Vii L e m I l L



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə12/220
tarix05.02.2018
ölçüsü5,13 Mb.
#25096
1   ...   8   9   10   11   12   13   14   15   ...   220

26 

 

Laçında  pedaqoji  məktəblər  açılmışdı.  Ölkənin  işğal  edilmiş  rayonlarından 



Azərbaycana köçürülmüş müəllimlər pedaqoji işə cəlb olunurdular. 

Azərbaycanın  səhiyyə  orqanları  müharibənin  ilk  günlərindən  öz  işlərini 

hərbin  tələbləri  əsasında  qurmağa,  səfərbərlik  planı  üzrə  işləməyə  başladılar.  İlk 

növbədə  hospitallara,  onların  avadanlıqla  təmin  olunmasına,  evlərdə,  ictimai 

yerlərdə, dəmir  yol stansiyalarında, dəniz  vağzallarında  sanitar qaydalarına  riayət 

edilməsinə,  sanitar-buraxıcı  məntəqələrin  təşkilinə  xüsusi  diqqət  yetirildi. 

Hospitallar və hərbi hissələr üçün yeni tibb kadrları hazırlandı. 

Yazıçılar,  şairlər,  bəstəkarlar,  rəssamlar  öz  əsərləri  vasitəsilə  insanlarda 

vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayır, faşist işğalçıları üzərində qələbəyə 

inam yaradırdılar. 

Yazıçı  və  şairlər  -  Səməd  Vurğun,  Süleyman  Rüstəm,  Məmməd  Səid 

Ordubadi,  Rəsul  Rza,  Mirzə  İbrahimov,  Süleyman  Rəhimov,  Osman  Sarıvəlli, 

Məmməd Rahim, Zeynal Xəlil, Əhməd Cəmil, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, 

Cəfər  Xəndan,  Tələt  Əyyubov  və  başqaları  çağırış  məntəqələrində,  ordu 

hissələrində,  müəssisə  və  idarələrdə  insanları  vətənpərvərliyə,  qələbəyə  səsləyən 

müxtəlif tədbirlərdə, mərasimlərdə fəal iştirak edirdilər. 

Yazarların  vətənpərvərlik  mövzusunda  bədii  əsərlər  məcmuəsi  çap  olundu. 

S.Rəhimovun,  M.S.Ordubadinin,  M.Paşayevin,  H.Mehdinin,  Ə.Məmmədxanlının, 

Y.Şirvanın və b. bu mövzuda əsərlərindən ibarət "Döyüşkən qələm" toplusu tərtib 

edildi.  Yeniyetmələr  və  uşaqlar  üçün  "Vətən  mahnıları"  adı  altında  kitab  nəşr 

olundu. 

Yazıçılar,  şairlər,  tənqidçilər  və  ədəbiyyatşünaslar  "Faşizm  insan 

mədəniyyətini  məhv  edir"  (S.Vurğun),  "Faşist  qaniçənləri  məhv  ediləcəklər" 

(M.Arif),  "Faşizm  mədəniyyətin  düşmənidir"  (M.Hüseyn),  "Faşizmin  irq 

nəzəriyyəsi" (A.Ağayev), "Üçüncü imperiyanın sələfi", "Xaç  yürüşü baş tutmadı" 

(M.Cəfərov),  "Tarixin  dərsi",  "Faşizmə  ölüm"  (M.Rəfili),  "Azərbaycan  xalqının 

qəhrəmanlıq  dastanı"  (M.İbrahimov)  və  digər  mövzularda  məruzə  və  məqalələrlə 

çıxış etdilər. S.Vurğun, M.Arif, M.Hüseyn, M.İbrahimov, İ.Əfəndiyev, Ə.Ağayev 

və başqalarının məqalələri daxil edilmiş "Faşizm insan mədəniyyətini məhv edir" 

toplusu çapdan çıxdı. 

M.Hüseynin  "And",  S.Rüstəmin  "Partizanlar",  S.Rəhmanın  "Fitnə", 

Z.Xəlilin "Namus bayrağı" pyesləri - böyük tərbiyəvi əhəmiyyəti olan əsərləri işıq 

üzü gördü. Azərbaycan dramaturgiyası S.Vurğunun "Fərhad və Şirin", M.Hüseynin 

"Nizami" kimi əsərləri ilə zənginləşdi. 

Döyüşən  ordu  ilə  canlı  əlaqə,  cəbhəçilərlə  görüş  yazıçıları  və  şairləri 

vətənpərvərlik  ruhunda  yeni  əsərlər  yaratmağa  ilhamlandırırdı.  Krasnodara  və 

Novorossiyskə  getmiş  ilk  Azərbaycan  nümayəndəliyinin  tərkibində  respublika 



27 

 

neftçiləri və kənd təsərrüfatı əməkçiləri ilə yanaşı, S.Vurğun, R.Rza, Z.Xəlil, Mir 



Cəlal da var idi. 

1942-ci  ilin  iyununda  S.Vurğun,  O.Sarıvəlli,  M.Rahim,  R.Rza,  Ə.Vəliyev, 

Z.Xəlil və İ.Əfəndiyev 416-cı, 402-ci və 223-cü Azərbaycan diviziyaları ilə görüşə 

getmişdilər.  M.İbrahimov  və  M.C.Paşayev  1942-ci  ilin  sentyabrında  Uzaq 

Şərqdəki  qızıl  ordu  hissələrinə  yollanan  nümayəndəliyin  tərkibinə  daxil 

edilmişdilər.

123

 

1942-ci ilin payızında Qafqaz uğrunda gərgin döyüşlər getdiyi günlərdə də 



S.Vurğun,  S.Rüstəm,  M.Rahim,  R.Rza,  M.Hüseyn,  Z.Xəlil,  M.Əkbər, 

Ə.Məmmədxanlı  ön  cobhələrdə,  əsgərlərin  yanında  idilər.  M.Rahim,  S.Rüstəm, 

O.Sarıvəlli,  Z.Xəlil,  T.Əyyubov  və  başqaları  uzun  müddət  Sevastopol  və  Kerçdə 

cənub cəbhəsi döyüşçüləri arasında səngərlərdə olmuşdular. 

Yazıçı  və  şairlər  Azərbaycan  oğullarının  cəbhədəki  əsgəri  rəşadətini,  arxa 

cəbhə  qəhrəmanlarının  fədakar  əməyini  tərənnüm  edən  onlarla  əsər  yazmışdılar. 

Cəbhə üçün Azərbaycan yazıçılarının 12 külliyyatı, cəbhəçi şairlərin xüsusi şeirlər 

toplusu çap edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində 

172  adda  247  min  nüsxə  kitabça,  106  adda  736  min  plakat,  66  adda  813  min 

vərəqə, 213 adda 11898 min şüar göndərilmişdi.

124

 

İncəsənət  xadimləri  müharibə  şəraitində  qələbə  naminə  önəmli  işlər 



görmüşlər.  Azərbaycan  bəstəkarları  müharibə  illərində  400  yeni  əsər-marş, 

simfoniya,  mahnı,  opera  və  s.  yaratmışlar.  Üzeyir  Hacıbəyovun  "Şəfqət  bacısı", 

"Qələbə  himni",  Səid  Rüstəmovun  "Cəbhəyə",  Süleyman  Ələsgərovun  "Gözlə 

məni"  mahnıları  dillər  əzbəri  olmuşdu.  Aşıq  M.Bayramovun  "Kamal  haqqında 

dastan"ında  azərbaycanlı  gəncin  faşistlərlə  döyüşdəki  qəhrəmanlığı  tərənnüm 

edilirdi. 1941-ci ildə Radio Komitəsi nəzdində Ü.Hacıbəyovun təşəbbüsü ilə Xalq 

çalğı  alətləri  ansamblı  təşkil  olundu.  Döyüşçülərə  xidmət  üçün  cəbhə  konsert 

briqadaları yaradılmışdı. 22 briqada döyüşən ordu hissələrində, 70 briqada sərhəd 

və  ehtiyat  hissələrində  çıxış  etmişdi.

125


  1941-ci  il  iyunun  23-dən  1943-cü  ilin 

əvvəllərinədək  incəsənət  işçiləri  hərbi  hissələrdə  19261  konsertlə  çıxış 

etmişdilər.

126


 Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk, Jeleznovodsk, Yessentuki 

hospitallarında  müalicə  olunan  yaralılara  xidmət  məqsədilə  Bakıdan  xüsusi 

briqadalar göndərilirdi. 

Xalq artisti Bülbül, bəstəkarlar C.Cahangirov, Səid Rüstəmov, Niyazi və b. 

ardıcıl  olaraq  cəbhəyə  gedirdilər.  Onlar  Belorus,  Bryansk  cəbhələrində  olmuş, 

Azərbaycan  diviziyalarının  döyüşçüləri  önündə  çıxışlar  etmişdilər.  Teatr  artistləri 

Kerçdə,  Voroşilovqradda,  Uzaq  Şərqdə  100-ə  qədər  konsert-tamaşa  təşkil 

etmişdilər. Müharibə illərində Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert 

vermiş, Bakı teatrları və konsert təşkilatları təşviqat məntəqələrində, hospitallarda 

və kənd rayonlarında 15 min dəfədən artıq çıxış etmişdilər.

127

 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə