki, bu görüĢ həmiĢəlik onun xatirində nəqĢ olunsun deyə, qardaĢım 

bir yepiskop kimi balaca bir moizə deyə bilər və katorqalıya təsir edə bilərdi. Bəlkə də, 

qardaĢımın yerinə baĢqası olsaydı, bu bədbəxtin öz evində olmasından istifadə edərək, onun 

qarnını doyuzdurmaqla bərabər onu məzəmmətləyər, əxlaq dərsinə və nəsihətə qulaq asmağa 

məcbur edər, gələcəkdə necə yaxĢı həyat sürməyi öyrədərdi. QardaĢım isə onun haralı olduğunu, 

əvvəlcə necə həyat sürdüyünü belə soruĢmadı. Axı onun cinayəti də həyatı ilə bağlı idi, qardaĢım 

isə qonağına keçmiĢini xatırlada biləcək hər bir Ģeydən çəkinməyə çalıĢırdı. ĠĢ o yerə çatmıĢdı ki, 

dağlarda, lap buludların altında dinc əməklə məĢğul olan və qardaĢımın əlavə etdiyi kimi, 

―günahsız olduqları üçün xoĢbəxt həyat sürən‖ Pontarle əhalisi haqqında danıĢarkən belə, 

qardaĢım, sanki, birdən-birə ağzından çıxan bu sözlərlə qonağı bilmədən təhqir edə biləcəyindən 

qorxub dərhal sözünü kəsdi. Bütün bunları yaxĢıca fikirləĢdikdən sonra mən, deyəsən, 

qardaĢımın ürəyindən nələr keçdiyini baĢa düĢdüm. Görünür, o düĢünürdü ki, Jan Valjan deyilən 

bu adam öz biabırçılığı üzərində onsuz da həddindən artıq fikirləĢir və onu bu fikirlərdən 

uzaqlaĢdırmaq, onun da baĢqaları kimi bir adam olduğunu bir anlığa da olsa ona təlqin etmək 

üçün ən yaxĢı üsul – onunla da bütün baĢqa adamlar kimi rəftar etməkdir. Həqiqi mərhəmət də 

elə bundan ibarət deyilmi? Mənim əzizim, sizin fikrinizcə, nəsihət və əxlaq dərslərindən, hər cür 

iĢarələrdən uzaq olan bu nəzakət Ġncildə göstərilənlərə uyğun deyilmi və həqiqi mərhəmət əzab 

çəkən adamın yaralarına heç toxunmamaqdan ibarət deyilmi? Mənə elə gəlir ki, qardaĢım da elə 

bu cür düĢünürdü. Hər halda, mən yalnız bunu deyə bilərəm ki, o, belə düĢünsə də, fikirlərini heç 

kəsə, hətta mənə də açıb söyləmədi, bütün axĢamı o, həmiĢəki kimi idi və bu Jan Valjanla Ģam 

edərkən özünü elə aparırdı ki, guya, Tövrat həkəmi Gedeonla və ya bizim məhəllə keĢiĢi ilə Ģam 

edir. 


Yeməyin sonunda, biz əncir çərəz etdiyimiz zaman kim isə qapını döydü. Gələn Jerba xala idi. 

O, qucağında uĢaq içəri girdi. QardaĢım uĢağın alnından öpdü və təsadüfən yanımda olan on beĢ 

sunu məndən alıb Jerba xalaya verdi. Qonağımız bu zaman ətrafındakılara heç diqqət etmirdi. O 

daha danıĢmırdı və çox yorğun görünürdü. Yazıq Jerba qarı getdikdən sonra qardaĢım dua 

oxudu, sonra qonağa müraciətlə dedi: ―Ġndi siz, yəqin, tezcə yatağa girmək istəyirsiniz, eləmi?‖ 

Madam Maqluar süfrəni yığmağa tələsdi. Yolçunun yatağa girməsi üçün bizim getməyimiz 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə