Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə6/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   2   3   4   5   6   7   8   9   ...   44

16

istiqamətlənmiş  günəş  şüası  ilə  işıqlandırılır.  Kölgəli  yerlər    isə    səpələnmiş 

işıqlandırılır. 

Gecə səhnələrinin gündüz çəkilişi – gündüz vaxtı “gecə”nin çəkilməsidir.

Bu növ çəkilişdə obyektivi lazımi qədər açıq saxlamaq lazımdır. 

Fon  işığını  tənzimləmək,  nəzarətdə  saxlamaq  yolu  ilə  yaradılan  aldanış  – 

ef fekt gecə aldanışıdır. Hadisənin binanın içərisində baş verdiyi hallarda belə, 

gecə  səhnələrinin  qaranlıq  arxa  planı  olmalıdır.  İstər  gecə,  istərsə  də  gündüz 

səhnələri çəkiləndə arxa planın işıqlanma dərəcəsi əsas işığın minimal sə viy­

yəsində olmalıdır. Ancaq gecə işığında kölgəli səhnələr olur. 

Gecə  səhnələrinin  çəkilişində  səma  qara  rəngdə  olmalıdır.  Buna  görə  də 

ope ratorun  əsas  işi  işıq  filtrlərini  uyğun  olaraq  düzgün  seçilməlidir  ki,  səma 

tünd görünsün. Bu məqsədlə narıncı və qırmızı işıq filtrlərindən əsas etibarı ilə 

is ti fadə edilir. 

Qırmızı işıq filtrlərindən istifadə etməklə ümumi, orta və iri planda çə ki liş­

də insan sifəti arzu olunandan açıq rəngdə alınır. 

Gecə  səhnələri  effektini  almaq  üçün  ekspozisiya  normadan  iki­üç  dəfə  az 

olmalıdır. Gecə epizodlarında yaxşı olardı ki, insanları fondan ayırsınlar. Gecə 

effekti o zaman yaxşı alınır ki, fon tünd, adamlar isə ağ da olmasa, açıq rəngli 

paltarlarda  olsunlar.  Çünki  tünd  rəngli  paltar  açıq  rəngli  fonda  siluet  yaradır, 

gecə effekti yaratmır. 



İnteryerdə  çəkiliş  –  zamanı  təbii  və  müxtəlif  süni  işıqlandırmalardan  is­

tifadə  edilir.  Bu  zaman  işıqlandırmaya  xüsusi  diqqət  yetirilməlidir.  Əgər  ön 

plan həddindən çox işıqlandırılsa, fon və ikinci plandakı əşyalar tünd gö rü nə­

cək. Buna görə də xüsusi asılqanlı işıqlandırmalardan istifadə etməklə ön planı, 

ikinci planı və fonun işıqlandırılmasını balanslaşdırmaq olar.

Tryuk kinoçəkilişləri – ekranda qeyri­adi effektlərin alınmasına imkan ve­

rən  üsullarla  xüsusi  kinoçəkilişləridir.  Tryuk  kinoçəkilişlərinə  əksinə  kino­

çəkiliş, “stop” üsulu, “qaraltma”, şəklin tamaşaçıya yaxınlaşdıqca böyüməsi və 

kom binasiyalı kinoçəkilişləri daxildir.



Əks kinoçəkiliş – ekranda əksinə hərəkət effekti almaq üçün istifadə olu­

nan üsuldur. Əks kinoçəkilişi kinoçəkiliş aparatları ilə çəkilirsə, həmin aparatın 

elektrik mühərrikinin hərlənməsi əksinə gedişə malik olmalıdır. 

Məsələn, yanan sobanın tüstüsü borudan çıxmaq əvəzinə, əks istiqamətdə 

bo ruya qayıdır və ya sınmış fincan qırıntıları ətrafa səpələnmək əvəzinə yığı­

laraq birləşib tam fincan halına gəlir. Bu çəkiliş qaydalarından biri də budur ki, 

istənilən çəkiliş obyektivinin qarşısına təsviri 180° döndərən prizma qoyulsun. 

“Stop” üsulu ilə çəkiliş – hər hansı bir əşyanın gözlənilmədən peyda ol­

masını, yaxud yoxa çıxmasını göstərmək üçün istifadə olunan üsuldur. Bu üsu­

lun mahiyyəti ondan ibarətdir ki, çəkilişin gedişində kamera dayandırılır, kadra 

zəruri  dəyişikliklər  edilir  və  çəkiliş  davam  etdirilir.  Bu  zaman  kamera  və 




17

ətrafındakı əşyalar hərəkətsiz qalmalıdır. “Stop” üsulunu istənilən çəkiliş apa­

ratı ilə gerçəkləşdirmək mümkündür. 

“Qaranlıqdan” peyda olma metodu – ekspozisiyanın normal səviy yə yə­

dək  tədricən  böyüdülməsi  yolu  ilə  yerinə  yetirilir.  Bundan  sonra  kinoçəkiliş 

(dayanmadan) adi qaydada davam etdirilir. 

Axın – ekranda təsvirin tamaşaçıya yaxınlaşdıqca böyüməsi, bir səhnənin 

nəzərə çarpmadan və axıcılıqla yoxa çıxması ilə eyni zamanda digərinin peyda 

olunmasıdır. Axın bir kadrdan digərinə montaj yolu ilə keçid üsullarından bi­

ridir. Axın  lentin  eyni  bir  parçasına  iki  ekspozisiyanın  qoyulması  nəticəsində 

alınır. Axın  keçiddə  səhnənin  digəri  ilə  əvəz  olunması  aşağıdakı  kimi  həyata 

keçirilir: filmin görüntüləri, parlaqlığı bir hamar keçidlə tədricən azalır və ek­

randa  yoxa  çıxmağa  başlayır.  Onun  yerini  isə  başqa  hamar  axıntı  keçidlə 

səhnəni digər görüntülər əvəz edir və parlaqlıq tədricən artır. Axın keçidli çə­

kiliş hamar, incə keçidi minimal təhriflərlə, fasiləsiz təmin edir. 

Sürətli axın çəkilişdə tamaşaçıda elə təəssürat oyadır ki, hər iki kadr eyni 

za manda, eyni məkanda, paralel surətdə baş verir. Yavaş axın çəkiliş isə kadr­

ların biri digərini əvəz etməsi sanki zaman, məkan dəyişikliyi kimi qəbul edilir. 



 

Kombinəedilmiş çəkilişlər

Bu  metodla  çəkiliş  bizə  imkan  verir  ki,  bir  kadrdakı  təsvirləri,  əvvəlcə 

müxtəlif  yerlərdə,  müxtəlif  miqyaslı  ölçülərdə  çəkilmiş  kadrları  birləşdirə 

bilək.  Kombinəedilmiş  çəkilişlərə  çoxtəkrarlı  ekspozisiyalanma,  perspektiv 

əlaqələndirmə, maskalanma metodu ilə çəkilişə çaşdırıcı maskalı çəkiliş və s. 

aiddir.  Çoxtəkrarlı  ekspozisiyalanma  çəkilişlərini  maskalı  və  ya  maskasız 

yerinə  yetirmək  olar.  Məsələn,  eyni  lentə  müxtəlif  vaxtlarda  iki  ekspozisiya 

yazılıb.


Şəkil 12. 1. Küçənin görüntüsü. 2. Yağan qar qara fonda göstərilir. 3. Kombinasiya nəticəsində 

bu kadr yaranır.

1.

2.

3.



Şəkil 13Maskasız çox təkrarlanan ekspozisiyalanma


18

Maskalı  çəkiliş.  Birinci  ekspozisiya  yatan  adamı  çəkiliş  aparatının  qar şı­

sında maskanın köməyi ilə yaradılır. İkinci ekspozisiya – yatan adamın yuxuda 

gördüyünü – konturmaskanın köməyi ilə yaradır (şəkil 14). 

 

Çaşdırıcı  maskalar.  Gö­

zə görünməz  adamın  kad ra 

 

alınması  metoduna  ba xaq. 



Kadrlar aşağıdakı üsul la çə­

kil mişdir. “Gözə gö rün məz” 

adam rolunu oy na yan adam 

əyninə kip qara paltar, onun 

da üstündən adi ağ xalat geyinmişdir. Başına tənzif sarınmış və onun üstündən 

eynək, əllərinə isə ağ əlcək taxılmışdır. Birinci kadr ümumi qara fonda çəkilmişdir. 

Ona görə də lentada ancaq ağ paltarlar görünür. Ağ tənzif, açıq rəngli xalat və 

ağ əlcəklər. Aşkarlanmadan sonra çəkilişdə “nəm çaşdırıcı maska” alırıq. Daha 

sonra ikinci ekspozisiya şəraiti olan otaqda, başqa aktyorlarla çəkilir və nəticədə, 

dramatik səhnə alınır. Tamaşaçıda elə təəssürat yaranır ki, gözəgörünməz adam  

həmin otaqdadır (şəkil 16).

Kadrların sıxlaşdırılması. Bir səhnənin tədricən kadra tərəf çəkilib, başqa 

səhnə  ilə  əvəz  edilməsi  kadrın  sıxlaşdırılmasıdır.  Kino  sahəsində  kadrın  sıx­

laşdırılması yalnız kinolaboratoriya şəraitində xüsusi, optik tryuk vasitəsilə hə­

yata  keçirilir.  Bunun  üçün  kadrın  çəkilməsi  və  ya  açılması  müəyyən  edilmiş 

vaxt  ərzində  olmalıdır.  Bunun  daha  sadə  bir  üsulu  da  vardır.  Montaj  zamanı 

masada iki kinoplyonkanı bir­birinə yapışdırarkən tuş və ya qara lak ilə həmin 

xətt rənglənir. Bu zaman kadrın sıxlaşması effekti alınır (şəkil 17).

Şəkil 15. Maskalı çox ekspozisiyalı kombinəedilmiş çəkiliş

Şəkil 14.

Şəkil 16. Çaşdırıcı maskalar üsulu ilə çəkiliş




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə