Gəİİr effekti



Yüklə 0,64 Mb.
tarix22.12.2022
ölçüsü0,64 Mb.
#97703
mikro 20 ballıq suallar


1)Qiymətlərdəki dəyişikliyin istehlakçının seçiminə təsirini gəlir və əvəzetmə effektləri əsasında izah edin və onun qrafik təsvirini göstərin.
GƏİİR EFFEKTİ
Qiymət dəyişikliyi istehlakçını
Daha yüksək və ya daha aşağı
Bitərəflilik əyrisinə keçirdikdə
İstehlakda baş verən dəyişiklik
ƏVƏZETMƏ EFFEKTİ
Qiymət dəyişikliyi istehlakçını
Bitərəflilik əyrisi boyunca
Yeni marjinal əvəzləşdirmə
Dərəcəsinə malik nöqtəyə
Keçirdikdə istehlakda baş
Verən dəyişiklik


Bitərəflilik əyrilərindən istifadə etməklə gəlir və əvəzetmə effektlərini izah etmək olar. Gəlir effekti, daha yüksək bitərəflilik əyrisinə keçmə nəticəsində istehlakdakı dəyişiklikdir. Əvəzetmə effekti, müxtəlif marjinal əvəzləşdirmə dərəcəsinə malik bitərəflilik əyrisi üzərində yerləşmə nəticəsində istehlakdakı dəyişiklikdir.


Qrafik təsvirdə gəlir və əvəzetmə effektinə necə bölünməli olduğu göstərilib. Pepsinin qiyməti düşdükdə istehlakçı ilkin optimal nöqtədən – A nöqtəsindən yeni optimal nöqtəyə - C nöqtəsinə keçir. Bu dəyişikliyə, iki mərhələdə baş verən dəyişiklik kimi baxmaq olar. İlk mərhələdə istehlakçı I1 ilkin bitərəflilik əyrisi boyunca A nöqtəsindən B nöqtəsinə hərəkət edir. Bu iki nöqtədə istehlakçı eyni şəkildə razı qalır, B nöqtəsində marjinal əvəzləşdirmə dərəcəsi yeni nisbi qiyməti əks etdirir. (B nöqtəsindən keçən ştrixlənmiş xətt yeni büdcə məhdudiyyətinə paralel olan yeni nisbi qiyməti əks etdirir.) İkinci mərhələdə istehlakçı B nöqtəsindən C nöqtəsinə hərəkət etməklə, daha yüksək I2 bitərəflilik əyrisinə keçir. Hətta B və C nöqtələrinin müxtəlif bitərəflilik əyriləri üzərində yerləşməsinə baxmayaraq, onların hər ikisi eyni marjinal əvəzləşdirmə dərəcəsinə malikdirlər. Yəni Ia bitərəflilik əyrisinin B nöqtəsindəki meyli, I2 bitərəflilik əyrisinin C nöqtəsindəki meylinə bərabərdir.
İstehlakçının əslində heç vaxt B nöqtəsini seçməməsinə baxmayaraq, fərziyyəyə əsaslanan bu nöqtə istehlakçının qərarıını müəyyən edən iki effektin aydmlaşdırılması üçün faydalıdır. Qeyd etmək lazımdır ki, A nöqtəsindən B nöqtəsinə doğru dəyişiklik, marjinal əvəzləşdirmə dərəcəsində istehlakçının rifah halında hər hansı dəyişikliyə səbəb olmayan sadə dəyişikliyi əks etdirir. Buna bənzər olaraq, B nöqtəsindən C nöqtəsinə doğru dəyişiklik, rifah halında marjinal əvəzləşdirmə dərəcəsində hər hansı dəyişikliyə səbəb olmayan sadə dəyişikliyi əks etdirir. Beləliklə, A-dan B-ə doğru yerdəyişmə, əvəzetmə effektini, B-dən C-ə doğru yerdəyişmə, isə gəlir effektini göstərir.
2)Qiffen əmtəəsinin məzmununu qrafik təsvirdən istifadə etməklə izah edin.
Qiffen əmtəəsi
Qiymətin artması ilə tələb
Həcmi artan əmtəə



Iqtisadı nəzəriyyəyə əsasən tələb əyriləri bəzən yuxarıya doğru meyllənə bilər. Başqa sözlə desək, bəzən istehlakçı tələb qanununu pozaraq qiyməti qalxmış əmtəədən daha çox ala bilər. Bunun necə baş verdiyini bilmək üçün qrafik təsviri nəzərdən keçirmək lazımdır. Bu misalda istehlakçı iki əmtəə - ət və kartof alır. İlkin olaraq istehlakçının büdcə məhdudiyyəti A nöqtəsi ilə B nöqtəsi arasındakı xətdir. Optimal nöqtə C nöqtəsidir. Kartofun qiyməti qalxdıqda büdcə məhdudiyyəti içəriyə doğru yerini dəyişir və indi A nöqtəsi ilə D nöqtəsi arasındakı xətdir. Optimal nöqtə isə indi E nöqtəsidir. Qeyd etmək lazımdır ki, kartofun qiymətinin qalxması istehlakçının daha böyük miqdarda kartof almasına gətirib çıxarır.


Nə üçün istehlakçı ilk baxışdan düzgün olmayan reaksiya göstərir? Səbəb burada kartofun çox keyfiyyətsiz əmtəə olmasıdır. Kartofun qiyməti qalxdıqda istehlakçı kasıblayır. Gəlir effekti istehlakçını daha az ət və daha çox kartof almağa vadar edir. Eyni zamanda, kartof ətə nisbətən bahalaşdığına görə, əvəzetmə effekti istehlakçını daha çox ət və daha az kartof almağa vadar edir. Lakin baxdığımız bu halda gəlir effekti o qədər güclüdür ki, əvəzləmə effektini üstələyir. Nəticə etibarilə istehlakçı, kartofun qiymətinin qalxmasına daha az ət və daha çox kartof almaqla reaksiya göstərir.
İqtisadçılar tələb qanununu pozan əmtəəni göstərmək üçün Qiffen əmtəəsi qiymətin artması terminindən istifadə edirlər. (Bu termin ilk dəfə bu ehtimalı irəli sürən Robert Qiffennin adı ilə bağlıdır.) Bu misalda kartof Qiffen əmtəəsidir. Qiffen əmtəələri, gəlir effekti əvəzetmə effektini üstələyən keyfiyyətsiz əmtəələrdir. Bu səbəbdən onlar yuxarıya doğru meyllənən tələb əyrilərinə malikdirlər.
3)Marjinal əvəzləşdirmə dərəcəsi (MRS)- nə aid məsələ.

4)İstehlakçının büdcə məhdudiyyətinə və onun meylinin qrafik əsasında izahına aid məsələ həlli.

5)Məcmu xərclər (TC), orta məcmu xərclər (ATC) və marjinal xərclər (MC) arasındakı əlaqəni qrafik üzərində izah edin.

.

6)Firmanın orta məcmu xərclər (ATC) əyrisinin qısamüddəli və uzunmüddətli dövrdə fərqləndiyini qrafik üzərində göstərin və izah edin.



7)İstehsal xərclərinə dair məsələ.

8)Təkmil rəqabətli bazarda fəaliyyət göstərən firmanın mənfəətinin maksimumlaşdırılmasını və zərərlərin minimumlaşdırılmasını təmin edən istehsal həcmini qrafik üzərində izah edin




Mənfəətin maksimallaşdırılması təhlilini davam etdirmək üçün, Təsvir 1-də göstərilən xərclər əyrilərinə nəzər yetirin. Bu xərclər əyrilərinin, bizim əvvəlki fəsildə qeyd etdiyimiz kimi, əksəriyyət firmalara xas olan xüsusiyyətləri vardır: Marjinal xərclər əyrisi (MC) yuxarıya doğru meyllidir. Orta məcmu xərc əyrisi (ATC) U hərfi formasındadır və marjinal xərclər əyrisi orta məcmu xərc əyrisini minimum nöqtədə kəsir. Təsvirdə eyni zamanda bazar qiyməti (P) üfqi xətt kimi göstərilir. Qiymət xəttinin üfqi olmasının səbəbi firmanın qiymətlə razılaşan olmasıdır: Firmanın istehsal etdiyi məhsulun miqdarından asılı olmayaraq qiymət dəyişmir. Yadda saxlayın ki, rəqabətli firma üçün qiymət həm orta gəlirə (AR), həm də marjinal gəlirə (MR) bərabərdir.


Təsvir 1-dən istifadə etməklə mənfəəti maksimallaşdıran istehsal həcmini tapa bilərik. Təsəvvür edin ki, firma Qx miqdarında istehsal edir. Bu miqdarda, marjinal gəlir marjinal xərclərdən artıqdır. Yəni, firma istehsal və satış həcmini 1 vahid artırarsa, əlavə gəlir (MR) əlavə xərclərdən (MC,) çox olacaqdır. Məcmu gəlirlə məcmu xərclərin fərqinə bərabər olan mənfəət artacaqdır. Buna görə də, marjinal gəlirin marjinal xərclərdən artıq olduğu (Q: nöqtəsində olduğu kimi) halda, firma istehsal həcmini artıraraq mənfəəti artıra bilər.
Buna bənzər təhlil Q2 istehsal həcmində də tətbiq oluna bilər. Bu halda, marjinal xərclər marjinal gəlirdən artıqdır. Əgər firma istehsal həcmini 1 vahid azaldarsa, qənaət olunan xərclər (MC2), itirilən gəlirdən (MR2) çox olacaqdır. Buna görə də, əgər Q2 nöqtəsində olduğu kimi, marjinal gəlir marjinal xərclərdən azdırsa, firma istehsal həcmini azaltmaqla mənfəəti artıra bilər.
Bəs istehsal həcminə edilən bu marjinal düzəlişlər nə vaxt bitəcəkdir? Firmanın aşağı səviyyədə istehsal həcmi (məsələn Qj) ilə və ya yuxarı səviyyədə istehsalhəcmi (məsələn Q2) ilə başlamasından asılı olmayaraq, firma getdikcə istehsal həcminə düzəlişlər edərək QMAX istehsal həcminə çatacaqdır. Bu təhlil mənfəətin maksimallaşdırılmasının ümumi qaydasını göstərir: mənfəəti maksimallaşdıran istehsal həcmində, marjinal gəlir və marjinal xərclər bir-birinə bərabər olur.
İndi biz, rəqabətli firmanın bazarda təklif etmək istədiyi məhsulun miqdarını necə müəyyən etdiyini görə bilərik. Rəqabətli firma qiymətlə razılaşan olduğu üçün, onun mariinal gəliri məhsulun bazar qiymətinə bərabərdir. İstənilən qiymət səviyyəsində, rəqabətli firmanın mənfəətini maksimallaşdıran istehsal V həcmi, qiymət və marjinal xərclər əyrilərinin kəsişdiyi nöqtə ilə müəyyən olunur. Təsvir 1-də, bu istehsal həcmi Qmax göstərilir.
9)Mükəmməl rəqabətli bazarda firmanın fəaliyyətinə aid məsələ.

10)İnhisarçı firmanın məcmu gəliri (TR), orta gəliri (AR) və marjinal gəliri (MR) ilə məhsulun qiyməti arasındakı əlaqənin hesablanması düsturunu yazın və fikrinizi qrafik üzərində əsaslandırın.

11)İnhisar mənfəətinin inhisar qiyməti ilə və orta məcmu xərclə (ATC) əlaqəsini qrafik əsasında izah edin.
İnhisarçı nə qədər mənfəət əldə edir? İnhisarçının mənfəətini hesablamaq üçün mənfəətin məcmu gəlir (TR) ilə məcmu xərclərin (TC) fərqinə bərabər olduğunu yadınıza salın:
Mənfəət = TR – TC.
Bu ifadəni aşağıdakı kimi də yazmaq olar
Mənfəət = (TR/Q – TC/Q) x Q.
TR/Q orta gəlirdir və qiymət P-yə, TC/Q isə orta məcmu xərclərdir və ATC-yə bərabərdir. Ona görə də,
Mənfəət = (P – ATC) x Q.

M
ənfəət üçün bu tənlik (bu elə rəqabət aparan firma üçün mənfəət tənliyi ilə eynidir) bizə inhisarçı firmanın mənfəətini diaqramda təsvir etmək imkanı verir.


Təsvir 5-dəki ştrixlənmiş düzbucaqlıya nəzər salaq. Düzbucaqlının hündürlüyü (BC parçası) qiymət ilə orta məcmu xərclərin fərqinə (P – ATC) bərabərdir ki, bu da satılan hər bir vahidə görə əldə edilən mənfəətə bərabərdir. Bu düzbucaqlının eni isə (DC düz xətt parçası) satılan Qmax miqdarına bərabərdir. Beləliklə, bu düzbucaqlımn sahəsi inhisarçı firmanın məcmu mənfəətinə bərabərdir.

12)Bazarın inhisarlaşmasının cəmiyyətin maddi rifahına təsirini və onu xarakterizə edən itirilmiş iqtisadi səmərənin mahiyyətini izah edin (qrafik təsvir əsasında).




İnhisarın maddi rifaha təsirini qiymətləndirmək üçün biz inhisarçının seçdiyi istehsal həcmi ilə ictimai planlaşdırıcının seçəcəyi istehsal həcmini müqayisə edə bilərik. İnhisarçının marjinal gəlir və marjinal xərc əyrilərinin kəsişdiyi nöqtəyə uyğun istehsal həcmini seçdiyini; ictimai planlaşdırıcının isə tələb və marjinal xərc əyrilərinin kəsişdiyi nöqtəyə uyğun istehsal həcmini seçdiyini gördük. Təsvir 8-də bu müqayisəli şəkildə verilib. Gördüyünüz kimi inhisarçı, sosial cəhətdən səmərəli olan miqdardan az əmtəə istehsal edir.


İnhisarçı təyin etdiyi qiymət ilə də iqtisadi səmərənin itirilməsinə səbəb olur. Bazardakı tələb əyrisi qiymət ilə miqdar arasındakı tərs mütənasibliyi ifadə etdiyi üçün, səmərəsiz olan az miqdarda əmtəə istehsalı elə səmərəsiz olan yüksək qiymətin ekvivalentidir. İnhisarçı əmtəənin qiymətini marjinal xərclərdən artıq təyin etdiyi qiymətdən isə az dəyərləndirən potensial alıcılar qrupu ortaya çıxır. Nəticədə, bu alıcılar əmtəəni almırlar. Bu alıcılar əmtəəyə istehsal xərclərindən artıq qiymət verdikləri üçün, onlar əmtəəni almadıqda müəyyən iqtisadi səmərənin itirildiyi aydındır.

Fəsil 8-də vergilərin yaratdığı səmerəsizliyi itirilmiş iqtisadi semərə üçbucağı ilə ölçdüyümüz kimi, biz inhisarın səmərəsizliyini də ölçə bilərik. Təsvir 8-də itirilmiş iqtisadi səmərə göstərilib. Yadınıza salın ki, tələb əyrisi əmtəəyə alıcıların verdikləri faydanı, marjinal xərc əyrisi isə inhisarçı istehsalçının xərclərini ifadə edir. Beləliklə, tələb əyrisi ilə marjinal xərc əyrisi arasındakı itirilmiş iqtisadi səmərə üçbucağı, inhisarçının əmtəə üçün təyin etdiyi qiymətə görə məcmu izafi faydanın itkisini göstərir.


İnhisara görə yaranan itirilmiş iqtisadi səmərə, vergiyə görə yaranan itirilmiş iqtisadi səmərəyə bənzəyir. Doğrudan da, inhisarçı elə özəl vergi toplayana uyğun gəlir. Fəsil 8-də gördüyümüz kimi əmtəə üzərinə qoyulmuş vergi, alıcıların ödəmə niyyəti ilə (bu tələb əyrisi ilə ifadə olunur) istehsalçının xərcləri (bu təklif əyrisi ilə ifadə olunur) arasındakı fərqi artırır. İnhisarçı bazar nüfuzundan istifadə edərək, marjinal xərclərdən yüksək qiymət təyin etdiyi üçün, o da oxşar olaraq həmin fərqi artırır. Hər iki halda alıcı ile satıcı arasındakı dərinləşən bu fərq satışın həcminin ictimai optimal miqdardan az olmasına səbəb olur. İki hal arasındakı fərq yalnız vergi totbiq olunduqda dövlətin gəlir əldə etdiyi halda, inhisarçılıq şəraitində özəl firmanın inhisar mənfəəti əldə etməsidir.

13)Oliqapolik bazardakı istehsal həcmi və qiymət ilə rəqabətli bazardakı istehsal həcmi və qiymət arasındakı müqayisəli təhlil edin.


14)İnhisarçı rəqabət bazardakı firmaların əlavə istehsal imkanlarını və qiymətlə marjinal xərclər (MC) arasindakı əlaqələrinin məzmununu qrafiklərdən istifadə etməklə izah .


İnhisarçı və mükəmməl rəqabət arasında iki diqqət çəkən fərq mövcuddur - əlavə istehsal imkanları və əlavə qiymət təyin edilməsi.


Əlavə istehsal imkanları Gördüyünüz kimi daxil olma və tərk etmə inhisarçı rəqabət bazarındakı hər bir firmanı onların tələb və orta məcmu xərc əyriləri arasındakı toxunma nöqtəsinə gətirir. Təsir 3-ün (a) hissəsində, bu nöqtədə istehsal həcminin orta məcmu xərclərin minimum olduğu miqdar ilə müqayisədə az olduğu göstərilir. Beləliklə, inhisarçı rəqabətdə firmalar özlərinin orta məcmu xərclər əyrisinin aşağıya doğru meylli hissəsi üzərində istehsal edirlər. Belə halda inhisarçı rəqabət mükəmməl rəqabətlə ziddiyyət təşkil edir. Təsvir 3-ün (b) hissəsində göstərildivi kimi, rəqabətli bazarlara sərbəst daxil olma firmaları minimum orta məcmu xərclərlə istehsala sövq edir.
Orta məcmu xərcləri minimallaşdıran miqdar firmanın səmərəlilik həddi adlandırılır. Uzun müddət üçün mükəmməl rəqabət aparan firmalar səmərəlilik həddində istehsal etdivi halda inhisarçı rəqabət aparan firmalar bu səviyyədən aşağı istehsal edir. İnhisarçı rəqabətdə firmalar əlavə istehsal imkanlarına malik olurlar. Başqa sözlə, mükəmməl rəqabət aparan firmadan fərqli olaraq, inhisarçı rəqabət aparan firma istehsal həcmini artıra və istehsalın orta məcmu xərclərini azalda bilər.

Marjinal xərclərdən yüksək əlavə təyin edilməsi Mükəmməl rəqabətlə inhisarçı rəqabət arasındakı ikinci fərq qiymətlə marjinal xərclər arasındakı əlaqədir. Təsvir 3-ün (b) hissəsində göstərildiyi kimi, rəqabət aparan firma üçün qiymət marjinai xərclərə bərabərdir. Təsvirin (a) hissəsində göstərildiyi kimi, inhisarçı rəqabət aparan firma üçün qiymət, firma həmişə müəyyən bazar gücünə malik olduğuna görə, marjinai xərcləri üstələyir.


Bu marjinai xərclərdən yüksək əlavə qiymət təyin edilməsi sərbəst daxil olma və sıfır mənfəətlə necə uyğun gəlir? Sıfır mənfəət vəziyyəti qiymətin orta məcmu xərclərə bərabər olmasını təmin edir. Bu qiymətin marjinal xərclərə bərabər olmasını təmin etmir. Uzun müddətli tarazlıqda inhisarçı rəqabət aparan firmalar özlərinin orta məcmu xərclər əyrilərinin aşağıya doğru enən hissəsi üzərində fəaliyyət göstərir və marjinai xərclər orta məcmu xərclərdən az olur. Beləliklə, qiymətin orta məcmu xərclərə bərabər olması üçün qiymət marjinai xərclərdən yüksək olmalıdır.
Qiymət və marjinai xərclər arasındakı əlaqədə mükəmməl rəqabət aparanlarla inhisarçı rəqabət aparanlar arasındakı başlıca davranış fərqləri görə bilərik. Təsəvvür edin ki, sizdən belə bir sual soruşurlar: “Siz təyin etdiyiniz hazırkı qiymətdə sizdən mal almağa hazır olan başqa bir müştərinin vanınıza gəlməsini istəyərdinizmi?” Mükəmməl rəqabət aparan firma onun üçün fərqi olmadığını deyəcək. Qiymətin marjinai xərclərə bərabər olduğundan, satılan hər əlavə məhsul vahidindən əldə edilən mənfəət sıfır olur. Bunun əksinə olaraq, inhisarçı rəqabət aparan firma əlavə bir müştəri tapmağa çalışacaq. Onun təyin etdiyi qiymət marjinai xərcləri üstələdiyindən, təyin edilən qiymətdə satılan hər əlavə məhsul
Vahidi daha bövük mənfəət deməkdir

15)İnhisarçı rəqabətli bazardakı firmaların uzunmüddətli dövrdə fəaliyyətinin mahiyyətini qrafik əsasında izah edin.




Uzun Müddət üçün Tarazlıq


Qısamüddətli dövrdə olan vəziyyət uzun müddət davam etmir. Firmalar mənfəət əldə edərkən, yeni firmaların bazara daxil olması üçün stimul yaranır. Bu daxıl olma istehlakçıların seçə bildikləri malların sayını artırır və əvvəlcədən bazarda olan hər bır firmanın qarşılaşdığı tələbi azaldır. Başqa sözlə, mənfəət bazara daxil olmanı stimullaşdırır və daxilolma əvvəlcədən bazarda olan firmaların qarşılaşdığı tələb əyrisinin verini sola doğru dəyişir. Əvvəlcədən bazarda olan firmaların məhsullarına olan tələb azaldığından, bu firmaların mənfəəti də azalır.
Əksinə, firmalar itkilərlə üzləşdikdə, bazardakı firmaların bazarı tərk etməsi üçün stimul yaranır. Firmalar bazarı tərk etdikdə istehlakçıların seçə biləcəyi məhsullar azalır. Firmaların sayındakı bu azalma bazarda qalan firmaların qarşılaşdığı tələbi artırır. Başqa sözlə, itkilər bazarı tərk etməni stimullaşdırır və tərk etmə bazarda qalan firmaların qarşılaşdığı tələb əyrisinin yerini sağa doğru dəyişir. Bazarda qalan firmaların məhlullarına olan tələb artdığından, bu firmaların mənfəəti artır (yəni, itkiləri azalır).
Daxıl olma və tərk etmə prosesi bazardakı firmalar sıfır iqtisadi gəlir əldə edənə qədər davam edir. Təsvir 2-də uzun müddət üçün tarazlıq göstərilmişdir. Bazar bu tarazlığa çatdıqda, veni firmaların bazara daxıl olması, bazarda olan firmaların isə bazarı tərk etməsi üçün heç bir stimul olmur.
Qevd etmək lazımdır ki, təsvirdə tələb əyrisi orta məcmu xərc əyrisinə yalnız toxunur. Riyazi nöqteyi-nəzərdən iki əyrinin toxunan olduğunu deyə bilərik. Bu iki əyri, daxil olma və tərk etmə mənfəəti sıfıra endirdiyinə görə, toxunan olmalıdır. Hər satılan vahiddən əldə edilən mənfəət, qiymətlə (tələb əyrisi üzərində) orta məcmu xərclər arasındakı fərq olduğundan, maksimum mənfəət valnız bu iki əyri kəsişmədən bir-birinə toxunduqda sıfır ola bilər.
Deyilənləri yekunlaşdırsaq, inhisarçı rəqabətli bazarda uzun müddət üçün iki xüsusiyyəti təsvir etmək olar:
İnhisarçı bazarda olduğu kimi, qiymət marjinal xərcləri üstələyir. Mənfəətin maksimallaşdırılması marjinal gəlirin marjinal xərclərə bərabər olmasını tələb etdiyindən və aşağıya doğru meylli olan tələb əyrisi marjinal gəlirin qiymətdən az olmağına səbəb olduğundan bu nəticəyə gəlmək olar.
Rəqabətli bazarda olduğu kimi, qiymət orta məcmu xərclərə bərabər olur. Sərbəst daxil olma və tərk etmə iqtisadi mənfəəti sıfıra endirdiyindən bu nəticəyə gəlmək olar.
İkinci xüsusiyyət inhisarçı rəqabətin inhisardan necə fərqləndiyini göstərir. İnhisarçı vaxtı əvəzləyıcisi olmayan məhsulların yeganə satıcısı olduğunagörə,o hətta uzun müddət üçün müsbət iqtisadı mənfəət əldə edir. Əksinə, inhisarçı rəqabət bazarına sərbəst daxil olmaq imkanı olduğundan, bazarın bu növündə olan firmanın iqtisadi mənfəəti sıfıra enir.
16)20 bal İnhisarçı rəqabət bazarında uzunmüddətli tarazlığı əks etdirən qrafiki çəkin. Qiymətin orta məcmu xərclər (ATC) və marjinal xərclərlə (MC) necə əlaqəli olduğunu izah edin.


İnhisarçı rəqabətli bazarda uzun müddət üçün iki xüsusiyyəti təsvir etmək olar:


İnhisarçı bazarda olduğu kimi, qiymət marjinal xərcləri üstələyir. Mənfəətin maksimallaşdırılması marjinal gəlirin marjinal xərclərə bərabər olmasını tələb etdiyindən və aşağıya doğru meylli olan tələb əyrisi marjinal gəlirin qiymətdən az olmağına səbəb olduğundan bu nəticəyə gəlmək olar.
Rəqabətli bazarda olduğu kimi, qiymət orta məcmu xərclərə bərabər olur. Sərbəst daxil olma və tərk etmə iqtisadi mənfəəti sıfıra endirdiyindən bu nəticəyə gəlmək olar.

17)İnhisarçı rəqabətli bazardakı firmaların qısamüddətli dövrdə fəaliyyətinin mahiyyətini qrafik əsasında izah edin.




Qısa Müddət Üçün İnhisarçı Rəqabət Aparan Firma


İnhisarçı rəqabət bazarında hər bir firma bir çox cəhətlərinə görə inhisarçıya bənzəyir. Onun məhsulu digər firmalar tərəfindən təklif olunan məhsullardan fərqli olduğu üçün o, aşağıya doğru meylli tələb əyrisi ilə qarşılaşır. (Əksinə, mükəmməl rəqabət aparan firma bazar qiymətində üfüqi tələb əyrisi ilə qarşılaşır). Beləliklə, inhisarçı rəqabət aparan firma mənfəətin maksimallaşdırılması üçün inhisarçılıq qaydalarına əməl edir: O, marjmal gəlirlə marjinal xərcin bərabər olduğu miqdarı seçir və sonra həmin miqdara uyğun qiymət qoymaq üçün tələb əyrisindən istifadə edir.
Təsvir 1-də müxtəlit inhisarçı sənaye sahələrində olan iki tipik firma üçün xərc, tələb və marjinal gəlir əyriləri göstərilmişdir. Bu təsvirin hər iki hissəsində mənfəəti maksimallaşdıran miqdar marjinal gəlir və marjinal xərc əyrilərinin kəsişməsində müşahidə olunur. Bu təsvirdəki iki hissə firmanın mənfəəti üzrə müxtəlif nəticələri göstərir, (a) hissəsində qiymət orta məcmu xərcləri üstələyir, firma gəlir əldə edir, (b) hissəsində qiymət orta məcmu xərclərindən az olur. Bu halda firma müsbət mənfəət əldə edə bilmir və firmanın edə biləcəyi ən yaxşı şey itkilərini mümkün qədər azaltmaqdır.Bütün bunlar sizə tanış görünə bilər. İnhisarçı rəqabət aparan firma miqdar və qiyməti inhisarçı ilə eyni qaydada seçir. Qısa müddət üçün bu iki növ bazar strukturu eynilik təşkil edir.

18)Əmək bazarına aid məsələ.
Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə