Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə21/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   17   18   19   20   21   22   23   24   ...   412

geyirdi. Sadə xalq dili ilə desək (bu xalq ifadələrinin qiymətli cəhəti bundadır ki, bir səhifə ilə 

izah ediləcək fikri bir sözlə ifadə etmək olur), madam Maqluar ―avamlardan‖, madmazel 

Batistina isə ―xanımlardan‖ idi. Madam Maqluarın baĢında qırçınlı ağ baĢlığı, boynunda isə qızıl 

xaç vardı, – həmin xaç bu evdə olan yeganə qadın zinəti idi; ağappaq ləçəyi kobud parçadan 

tikilmiĢ, qısa və geniĢ qollu qara paltarına rövnəq verirdi. Qırmızı və yaĢıl damalı, yaĢıl belbağı 

ilə belindən bağlanmıĢ döĢlüyü, ucları yuxarıdan iki sancaqla sancılmıĢ qənĢərliyi onun geyimini 

tamamlayırdı, ayaqlarına Marsel qadınları kimi kobud çəkmələr, sarı corablar geymiĢdi. 

Madmazel Batistinanın paltarı 1806-cı ilin dəbi ilə tikilmiĢdi, lifi qısa, tumanı dar, qolları 

çiyinlikli, baftalı və düyməli idi. AğarmıĢ saçlarının üstünü ―uĢaq‖ tərzində burulmuĢ pariklə 

örtürdü. Madam Maqluar ağıllı, diribaĢ, savadlı qadın təsiri bağıĢlayırdı, lakin bir ucu aĢağı, o 

biri ucu yuxarı olan ağzı və alt dodağından qalın olan üst dodağı ona bir qədər kobud və amiranə 

görünüĢ verirdi. Monsenyor susduqca madam Maqluar onunla hörmət və açıqlıqla qarıĢıq bir 

qətiyyətlə danıĢırdı; lakin monsenyor danıĢmağa baĢlar-baĢlamaz, o da, gördüyümüz kimi, 

madmazel Batistinatək yepiskopa danıĢıqsız itaət edərdi. Madmazel Batistinaya gəlincə, o heç 

danıĢmazdı da. O, itaət və təqdir etməklə kifayətlənirdi, hətta gəncliyində də o heç bir zaman 

gözəl olmamıĢdı, bərəlmiĢ mavi gözləri, uzun donqar burnu var idi, lakin onun bütün üzündən, 

bütün varlığından (əvvəldə söylədiyimiz kimi) ifadə edilməz bir mərhəmət yağırdı. Onda həmiĢə 

bir mülayimlik hiss olunurdu: mərhəmət, ümid və inam – qəlbi isindirən bu üç fəzilət isə onun bu 

mülayimliyini yavaĢ-yavaĢ qüdsiyyət dərəcəsinə yüksəltmiĢdi. Təbiət onu mülayim yaratmıĢ, din 

onu mələyə çevirmiĢdi. Zavallı müqəddəs qız! Yox olmuĢ əziz bir xatirə! 

Sonralar madmazel Batistina yepiskopun evində həmin axĢam baĢ verən bu hadisəni o qədər 

nağıl etmiĢdi ki, hələ də yaĢayan bir çox adamlar bu hadisəni kiçik təfsilatına qədər xatırlayırlar. 

Yepiskop içəri girdiyi zaman madam Maqluar madmazel Batistinaya hərarətlə nə isə danıĢırdı, 

madmazellə o, sevdiyi və yepiskopun artıq adət etdiyi mövzuda söhbət edirdi. Söhbət bayır 

qapının sürməsi haqqında gedirdi. 

Görünür, madam Maqluar axĢam yeməyi üçün bəzi Ģeylər almağa getdiyi zaman müxtəlif 

xəbərlər eĢitmiĢdi. ġübhəli bir sərsəri haqqında danıĢırdılar.  

Deyirdilər ki, Ģəhərdə qorxulu, naməlum bir Ģəxs zahir olmuĢdur, o, küçələri dolaĢır və bu gecə 

evlərinə gec qayıdanları təhlükəli bir görüĢ gözləyir. Həm də deyirdilər ki, polis heç bir Ģeyə 

yaramır, çünki prefektlə mer bir-birilə yola getmədiklərindən, bir-birinə badalaq gəlməyə 

çalıĢaraq qəsdən müxtəlif hadisələr törədirlər. Odur ki, ağlı baĢında olan adamlar polis vəzifəsini 

öz üzərlərinə götürməli, ayıq olmalı və çalıĢmalıdırlar ki, qapılar və sürmələr möhkəm olsun, 

bütün qapılar içəridən möhkəm bağlansın. 

Madam Maqluar bu son sözləri xüsusilə qeyd etdi, lakin öz soyuq otağına yenicə keçmiĢ 

yepiskop buxarının yanında oturub isinir və ümumiyyətlə, baĢqa bir Ģey haqqında düĢünürdü. 

Madam Maqluarın son sözlərinə o heç diqqət vermədi. Madam Maqluar sözünü təkrar etdi. O 

zaman madmazel Batistina qardaĢının narazılığına səbəb olmadan madam Maqluarı məmnun 

etmək məqsədilə çəkinə-çəkinə qardaĢından soruĢmağa cürət etdi: 

– Madam Maqluarın dediyini eĢidirsinizmi, qardaĢım? 

– Bəli, nə isə ötəri eĢitdim, – deyə yepiskop cavab verdi. Sonra stulunu bir qədər irəli çəkib iki 

əllərini dizlərinə söykədi, aĢağıdan buxarının alovu ilə iĢıqlanan mərhəmətli və gülər üzünü qoca 

xidmətçi qadına çevirərək soruĢdu: 

– Hə, nə var? Nə olmuĢdur? Deməli, biz böyük bir təhlükə içərisindəyik? 

Madam Maqluar bütün əhvalatı özü hiss etmədən, bir qədər mübaliğə ilə yenidən söyləməyə 

baĢladı. Belə məlum olurdu ki, Ģəhərdə bir qaraçı sərsəri, təhlükəli bir dilənçi dolaĢmaqdadır. O, 

Jaken Labarın mehmanxanasında gecələmək istəmiĢ, lakin Labar onu içəri buraxmamıĢdır. 

Adamlar onun Qasendi bulvarından keçdiyini və Ģər qarıĢanadək Ģəhəri dolandığını görmüĢlər. 

Zahirdə o, lap quldura bənzəyir – asılmağa layiq bir adamdır. 

– Doğrudanmı? – deyə yepiskop soruĢdu. 

Bu sual madam Maqluarı ürəkləndirdi. Ona belə gəldi ki, yepiskop narahat olmağa baĢlayır, odur 

ki, təntənə ilə sözünə davam etdi: 



– Bəli, monsenyor, elədir ki, var. Bu gecə Ģəhərdə, hökmən, bir bədbəxtlik olacaqdır. Hamı belə 

deyir. Həm də polis heç bir Ģeyə yaramır (faydalı bir təkrar). Belə də iĢ olar ki, dağ yerində 

yaĢayasan, küçələrdə belə fənər olmasın? Bayır lap zülmətdir. Monsenyor, xanım da mənim 

sözlərimi təsdiq edir, deyir ki... 

Madmazel Batistina madam Maqluarın sözünü kəsərək: 

– Mən heç bir söz demirəm, – dedi. – QardaĢım nə iĢ görürsə, hamısı yaxĢıdır. 

Madam Maqluar bu etirazı eĢitməmiĢ kimi sözünə davam etdi. 

– Biz onu deyirik ki, bizim ev heç etibarlı deyil, əgər monsenyor icazə verirsə, çilingərə deyim 

ki, qapının köhnə rəzələrini salsın, onlar xarab olmamıĢdır, ona görə bu, bir dəqiqəlik iĢdir; mən 

sizə deyirəm, monsenyor, rəzələr heç olmasa bu gecəliyə salınmalıdır. Çünki mən sizə yenə 

deyirəm, sürgüsü yeĢikdən olan və hər kəsin aça biləcəyi qapıdan qorxulu bir Ģey yoxdur. Həm 

də, monsenyorun adətidir, gecəyarısı belə qapını döyən olsa, həmiĢə ―buyurun‖ deyir. Aman 

Allah, nə deyim! Ġcazə almağa belə heç kəsin ehtiyacı yoxdur... 

Bu zaman kim isə qapını bərk döydü. 

Yepiskop: 

– Buyurun, – dedi. 

 

 

 



ÜÇÜNCÜ FƏSĠL. 

Kor-koranə itaət etmək qəhrəmanlığı. 

 

Qapı açıldı. 



O, birdən-birə və taybatay açıldı, sanki, kimsə onu qəti bir hərəkətlə bərk itələmiĢdi. 

Ġçəriyə bir adam girdi. 

Bu adamı biz artıq tanıyırıq. Bu, gecələmək üçün yer axtara-axtara indicə Ģəhəri dolaĢan həmin 

yolçu idi. 

O, içəri girdi, qapını örtmədən irəliyə doğru bir addım atdı və dayandı. Onun çiynində çanta, 

əlində əsa vardı. BaxıĢından sərtlik, cəsarət, kin və yorğunluq yağırdı. Buxarının odu onu 

baĢdan-ayağa qədər iĢıqlandırırdı. O, çox dəhĢətli idi. Birdən zahir olan bu adamda nə isə 

qorxunc bir Ģey vardı. 

Madam Maqluar o qədər qorxdu ki, çığıra da bilmədi. O, titrədi və sanki, yerində donub qaldı. 

Madmazel Batistina dönüb, içəri girən adamı gördü və qorxub ayağa qalxdı, sonra baĢını yavaĢ-

yavaĢ buxarıya tərəf çevirərək, qardaĢının üzünə baxdı və üzü əvvəlki kimi sakit və aydın ifadə 

aldı. 


Yepiskop içəri girən adama diqqətlə və sakitcə baxırdı. O, ağzını açıb, görünür gələn adamdan 

ona nə lazım olduğunu soruĢmağa hazırlaĢırdı ki, yolçu əllərini əsasına dayayaraq, qocaya və iki 

qadına bir nəzər saldı və yepiskopun danıĢmasını gözləmədən uca səslə danıĢmağa baĢladı. 

– Bilirsinizmi nə var? Mənim adım Jan Valjandır. Katorqadan gəlirəm. Orada on doqquz il 

qalmıĢam. Məni dörd gün bundan əvvəl azad etmiĢlər. Pontarl’eyə gedirəm. Orada yaĢamağıma 

icazə vermiĢlər. Budur, dörd gündür ki, Tulondan piyada gəlirəm. Bu gün on iki lyo yol 

gəlmiĢəm. AxĢam bu Ģəhərə gəlib karvansaraya getdim, lakin Ģəhər idarəsində göstərmiĢ 

olduğum sarı pasporta görə məni oradan qovdular. Nə edə bilərdim. Mən baĢqa karvansaraya 

gəldim. ―Rədd ol!‖ dedilər. Əvvəlcə birində, sonra da o birində heç kəs məni içəri buraxmaq 

istəmədi. Mən həbsxanaya da getdim, qapıçı qapını açmadı. Bir it damında da sığınacaq üçün yer 

axtardım. Ġt də məni diĢlədi və qovdu, sanki, o da adam idi. Elə bil, mənim kim olduğumu bilirdi. 

Mən açıq havada gecələmək üçün çölə çıxdım, lakin göyün üzünü buludlar aldı, yağıĢ yağmağını 

və yağıĢın qarĢısını ala biləcək Tanrının olmadığını düĢünüb, heç olmazsa, bir qapının arasında 

yatmaq üçün Ģəhərə qayıtdım. Burada, meydanın ortasında bir daĢ oturacağın üstündə uzanmaq 

istəyirdim ki, mərhəmətli bir qadın sizin evinizi göstərərək: ―Bu qapını döy‖ dedi, mən də sizin 

qapını döydüm. Bura nədir? Karvansaradır? Mənim pulum var. Özü də çox. On doqquz il 

katorqada iĢləyib, yüz doqquz frank on beĢ su qazanmıĢam. Haqqınızı verərəm. Nə üçün də 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə