Vii L e m I l L



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə13/220
tarix05.02.2018
ölçüsü5,13 Mb.
#25096
1   ...   9   10   11   12   13   14   15   16   ...   220

28 

 

İncəsənət  xadimlərinin  əsgər  və  zabitlər  qarşısında  çıxışları  döyüşçülərə 



yüksək mənəvi ruh verir, onlarda qələbəyə inamı möhkəmləndirirdi.

128


 

Azərbaycan kinematoqrafçıları hərbi xronika və vətənpərvərlik mövzusunda 

kinolentlər  yaradırdılar.  Bu  dövrdə  "Vətən  oğlu",  "Bəxtiyar",  "T-9  sualtı  qayığı" 

filmləri daha populyar idi. Cəbhəyə xidmət üçün 67 səyyar kino qurğusu, 42 kino 

dəzgahı göndərilmişdi. 

Azərbaycan  teatrlarında  S.Vurğunun  "Fərhad  və  Şirin",  M.Hüseynin 

"Nizami", M.İbrahimovun "Məhəbbət", Z.Xəlilin "İntiqam", R.Təhmasibin "Aslan 

yatağı", 

S.Axundovun 

"Çətin 


dərə", 

K.Simonovun 

"Rus 

adamları", 



A.Korneyçukun  "Cəbhə"  pyesləri,  gənc  bəstəkarlar  Q.Qarayev  və  C.Hacıyevin 

"Vətən" operası tamaşaya qoyulmuşdu. 

Təsviri  incəsənətin  rəngkarlıq,  heykəltəraşlıq,  plakat  və  qrafika  əsərləri 

xalqın vətənpərvərlik tərbiyəsində qüdrətli vasitə idi. Müharibənin ilk günlərindən 

rəssam  briqadaları  yaradılmışdı.  İ.Axundovun  rəhbərliyi  ilə  Q.Xalıqov, 

M.Nəcəfov,  S.Salamzadədən  ibarət  rəssam  briqadası  1941-ci  il  iyunun  25-dən 

iyulun  12-dək  13  siyasi  plakat  hazırlamışdı.  "Döyüşkən  karandaş"  məcmuəsi 

buraxılırdı.  Heykəltəraş  P.Sabsayın  başçılığı  altında  gənc  heykəltəraşlar 

F.Əbdürrəhmanov,  Z.Məmmədova  və  başqaları  geniş  ölçülü  plakatlar 

hazırlamışdılar.  "SİTA  pəncərəsi",  "Təşviqat  pəncərəsi"  kimi  kütləvi  nəşrlər 

fəaliyyətə başlamışdı. 

Ə.Əzimzadənin  və  İ.Axundovun  siyasi  mövzuda  çəkilmiş  karikaturaları 

xalq  arasında  çox  məşhur  idi.  Faşist  quldurlarını  tamamilə  darmadağın  etməyə 

çağırış  S.Salamzadə,  S.Şərifzadə,  M.Rəhmanzadə,  T.Babazadə,  M.Abdullayev, 

T.Tağıyev, B.Mirzəzadə, K.Kazımov və başqalarının əsərlərinin əsas mövzusu idi. 

Azərbaycan  fırça  və  tişə  ustalarının  əsərləri  onlarca  sərgidə,  habelə  1943-cü  ildə 

Moskvanın Tretyakov Qalereyasında nümayiş etdirilmişdi. 

Azərbaycan  ruhaniləri  də  xalqın  düşmənə  qarşı  mübarizəyə  səfərbər 

olunmasında  fəal  iştirak  edirdilər.  1944-cü  il  aprelin  14-də  SSRİ  Ali  Soveti 

Rəyasət  Heyətinin  qərarı  ilə  Zaqafqaziya  Müsəlmanlarının  Ruhani  İdarəsi  təşkil 

olundu. Zaqafqaziya müsəlmanlarının Birinci qurultayında Ruhani İdarəsinin sədri-

şeyxülislam,  sədr  müavini  -  müfti  və  idarə  üzvləri  seçildi.  İdarənin  ilk  sədri 

şeyxülislam  Ağa  Əlizadə  Təzəpir  məscidindəki  birinci  moizəsində  dindarları 

hökumətin qanunlarına itaət göstərməyə, bu yolla "dini hifz etməyə" çağırdı.

129

 

Müharibə xalqın bütün maddi və mənəvi qüvvələrini ciddi sınağa çəkmişdi. 



Əhalinin  böyük  əksəriyyəti  bütün  fəaliyyətini  cəbhənin  mənafeyinə,  düşmənin 

tezliklə darmadağın olunması vəzifəsinə tabe edərək, müharibənin ilk günlərindən 

yüksək vətəndaşlıq  mövqeyi  nümayiş etdirir, ümumxalq vətənpərvərlik təşəbbüsü 

göstərirdilər. 1941-ci ilin payızı və qışında bütün ölkədə sovet döyüşçüləri üçün isti 

paltar  toplamaq  hərəkatı  başlandı.  1941-ci  ilin  sentyabrında  partiyanın  "Əhali 



29 

 

arasında qızıl ordu üçün isti şeylər və paltar toplamaq barəsində" xüsusi qərarı ilə 



bu  hərəkat  daha  da  genişləndi.  Azərbaycan  hökuməti  isti  paltar  və  ərzaq 

bağlamalarının  toplanmasını  təşkil  etmək  üçün  1941-ci  ilin  oktyabrında  xüsusi 

respublika  komissiyası,  yerlərdə  isə  6  min  komissiya  yaratmışdı.  Uzaq  kəndlərdə 

xüsusi  məntəqələr  təşkil  edilmişdi.  Təkcə  1941-ci  ilin  sonunda,  yeni  il  bayramı 

ərəfəsində  Azərbaycan  əhalisi  cəbhəyə  63,7  min  bağlama  göndərmişdi. 

Komsomolçular  200  min  dəst  isti  paltar  toplayaraq  döyüşçülərə  yola  salmışdılar. 

İsti geyim toplamaqla yanaşı, onlara kollektiv və şəxsi sovqat göndərmək hərəkatı 

da  başlanmışdı.

130

  Lenin  rayonunun  neftçiləri  döyüşçülərə  1040,  Orconikidze 



rayonu  zəhmətkeşləri  1138, Dzerjinski  rayonunun  fəhlələri  və  evdar  qadınları  iki 

min  müxtəlif  bağlama  göndərmişdilər.  Kurortologiya  Elmi-Tədqiqat  İnstitutunun 

kollektivi  cəbhəyə,  yaralılara  ilk  tibbi  yardım  üçün  beş  mindən  çox  fərdi  tibb 

paketi yollamışdılar.

131

 

Respublikanın  zəhmətkeşləri  cəbhəyə  1942-ci  ilə  qədər  2000  bağlama  və 



146 vaqon ərzaq və s. məhsul göndərmişdilər.

132


 

Bayramlar  ərəfəsində  Vətən  müdafiəçilərinə  bağlamalar  hədiyyə  etmək 

ənənəyə  çevrilmişdi.

133


  1941-1943-cü  illərdə  ordu  döyüşçülərinə  1601  min  isti 

geyimsırıqlı, gödəkçə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s. göndərilmişdi. 

1941-42-ci  illərdə  ölkədə  vətəndaşların  şəxsi  qənaətləri  hesabına  tank 

dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət aldı. Azərbaycanda bir 

çox  alimlər,  ədəbiyyat  və  incəsənət  xadimləri,  təsərrüfat  rəhbərləri,  istehsalat 

qabaqcılları  tank  kolonnaları  və  hava  eskadronları  fonduna  şəxsi  qənaətləri 

hesabına  vəsait  verirdilər.  SSRİ  xalq  artisti  Üzeyir  Hacıbəyov  Dövlət  Müdafiə 

Komitəsinə  ünvanlanmış  məktubunda  yazırdı:  "Mən  Azərbaycan  incəsənəti"  tank 

kolonunun  yaranması  üçün  25  min  manat  verdim,  qoy  bizim  vəsaitimizlə 

yaradılmış  tank  kolonu  minlərlə  sovet  zirehli  maşını  ilə  birlikdə  düşmənin  bel 

sütununu sındırsın, ona ölümcül zərbə endirsin".

134


 "Azərbaycan kolxozçusu" tank 

kolonnasının  hazırlanması  üçün  kolxozçular  vəsait  yığımına  başlamış  və  öz 

qənaətlərindən  dövlət  bankına  81020  min  manat  keçirmişdilər.  Respublika 

kolxozçu kəndliləri "Azorbaycan kolxozçusu" təyyarələr eskadronu yaratmaq üçün 

əlavə 70784 min manat yığmışdılar. 

Kənd  əhalisi  şəxsi  təsərrüfatlarından  qızıl  ordu  fonduna  18  min  baş 

iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min pud digər kənd təsərrüfatı məhsulu 

vermişdilər.

135 

Ordunun  hərbi  texnika  ilə  təchizində  iştirak  etmək  təşəbbüsü  respublika 



əhalisinin  müxtəlif  təbəqələri  arasında  geniş  yayılmışdı.Bu  hərəkatın  iştirakçıları 

sırasında ağsaçlı qocalar da, komsomolçular da, pionerlər də var idi. 

Naxçıvan MSSR zəhmətkeşləri tank  kolonnası  və  hava eskadronu  fonduna 

8,1 milyon manat, DQMV zəhmətkeşləri 11,2 milyon manat, Abşeron əhalisi 10,1 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə