Vii L e m I l L



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə14/220
tarix05.02.2018
ölçüsü5,13 Mb.
#25096
1   ...   10   11   12   13   14   15   16   17   ...   220

30 

 

milyon  manat,  Qaryagin  (Füzuli)  rayonu  əhalisi  4,7  milyon  manat  vermişdilər. 



1941-1943-cü 

illərdə  Azərbaycan  fəhlələri,  kəndliləri  və  ziyalılarının 

nümayəndələri bu fonda 230 milyon manatdan çox vəsait göndərmişdilər.

136


 

Müharibə  illərində  Azərbaycan  fəhlə  və  kəndliləri,  ziyalıları  müdafiə 

fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul, 

15 milyon  manatlıq qızıl istiqraz vermişdilər. Bundan əlavə, 1,5 milyon  manatlıq 

istiqrazlara yazılmış, pul-şey lotereyaları almışdılar.

137


 

1943-cü  ilin  yazında  respublika  zəhmətkeşlərinin  vəsaiti  hesabına 

yaradılmış  "Bakinski  raboçi"  hərbi  hava  bölməsi  təyyarələrinin  ilk  hissəsi  - 

Azərbaycan SSR ərazisində yenidən formalaşdırılan 833-cü hava alayının üzərində 

qırmızı  hərflərlə  "Bakinski  raboçi"  yazılmış  təyyarələri  verilmişdi.  Bu  alay 

Krasnodar,  Taman,  Sevastopol,  Xarkov,  Minsk,  Tilzit  rayonlarındakı  hava 

döyüşlərində iştirak etmişdi. 

Azərbaycan 

faşist  işğalçılarından  azad  edilmiş  rayonlarda  xalq 

təsərrüfatının  bərpasına  fəal  kömək  göstərmişdi.  1943-cü  ilin  payızında  bu 

məqsədlə  respublika  yardım  komitəsi  və  onun  rayon  komissiyaları  təşkil 

olunmuşdu. Şimali Qafqaz neftçilərinə, Leninqrad, Stalinqrad, Stavropol, Qaraçay, 

Ukrayna  təsərrüfatlarına  çoxlu  pul,  ərzaq,  tikinti  materialı,  mal-qara,  istehsal 

avadanlığı və s.  göndərilirdi.  Gəncə əhalisi Pyatiqorsk, Şəki əhalisi  Georgiyevsk, 

Qasım İsmayılov kolxozçuları Mozdok şəhərlərini himayəyə götürmüşdülər.

138


 

Azərbaycan  kolxozçuları  SSRİ-nin  azad  edilmiş  rayonlarına  kömək  olaraq 

1500 kotan, 200 ton sement, 25 min pud taxıl, 287 kq yağ və başqa kənd təsərrüfatı 

məmulatı  göndərmiş,  min  hektarla  sahədə  taxıl  əkmiş  və  xeyli  mal-qara 

bəsləmişdilər.

139


 

DMK-nın  22  sentyabr  və  ÜİK(b)P  MK-nın  8  oktyabr  1941-ci  il  tarixli 

qərarlarında  yaralı  döyüşçü  və  komandirlərə  tibbi  xidmətin  yaxşılaşdırılması  və 

köçürmənin  qaydaya  salınması  qarşıya  qoyuldu.  Cəbhəyə  ümumxalq  köməyinin 

tərkib  hissələrindən  biri  yaralılara  qayğı  olmuşdur.  Yaralı  əsgər  və  zabitlərin  tez 

sağalıb  döyüşən  ordu  sıralarına,  yaxud  əmək  cəbhəsinə  qayıtmasını  təmin  etmək 

üçün  onlara  yüksək  keyfiyyətli  tibbi  xidmətin  təşkilinin  böyük  hərbi  və  xalq 

təsərrüfatı əhəmiyyəti var idi. 

Böyük  Vətən  müharibəsinin  ilk  günlərindən  Azərbaycan  ərazisində  hərbi 

hospitalların  təşkilinə  başlanmışdı.  1941-ci  ildə  respublikada  76  hərbi  hospital 

yaradıldı.  Naxçıvan,  Şuşa,  Şəki,  Hacıkənd,  Mərdəkan  və  Buzovnada  yerləşən 

sanatoriyalar  və  istirahət  evləri  hərbi  hospitallara  çevrilmişdi.  Səhiyyə  işçilərinin 

ən qabaqcıl nümayəndələri - təcrübəli həkimlər hərbi hospitallarda çalışırdılar. 

1942-ci  ilin  yanvarında  tibb  elmləri  doktoru,  professor  Əziz  Əliyevin 

sədrliyi ilə Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi yaradıldı. 



31 

 

Azərbaycan  zəhmətkeşlərinin  yaralılara  qayğısı  həkimlərin  fədakar 



əməyində, qanvermə hərəkatında, fəhlələrin və kolxozçuların himayəçilik işlərində 

təzahür edirdi. Azərbaycan Xalq Tibb Komissarlığının Hərbi Hospitallar İdarəsinin 

baş cərrahı, tibb elmləri doktoru, professor M.A.Topçubaşovun xidmətləri xüsusilə 

qeyd  olunmalıdır.  O,  cərrahlığa  xeyli  yenilik  gətirdi,  ən  mürəkkəb  cərrahi 

əməliyyatları böyük ustalıqla həyata keçirərək, yüzlərlə döyüşçünün həyatını xilas 

etdi.  Həkimlər  M.Abbasov  və  S.Axundov  cəbhədə  gözlərini  itirmiş  200-dən  çox 

döyüşçüyə  yenidən  görmək  sevinci  bəxş  etdilər.  Professor  M.Mirqasımov, 

F.Əfəndiyev,  M.Məlikov,  Z.Məmmədov  və  b.  yaralı  döyüşçülərə  səmərəli 

xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görüldülər.

140


 

Yaralıların  müalicə  edilib  ordu  sıralarına  qayıtmasında  respublikamızda 

sayı  gündən-günə  artan  donorların  böyük  xidməti  olmuşdu.  Qafqaz  uğrunda 

döyüşlər  zamanı  instituta  çevrilmiş  respublika  Qanköçürmə  Stansiyasının 

kollektivi  yaralı  əsgər  və  zabitlərin  müalicəsində  böyük  rol  oynamış,  yaxşı  işinə 

görə dəfələrlə DMK-nın, Zaqafqaziya və Şimali Qafqaz cəbhələri komandanlığının 

təşəkkürünü almışdı. 

Böyük  Vətən  müharibəsində  cəbhəyə  və  ölkə  iqtisadiyyatına  xidmət  və 

qayğı göstərməklə  Azərbaycan xalqı, öncə onun ziyalıları sovet  ordusunun alman 

faşizmi üzərində qələbəsinə mühüm töhfə vermişlər. 

 

 



32 

 

 



II FƏSİL 

 

AZƏRBAYCAN DÖYÜġÇÜLƏRĠ MÜHARĠBƏ CƏBHƏLƏRĠNDƏ 

 

§1. MÜHARĠBƏNĠN ĠLK DÖYÜġLƏRĠNDƏ. STALĠNQRAD VƏ 

QAFQAZ CƏBHƏLƏRĠNDƏ 

 

Faşist  işğalçılarının  ilk  ağır  zərbələri  ilə  üzləşən  sovet  sərhədçiləri 



qəhrəmancasına  müdafiə  olunurdular.  Əfsanəvi  Brest  qalası  döyüşlərində  

Azərbaycandan    onlarca    döyüşçü  –  hərbi    həkim  M.Qədirov,  siyasi  işçi 

A.Kastryulin,  əsgərlər  İ.Səfərov,  İ.Dadaşov,  A.İmanov,  M.Məmmədov,  

A.Qafarov,    A.Mənsurov,  V.Xanikin,  X.Məmmədov,  Ə.Əliyev,  D.Abdullayev 

fövqəladə  mərdlik  göstərmişlər.  Həkim  M.Qədirov  arasıkəsilməyən  atəş  altında 

cərrahiyyə  əməliyyatları  aparmaqla  yanaşı,  şəhərin  müdafiəsinin  son  gününədək, 

sağ  qalmış  kiçik  bir  qrup  döyüşçü  ilə  düşmənin  hücumlarının  qarşısını  alaraq, 

əlbəyaxa  döyüşdə  bir  neçə  faşisti  məhv  etmişdi.  1941-ci  il  iyunun  30-da  düşmən 

mühasirəsindən  çıxmaq  uğrunda  baş  vermiş  əlbəyaxa  döyüşdə  A.İmanov  və 

İ.Səfərov  xüsusilə  fərqlənmiş,  faşistləri  geri  oturtmuşdular.

1

  Leytenant 



D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi yeddi gün düşmən hücumlarına 

sinə  gəlib,  onlarca  faşisti  məhv  etmişdi.

2

  Prut  çayı  yaxınlığında  gedən  döyüşdə 



siyasi  işçi  Kamal  Qasımov  altı  döyüşçü  ilə  birlikdə  üç  gecə  dalbadal, 

arasıkəsilməyən  amansız  atəş  altında  üç  körpünü  partladaraq  düşmənin  çaydan 

keçməsinin  qarşısını  almış,  dördüncü  gün  əlbəyaxa  döyüşdə  igidliklə  şəhid 

olmuşdu.


3

 

Leninqrad  müdafiəçisi,  snayper  M.İsmayılov  iyulun  22-də  sərhədi  keçmək 



istəyən  on  bir  düşməni  sərrast  atəşlə  sıradan  çıxarmış  və  igidliyinə  görə  Lenin 

ordeninə  layiq  görülmüşdü.  O  vaxt  "Bolşevik"  jurnalı  yazırdı  ki,  "ilk  döyüşdə 

nəzarətçi-snayper M.İsmayılov düşmənin bütöv bir dəstəsini məhv etdi".

4

 



Leninqrad  səmasının  müdafiəçilərindən  biri  -  leytenant  Hüseynbala  Əliyev 

böyük  igidlik  göstərdi.  Şəhər  üzərində  ilk  hava  döyüşlərində  o,  dörd  düşmən 

təyyarəsini  vurdu.  1941-ci  il  iyulun  17-də  döyüş  tapşırığını  uğurla  yerinə  yetirib 

geriyə qayıdarkən o, buludlar arasından şığıyan üç düşmən təyyarəsini gördü. İgid 

təyyarəçi  düşmən  üzərinə  sürətlə  hücum  etdi  və  dəqiq  atəşlə  "YU-88"  faşist 

təyyarəsini  vurdu.  Qeyri-bərabər  döyüşdə  düşmənin  ikinci  təyyarəsini  də  vurdu, 

üçüncü  təyyarə  üzərinə  tarana  gedəndə  Hüseynbalanın  kabinəsində  top  gülləsi 

partladı.  80,  o  cümlədən  üç  ölümcül  yara  alan  təyyarəçi  təyyarəsini  yerə  endirə 

bildi, özü isə həlak oldu. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin 

ordeni ilə təltif edilmişdi.

5

 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə